Az?Rbaycan


  NAXÇIVANIN SÖZ XƏZINƏSI



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə3/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   2   3   4   5   6   7   8   9   ...   135

 

 



NAXÇIVANIN SÖZ XƏZINƏSI 

 

Böyük iftixarla Naxçıvanda "ədəbi düşüncənin tarixinin 

az  qala  insanlığın  yaranma  tarixi  ilə  üst–üstə  düşdüyü" 

(I.Həbibbəyli) qeyd olunur. 

Bura  ən  qədim  sivilizasiya  mərkəzlərindən  biri,  etnik–

mənəvi  xüsusiyyətlərin  daha  çox  qorunduğu,  milli  mentaliteti 

müəyyənləşdirmiş  keyfiyyətlərin  daha  çox  saxlandığı  bir 

diyardır. 

Bura  zaman–zaman  ucsuz–bucaqsız  türk  dünyasında 

milli  düşüncənin  ağırlıq  mərkəzlərindən  olub,  etnik–mədəni 

davranışlar  yad  təsirlərdən,  bu  yurdun  adına–sanına  layiq 

şəkildə,  daim  qorunub.  Bütün  bunlar  isə  bölgənin  folklor 

mühitində öz təcəssümünü tapıb. Vaxtı ilə geniş coğrafi ərazini 

əhatə  etmiş  tarixi  Naxçıvanın  salnaməsi  kimi  folklor 

nümunələri  çox  əhəmiyyətli  qaynaqlardır,  bədii  sözün  tarix 

qarşısında misilsiz xidmətidir. 

Bu  nümunələr  xalqın  kağızda  yox,  ağızda,  ürəyinin 

başında yaratdığı Naxçıvannamədir; bu diyarın söz xəzinəsi, öz 

xəzinəsidir. 

Bu  nümunələrdə  "ədəbiyyat  yaratmaq"  missiyası  yox, 

dünyanı  qavrama  üsulu,  onu  dərk  etmə,  özününküləşdirmə 

praktikasına daxil etmə niyyəti daha aktivdir. 

Şifahi  xalq  ədəbiyyatı  irsinin  yarandığı  coğrafi  məkan 

və onun öyrənilməsi vacib və zəruri məsələlərdəndir. 

Folklor  yaddaşdır,  milli  kimliyi  şərtləndirən  faktorlar 

folklorda  yaşayır.  Informasiyanı  bədii  –  poetik,  mifik,  fəlsəfi 

düşüncənin  reallaşdırmasından  asılı  olmayaraq,  onun  bir 

həqiqət kimi qəbul edilməsi də var. 

Naxçıvan 

folkloru 

nümunələrinin 

"ab–havasını" 

bölgənin  təbiəti  proqnozlaşdırır.  Naxçıvan  folklor  mühitində 

mifik  bir  əhval,  etnik  qədimliyin  qüdrəti  "hökm–fərmadır", 

burda 

qlobal 

səciyyəli 

onomastik 

vahidlər 

mifin 

"nəzarətindədir". 


 

 

10 



Mif  onları  bütövlükdə  modelləşdirmişdir.  Gəmiqaya  ilə 

bağlı  mətnlər  bu  torpağın  sahibi  olan  etnosun  şüurundakı 

xronotop  (məkan  –  zaman)  parametrlərinin  çox  qədimliyindən 

soraq verir. Milli düşüncə Gəmiqayanı məhz ilkinliklə, mifoloji 

keçmişlə bağlı qəbul edir. 

"Peyğəmbər  ayağı"  piri  xalqın  düşüncəsində  Nuh  Nəbi 

ilə  bağlıdır.  Yayılan  mətndə  motivlənmə  tamlıqda  mifin 

"ixtiyarındadır". Mətndəki motivlənməni izləyək: 

1.

 

Tufan hələ çəkilməyib

2.

 

Nuh qayalar üzərində hərəkət etməyə məcburdur; 

3.

 

Ayağını  qoyduğu  yerdə  yerimək  asanlaşsın  deyə 

qaya yumşalır (Müqəddəsliyin yaratdığı möcüzə); 

4.

 

Nuhun  ayaq  izi  yumşalmış  qayada  qalır  (obyektin 

müqəddəsləşməsi). 

Sədərəkdəki  Ağ  oğlan  bulağının  yanında  Günəşin  Ağ 

oğlunun qəbri ilə əlaqəli söylənilənlər də çox qədim görüşlərin  

ifadəsidir.  Gün  və  Ay  mifləri  ümumtürk  mifologiyasının  tərkib 

hissəsi kimi bölgədə müxtəlif çalarları özündə birləşdirir. Belə 

ki: 

1.

 

Ay və Gün yaradıcı qüdrətə malikdirlər. 

2.

 

Ay,  Gün  kişi  və  qadın  cinsinin  başlanğıcı  kimi 

təsəvvür olunur. 

3.

 

Hər ikisi canlı insan kimi qavranılır, bu səbəbdən də 

onlar 

adi 

həyat 

məsələlərinin 

mərkəzində 

dayanırlar. 

4.

 

Onların  bəzi  xarakterik  cəhətlərinin  izahı  zamanı 

regionun landşaftına üz tutulur. 

K.Levi  Stros  yazır  ki,  mif  nə  qədər  ki,  mif  kimi 

qavranılır,  o, mif  olaraq qalır

1

. Yəni mif ona inanıldığı  qədər, 

qəbul edildiyi qədər öz ömrünü yaşayır. 

Mifoloji  təsvirlərin  gerçəkliyini  isə  bölgədəki  saysız  – 

hesabsız  abidələr  təsdiq  edir.  Mifdəki  hadisələrin  haçan  baş 

                                                           

1

 К.Леви Строс. Структурная антропология. М., 1985, s.194. 




 

 

11 



verməsindən,  nələrdənsə  asılı  olmayaraq  o,  yarandığı  və 

yaşandığı yerdə həqiqət kimi dərk edilir. 

Xızır peyğəmbər bölgədə folklor yaddaşının obrazı kimi 

epik  folklorun  çeşidli  mətnlərində  funksiyalaşır.  Ilaxırda 

səməni  halvası  bişirəndə  qazanın  üstünə  qırmızı  örtük  salar, 

örtüyün  üstünə  sürmə,  güzgü,  daraq  qoyar,  deyərlər  ki,  Xızır 

peyğəmbər  gəlib  bunlarla  özünü  bəzəyəcək,  barmağını  səməni 

halvasına  batıracaq,  bundan  sonra  halvanın  rəngi  qızaracaq, 

özü isə şirinləşəcək. 

Mifologiyada  mövcud  olanlar  onun  yaşadığı  və 

yaratdığı  tarix  olmaqla  mifik  elementlər  vəhdətidir.  Yağış 

yağdırma mərasimi türk xalqlarında bodu, dodu, gode – gode, 

gelingök,  çomça  gelin,  kepçe  gelin,  çullu  kadın,  kepçe  kadın, 

çulla kepçecik və s. adlanıb. 

Naxçıvanda  yayılan  Çömçəxatunla  bağlı  əfsanədə 

inancları mərhələlərlə izləyirik: 

1.

 

Çömçəxatun pak (təmiz) bir qız imiş. 

2.

 

Pak  olduğundan  Allah  yanında  hörməti  hamıdan 

artıq imiş. 

3.

 

Xaos (quraqlıq) başlanır. 

4.

 

Çömçəxatun bir təpənin (dağın) başına çıxıb Allaha 

yalvarır. 

5.

 

Allah onu eşidir, yağış yağdırır (xaosa son qoyulur). 

6.

 

Qızın  yağış  altında  cumculuq  islanması  onun 

nəziridir. 

7.

 

Onun 

yamyaşıl 

ardıc 

ağacına 

çevrilməsi 

müqəddəsləşməsidir. 

Əfsanədə  ağac  (ardıc),  dağ  (təpə),  su  (yağış)  birləşir, 

bir–birini  tamamlayır.  Su  stixiyasının  nizamlayıcı  kosmik 

başlanğıc 

tərəfindən 

idarə 

olunmasının 

Naxçıvan 

nümunələrində  əksi  məsələsi  başqa  bir  nümunədə  də 

maraqlıdır:  "Il  quraxlıx  olanda  birisinin  üstünə  söyüt 

yarpaxlarıynan su atardılar, qapı – qapı gəzdirip oxuyardılar: 

Gülül, gülül, xoş gülül


Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə