Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə5/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   2   3   4   5   6   7   8   9   ...   135

 

 

15 



tərəf  obyekt  mənasında  gerçəkləşir.  Subyektin  qoldantutma 

imkanı,  obyektin  "atılan  dərdə  yer  verə  bilmək"  imkanı 

nümunələri bir – birindən ayırır. 

Bayatını  təkcə  bədii  hadisə  adlandırmaq  onun  imkanlarını 

kiçiltməkdir;  o,  bədiiyyat  olmaqdan  üstün  hadisədir.  Bədiilik 

onun estetizminin təzahür formasıdır. 

Naxçıvan  folklor  mühitində  olan  mahnılar  regionun 

folklor "ab – havasının" özünəməxsusluqlarını yaşadır. 

Bölgədə  "Qayna,  samovarım,  qayna"  adlı  iki  mahnı 

mətni  qeydə  alınıb.  Yalnız  nəqaratları  eyni  olan  (qayna, 

samovarım,  qayna,  getdi  ixtiyarım,  qayna)  bu  mətnlər  variant 

təsiri bağışlamır. 

Oxşarlıqları: 

– Hər ikisi məhəbbət mövzusundadır; 

– Janra məxsus əsas göstəriciləri özündə ehtiva edirlər, 

iki bənd, hər bəndi nəqarətin müşayiət etməsi

– Mühitə məxsus sosial – psixoloji münasibətlərin etnik 

stereotipi hər iki mətndə öz əksini tapmışıdır. 

– Nəqarət hər iki mətnin mərasimi mənşəyini qabardır; 

–  Mətnlərdə  bədii  təsvir  və  ifadə  vasitələrinin  sadə 

semantikası da mahnının mərasimi mənşəyini üzə çıxarır. 

Fərqliliklər: 

– Birinci mətn oğlanın, ikinci mətn qızın dilindəndir; 

–  Birinci  mətndə  oğlanın  sevdiyi  qıza  könlünü  açması, 

ikincidə ailəli qadının öz ərindən gileyi ifadə olunur; 

–  Birinci  mətnin  obrazlar  sistemini  sevən  aşiq,  onun 

sevgilisi,  samovar,  sevgilinin  güllü  paltarı,  ikincinin  obrazlar 

sistemini isə gileyli qadın, laqeyd ər, samovar, qənd təşkil edir 

və s. 

Saysız  –  hesabsız  folklor  nümunləri  bu  yurdun 

qədimliyini, 

bu 

qədimliyin 

bütövlükdə 

eyni 

etnosa 

məxsusluğunu  göstərir.  Bu  nümunələrin  böyük  qismi  tarixin 

dərin qatlarının əhvalını öz nüvəsində saxlamaqla, zəngin bədii 

təxəyyüldən, yaradıcılıq potensialından soraq verir. 


 

 

16 



** 

 

             ** 

   

 

    ** 

AMEA  Naxçıvan  Bölməsi  Incəsənət,  Dil  və  Ədəbiyyat 

Institutu 

Folklorşunaslıq 

şöbəsinin 

əməkdaşlarının 

hazırladıqları  çoxcildli  "Naxçıvan  folkloru  antologiyası"nın 

birinci  kitabı  qarşınızdadır  və  bu  kitaba  Naxçıvandan 

toplanmış folklor nümunələrinin bir qismi daxil edilmişdir. 

Həmin  nümunələrdə  şifahi  nitqin  bir  çox  xüsusiyyətləri 

qorunub,  informatorların  deyim  tərzi,  təbiilik,  şivələrdəki 

müxtəliflik, imkan daxilində, nəzərə alınıb. 

Orası  da  var  ki,  söyləyicilərin  çoxunun  professional 

olmamasi  istər–istəməz  öz  təsirini  göstərir.  Bəzən  mətnlərdə 

müəllif müdaxiləsi də hiss olunur. Çalışmışıq ki, nümunələrdəki 

təbiilik saxlansın. 

Indi  oxuyacağınız  bu  kitabda  nümunələrin  əksəriyyəti 

təbii  mətnlərdir  və  Naxçıvan  folklor  mühitinin  zənginliyini, 

özünəməxsusluğunu sübut edir; bu yurdun ucsuz–bucaqsız türk 

dünyasında  tutduğu  çox  önəmli  yerini  müəyyənləşdirməkdə, 

bölgədə 

folklor 

təfəkkürünun 

hüdudsuzluğunu 

aydınlaşdırmaqda  çox  əhəmiyyətli  mənbədir.  Bu  nümunələrdə 

Naxçıvanın  zaman–zaman  tarixdə  və  coğrafiyada  tutduğu  yer,  

milli düşüncənin imkanları daxilində, təqdim edilir.  

"Naxçıvan  folkloru  antologiyası"nın  birinci  kitabı 

hazırlanarkən,  təbii  ki,  bölgədə  folklor  nümunələrinin  

toplanma  tarixinə  də  nəzər  salmaq  lazım  idi.Ilk  cəfakeş 

folklorşunaslarımızın 

bölgə 

folklor 

mühitinə 

həssas 

münasibətlərini  ehtiramla    yada  salırıq.  Bu  ehtiramın  nəticəsi 

kimi, vaxtı  ilə  bölgədən  toplanmış  nümunələri  –  H.Zeynallının 

"Azərbaycan 

atalar 

sözü"(Bakı,1926) 

kitabından, 

V. 

Xuluflunun  1928–ci  ildə  Əhəd  Qədimovdan  topladığı 

haxıştalardan, 1927–1928–ci illərdə "Maarif işçisi" jurnalında 

verilmiş  bayatılardan  seçmələr,  "Məlik  Məmməd  və  Məlik 

Əhməd"  (informator  Ibrahim  Əli  oğlu,  1930–cu  ildə  qeydə 

alınıb),"Gül  Sənavərə  neylədi,  Sənavər  Gülə  neylədi," 

"Hazarandastan  bülbülü",  "Hambal  Əhməd"  (1934–cü  ildə 


 

 

17 



Baxşəli  Sultanovdan  toplanıb),  "Şükufə  xanım"  (1938–ci  ildə 

Məhəmməd  Nəriman  oğlundan  toplanıb)  nağılları    topluya 

daxil edilib. 

Çoxcildli  "Azərbaycan  folkloru  antologiyası"nın  1994–

cü ildə nəşr olunmuş birinci kitabının Naxçıvana həsr olunması 

çox əlamətdar  hadisə idi  və  həmin cildi araya–  ərsəyə  gətirən 

folklorşunaslarımıza  minnətdarıq.  Bölgə  folklor  mühitinin 

mənzərəsinin  tamlığı  naminə  həmin  kitabdan  da  bəzi 

nümunələrin bu topluya salınması tamamilə təbiidir, zəruridir. 

Bu kitabdakı nümunələrin əsasını folklor ekspedisiyaları 

zamanı  toplanmış  materiallar  təşkil  edir.  Bölgədə  aşıq 

mühitinin əhəmiyyətli yeri və rolu məsələsi həmişə mübahisələr 

doğurmuşdur;  kitabda  aşıqlarla  bağlı  bölmənin,  eləcə  də 

arxivdən  götürülüb  ilk  dəfə  burda  təqdim  olunan  sənədlərin 

(bunun  üçün  Naxçıvan  Arxiv  Idarəsinin  rəisi,  tarix  elmləri 

namizədi  F.Cəfərova  təşəkkür  edirik)  bütün  mübahisələrə 

aydınlıq gətirəcəyi zənnindəyik. 

** 

 

               ** 

              

** 

Ulu  türk    yurdu,  qədim  intibah  mərkəzlərindən  olan 

Naxçıvan  zaman–zaman  tarixin  yaddaşına  möhtəşəm  bir 

Naxçıvannamə yazıb. 

Burda yurdun söz xəzinəsi, öz xəzinəsi yaranıb: kəlməsi, 

cümləsi, ilməsi, cilvəsi sehrdi, möcüzədi... 

 

M. Cəфərli 

R.Babayev 

 



Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə