Азярбайъан Енсиклопедийасы


SƏYYAR SƏSYAZMA QURĞUSU (mobile recording unit) – Studiyadankənar çəkilişlər aparmaq, verilişlər hazırlamaq üçün istifadə olunan aparatlar kompleksi



Yüklə 2,68 Mb.
səhifə26/42
tarix17.09.2017
ölçüsü2,68 Mb.
#413
1   ...   22   23   24   25   26   27   28   29   ...   42

SƏYYAR SƏSYAZMA QURĞUSU (mobile recording unit) – Studiyadankənar çəkilişlər aparmaq, verilişlər hazırlamaq üçün istifadə olunan aparatlar kompleksi.


SƏYYAR TELEVİZİYA STANSİYASI (STS) (mobile TV station) – Telestudiyadan kənarda TV verilişləri aparmaq üçün xüsusi avtobusda quraşdırılmış aparatlar kompleksi; təkər üstündə TV mərkəzi. İçərisində işıq rəqslərini elektrik siqnallarına çevirən telekameralar STS avtobusuna kamera kabeli ilə birləşdirilir. Kameranın içərisində yerləşən ilkin gücləndiricinin köməyi ilə çoxalan siqnallar kabel vasitəsilə irəliyə – ara gücləndiriciyə, sonra isə mikşerə ötürülür. Rejissor monitora verilən təsvirdən efirə ən lazımlısını seçərək onu xətti gücləndiriciyə yönəldir. Xətti gücləndiricidən isə siqnallar ötürücüyə daxil olaraq, teleqüllədə yerləşən qəbuledici parabolik antenaya göndərilir. Bu antenanın qəbul etdiyi siqnallar kabel vasitəsilə qəbuledici aparat-mərkəzə, oradan mərkəzi aparat məntəqəsinə və radiostansiyaya ötürülür. Sonra fider ilə siqnallar telemərkəzin ötürücü antenasına, oradan isə efirə verilir.

Efir vasitəsilə siqnallar tamaşaçıların antenasına çatır, oradan kabel ilə televizora daxil olur və yenə də ekranda təsvirə çevrilir.



SFUMATO (sfumato) – "Tüstülü", dumanlı təsvir; tüstüdə, yaxud tüstü effekti yaradan şəraitdə çəkilmiş təsvir.

SXEM (sketch/diagram/circuit) – 1) Bir şeyin sistemini, quruluşunu və ya hissələri arasındakı rabitəni təsvir edən sadə çertyoj; 2) Bir əsərin, yazının və s. əsas fikirlərinin ümumi şəkildə verilmiş şərhi, təsviri, xülasəsi.

SXEMATİKLİK (sketchiness) – 1) Təsviri sadələşdirmək; bir fikri, nəzəriyyəni şərh edərkən qrafiklə, yalnız ən ümumi və təxmini təsəvvür vermə; 2) Şablon fikir, bir şeyin çox bəsit və mücərrəd təsviri; basmaqəlib.

SIXICI ÇƏRÇİVƏ (frame compression) – Film kanalının bir hissəsi. S.ç.-nin köməyi ilə kinolent yönəldici çərçivəyə sıxılır.

SIXIŞDIRMA (compression) – Bir təsvirdən digərinə montaj keçidi üsulu. Bu zaman ikinci təsvir sanki kadra doğru irəliləyərək birinci təsvirin yerini tutur. S.-nın forması, istiqaməti və sürəti xeyli rəngarəng ola bilər. S. texnikası kadrların müəyyən sayında birinci təsviri dəqiq örtən ikiqat ekspozisiyadan və kaşedən istifadəyə əsaslanır.

SIXIŞDIRMA VƏ YA PƏRDƏ (compression/curtain fade out) – Ekrandakı bir neçə görüntünün bir-birinin üstünə artırılmadan qarışdırılmasından ibarət keçid üsulu. Bu keçid zamanı bir görüntü sanki digəri tərəfindən sıxışdırılıb çıxarılır, iki görüntü arasındakı hüdud həm kəskin, həm də rəvan ola bilər. Sıxışdırmanın şəkil və dinamikası videomikşer pultunda müvafiq düymənin basılması ilə müəyyən edilir. Standart sıxışdırma şəkilləri, yaxud fiqurları sırasında dairə, kvadrat, diaqonal, romb və s. formalar daha geniş yayılmışdır.

SIXMA VƏ YAYMA EFFEKTİ (compression/expansion (effect)) – Bax: R ə q ə m l i x ü s u s i e f f e k t l ə r.

SINAQ ÇƏKİLİŞİ (test shooting) – Bədii filmin çəkilişi üçün aktyorların obrazlara uyğun olub-olmamasını dəqiqləşdirmək məqsədi ilə aparılan yoxlama (sınaq) çəkilişləri.

SINAQ NÜSXƏSİ (test copy) – Bir halda montaj edilmiş neqativdən, digər halda isə kontratipdən alınan nüsxə. Bu cür nüsxə kinostudiyalarda nəzarət nüsxəsinin hazırlanması şərtlərini müəyyənləşdirmək və neqativin keyfiyyətini təyin etmək üçün istifadə olunur.

SINAQ SİQNALI (test signal) – Efir materialından əvvəl lentə yazılan yoxlama siqnalı. Əsas materialın optimal texniki səviyyəsini müəyyənləşdirmək üçün lentə həm video (təsvir), həm də audio (səs) siqnallar yazılır.

SINAQ-YOXLAMA (rehearsal) – Efirdən (verilişdən) əvvəl studiyada, yaxud başqa bir məkanda proqram mətninin oxudulub dil xətalarının (vurğu, tələffüz nöqsanlarının) islah edilməsi.

SİFARİŞ FİLMİ (sponsored film) Sifarişlə çəkilən konkret ünvanı olan (obyekt, yaxud subyekt) film.


SİQNAL (cue) – Videoyazını, çəkilişi, səsyazmanı, verilişi, çıxışı, musiqini və s. başlamaq və ya qurtarmaq üçün bu və ya başqa formada verilən işarə; hər hansı bir məlumatı, xəbəri, komandanı və s. uzaqlara vermək üçün şərtləndirilmiş işarələr sistemi; 2) Hər hansı fərdin, yaxud təşkilatın ictimai qanunların əksinə fəaliyyəti haqqında mətbuata verilən xəbər.

SİQNAL DÜŞMƏSİ (signal failure) – TM siqnalının müəyyən səviyyədən aşağı amlituda olması ilə əlaqədar demodulyatorun çıxışındakı təsvir siqnalının bir anlığa itməsi. S.d. prosesi zamanı pauzaların səs effektləri ilə dolması kimi təhriflər yaranır.

SİQNALIN ANALOQDAN RƏQƏMLİ FORMAYA KEÇMƏSİ (analog digital conversion) – Bir sıra əməliyyat kompleksi – diskretizasiya (zamana görə), kvantlaşdırma (səviyyəyə görə) və kodlaşdırma nəticəsində həyata keçirilən proses. Bir qayda olaraq, kvantlaşdırma və kodlaşdırma ümumi funksional blokla eyni zamanda həyata keçirilir. Səmərəlilik üçün bu proseslərin analizi ayrılıqda aparılır. Analoq siqnallarının rəqəmli formaya çevrilməsi analoq-rəqəmli dəyişdiricilərdə (ARD), əks çevrilmə isə rəqəmli – analoq dəyişdiricilərində (RAD) baş verir.

SİQNALLARIN CİLALANMASI (signal conditioning) – Xüsusi effektlər, təhriflərin düzəlişi, kənar səslərin azaldılması, dinamik diapazonun sıxılması üçün yaradılan siqnalların qəsdən dəyişdirilməsi. Siqnalların spektr (tezliyə görə işlənmə), səviyyə (dinamik işlənmə) və kənar səslərin boğulması üzrə işlənməsi növləri mövcuddur.

SİQNALOQRAM (signalogram/signalling) – Siqnal yazılışının göstəricisi. S. audio-səs yazıldıqda fonoqram, TV siqnalı yazıldıqda videoqram adlanır. S.-ların yaranmasına gətirib çıxaran fiziki proseslərdən asılı olaraq yazılışın mexaniki, optikmaqnit sistemləri fərqləndirilir.

SİQNAL SƏVİYYƏSİNİN AŞAĞI SALINMASI (night effect) – Gecə yayımı (və çəkilişləri) zamanı atmosferin xüsusiyyətlərinə uyğun olaraq siqnalın səviyyəsini bilərəkdən aşağı salmaq.

SİQNAL TƏHRİFİ (signal degradation) – 1) Səsli yayımın elektrik kanalında (SYEK) siqnalların xətti və qeyri-xətti təhriflərinin peyda olması. Xətti təhriflər siqnalların kanalın (traktın) xətti qovşaqlarından keçdiyi vaxt yaranır; 2) Verilişin əmsalı modulunun tezlikdən asılılığı hesabına yaranan təhriflər. Bunlar amplituda tezlik təhrifləri (ATT) adlanır. Faza hərəkətinin tezlikdən asılılığı nəticəsində əmələ gələn təhriflərə faza tezlik təhrifləri (FTT) deyilir.

SİLUET (silhouette) – 1) Kölgəyəbənzər birrəngli şəkillər. Hazırda S. vasitəsilə qara rənglə ağ fonda, yaxud ağ rənglə qara fonda insan, heyvan, əşya, təbiət mənzərələri əks etdirilir, formanı qayçı ilə kəsirlər; 2) Qaraltı, qaranlıqda, dumanda kölgə kimi görünən şey.

Ümumiyyətlə, S. XVIII əsrdə Fransada maliyyə naziri olmuş E. de Siluetin familiyası ilə əlaqədar yaranmış ifadədir.



SİMBİOZ (symbiosis) – 1) Birləşmə, sintez və qarşılıqlı faydalanma. Kommunikasiyada S. ideyası KİV üçün onların arasındakı rəqabət ziddiyyətlərinin kompromis həllinin və texniki vasitələrdən, informasiya materiallarından, eləcə də mütəxəssislərdən istifadə sahəsində qarşılıqlı bəhrələnmə imkanı verən dinc yanaşı yaşamağın mümkün yollarından biri kimi qəbul olunur; 2) Müxtəlif xarakterli iki və daha çox şəxsin (yaradıcı təşkilatın) yaradıcılıq fəaliyyəti. S. fərdlərin birgə fəaliyyətinin elə bir formasıdır ki, bu zaman həmin fərdlər xarici mühitlə bilavasitə qarşılıqlı əlaqədə olurlar.

SİMLİ YAYIM QOVŞAĞI (wired broadcasting) – Abonentlərə (dinləyicilərə) səsli yayım proqramlarının qəbulunu, gücləndirilməsini və verilişini həyata keçirən stansiya və xətti avadanlıq kompleksi; radiotranslyasiya qovşağı.

SİMMETRİYA (symmetry)Düzülüşcə uyğunluq, oxşayış, mütənasiblik, ahəngdarlıq; bütöv bir şeyin hissələrinin mərkəzə, orta nöqtəyə görə uyğun mütənasib düzülüşü, yerləşməsi. S. şərtləri kadrın qurulmasında özünü göstərir.

SİMPTOM (symptom) – Əlamət; hər hansı bir təzahürün baş verməsinin, yaranmasının zahiri əlaməti.

SİMULTANLIQ (simultaneous broadcasting) – 1) Hadisənin baş verdiyi andaca ekranda göstərilməsi; 2) Səsin (danışığın) və təsvirin eyni vaxtda efirə verilməsi.

SİMVOL (symbol) – 1) Hər hansı bir anlayışın, ideyanın şərti əlamətini ifadə edən işarə, rəmz; 2) Konkret bir əhvalatın, yaxud hadisənin ideya və fərqləndirici cəhətlərini yüksək dərəcədə, ümumiləşdirilmiş formada, təsirli şəkildə ifadə edən obraz.

SİMVOLİKA (symbolic) – Fikirləri, məfhumları və ya hissləri, istək və duyğuları şərti işarələr (simvollar) vasitəsilə ifadə etmə.

SİNFAZ (sync/subcarrier lock) – Təsviri açan qurğulardakı sinxron proseslərin eyni zamanda baş verməsi.

SİNFAZLIQ (sync/subcarrier phasing) – Səs və təsvir siqnallarının uyğunsuzluğu. Sinxronluqdan fərqli olaraq, xüsusən ötürülmə anında videosiqnalların bir-birinə uyğun gəlməməsi, yayımın pozulması.

SİNXRO (Sync(hro)) – Kompakt diskdə maqnitofona yazmanı asanlaşdırmaq üçün kompakt diski və lenti eyni vaxtda işə salan sistem.

SİNXROGENERATOR (sync generator/lock unit) – Elektron impulsları sinxronlaşdıran generator; bir qayda olaraq, ön tərəfdə, yəni TV vericisində yerləşən sinxronlaşdırma sisteminin mərkəzi elektron qurğusu. S. çoxşaxəli funksiyaları yerinə yetirərək, ilk növbədə, ötürücü borunun təsviri açan qurğularının, yaxud qidalandırma rabitə cihazların (QRC) irəliləmə registrlərinin, kineskopun təsviri açan qurğularının, rəqəmli TV sistemlərində hesablayıcı qurğuların, eləcə də analoq-rəqəm çeviricisi (ARÇ) və rəqəm-analoq çeviricisinin (RAÇ) işini idarə edir. Bundan başqa S. videomaqnitofondakı mühərriklərin işini sinxronlaşdırır; videosiqnal tərkibinin daimiliyinin bərpası prosesini tənzimləyir, eləcə də sətirlərlə və kadrlarla geriyə gediş zamanı ötürücü və qəbuledici boruların şüalarını qapayaraq sönməkdə olan impulsları formalaşdırır. Əsasən TV aparatlarında (TV mərkəzlərində) təsvirin açılışı qurğularının işini idarə edən sinxronlaşdırıcı və söndürücü impulsların formalaşdırılmasında, radiolokasiya stansiyalarının aparatlarında, çoxkanallı rabitə aparatlarında və s. istifadə edilir.

SİNXROKADR QEYDİYYATI QURĞUSU (synchromark mechanism) – Kino və maqnit lentinə sinxron başlanğıc qeydlərinin vurulmasını bildirən mexanizm.

SİNXRON (sync) – Simultan, birzamanlıq. 1) Eyni vaxtda birgə səslənən; eyni zamanda baş verən; 2) Səsin və təsvirin birgə yazılması (kinokadrların sinxron çəkilməsi); 3) Danışanın sözlərini həmin anda tərcümə etmək (sinxron tərcümə).

SİNXRON KİNOÇƏKİLİŞ (sync shot) – Səsin yazılışı ilə eyni vaxtda aparılan kino çəkilişi. S.k.-də səs fotoqrafik və ya maqnit üsulu ilə təsvirin çəkildiyi kinoplyonkaya, yaxud ayrıca plyonkaya və ya maqnit lentinə yazılır. Təsvir və səs ayrı-ayrı daşıyıcılar üzərində olduqda sinxronluğa nail olmaq üçün kinoçəkmə və səsyazma aparatlarında lentlərin hərəkət sürəti eyni olmalıdır. S.k.-də az səs salan kinoçəkmə və işıqlandırma aparatlarından istifadə edilir.

SİNXRON KİNOKAMERA (sync camera) – Eyni zamanda həm obyektin təsvirini çəkən, həm də mikrofon qoşmaqla onun səsini yazan kinokamera.

Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə