Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə17/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   13   14   15   16   17   18   19   20   ...   61

kilatlara 12233 çap vahidi, o cümlədən 5160 nüsxə kitab və
7073  nüsxə  jurnal  göndərilmişdi.  Mərkəzi  Elmi  Kitab xa -
nanın invalyuta hesabına əldə etdiyi nəşrlərin sayı isə 2986
nüsxə, o cümlədən 444 adda 2118 nüsxə kitab, 517 adda 846
nüsxə jurnal və 22 adda qəzet idi.
Xarici  əlaqələrin  uğurla  qurulmasına  baxmayaraq
Kitabxana mübadilə işinin yerinə yetirilməsi zamanı bir sıra
problemlərlə də üzləşirdi. Belə ki:
a) Azərbaycan EA-nın Elmi-tədqiqat institutları əsər -
lə rin nəşredilmə planına riayət etmirdilər. 1960-cı ildə bir
çox institutlar hələ 1958-1959-cu illərin planını yerinə yetir -
mə yə çalışırdılar. Elmi əsərlərin vaxtında nəşr olunmaması
ucbatından Kitabxana partnyorlarına tematik planları gecik -
mə lərlə göndərməli olurdu ki, bu da öz növbəsində qarşılıqlı
əlaqələrin  zəifləməsində  və  bir  çox  hallarda  əməkdaşlığa
xitam verilməsində özünü büruzə verirdi.
b) Nəşr olunan elmi jurnallarda Qərb dillərində xü la -
sə lər verilmirdi. Kitabxananın əməkdaşlıq etdiyi təşkilatlar
belə nəşrlərdən imtina edirdilər.
c) “Xarici ədəbiyyatın komplektləşdirilməsi və bey nəl -
xalq kitab mübadiləsi” şöbəsinin texniki imkanları zəif idi,
iş çi çatışmazlığı (şöbədə cəmi 3 nəfər işçi çalışırdı) mate rial -
ların operativ işlənməsinə mənfi təsir göstərirdi və s.
Məhz bu səbəbdən 1960-cı ildə Kitabxana əməkdaşlıq
et diyi 50 ölkənin 250 təşkilatının hamısı ilə deyil, 37 ölkənin
137 təşkilatı ilə kitab mübadiləsi apara bilmişdi. Hindistan,
Ya poniya, İran, Türkiyə, Livan, Braziliya, Argentina ilə bey -
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
65


nəl xalq elmi əlaqələr, kitab və elmi-texniki informasiya mü -
ba diləsi tamamilə zəifləmişdi. İndoneziya, Birma, Seylon
(indiki Şri-Lanka) və BƏR-lə (Birləşmiş Ərəb Respublikası,
indiki Misir və Suriya) kitab barteri isə dayandırılmışdı.
13-19  sentyabr  1960-cı  ildə  Budapeşt  şəhərində
YUNESKO-nun təşkilatçılığı ilə Macarıstanın YUNESKO
ilə əlaqə üzrə Milli Komissiyası, Mədəni Münasibətlər İnsti-
tutu bir sıra iri dövlətlərlə (SSRİ daxil olmaqla) birgə elmi
ədəbiyyatın  mübadiləsi  üzrə  mühüm  nəzəri  və  praktiki
məsələlərin  həllinə  dair  geniş  konfrans  keçirdilər.  Kon-
fransda dövlətlər tərəfindən elmi ədəbiyyatın maneəsiz və
operativ mübadiləsinə daha çox diqqət və maliyyə vəsaiti
ayrılması  qərara  alındı.  Qərar  dolayısı  ilə  Mərkəzi  Elmi
Kitabxananın beynəlxalq kommunikasiyalarına da təsirsiz
ötüşmədi, xarici ədəbiyyatın əldə olunması və xaricə elmi
nəşrlərin göndərilməsi üçün ayrılan vəsaitin həcmi artırıldı.
1961-ci il yanvar ayının 1-dən may ayının 3-dək Mər -
kəzi Elmi Kitabxanada yerdəyişmə ilə əlaqədar olaraq Xarici
ədəbiyyat fondu bağlı olmuşdur. Buna görə də il ərzində
beynəlxalq kitab mübadiləsi tam gücü ilə aparılmamış, yalnız
33 ölkənin 192 elmi müəssisəsi ilə kitab mübadiləsi edil -
mişdi. Kəmiyyət göstəricilərinin aşağı düşməsinə baxma-
yaraq,  əldə  olunan  elmi  çap  məhsulunun  keyfiyyət  və
re  pertuar zənginliyi yüksək olmuşdur. Bu isə 1961-ci ildən
eti barən özəl nəşriyyatlar tərəfindən buraxılan jurnal və ki -
tabların alınmasına diqqətin artırılması ilə bağlı idi. Belə ki,
dövlət müəssisələri, universitetlər tərəfindən elmi nəşrlərin
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
66


çap qrafikinə əməl olunmur və yaxud illərlə həmin əsərlər
çap edilmirdi. Bu tendensiya bugün də davam edir və özəl
nəş riyyatlar (məs. “Şpringer”, “Frensis və Teylor”, “Emerald”
və  s.)  elmi  ədəbiyyatın  nəşri  bazarında  böyük  üstünlüyə
malikdirlər.
1961-ci ildə Mərkəzi Elmi Kitabxana beynəlxalq əmək -
daşlıq yolu ilə (invalyuta hesabına) 466 adda 1046 nüsxə
kitab,  557  adda  4000  nüsxə  jurnal  və  8  adda  qəzet  əldə
etmişdi. Xaricə göndərilən ədəbiyyatın sayı isə 5550 idi. 
Azərbaycan EA Rəyasət Heyətinin “Azərbaycan SSR
EA üçün xarici ədəbiyyata abunə və ondan istifadə və ziy yə -
tinin yaxşılaşdırılması” haqqında 1962-ci il 27 fevral 121
saylı və “Azərbaycan SSR EA-nın nəşrlərinin təbliği” haq -
qında 16 iyun 334 saylı qərarları Mərkəzi Elmi Kitab xananın
1962-ci ildəki beynəlxalq fəaliyyəti üçün daha geniş imkanlar
açdı. Təkcə 1962-ci ildə Kitabxana 40 ölkənin 280 elm və
təhsil  müəssisəsinə  Azərbaycan  EA-nın  8000  nüsxə  çap
məhsulunu göndərmişdi. 1962-ci ildə müxtəlif mənbələrdən
əldə olunan xarici dillərdə ədəbiyyatın sayı 19400 nüsxə idi,
o cümlədən xarici partnyorlardan mübadilə yolu ilə alınan
ədəbiyyat 6550 nüsxə, “Akademkitab”, “Azərkitab”, “Bey nəl -
xalq kitab”, Kitab Palatası və bukinist mağazalarından satın
alınan  çap  məhsullarının  sayı  isə  12850  idi.  Əldə  olunan
ədəbiyyatın 5060 nüsxəsi kitab, 14340 nüsxəsi isə jurnal idi.
Berlin Dövlət Kitabxanası, Pekin Dövlət Kitabxanası,
ABŞ-ın Konqres Kitabxanası, Harvard kollecinin kitab xa -
nası, Nyu-York Kütləvi Kitabxanası, Fransa Milli Kitabxanası,
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
67


Helsinki, Bağdad və Tehran Universitetlərinin kitabxanaları,
İran Arxeologiya Cəmiyyəti Mərkəzi Elmi Kitabxana ilə daha
sıx əməkdaşlıq edir, kitab və jurnalların vaxtında yola sa lın -
masına xüsusi diqqət yetirirdilər. MEK xarıci kitab mağa za -
larından və nəşriyyatlardan ala bilmədiyi bir sıra kitab və
jurnalları əməkdaşlıq etdiyi təşkilatlardan mübadilə yolu ilə
əldə edirdi. Belə nəşrlərə aşağıdakıları misal göstərmək olar:
Kitablar:
1. “Klassik və müasir fizikada kütlə konsepsiyası” (ABŞ)
2. “Dünya kitabxanalarında olan İran əlyazmalarının kataloqu” 
(Tehran)
3. “Türk poeziyası antologiyası” (Macarıstan)
4. “Şərq incəsənəti” (AFR)
Jurnallar:
1. “Kənd təsərrüfatı texnikası” (ABŞ)
2. “Sakit Okean riyaziyyat jurnalı” (ABŞ)
3. “Tətbiqi biologiya salnaməsi” (İngiltərə)
4. “Yaxın Şərq-iqtisadiyyat icmalı” (İngiltərə)
5. “Kimya arxivi” (İsveç)
6. “Fizika arxivi” (İsveç)
Xarici jurnal və kitabları alim və tədqiqatçıların diq qə -
ti nə çatdırmaq məqsədilə Kitabxana vaxtaşırı sərgilər təşkil
edir, ekspress informasiya bülletenləri hazırlayıb Elmi-təd -
qiqat institutlarına göndərirdi.
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
68


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə