BabəK-İ XÜRRƏMDİn toplusu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə16/25
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49770
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

 
 
  
106
AĞ DİRÇƏLİŞ                               1996/06/30 
 
 
 
 
 
Daşınırdı, nəğmə- nəğmə 
yeriyirdi, qurbətinin qürubunda 
 dodağının sahilində, ordu salan   
                                               ağ dirçəliş! 
gözlərindən parlayan od, 
                            el közüydü,...və özrəriş.  
ürəyiylə düyünlənən,  
        - yaşamıdı - 
döyünürdü, öz içində,  
                                şölə- şölə 
      - qan gölündə - 
oxuyurdu, öz- özünü,   
                           pərdə- pərdə 
                         - şafaq - şafaq - 
                          ucaldırdı öz qəddini    
sına- sına, sınayırdı, 
                         sınırsızlıq sərhəddini. 


 
 
  
107
ŞİRİN XƏLSƏ                   1996/01/29 
 
 
Şirin bir xəlsədə qanlı yanaqla,-(24
                              yadlara baxırdı, çox... e`tinasız 
qanlı qürubunda, qeyrət əkirdi 
              sarırdı şafağın ucalığıyca, günəş tellərinə 
ellər, gözündə; yerə yaşmaq olsun, göylərə qurşaq 
sankı, həyatının ətəklərindən, 
                                üzülən əl- ayaq, onun deyildi! 
yoxsa; gərəkliymiş yaraşığına! 
Yaşadı; günəşi, gülüşlərində 
Yaşadı; gündüzü, baxışlarında 
verdi əllərini, əldən verməsin, 
                                      eşqini- dinini- hürriyyətini  
verdi ayaqların, ayağa salsın, 
                             yolsuz düşmanların şəxsiyyətini 
verdi ürəyini, dilək bə dilək, 
                                  döyünsün ellərin ürəklərində 
 o bir hikmətiymiş və bir iltizam-(26
                           oxusun hər nəyin, o son dəmində    
                              inqilab yaradsın eşq a`ləmində. 
  


 
 
  
108
ÖMÜR AXŞAMI                            1994/06/16 
 
 
 
 
 
 
Gülümsəndi həyatına, vüqarıca 
mənimsəndi mənliyinə, qeyrəticə  
- fələk; yadlar qabağında döydü, onu     
                   .... soyulmadı siccilindən 
sındırarkən, çox əlləşdi, qəddin əysin 
                                     .....başarmadı!   
o, dik tutdu başın, tarix yaşamında 
o, tox tutdu üzün, ömür axşamında 
                          .... eşq uğrunda,  
əlsizlikdən, çalmadısa əl, zəfərə 
                                   ürək- ürək, salam verdi 
həvəsidi bir gün əyər, ətəş oldu 
                       ..... və kəşməkəş 
mənliyində, yandı..... durdu 
          döndü eşqə....... ülviyətə  
                                    həyatına davam verdi. 


 
 
  
109
SINIQ CAMAL                                1988/05/12 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Gülüşlərinin, keçdi arasından, mənə doğru  
mən; həsrətlərimin, keçdim arasından, ona doğru 
biz; kimliyimizlə, 
     sevinc ilə həsrət arasında, he`y; sevgiyə doldu 
Xəzər ürəyinin dərinliyində
                            gümüş gülüşləri, qızılyla döndü  
 öpdüm qürurunu, istəyim qədər 
əmdim qurubunu, dalğalar boyu 
...sınıq camalında, ətəşim söndü. 


 
 
  
110
EL MƏSİHİ                             1996/07/01 
 
 
 
 
 
 
 
 
Üstün gəldi, yaşayışdan 
qara topraq qanunları,-(25
                        qat vermədi, ürəyinə.... diləyinə. 
Yarışdısa........., yaraşmadı, hədəfinə pərişanlıq  
                                    ...... şərəfinə zindəganlıq 
qısa gəldi yer qolları, qucaqlasın heykəlini 
....qara bağrın; açanmadı şərəfinə 
el məsihi, bir səlibə sığanmadı, ...... şaqqalandı 
günəş qondu cəsr üstünə,  
                                     qeyrətindən pay aparsın 
ulduz- ulduz; göylər endi, vücudundan, 
                  zərrə- zərrə, Ay qoparsın, mənliyinə   
yer- göy, əmdi varlığından 
                                            fəxr eləsin sənliyinə. 


 
 
  
111
AZADLIQ TACI                              1992/07/02 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qocaldıqca cavan, baba ay baba       
həyatı cavidan, baba ay baba 
dünya tarixində tay- tuşsuz insan       
misalsız qəhrəman, baba ay baba 
 


 
 
  
112
 
qeyrəti okean, himməti dəniz             
tarix bənizində, axımı təmiz 
yar içrə möhtərəm, yad içrə əziz        
hədəfli bir insan, baba ay baba 
 
haqla əlbiridin birliklə hamaş         
canla həmrəyidin, eşqilə yoldaş 
elinə bir xadim, dostuna; qardaş      
düşmana mehriban, baba ay baba 
 
həmasələr yatıb hər cədəlində         
vicdanlar vəcdidə, xoş əməlində  
günəş bir əlində, ay bir əlində          
aydınlıqdan nişan, baba ay baba 
 
başından asılı, azadlıq tacı            
ürəklər dünyası üzün möhtacı 
aşıqlar canında başla me`racı              
yenidən alaq can, baba ay baba 
 
ayaq tut el içrə gəz sənə qurban          
düşman qudrətini əz sənə qurban 
Bariz sənə qurban, Bəz sənə qurban        
qalası boş qalan, baba ay baba 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə