113
qılıncı qalmayan rahat, qınında
baxtyı düz deməyən, yarcı- yarında
üzünü qızardan yad qabağında
xa`tiri pərişan, baba ay baba
ürəyin ölkəndən ötrü əsəndə
qabar əllərini cəllad kəsəndə
ilahi bir dünya yarandı səndə
xoş verdin imtahan, baba ay baba
torpağa sığmayan, müqəddəs təni
isti yellər olan, qat- qat kəfəni
qoy göylər saxlasın, göz üstə səni
nişanda laməkan, baba ay baba
görüb boş qalanı, uçuq- pərişan
Sürgünlə Barışmaz- Tahiri- Toğan
Muğanın təbi`ni ağlatdı bir an
Bariz deyən zaman, baba ay baba
min üç yüz yetmiş bir, günəş qaşında
tirin on birində qala başında
Barizin yetmiş birinci yaşında
yazıldı bu ünvan, baba ay baba
114
DÖNƏR, GƏLƏR 1994/06/15
Dönərgələr.....
yolunu get; dönər, gələr
nəfəslərin hiss edərək,
özümüzdə,
közümüzdə
- gözümüzdə -
ayaq açır
bizlə qaçır,
bizlə uçur
...... yolunu get, dönər; gələr
- dönərgələr -
boya- boya, əynimizin paltarları
nədənsə biz, ona qərib
nədənsə o, bizlə hamaş
.......... elliyimiz, əbədiyyət yolcuları
yolunu get, dönə.........r, gə..........lər
dönərgələr, bizlə ölü
bizlə, diri.
115
DİRİ BAĞIRTI 1991/11/12
Qat- qat, daşlarının çatında, çat- çat
çarpan gözlərimə, inam..... şəhadət
çağırır fikrimi özünə, bax! A`x
kol- kosu- çiməni- otu- çanqılı
döşənib ağrılar döşünə, ağrın
............. yaralara, örpək
yaralar, örpəksiz,
yaralar, yalın!
burada yatan; uyğular diskinir
boy atır, bax! ...a`x
itib batanından, unudulmaz tarix
....sönük xatıralar, sözlü sükutlar,
nəfəs qaytarır ki:
içimdə gizlədim hıçqırtıları
....və hıçqırtılarım, basır ayağımı
diri bağırtını boğum içimdə,
yanıb... alışım
Babək qalasına, sardıqca fikrimi
ucalıqlarınca, durum çalışım.
116
ÜRƏK AĞRISI 1993/01/15
Ürəyimin ağrısında, ağlayıram
... diskinirəm
duruxsunub, yol gedirəm
yaşayışı öyrənməyə, özü boyda
yasda......., toyda.
117
ADALAT
1
1986/06/05
İliklərimdə,
bir qışlıq nəfəs
bir yazlıq həvəs
yaralı xatırla,
şəhid arzulara şahid olaraq
............ sürünməkdəyəm
yaşadıqca içim nisgillərilə
oturur ürəkdə ağır ağrılar
..........ruzumda, bürünür nüsxələr ara
..........ədalət yerinə, ADALAT
....və.... və.
1
Adalat: ürək xəstələrinə ruzi saya gələn, bir dərman adıdır.
118
KÖNÜL MÜLKÜ 1994/10/23
Gözlər evi yağışlıqda
könül mülkü quraqlıqdır
gözlərimin sufrasında
yazı, qoyub sovuşuram
niyazımı qar- kölgəyə bildirməyə
mən, qalıram yaza borclu
düşündükcə təbiə`ti,
təbi`m, düşür saza borclu
öz içində, üşüyür bu, taza borclu
ocaqlara od qalayın, haydı gəldim.
119
HƏRƏKƏT 1991/08/10
Varlıq nəfəsində, yatan həvəslərə
asıram qulaq
.....sığıram hər zadın, öz iç səsinə
yığıram könlümə, bütün səsləri
yatırdcaq, içimin səs yatımında
birdən; qulağımda yer- göy, səslənir
hərəkət....hərəkət...., sonsuz hərəkət.
120
HOP 1992/07/23
Hop!
burada boğulsanda,
bürün səssiz, səmirsizlik donuna; sus!
bu gün; sükut, ürəklərə tanış bir dil tanınmışdır.
bax!
burada durub suda, durğun baxır
a`x,
burada incar ölüb,
meşələr tək dağlardada
......dan, çırtlayır, anlayan yox!
səhər, bansız
şəhər, cansız
cəmdəyini yerdə sürən, ölülərdə,
iniltisiz, özlərində quylanırlar
sı...s! burada, od tutsada için.
yan, dan yanmağını
şirin- şirin, ödünü; iç
acı- acı, qus danışma
su....s,......... danışma.
Dostları ilə paylaş: |