121
ÜRƏKLƏR HIÇQIRTISI 1991/10/15
Tüstü borusunun içində, şəhər
He....y, için çalır
ölüm boyasına boyanan hava,
tutqun- tozanaq,
- hoyuxub, ürəklər hıçqırtısından
bax, e...y!
hərə kürəyində nikbət yükünü, naçaq daşıyır!
Yaşayır, ancaq:
ölülər gözündə qaraltı versin
donuq xatıralar,
soyuq həvəslərdə ölümcül qalıb
bir bax!
ürəklərdə, qaralıb qəhər
pərişanlıq sevir, tanışsız şəhər
paho.....!
bu yerdə fikir edir hərə bir cürə
burada dərd çəkir hərə bir təhər.
122
YAŞAYIŞ 1994/11/20
Yaşayışdan hər nə alsaq, bizimkidir
şənlik... kədər.... hünər, .........və eşq
gəl; göyərək, eşqimizdə
yaz, yolunu gözətləyir
...varlıq deyə, gül- çiçəyə dolmalıyıq
gəl, öyrənək kainatı
gəl, yaşayaq bu həyatı
- günəş kimi -
eşqimizdə, a`təş açaq
...ürəklərə işıq saçaq.
123
CAN SEVGİLİ 1991/11/11
Bugün o ümiddir; Yaşadan elləri, ömür qışında
... ayıq gözlərimi; Çəkən meynəliklər, meydangahına,
Yalniz eşqdir!
Camlar..., Fərəhindən meylənir, Doymur
Canlar.........., o eşqilə “cangülüm” oynur
Könül; canın sunur, can sevgilinə
.......alqış elinə.
124
İLK ADDIM 1991/11/30
Biz kimiksə; sıra- sıra bizdə sınır, sınmalıdır
kimliyimiz tanınmağa, axtarişlar axarının,
son addımı, ilk addımdır
çəkişdikcə, bərkişmə var içimizdə
............. yenilməzlik, bizdən yəlik
ağ yolların, otayına göz dikmişik
zaman, bizdən keçdikcə
biz, zamanlardan keçməliyik
biz, bir mə`na,
....... min, müəmma!
..... min - bir, amma!!
125
YENİ DOĞULUŞ 1989/05/01
Öz dərinliyini, duy...... durul
- oğul -
əynini, eşqə
eşqi, əyninə
dəyişik eləyib, yenidən doğul.
126
KİMLİK 1991/10/03
Söz gəlişi, deyəndə mən
mən kiməm ki!
ağıl deyir: mən, bir mənlik
düşüncəyə... inqilaba... inkişafa
***
Söz gəlişi, deyəndə mən
mən kiməm ki!
könül deyir: mən, bir kimlik
sevgi ilə sonsuz eşqə... gözəlliyə
***
Söz gəlişi, deyəndə mən
mən kiməm ki!
can söyləyir: mən, bir canan
eşqə layiq insaniçin, varlıqiçin
***
Söz gəlişi, deyəndə mən
mən kiməm ki!
təbi`m deyir: təbiətdən bir doğuluş,
həqiqətdən, görüş ..... gülüş.
127
BAŞLANIŞ 1993/12/01
Sükut sarayında, gəzəndə fikir,
sınırsız daşınır kəlmələr içrə
sükut yerişini ravanladıqca,
kəndində özləşir, törəniş tapır
qaçırdır, özümdə
uçuram, onda
..... açanda gözümü, röyalanıram
yumanda gözümü, mə`nalanıram
......itirəm kəlmələr dünyalığında
- orada,.....onda: yetirir kəlmələr içində, məni
yenə doğuluram şe`rimlə birgə, saçaqlarımda
içimdə döyüntü... axış... çevriliş
yenə ayaq tutur, məndə başlanış.
128
PAY- BÖlÜŞ 1993/07/29
Kirpiklərin arasında, uçur əsim
................ qovalanır uyğularım
ay güzgüsü, doğma evim
göy cadası, oylaq yerim
..... görməlidir yaranışın, ürəyimlə oynaması!
uzanıram, öz içimdə
nə uzundur dərinliyi!
- nə istidir, sərinliyi!
uc - bucaqsız, unudulmuş xatıralar,
qanad açıb,
köçür bir- bir, gözlərimdən,
ürəyimin, gözdən qaçan yollarına
məndə; xəyal gəmisində,
çəkilirəm, ləpə- ləpə;
uyğulardan mə`nalara
......ucalığım; pillə- pillə, dırmaşıram,
və aşıram özlüyümdən,
görüşürəm, öpüşürəm kimliyimlə
əl atıram; salxım- salxım, ulduzlara
bu səninki, o mənimki
görməlidir, pay bölüşüm!
tut əlimdən, yerə düşüm.
Dostları ilə paylaş: |