BabəK-İ XÜRRƏMDİn toplusu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə21/25
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49770
1   ...   17   18   19   20   21   22   23   24   25

 
 
  
139
* Şəhristanlı Əbülfəth Məhəmməd: Dörd əsl ki şiyələr üçün məxsusdur 
Babək iki və ya üç əslinə inanmışdır. 
1-  tanrının insan heykəlində hululu 
2-  ruhun bir bədəndən başqa bədəndə əyləşməsi 
3-  ruhun bir bədəndən yeni mənzillərə köçməyi. 
* Əbuzər Vərdasbi: Böyük bir hərəkət, və feodalların əleyhinə qalxmaq 
ki tarixin gümansız, qət`i ləhzələrində qabağa aparmışdır, feodalı və 
malikiyyəti sındırmışdır, Xürrəmdinlərin və Qərəmtinələrin qiyamı 
olmuşdur. 
* Dr. Şəhindoxt Kamran-i Müqəddəm: O cür ki Nədim oğlu 
(İbnilnədim) və başqa tarix yazanların əsərlərindən anlaşılır, 
Xürrəmdinlərin qohumluq yaşayışlarında bir qadına inanmışlar.....və 
müvərrixlərin yazısına görə Babək, ömründə yalnız bir qadına 
razılanıb............... Xürrəmdinlərin qadın-lariçın təəllümləri, hüquqda; 
ərkəklərlə kamil bərabərdir. Hətta qadınlar, çox döyüşdə iştirak 
etmişlər..................yəqindirki tarix yazanlar iddiasına görə; Babək, 
yalnız müsəlman(malik)lərin yerlərini əllərindən almamışdır, bəlkə 
başqa maliklərin və feodallarında mülkünə sahab durub və əkinçilər 
arasında bölmüşdür və bu əməl onların azadlığı sevməyi və ərəbklərlə 
düşmanlığı və feodallar qarşısında durmaqlarını yetirir. 

* Səid Nəfisi:  .....doqquz ildən sonra (787.m) yenədə Xürrəmdinlər 
xüruc etmişlər. 

* Seid Zəhirəddin Mərə`şi: Harunərrəşid, Hind xaqanlarının birisi 
yolladığı keyik “keyli\ buzinə\ nəsnas\ adama oxşar meymun” -çin 


 
 
  
140
imarət məqamı vermişdi ki dərbar adamlarından otuz nəfər o 
meymunun qulluqçusu olmuşlar və xəlifənin əmr`ilə onun belinə qəmə- 
qəddarə bağlamışdılar....... və səvarlar, önündə yerə çökərdilər və hər 
bir kimsə o meymunun hüzuruna yetişərdi əlini öpüb, boyun 
əyərdi.............o meymun, neçə kənizin qızlığını götürmüşdü. 
* Qirəvani və Muərri: Meymunun ölümü, Harun və Zübeydəyə ağır 
gəldi, ...o gün ki Zübeydə onunçün yas əyləncəsi tutdu, şairlər 
meymunun ölümündə ağıtlar qoşub və yas saxladılar. 

* Zəhəbi Şəmsəddin Əbu Əbdülləh: Bu ildə (778.m) Həzimə oğlu 
Hazem, Xürrəmilərlə ki Azərbaycan dağlarında dururdular, döyüşdü. 
10 
* Tuslu- Xoca Nizamülmülk: Yenədə (779.m) İsfahan- Tərmədin- Kaplə- 
Fayk- Rey- Akbatan”Həmədan”- dəstə və kərə camaatı ayağa qalxıb və 
Xürrəmdinlərə yapışdılar, elə ki onların birliyindən törənən say, yüz 
min kişidən artıq oldu......... və Harun, Xorasandan Əbdülləh-i 
Mübarəki, otuz min savarla, onların cidalına yolladı ...................və 
Əbdülləh, Haruna məktub yazıb; o Əbudəlfi onunçün yardımcıl 
göndərdi. 
* Əbu Əli Məhəmməd Təbəri: Çün Əmin xəlifənin qoşununu tapdılar 
bir gecə axıntısında, bütün qoşunu öldürdülər və İslam qoşunu aradan 
getdi....... yenədə sultan, bir çox talaşdan sonra qoşun yolladı. 
11 
(Bəbək- Bababəy- Bababək- Babək


 
 
  
141
* Mütəhhər, Tahir Müqəddəsi oğlu: Babəkin anası (Bərumid- 
Bərumənd- Çiçək) dilindən: bir gün onunçün yemək apardım, bir halda 
ki bir divar kölgəsində uzanıb yatmışdı, qollarının tükləri biz- biz 
durmuşdu və hər tükün altından; qan süzürdü, inandım ki gələcəkdə 
oğlum, ucalıq tapacaq. 
* Nədim oğlu Əbülfərəc Məhəmməd ( İbnilnədim): Cavidanın qadını 
Xürrəmə dilindən: onunçün yer üzündə höküm sürmək bəllidir, o 
zalimləri və boynu yoğunları öldürüb və məzlum kütlələrə yardım 
durub başlarını ucaldacaq və ayaqdan düşənləri, qalxızıb, şən həyata 
çatdıracaq. 
* Əbulməa`li Məhəmməd-i Ələvi: Babək çox duzlu, göyçək və xoş 
səsliydi. 
* İmad oğlu Əbülfəllah- Əbdülhəyy: Babək qudrətli - dözümlü - 
cəsarətliydi,   döyüşdə bilici və işlərinin üstündə, qayım və səbirliydi, 
öylə ki onunçün bir tay yoxudu. 
* Əbülhəsən Məsu`di: Babək, ellərin ürəyində özünə böyük yer 
açmışdi, və qudrəti o qədər çoxlaşmışıdı ki, az qalırdı höküməti aradan 
götürsün. 
* Həmdullah Mostofi: Babəkin ürək istəklərinə yetməyi və arzuları 
yerində oturmağının illəti, Azərbaycan ellərinin birləşməsi və ərəblərin 
sözlərindən dönməkləri və boyun əyməməkləri oldu, Babəkin ərəblər 
qəniminə hüküm sürməyi gerçəkdə milli bir hərəkətidi. 
* Muərri: Çox el- oba, və saysız xalq, Babəkin yan- yörəsinə yığışdılar, 
öylə ki heç bir qudrət onların önündə davam gətirmədi. 
* Ğiyasəddin Məhəmməd Xundmir: Babək  816- 17.m, xüruc etmiş və hər 
bir qoşun ki Mə`mun onun cidalına yollamış, aradan aparmışdır ...... 


 
 
  
142
mötəsəm dedi, işləri və son əməlləri, bir cür olsaydı ki qanından keçib 
və onu bağışlayım, yaxşı olardı, çünkü; o yaşamalı və çox layiq və 
qalmalı bir qoçaqıdı. 
* Nurəddin Məhəmməd-i O`fi: Mötəsəm, Əfşinə dedi, məsləhət olsa, 
onun qanından keçim, çünkü çox iradəli və əli iti və fikirdə kəsərlidir 
və qoşun çəkməkdə və döyüşd işlərində taysızdır. 
* Xacə Nizamülmülk: Əbbasi xəlifələri, atmış bir il Xürrəmdinlərlə 
döyüşübdür, çünkü onlar 778.m ilində xüruc, və 223 h.q ilində də Babək 
əsir olmuşdur,..... Mə`mun və Mötəsəm, otuz doqquz il Xürrəmdinlər 
yurduna, saysız qoşun göndəriblər........Mə`mun, Mötəsəmçin vəsiyyət 
edəndə, belə dedi: Babəklə döyüşdə ciddi olgilən  
* Əbi Dəvad oğlu Əhməd ( əbi Dəvad,/Davvud “Qaziəlqozat”): o, 
qədər “Babək” iradədə davamlıydı ki heç bir kimsədən və heç bir nədən 
qorxusu yoxudu, ömrünün son ləhzələrində; hətta, elə durmuşdu, sankı 
işlərinin başlanışıydi. 
* Səid Nəfisi: Nəyə gərəklidir, böyük insanların, ata- anasından və ya 
tayfasından xəbərli olaq? o ki tarixdən axtarırıq budur ki, onların böyük 
həma`sələriylə  və işləriylə, ellərə baxım və hərəkət verək, buna görə, 
Babəkin boy- soyundan xəbərsiziksə onun ucalığından bir zad 
əskilməyir...  o kimsələrdən ki bu günədək milli hərəkətlərin bayraqçısı 
olmuşlar, gərək bir neçəsini İranın diriliyinin böyük a`mili bilək və 
yerlidir ki İranlılar onları tarix nağıllarının üstün qoçaqları bilsinlər....... 
o böyük iyidlərin birinci qəhrəmanı, Xürrəmdin Babəki tanımalıyıq ki 
hər bir baxımdan, başqalardan üstündür və tarixdə uca bir caygahı 
vardır və yalnız Müqəffə ilə Mazyar, bir həddə edə bilərlər Babəklə 
qiyas olsunlar, heyf olsun ki o böyük insanın yaşayışının aydın çağları 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə