BabəK-İ XÜRRƏMDİn toplusu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə24/25
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49770
1   ...   17   18   19   20   21   22   23   24   25

 
 
  
151
yerə bölüşdü, yarısını Əfşin-çin və yarısını Üşnas-çin tapşırmışdı..... bir 
haldaki Mə`mun xilafətində sınmış sərhənglərdən ki ibarət ola, Tahir 
oğlu Əbdülləh - Xalid oğlu Məhəmməd - Həmid oğlu Məhəmməd - 
Bə`is oğlu Məhəmməd - Yusif Səğəri oğlu Məhəmməd – İsa` Əcəli 
oğlu Əbudolf Qasim və birdə Böyük Boğa (boğa Əlkəbir = ərkək 
dığa/öküz) və Kufə hakimi Qa`sim Ələ`bəsi və Əbdülləh oğlu Zə`fər və 
Kəsir oğlu Əbülmüzəffər də onların qoşunlarının böyük başlarıydı, 
Mötəsəm öz dərzisi Cə`fər Xəyyatı və aşpaz başısı İytaxı da, Əfşin-çin 
yardımcıl göndərdi. 
* Əbülhəsən Məsu`di: Mötəsəm, Əfşini və bir çox əmir və qoşun 
başçılarını 835.m ilində Azərbaycana yolladı. 
 
(miladın 835 inci ilinin dönərgələri) 
* Əbusəid Əbülhəyy gərdiyəzdi: Babək, Əbusəid oğlu kürd İsməti üç 
min Xürrəmilə Əfşinin qarşısına göndərdi......... və Əfşin bir yarğan 
başında yeddi ay otraq edib və dərəyə sarı gedə bilmədi o qədər ki ağır 
soyuq düşüb və yaz gələnə qədər soyuqluq və çətinlik çəkdilər. 
 
(  miladın 836 inci ilinin dönərgələri) 
* Əbusəid Əbülhəyy gərdiyəzdi: Mötəsəm, böyük boğa (əlkəbir)i 
Əfşinə yardımcıl yolladı və Babək bu məsələni biləndən sonra öz 
iradəsi üstündə dahada qayımlaşdı...bir gün Xürrəmilər çay qırağında 
bir karvan ki Əfşin-çin silah və azıq aparırdılar, üstünü alıb adamlarını 
qırıb mallarını qənimət apardılar  .....və yenə də yolda Heysəm Ğənəvi 
qoşunuyla rastlaşıb və onları sındırdılar və nəhayətdə Heysəm öz 


 
 
  
152
ordusunda daldalandı........və Babək yenə də onun ordusunu qomaraladı 
ancaq: bir çox qırğından sonra Əfşin onun harayına yetişdi. 
* Şəmsəddin Əbu Əbdülləh Zəhəbi: Yenə o ildə Xürrəmi Babəkə, boğa 
arasında bir qanlı döyüş düşüb və axırda boğa`nın qoşunu basqınlıq 
tapdı... və yenə o ildə Əfşin, Babəkin Tərxan adlı sərdarını qəfildən  
əsir etdi. 
* İmadəddin Kəsir: Babəkin qoşununun başçılarından birisi ki Tərxan 
adlanırdı Babəkdən qış çağını öz kəndində başa verməyini istədi, o bir 
halda ki Marağa şəhərinə sarı gedirdi Əfşin bilib dalısınca bir qoşun 
yollabı, onlar qabağını kəsib və öldürəndən sonra başını kəsib Əfşinin 
yanına gətirdilər.... 
* Şəmsəddin Əbu Əbdülləh Zəhəbi: Bir dəfə də Boğa və Əfşin 
qoşunları Xürrəmdinlərlə döyüşüb və onlardan min nəfər öldürdülər və 
Babək qalan qoşunu ilə, dağ- dərələr yolunu tutub və öz qalasına ki 
oradan üç günlük yoludu, getdi və amanda qaldı, o ilin bahar çağında, 
Əfşin qoşunların başçılarına buyruq verdi Bəz qalasını araya salıb və 
qabağa yerisinlər və .... Bəz şəhərinin altı ağacına-dək getdilər... böyük 
Boğa ilə Xürrəmdinlərin orada qanlı savaşından sonra, Boğa və Həmid 
Tusi oğlu Məhəmməd bir xəndəq başında pənah tutdular və Əfşindən 
yardım istədilər, Əfşin öz qardaşı Fəzli və Hoşam oğlu Xəlili və Əba` 
Xos və Səhl oğlu Sahib Şortə-ni onlara kömək göndərib və fərman 
verdi, müqərrər gündə Bəzə doğru axıb özlərindən cəsarət göstərsinlər. 
* İmadəddin Kəsir: Bu ildə, Babəklə boğa arasında ağır döyüş düşdü və 
Babəkin köməklərindən bir iddə öləndən sonra və döyüşdən dalı oturub 
və sonra, Əfşinlə savaş etdilər və bu bir neçə uzun döyüşdə, yenə də 
Babəkin bir çox qoşunu aradan getdi. 


 
 
  
153
* Şəmsəddin Əbu Əbdülləh Zəhəbi: o gün Əfşin bütün qoşunlarını 
yaraq- landırıb Bəzə doğru yola düşdülər... və neçə aydan sonra 
Babəkin bir iddə tərəfdarlarına qələbə etdilər, ancaq onları yağış tutub 
və soyuq düşdü, Əfşin çarəsiz qalıb Bəz şəhərindən uzaqlaşdı........o ilin 
qışında, Əfşinin başında, on beş min nəfər qoşun varıydı ki onları on 
beş yerə bölüb, beş min nəfərini Boğaya tapşırıb və ellikdə bir- 
birindən ayrı, Bəzə doğru yollandılar. Onlar neçə gündən sonra, qar- 
dumana düşdülər və Babəkdə meydanı onlara təng etdi və ağır 
təhlükədən sonra, yenə də düşmanı qabaqkı yerlərinə qaytardı.... bir 
halda ki bilmirdilər Əfşinin aqibəti necə olacaq.....və gecə Babək iki 
min Xürrəmilərlə, gecə çağı Əfşinin ordusuna yürüş edib və Əfşin ağır 
tələfat görəndən sonra Boğanın qoşunu onun harayına çatıb və onları 
bir hətmi ölümdən nicat verdilər.....Yenə də o günün sabahı Babək 
qoşununu iki yerə bölüb, Boğa ordusuna yürüdü, və günəş batana qədər 
qanlı bir döyüş düşdü, və çün şafaq qaraldı Boğa qoşununu dağlara sarı 
çəkdi, və çünkü bir dağ üstündə o qoşuna yer olmurdu, onları üç yerə 
bölüb və hər bölgüsünü bir dağ başında oturtdu.... dan çıxana yaxın, 
çün onları yuxu apardı, Babək Xürrəmilərlə onlara sarı axdı, və onlar 
canlarını təhlükədən qurtarmaqdan ötürü, özlərini dağdan yerə atıb və 
qaçırdılar, o döyüşdə Əfşinin qardaşı Fəzl yaralanıb və Boğa Ərdəbilə 
dək piyada qaçıb və özünü Əfşinə yetirdi, və o qışı başdan başa, 
Ərdəbildə daldalandılar. 
  
(miladın 837 inci ilinin dönərgələri ) 
* İmadəddin Kəsir: Qış, çağını başdan sovan kimi yenədə Mötəsəm iki 
sərhənglə bir ağır qoşun, ki on min nəfərə yetişirdi; Əfşin üçün kömək 


 
 
  
154
göndərdi. Ki o sərhənglərin birisi İta`x ki Mötəsəmin aşpaz başısıydı, 
bir məktubla Kufəyə, Qasim Ələbəsi qoşununa sarı yolladı ki hər ikisi 
qoşunlarıyla Əfşinə yardımcıl dursunlar... yaz çağı başlanan kimi, 
Əfşin ayağa qalxıb və öz xəndəqindən çıxandan sonra, ona xəbər 
verdilər ki Azin, Babəkin sərhənglərindən biri, onun yaxınlığında 
qoşun toplayıb və Xürrəmdinlər qadınlarını və uşaqlarını bir ayrı qalaya 
yola salır, Əfşin, Kəsir oğlu Əbülmüzəffəri beş min qoşunla yola salıb 
və onları bir təngədə yaxalayıb və əsir etdi və çün Azinə xəbər yetişdi 
Əbülmüzəffər qoşununun üstünü alıb və o arvad- uşaqların bir çoxunu 
onların caynağından qurtardı. 
* Şəmsəddin Əbdülləh Zəhəbi: Əfşin, Əbu Səid və Cə`fər Xəyyat və 
Xəlil oğlu Əhmədə buyruq verdi ki qoşunu, üç yerə bölüb və savar 
nizamla qabağa getsinlər və olar o qədər qabağa getdilər ki Babəkin 
qalasını gördülər........... Babək öz az qoşunu-ilə orada durmuşdu,.... 
Əfşin elə ki bir döyüşdən sonra, öz xəndəqinə qayıtdı, yenədə ayrı bir 
xəndəqə getməklə Babəkə yaxınlaşdı və neçə yol bu işi görəndən sonra 
Xürrəmdinlərə leydan təng oldu və onlar qaladan çıxıb Xəyyat Cə`fər 
qoşunuyla yaxalaşdılar, və qanlı bir döyüşdən sonra, Əbudəlf, Cə`fərə 
havar durub Xürrəmdinlərin işi dahada çətinləşdi və Əfşin beş yüz 
nəfər piyada nizam, ox atan göndərməklə o gecəni Cəfərin qoşununu, 
qorudu, və yarın gün yenədə orduda döyüş başlandı və 
Xürrəmdinlərdən bir coması aradan gedib və acızladılar, öylə ki axşam 
üstü döyüşdən əl çəkdilər. 
* Qazi Əbu Əli Möhsen Tənuhi: Əfşinin qoşunu elə ki qalanın bir 
ağacına yetişdi, Babək öz qalasından onlara xalvarlar qatıq və yağ və 
tərəbar, yolladı və xiyarla badrəş də yolladı və dedi: siz bizim qonaq-


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə