Baki döVLƏt universiteti


Şimali Azərbaycan XIX əsrin



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə33/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   137

Şimali Azərbaycan XIX əsrin  
70-ci illəri – XX əsrin əvvəllərində 
 
129 
iri neft mərkəzi kimi inkişafı bu qədim şəhərin arxitekturasına 
və demoqrafıyasına güclü təsir göstərdi. Bakının ictimai-
sahibkar həyatı  İçəri  şəhərin dar küçələrindən kənara, geniş 
meydana çıxdı.  İçəri  şəhərin həndəvəri Bakının  əsas  ərazisi 
oldu. XIX əsrin son rübündə Bakıda tikinti inşaat işləri sahəsi 
361,8 hektaradək (52,4 faiz) genişləndirildi, tikililərin sayı isə 
9.282-dək (46,9 faiz) artdı. Şəhərin mərkəzində passajlar, 2 və 
3 mərtəbəli daş binalar, iri dükanlar, mehmanxanalar, ticarət-
sənaye firmalarının, bankların binaları, klublar, teatrları olan 
yaraşıqlı küçələr, Birja, Quba, Teatr meydanları, Qubernator, 
Sisianov, Mariya, Parapet bağları salındı.  Şəhərin bu cür 
inkişafı onun əhalisinin dinamizminə güclü təsir göstərdi. 
«Mənzil məsələsi və onun həllinin sosial sınaqları» (SPB,1908) 
kitabında Avropanın iri şəhərləri əhalisinin 100 il ərzində artımı 
haqqında məlumat verilmişdir. Məlumatdan görünür ki
əhalinin sayı Berlində 6 dəfə, Brüsseldə 5 dəfə, Londonda 4 
dəfə artmışdı. Bakı bu göstəriciyə görə  həmin  şəhərləri 
ötmüşdü. XIX əsrin ancaq son rübündə şəhərin əhalisinin sayı 
7,4 dəfə artmışdı (15.105 nəfərdən 111.904 nəfərə çatmışdı). 
Yerli və  gəlmə  əhalinin nisbəti bu cür idi: yerli əhali-36 faiz, 
gəlmə  əhali-64 faiz. Gəlmə  əhalinin 34,8 faizi rus, 17,1 faizi 
erməni, 2,2 faizi alman, 1,7 faizi yəhudi, 0,8 faizi polyak və i.a 
idi.  Şəhər  əhalisinin tərkibində rusların və ermənilərin sayının 
bu qədər çox olmasının səbəbi təkcə iqtisadi inkişafla bağlı 
deyildi,  əsas etibarilə çarizmin əhalini köçürmə siyasətinin 
nəticəsi idi. Bakının silklərinə  gəlincə, dvoryanlar və 
məmurların çoxunu ruslar, ermənilər arasında isə tacirlər və ru-
hanilər çoxluq təşkil edirdilər. Bakının yerli əhalisi-azərbay-
canlılar arasında  əsilzadələr və meşşanlar çox idi. Ötən  əsrin 
axırlarına yaxın  şəhər  əhalisinin böyük bir hissəsi, yəni 88,5 
faizi sənaye-ticarət sahəsində çalışırdı. 
Bakının maliyyə  vəziyyətinə  nəzər salarkən burada da 
nadir dinamizm görürük: XIX əsrin son iyirmi beş ili ərzində 
III mühazirə 
 
 
130
şəhərin gəliri 28 dəfə çoxalıb 51 min manatdan 1.423 min 
manata çatmışdı. Bakının bələdiyyə tarixindən belə bir fakt 
maraq doğurur: XIX əsrin axırlarında  şəhərdə ayrı-ayrı 
şəxslərin xeyriyyəçilik işləri üçün ayırdıqları xüsusi kapitalın 
məbləği cəmi 20.472 manat idi, o cümlədən vur-tut 100 manat 
məbləğində toxunmaz kapital var idı. Bu rəqəmlər  şəhərin 
xüsusi kapitalının son dərəcə az olduğunu göstərir, halbuki 
yaradılan sərvət cəhətdən Rusiyada heç bir şəhər Bakı ilə 
müqayisə edilə bilməzdi. 
 
2. Əhalinin tərkibində sosial dəyişikliklər  
 
XIX yüzilliyn II yarısında  Şimali Azərbaycanın ictimai-
iqtisadi həyatında baş verən dəyişikliklər burada burjua 
cəmiyyəti təbəqələrinin formalaşmasına zəmin yaradırdı. 
Şimali Azərbaycanı imperiyanın mərkəzi rayonlarının 
sənayesi üçün satış bazarı  və xammal mənbəyi kimi 
qiymətləndirən çarizmin müstəmləkə siyasət ilə, ilkin kapital 
yığımı  mənbələrinin məhdudluğuna, XIX əsrin II yarısında 
Azərbaycan kəndində feodal qalıqlarının qalmasına 
baxmayaraq, diyarda burjuaziyanın təşəkkülü prosesi gedirdi. 
Özlərinin bütün məhdudluğuna baxmayaraq, XIX yüzilliyin 70-
ci illərində keçirilmş burjua islahatları bu prosesə müsbət təsir 
göstərirdi. 
Şimali Azərbaycanda sənaye və ticarət 
burjuaziyasının formalaşması prosesi, həmçinin  əsrin sonunda 
kredit-bank sisteminin meydana çıxması  və inkişaf edərək 
iqtisadi həyatda birinci dərəcəli əhəmiyyət kəsb etməsi ilə daha 
da sürətləndi. 
Yüzilliyin son rübündə  Şimali Azərbaycan sənayesinə 
əvvəlcə rus, 80-ci illərdən isə xarici kapital axını gücləndi.  
Rusiyanın digər bölgələrinin burjuaziyası kimi, Şimali 
Azərbaycan burjuaziyası da siyasi mənafelərin ümumiliyi 
baxımından vahidlik təşkil edirdi. 


Şimali Azərbaycan XIX əsrin  
70-ci illəri – XX əsrin əvvəllərində 
 
131 
Şimali Azərbaycanın xırda burjuaziyası çoxsaylı idi. 
Onun tərkibinə xırda sənətkar-kustar müəssisələrinin sahibləri, 
kiçik tacirlər və binəkdarlar, xidmət sahəsindəki xırda 
müəssisələrin sahibkarları  və b. daxil idi. Öz sosial təbiətinə 
görə, ümumiyyətlə  xırda burjua olan kəndlilərə  gəldikdə isə, 
islahatdan sonrakı bütün Rusiyada olduğu kimi, burada da onlar 
parçalanır, bir qütbə varlı  kəndlilər, qolçomaqlar, digərinə isə 
muzdla işləyən kəndlilər, yoxsullar cəmləşirdi. 
Bütövlükdə  Şimali Azərbaycan sənayesinin aparıcı 
sahəsində-neft sənayesində Azərbaycan milli burjuaziyasının 
iqtisadi mövqeləri güclü deyildi. Hələ 1872-ci ildə, iltizam 
sisteminin ləğv edildiyi ilk vaxtlarda, neftli sahələrin 13 
sahibkarı içərisində Azərbaycan kapitalı ancaq 2 kapitalistlə 
təmsil olunmuşdu. 
XIX yüzilliyn 70-90-ci illərində  Şimali Azərbaycanda 
intensiv surətdə  fəhlə – işçi təbəqəsinin formalaşması prosesi 
gedir, alət və vasitələrdən məhrum olan, əksər hissəsi kənd 
təsərrüfatı ilə  əlaqələrini kəsmiş  və ya əlaqələri zəifləmiş, iri 
müəssislərdə cəmlənən, uzun illər boyu sənaye və nəqliyyatda 
çalışan sənaye kadrları yaranırdı. 
XIX yüzilliyin ikinci yarısında sənaye kapitalizminin 
inkişafı, burjuaziyanın  əmələ  gəlməsi ilə eyni zamanda fəhlə 
təbəqəsinin formalaşması prosesi gedirdi. Bu proses o dövr 
Şimali Azərbaycanın sosial-iqtisadi və siyasi həyatında  ən 
mühüm hadisələrindən biri idi. Şimali Azərbaycan fəhlə 
kadrlarının formalaşması prosesinə sosial-iqtisadi münasibətlər, 
əhalinin sosial və milli tərkibinin özünəməxsus xüsusiyyəti, 
çarizmin müstəmləkə siyasəti ilə bağlı olan yerli cəhətlər də öz 
təsirini göstərmişdir. 
70-80-ci illərdən etibarən Şimali Azərbaycanda fəhlələrin 
sürətlə  təşəkkül tapması ilə bağlı idi. Belə inkişafın ardınca 
labud olaraq, o dövrün ictimai istehsal münasibətlərinin  ən 
kəskin surətdə dağılması prosesi başlayırdı.  
III mühazirə 
 
 
132
XIX yüzilliynin ikinci yarısında  Şimali Azərbaycanda 
kapitalizmin inkişafı, iqtisadi və mədəni mərkəzlərin yüksəlişi, 
ümumi bazarın yaranması, cəmiyyətin strukturunun dəyişməsi, 
milli burjuaziyanın və  fəhlə  təbəqəsinin formalaşması – bütün 
bu proseslər Azərbaycan millətinin təşəkkülünün ilkin obyektiv 
şərtləri oldu. 
Digər millətlər kimi, insanların sabit, tarixi birliyi kimi 
formalaşmış Azərbaycan milləti də feodal pərakəndliyinin ləğv 
edilməsi prosesində, iqtisadi birlikdə dil, ərazi, mədəniyyət, 
şüur və psixoloji birliyin qovuşması əsasında meydana gəlir və 
inkişaf edirdi. 
İqtisadi  əlaqələrin möhkəmlənməsinin vacib şərti Azər-
baycan millətinin ərazi birliyi idi. Uzun əsrlər boyu Azərbaycan 
xalqı  şimalda Böyük Qafqaz dağlarından, cənubda Qızıl Üzən 
çayına qədər, şərqdə Xəzər dənizindən, qərbdən isə Gürcustana 
qədər olan ərazidə yaşamışdı. Yadelli işğalçılara qarşı 
uzunmüddətli mübarizənin gedişində Azərbaycan xalqı öz 
dövlətçiliyini, öz ərazi birliyini yaratmışdı. 
Bununla belə, Azərbaycan ərazisi iki dövlət—Rusiya və 
İran arasında bölüşdüruldüyündən Azərbaycan millətinin 
təşəkkülü prosesi özünəməxsus şəraitdə gedirdi. 
Şimali Azərbaycanın Rusiya tərəfindən istilası ilə 
ölkədəki feodal ara müharibələrinə son qoyulsa da, ərazi 
bütövlüyünə, yalnız azərbaycanlıların müxtəlif dövlət 
birliklərinin tərkibində olması deyil, həm də  Şimali 
Azərbaycanın Rusiya imperiyasının daxilində müstəqil 
birləşdirici təsərrüfat-inzibati və siyasi vahid kimi mövcud 
olamaması mane olurdu. 
XIX yüzilliyin ikinci yarısı  Şimali Azərbaycanda həm 
sənətkarlıq və  sənaye, həm də  kənd təsərrüfatı sahələrində 
natural istehsalın ictimai istehsala çevrildiyi bir dövr idi, 
Kapitalizmin inkişafı 
nətiçəsində 
Şimali Azərbaycan 
iqtisadiyyatının dünya bazarına cəlb edilməsi onun iqtisadi 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə