Baki döVLƏt universiteti


Şimali Azərbaycan XIX əsrin



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə35/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   137

Şimali Azərbaycan XIX əsrin  
70-ci illəri – XX əsrin əvvəllərində 
 
137 
istismar siyasəti yeridən çarizm ucqarlarda, o cümlədən Şimali 
Azərbaycanda feodal münasibətlərini qoruyub saxlamağa 
çalışır,  ərazidə  sənaye və  mədəni mərkəzlərin yaranmasını, 
təhsilin, xüsusən ana dilində təhsilin yayılmasını ləngidirdi ki, 
bu da Şimali Azərbaycanda məhsuldar qüvvələrin, daxili 
iqtisadi, siyasi, mədəni əlaqələrin geniş inkişafına mane olurdu. 
 
3. Milli azadlıq hərəkatı. Birinci dövr 
 (1875-1904-ci illər) 
 
Milli azadlıq hərəkatı Azərbaycan tarixinin şanlı 
səhifələrindən biridir. Başlanğıcını 1875-ci ildən götürən bu 
hərəkat dörd dövrə bölünür. Birinci dövr 1875-ci ildən 1904-cü 
ilə  qədərki dövrü əhatə edir. Şərti olaran «Əkinçi dövrü» 
adlanan bu illərdə  hərəkatın ideya cücərtiləri dünyaya 
gətirilmiş, onun ideoloji prinsipləri, nəzəri əsasları hazırlanmış, 
milli oyanış baş vermişdir. 1905-1917-ci ilin fevralı  hərəkatın 
ikinci dövrüdür. Bu illərdə  hərəkat açıq siyasi mübarizə 
səhnəsinə çıxaraq öz siyasi tələblərini Rusiya imperatorluğunun 
yüksək dövlət idarələri qarşısında qoydu. Onlar təkcə tələb irəli 
sürməklə  məqsədə çatmağın mümkün olmadığını görüb siyasi 
partiyalar (İttifaqi-müslimin, Difai, Müsavat) və  təşkilatlar 
yaratdılar. Milli azadlıq hərəkatının üçüncü dövrü 1917-ci ilin 
fevralından 1918-ci ilin mayına qədər davam etmişdir. Bu 
dövrdə milli hərəkat Rusiyanı demokratik federativ 
respublikaya çevirmək, onun tərkibində Azərbaycan türklərinin 
milli-muxtar cümhuriyyətini yaratmaq səviyyəsinə qalxıb 
keyfiyyətcə yeni bir mərhələyə – islamçılıq, «ümmətçilik» 
buxovunu qırıb türkçülük mövqeyinə yüksəldi. 1918-ci ilin 
martından sonra hərəkat müstəqil milli dövlətin yaradılması 
uğrunda mübarizəyə qalxmış  və onu uğurla başa çatdırmışdır. 
Dördüncü dövr 1920-ci ilin aprelindən 1991-ci ilin 18 
oktyabrına qədərki dövrü əhatə edir. Bu mərhələdə sovet işğal 
sisteminə qarşı müxtəlif yollarla, açıq və ya gizli, güclü və ya 
III mühazirə 
 
 
138
zəif formada olsa da, mübarizə aparılmış, bunun üçün qizli 
təşkilatlar yaradılmış, respublikada yaşayan vətənpərvərlər, 
ölkəni tərk etmiş siyasi liderlər mühacir təşkilatlarını, 
mətbuatını yaratmış, nəhayət SSRİ-də yaranan daxili və xarici 
vəziyyətdən istifadə edərək 1991-ci il oktyabrın 18-də Dövlət 
müstəqilliyi bərpa edilmişdir. 
Məlumdur ki, çar Rusiyası XIX əsrin  əvvələrində 
Azərbaycanı işğal etməyə başlayarkən qarşısında milli birliyini 
anlamış bir Azərbacyan deyil, bir-birinin müqəddəratına laqeyd 
xanlıqlardan ibarət zəif bir məmləkət görmüşdü. Ancaq bu 
dağınıqlıq yalnız Azərbaycana məxsus olmayıb, feodalizm 
dövrünü yaşayan qonşu  ərazilərə  də aid idi. Qonşulardan fərq 
yalnız burasında idi ki, Azərbaycan dağınıqlıqdan  əvvəl  əsrlər 
boyu davam edən vahid dövlət həyatını da yaşamış olduğunu 
xatırlayırdı. Bu zən-gin siyasi keçmişlə yanaşı, Azərbaycan 
qüdrətli bir ədəbiyyata, maddi və  mənəvi mədəniyyətə malik 
idi. Bu səbəbdən Azərbaycan işğalçı Rusiyadan mədəni 
səviyyəcə heç də geridə qalmırdı,  əksinə üstün idi. Belə ki, 
Rusiyada qədim dövrlərdən 1861-ci ilə qədər rəsmən bir köləlik 
rejimi mövcud idi. Belə rejimdə  hər cür haqq və hüquqdan 
məhrum kəndli bazarda bir əşya kimi satılırdı. XIX əsrin rus 
qəzetlərində  və jurnallarında tez-tez belə elanlar oxumaq 
mümkün idi: «Köhnə bir araba və iki qız satılır. Gənc və 
sağlam olan qızlar toxumaq da bacarırlar. Təcrübə üçün 
baxmaq mümkündür». 
Məlumdur ki, çar Rusiyası Azərbaycanda siyasi, iqtisadi 
və  mənəvi sahələrdə müstəmləkəçi siyasət həyata keçirirdi. 
İmperatorluq  əsarət atlına saldığı xalqların, o cümlədən 
Azərbaycan türklərinin milli varlığını danmağa çalışırdı. 
Ümumdövlət idarəçiliyi sistemində  əsir xalqların torpaq, ərazi 
bütövlüyünü göstərə biləcək «Azərbaycan», «Gürcüstan» kimi 
anlayışlar yox idi. Bunların əvəzində ancaq «Bakı quberniyası», 
«Yelizavetpol quberniyası», «Tiflis qubarniyası» adlı vilayətlər 


Şimali Azərbaycan XIX əsrin  
70-ci illəri – XX əsrin əvvəllərində 
 
139 
yaradılmışdı. Bununla yanaşı, azərbaycanlılara qarşı daha sərt 
ayrı-seçkilik həyata keçirilirdi. Çar Rusiyası gürcü torpaq 
sahiblərinin mülki və siyasi hüquqlarını tanıyaraq onları rus 
zadəganlarına bərabər tuturdu. Ancaq Azərbaycan xan və 
bəylərinin mülkiyyət hüququ yalnız 6 dekabr 1846-cı il qanunu 
ilə tanındı və onlar «ali müsəlman zümrəsi» adlandı. Siyasi cə-
hətdən hüquqsuzluq isə yenə davam edirdi. Rus və gürcü 
zadəganlarının siyasi hüquq və imtiyazları ali müsəlman 
zümrəsinə aid edilmədi. Belə siyasətin nəticəsində gürcü 
zədəganlarından Nakaşidze, Amilaxvari kimi adamlar 
Azərbaycanda qubernator vəzifəsini tuturdular. Azərbaycan xan 
və bəylərindən isə bir kimsə qubernatorluğa yüksələ bilməmiş, 
yalnız bir neçəsi qəza rəisi, barışıq hakimi kimi orta çeşidli 
dövlət vəzifəsi daşımışdı. 
Rusiyada kapitalizmin inkişafı milli ucqarlarda, o 
cümlədən Azərbaycanda da islahatlar keçirməyi tələb edirdi. 
Buna görə Azərbaycanda kəndli, məhkəmə,  şəhər və inzibati 
idarə sahəsində islahatlar keçirildi. Müstəmləkəçilik və milli 
ayrı-seçkilik siyasəti burada da özünü göstərdi. 
Ölkənin xammala olan ehtiyacını ödəmək məqsədilə çar 
hökuməti Zaqafqaziyada 1870-ci il may ayının 14-də aqrar 
islahatı keçirdi. Kəndlilərinin torpaq quruluşu haqqında olan bu 
«Əsasnamə» Zaqafqaziya quberniyasının Yelizavetpol, Bakı, 
İrəvan və qismən Tiflis quberniyaları ali müsəlman silkindən 
olan  şəxslərin, həmçinin erməni məliklərinin torpaqlarında 
sakin olan dövlət kəndlilərinə  şamil edilirdi. Lakin Rusiyadan 
fərqli olaraq Şimali Azərbaycanda dövlət kəndliyə pay 
torpağını satın alıb öz mülkiyyətinə keçirmək üçün maddi 
yardım – borc pul vermirdi, pay torpağını satın almağa məcbur 
edilmirdi. Torpağın satınalma qiyməti də Rusiyaya nisbətən 
yüksək müəyyənləşdirilmişdi. 
Milli müstəmləkəçilik siyasətinin nəticəsi olan bu fər-
manı  səciyyələndirən H.Baykara doğru olaraq yazırdı ki, 
III mühazirə 
 
 
140
köləlik rejiminin ləğv edilməsinə aid fərmanda bu hüquq rus və 
gürcü kəndlilərinə aid edilmiş, Azərbaycan kəndlisindən isə 
əsirgənmişdi. Çünki torpaq mülkiyyətinə sahib olan kəndli 
maddi və  mənəvi cəhətdən inkişaf edə bilərdi, öz mü-
qəddəratının sahibi olardı. Mədəni və siyasi hüquqlar əldə 
etməyə çalışardı. 
Siyasi bərabərsizlik özünü məhkəmə islahatında da 
göstərdi. 1864-cü il məhkəmə islahatı zamanı Qafqazda «andlı 
iclasçıların» iştirakı  nəzərdə tutulmurdu. Guya cinayət etmək 
Qafqaz xalqlarının təbiətindən irəli gəldiyi üçün andlı iclasçılar 
onları bağışlaya bilərdi. Mühakimə işinə yalnız rusca baxılırdı. 
Barışıq hakimlərinin dindirilmə zamanı arabir yerli dillərdən 
istifadə edilməsinə icazə verilməsi kəskinliklə pislənərək yasaq 
edilmişdi. 
Bələdiyyə sahəsində  də  vəziyyət yaxşı deyildi. Belə ki, 
1870-cı il qanunu üzrə «xaçpərəst olmayan» əhali Qafqaz şəhər 
idarələrinə yalnız «qlasnıların» yarıya qədərini seçə bilərdi. 
Xristian millətlərdən (rus, erməni, gürcü və s.) 499 kişinin 
səsvermə hüququ 2900 «xaçpərəst olmayan» kişinin səsvermə 
hüququna bərabər idi. Bu, Bakıda, Yelizavetpolda və başqa 
şəhər bələdiyyə idarələrində Azərbaycan xan, bəy, tacir və 
ziyalıların milli hüququnun kobud şəkildə pozulmasına səbəb 
olmuşdu. 
Müstəmləkə siyasəti  əsgəri xidmət məsələsində  də 
aparılırdı. Çar Rusiyası azərbaycanlı  gənclərə silahı etibar 
etmədiyi üçün onları orduya aparmırdı. Doğrudur, xan-bəy 
ailələrindən gənclər 1846-cı il qanunu üzrə çar əsgəri 
məktəblərində oxuduqdan sonra orduda zabit və general rüt-
bəsinə yüksələ bilərdi. Amma onlar barmaqla sayılacaq qədər 
az idilər. Məhz bu səbəbdən 1917-ci ildə gürcü, erməni, 
Volqaboyu tatarları rus nizami ordusunda hazırlıq keçmiş 
gənclərdən asanlıqla ordu hissələri yarada bilmişdilərsə, Qafqaz 
müsəlmanları üçün bu çox böyük çətinlik yaratmışdı. Hətta I 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə