Baki döVLƏt universiteti


Şimali Azərbaycan XIX əsrin



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə36/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   137

Şimali Azərbaycan XIX əsrin  
70-ci illəri – XX əsrin əvvəllərində 
 
141 
Dünya müharibəsi də bu sahədə  vəziyyəti dəyişmədi. Bu 
dövrdə azərbacyanlı  əhali orduya çağırılsa da onlardan yalnız 
arxa cəbhədəki işlərdə istifadə edilirdi.  
Çar hökumətinin Azərbaycanda müstəmləkəçilik siyasəti 
imperiyanın digər milli ucqarlarına nisbətən daha sərt idi. 
Özünün ruslaşdırma siyasətini gücləndirən çarizm 
Azərbaycan kəndlilərinin torpaqlarını  əllərindən zorla alaraq 
İran, Türkiyə  və Rusiyadan köçürülənlərə verirdi. Köçürmə 
mahiyyət etibarı ilə Azərbaycanda ruslara, xristianlara 
əksəriyyəti təmin etmək məqsədi daşıyırdı. C.Zeynaloğlu 
«Müxtəsər Azərbaycan tarixi» əsərində bu məsələdən bəhs 
edərkən doğru olaraq qeyd edir ki, «Azərbaycanda xristianlara 
əksəriyyəti təmin etmək və hüquq boylarında İran və Osmanlı 
dindaşları ilə Azərbaycanın təmasını yasaq etmək üçün buralara 
erməni, alman və daxili Rusiyadan xoxol, malakan deyilən rus 
kəndlilərini məskunlaşdırdığı kimi, mühacirəti asanlaşdırmaq 
üçün bir də mühacirətin müdriyyətini təsis etmişdi. Bütün bu 
təşkilatlar Azərbaycanı ruslaşdırmaq və xristianlara 
Azərbaycanda əksəriyyəti təmin eyləmək üçün edilmişdir». 
Bundan başqa, köçürmə siyasətinin arxasında Azərbay-
canın iqtisadi sərvətlərinə sahib olmaq istəyi dururdu. Qeyd edək 
ki, köçurmə siyasəti yalnız kəndlərdə deyil, şəhərlərdə  də 
sistemli  şəkildə aparılırdı. Bu cəhəti nəzərə alaraq M.Ə.Rə-
sulzadə doğru olaraq yazırdı ki, «Qafqaziyanın istilahı əsnasında 
tək bir rus əhalisi olmayan Şərqi Qafqaziyanın hal-hazırda 
nüfuzi-ümumiyyəsinin 10 faizi rusdur. Hələ şəhərlərin, bilxassə 
Bakının ruslaşdırılması  təci bir hadisədir. Bakı nüfuzunun 30 
faizi rusdur. Rus idarəsi türk Qafqaziyanın yalnız rüs ünsürünü 
deyil, erməni ünsürünü, dəxi qismən təkviyə etmişdir. Məsələn, 
Bakı xanlığında, erməni  əhalisi 3-5 ailəyə münhəsir ikən, hal-
hazırda erməni əhalisi miqdarca şəhərin üçüncü ünsürünü təşkil 
etməkdədir». 
Müstəmləkəçilik siyasətinin həyata keçirildiyi 
III mühazirə 
 
 
142
istiqamətlərdən biri mənəvi sahələri  əhatə edirdi. Bu 
istiqamətdəki zülm daha ağır idi. Hökumət ana dilli məktəblərin, 
qəzetlərin açılmasına icazə vermirdi. Çox böyük çətinliklə 
açılanlar isə  təqib edilirdi. Məsələn, jandarm görkəmli 
maarifpərvər İsmayıl bəy Qaspıralının «üsulu-cədid» məktəbləri 
üçün «Üsulu-sövt» (səs) ilə yazdığı  əlifba və qiraət kitabının 
Azərbaycana buraxılmasını qadağan etmişdir.  Əvəzində isə 
burada onun yerinə A.O.Çernyayevskinin eyni üsul ilə yazdığı 
«Vətən dili» qiraət kitabını yaymışdı. Yeni məktəblərdə ana dili 
məcburi fənn deyildi. Ona çox az saat verilirdi. Ana dili 
müəllimləri hüquqi baxımdan başqa müəllimlərlə  bərabər 
tutulmurdu. Ruhanilər və ruhani idarələri polis nəzarəti altında 
idilər. Ruhani olmaq üçün rus dilini bilmək tələb olunurdu. 
Məscidlərin tikilməsi də  nəzarət altına alınmışdı. Bakının 
Nikolayev küçəsində ikiqatlı uca minarəsi olan gözəl Cümə 
məscidinin tikilməsi yasaq edilmişdi. Səbəb isə o idi ki, yerli 
pravoslav keşişləri Rusiya sinoduna bildirmişdi ki, imperatorun 
adını daşıyan küçədə belə bir məscidin ucaldılması yaxındakı 
Aleksandr Nevsk kilsəsini kölgədə buraxacaq və «onlarda milli 
hisslərin» oyanmasına kömək edəcəkdir. Bu provoslav kilsəsi 
Azərbaycanın tarixi abidələrindən olan Şirvanşahlar sarayını 
söküb yerində kilsə tikdirmək istəyirdi. Çar məmurları 
Şirvanşahlar sarayını,  Şəkidəki Xan sarayını  və digər tarixi 
abidələrimizi anbarlara çevirmişdi. 
Rusiyanın ali təhsil ocaqlarında oxuyan gənclərin bilik və 
düşüncələri çar hökuməti tərəfindən hər vasitə ilə 
məhdudlaşdırılırdı. Məsələn, imperatorun ayrıca göstərişi ilə 
universitetlərdə  Şərq filologiyası üzrə oxuyan Transqafqazlı 
gənclərə «köməkçi fənlər» (Avropa dilləri, Ümumi ədəbiyyat 
tarixi, Rusiya tarixi və s.) əslində qadağan edilmişdi. 1850-ci 
ildə Qafqaz Təhsil Komitəsi azərbaycanlı Mahmud 
İsmayılovun nə üçün ingilis və fransız dillərini öyrənməsi 
barədə Kazan Universiteti rektorluğuna sorğu göndərmişdi. 


Şimali Azərbaycan XIX əsrin  
70-ci illəri – XX əsrin əvvəllərində 
 
143 
Universitetinin cavabında bu gəncin yüksək göstəricilərlə 
oxuması, başqa dillərin «onun başlıca fənləri mənimsəməsinə 
qətiyyən maneçilik törətməməsi» bildirilirdi.  
Rusiya məhkumu olan müsəlmanların yaşadığı  ərazidə 
təhsilin təşkili ilə bağlı qatı qaraguhurçu «pedaqoji fikir» 
nümayəndəsi N.İ.İlminski Sinodun oberprokuroru K.P.Pobe-
donostsevə yazırdı: «təhsili elə qurmaq lazımdır ki, rusca bilik 
alan tatar tam bir heçlik olsun, rus dilində yazanda çoxlu 
səhvlər buraxsın, təkcə qubernatordan yox, ən sıravi dəftərxana 
məmurundan da qorxsun». 
İqtisadi sahədə müstəmləkəçilik siyasəti dözülməz həddə 
çatmışdı. Azərbaycanın sərvəti yabançıların  əlində idi. 
Azərbaycanlı burjuaziyaya qarşı ayrı-seçkilik siyasəti tətbiq 
olunduğu üçün qeyri-bərabər vəziyyətə salınmışdı və o bundan 
artıq cana doymuşdu. 
Hacı Zeynalabdin Tağıyev,  Şəmsi  Əsədullayev kimi 
böyük sənayeçilərlə çar hökuməti milli mənsubiyyətə görə mü-
qavilə bağlamırdı. Maraqlıdır ki, onlar nefti hökumətə daha 
ucuz satmaq istəməsinə baxmayaraq hökumət «Qafqaz və 
Merkuri», «Nobel qardaşları» kimi şirkətlərlə  işbirliyi 
yaratmağı üstün tuturdu. Belə siyasətin yeridilməsi nəticəsində 
hətta H.Z.Tağıyev böyük gəmiçilik  şirkətini öz rəqiblərinə 
satmağa məcbur olmuşdu. 
Beləliklə, Azərbaycandakı milli azadlıq hərəkatı çar 
Rusiyasının burada on illərlə apardığı sosial, mənəvi, iqtisadi 
siyasətin nəticəsindən doğmuşdur.  Şübhəsiz milli azadılq 
hərəkatının başlanmasına XIX yüzilin son rübündə Azərbayan 
türklərinin millət halına gəlməsi də  təsir göstərmişdi. «Türk 
milləti», «Azərbaycanlı türk» anlayışı da bu çağdan işlənməyə 
başlandı. Çar Rusiyası öz rəsmi sənədlərində Azərbacyan 
türklərini «müsəlman», «tatar» və s. adlarla qeyd edirdi. 
Hökumət millətin öz adını  səsləndirməsinə, dərk etməsinə  hər 
vasitə ilə mane olurdu. Ancaq artıq buz əriməyə başlayırdı. Bu 
III mühazirə 
 
 
144
cəhətdən M.Sultanovun «Kəşkül» qəzetinin 1891-ci il 22-ci 
sayındakı yazısı çox xarakterikdir. O, yazırdı ki, 
Transqafqaziyalı bir ziyalı müsəlman öz kimliyi barədə aydın 
düşünmür. «Millətin nədir?» sualına «müsəlmanam, həm də 
türkəm» cavabını verirdi. Ümummüsəlman mücadiləsi 
axınından çıxaraq ilk öncə türk, sonra müsəlman varlığını dərk 
etmək üçün hələ çox işlər görülməli idi. 
Dövrünün ziyalı  şəxslərindən olan, XVIII əsr 
Avropasının mütərəqqi ideyaları ilə yaxından tanış olan 
M.F.Axundov bütün türk və islam dünyasında ilk dəfə 
dramaturgiya məktəbi yaratmaqla milli mədəniyyətin 
təməllərindən  ən mühümü olan dil və  ədəbiyyata xidmət 
etmişdir. O, eyni zamanda yeni ideyaları dilə gətirməklə köhnə 
ictimai münasibətləri və  həyat tərzini tənqid edərək milli 
yüksəlişə mane olan təşkilatları baltalayır, yerlə yeksan edirdi. 
Ən vacibi də o idi ki, bu növ əbdəbiyyat həqiqətdə xalqa 
müraciət edir, geniş xalq kütlələrinin gözünü açırdı. Bu yolla o, 
teatr kimi yeni bir mədəni müəssisə yaratmış oldu. 
M.F.Axundov bunlarla da kifayətlənmirdi. Milli 
mədəniyyətin daha sürətlə yüksəlməsi və millətin daha tez 
irəliləməsi üçün ərəb hərflərini tənqid edərək yeni əlifba tərtib 
etmş  və bunu qəbul etdirmək üçün İstanbul və Tehrana qədər 
getmişdi. 
M.F.Axundovun ardıcılı olan Həsən bəy Zərdabi ali 
təhsilini bitirdikdən sonra Bakıya qayıdaraq min bir əziyyətlə 
1875-ci ilin iyulun 22-də bütün Rusiyada ilk türkcə  qəzeti – 
«Əkinçi»ni yaratdı. Avropa mənasında o ilk azərbaycanlı 
müəllim, Mirzə  Fətəlinin  əsərlərini səhnəyə qoyan ilk teatr 
yaradıcısı, ilk mütəhəyyir, ilk xeyriyyə cəmiyyətinin banisi və 
ilk ictimai xadim idi.  
Darvinin «Stagel for layt» düsturuna yüksək qiymət verən 
və onu – «yaşamaq üçün qovğa»nı «Zindəganlıq cəngi» - deyə 
tərcümə edən Həsən bəy bütün məqalələrində bunu təkrar 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə