Baki döVLƏt universiteti


Şimali Azərbaycan XIX əsrin



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə32/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   137

Şimali Azərbaycan XIX əsrin  
70-ci illəri – XX əsrin əvvəllərində 
 
125 
üzündən 25.747.520 pud neft yandırıldı və dənizə buraxıldı. 80-
ci illərdə Bakıda əsas neft məhsulu olan kerosinə tələbat onun 
istehsalının 5 faizdən də az hissəsini təşkil edirdi. Buna görə də, 
neft məhsullarının Bakıdan daşınması neft sənayesinin möv-
cudluğu və gələcək inkişafı üçün ümdə iqtisadi əhəmiyyət kəsb 
edirdi. Təsadüfı deyildi ki, bu problem daim Bakının neft 
sahibkarlarının və müxtəlif hökumət orqanlarının diqqət 
mərkəzində dururdu. Dünya bazarında çoxlarının 
hesablaşdıqları iri sənaye mərkəzinə çevrilmiş Bakıdan dəmir 
yolu çəkib, onu Qara dənizlə birləşdirmək tələb olunurdu. 
Göründüyü kimi, Zaqafqaziya dəmir yolunun çəkilməsi 
zəruriliyi,  ən  əvvəl, məhz Bakı neft sənayesinin tələbatından 
irəli gəlirdi. Lakin Bakı-Tiflis dəmiryolu xəttinin çəkilişi çox 
böyük xərc tələb etməsi üzündən lən-gidildiyinə görə, 1878-ci 
ildə Bakıdan neft mədəni rayonunadək Zaqafqaziya dəmir 
yolunun «Neft sahəsi» adlandırılan hissəsini çəkmək qərara 
alındı. Neft mə-dənləri neft emalı zavodlarının cəmləşdiyi 
Bakının yaxınlığında yerləşsə  də, neftin arabalarla daşınması 
neftin öz qiymətindən, demək olar ki, iki dəfə baha başa gəlirdi. 
Belə ki, xam neftin bir pudunun qiyməti 4 qəpik idi, onun 
daşınması xərci isə 8, bəzən 9 qəpiyə çatırdı. 
«Neft sahəsi»ni çəkməkdə  məqsəd xam neftin daşın-
masını ucuzlaşdırmaq, zavodların sahiblərini neftin baha başa 
gələn çəlləklərdə daşıtdırmaqdan xilas etmək, Qara şəhərdəki 
kiçik  ərazidə yerləşdiklərinə görə xeyli neft ehtiyatı saxlana 
bilən iri çənlər tikdirmək imkanı olmayan zavodların xam 
neftlə fasiləsiz təchiz olunmasını təmin etmək idi. 1880-ci ilin 
yanvarında açılan «Neft sahəsi» mədənləri zavodlarla və Xəzər 
dənizinin Bakı limanındakı körpü ilə birləşdirdi. Bu əvvəlcə 
ancaq yerli əhəmiyyət daşıyırdı, çünki onu Zaqafqaziya dəmir 
yoluna qoşan Bakı sahəsi yalnız 1883-cü ildə açıldı. 
«Neft sahəsi» yaradılmasının iqtisadi cəhətdən sərfəli 
olub-olmayacağını müəyyənləşdirmək üçün ötən  əsrin 70-ci 
III mühazirə 
 
 
126
illərində Yollar Nazirliyinin dəmir yolları departamenti Şimali 
Amerikanın neft sərvətlərini Abşeronun neft sərvətləri ilə 
müqayisə etmişdi. Bu müqayisə Abşeron yarımadasının böyük 
perspektivlərə malik olduğunu göstərdiyinə görə, onu misal 
göstərməyi lazım bilirik. 
Pensilvaniyada qazılmış 14.000 quyudan 3-4 mini iş-
ləyirdi. Abşeronda 100-dən az quyu qazılmışdı, onlardan 
təqribən 40-ı neft verirdi. Şimali Amerikada neft azı 1.500 fut 
dərinlikdən çıxarılırdı, Abşeron yanmadasında isə  işləyən 
quyuların dərinliyi 360 fut idi. Şimali Amerikada bir neft 
quyusunun orta gündəlik məhsuldarlığı 60 pud, Abşeronda 
1.000 puddan çox idi. Neftin hər pudu orta hesabla Şimali 
Amerikada 36,5 qəpiyə, Balaxanı sahəsində isə 3-4 qəpiyə 
satılırdı. 
Qeyd etmək lazımdır ki, Rusiya cəmiyyətində bu iri neft 
sənaye mərkəzlərinin - Amerika və Bakı neft sənayelərinin 
müqayisəsi müntəzəm surətdə aparılırdı. Məsələn, «Bakı neft 
sənayesinin...(1891-1915-ci illər  ərzində) xülasəsi» adlı illik 
nəşrində xarici ölkələrdə neft sənayesinə dair oçerklərin 
müntəzəm surətdə dərc olunduğu xüsusi bölmə vardı. Amerika 
neft sənayesi səciyyələndirilərkən qeyd edilirdi: orada əmək 
bölgüsü heyrətamiz sistemlə aparılır, Amerikada hasilat, emal 
və  nəqletmə sahələri çoxalaraq bir-birindən ayrılmışdır. Bakı 
sənayesində isə öz neftini çıxaran, emal edən və daşıyan 
fırmalar lap əvvəldən mövcud olmuşlar, üstəlik bu firmalar 
həmin sahələri tədriclə ələ keçirməmişlər, əzəl başdan neft çı-
xarmışlar, emal etmişlər, daşımışlar və satmışlar. «Xülasə»lərin 
tərtibçiləri istehsalın bu cür kompleks şəkildə üstünlüklərə 
malik olduğunu qeyd edərək, bildirirdilər ki, Bakının neft 
sənayesi müəssisələri daha güclü rəqabət aparmaq qabiliyyətinə 
malikdirlər. 
Lakin neftin nəqli üzərinə qayıdaq. İki dənizi – Xəzəri və 
Qara dənizi birləşdirən Bakı-Tiflis dəmir yolu açılandan sonra 


Şimali Azərbaycan XIX əsrin  
70-ci illəri – XX əsrin əvvəllərində 
 
127 
Bakı neft sənayesinin məhsullarını  Mərkəzi Rusiya və dünya 
bazarlarına kütləvi sürətdə  çıxarmaq mümkün oldu. 
Azərbaycanın iqtisadi həyatının yeni meyllərini diqqətlə 
izləyən görkəmli maarifçi-demokrat Həsən bəy Zərdabi Bakı-
Tiflis dəmir yolunun çəkilməsini Azərbaycanın iqtisadiyyatına 
neft sənayesindən sonra güclü təsir gösitərən ikinci ən mühüm 
amil hesab edirdi. XIX əsrin axırlarına yaxın Zaqafqaziya 
dəmir yolunun ümumi axınında Bakı-Tiflis xəttinin payı 98 faiz 
təşkil edirdi. Xətdə ən intensiv iş Bakı stansiyasında görülürdü. 
Təkcə 1890-cı ildə buradan qərb istiqamətində 55,2 milyon pud 
yük daşınmışdı, Bakı-Tiflis xəttinin yerdə qalan stansiyaların-
dan isə cəmi 20, 86 milyon pud yük yola salınmışdı. 
Bu minvalla, neftin və neft məhsullarının Qara dəniz 
limanlarına, oradan da Avropa bazarlarına ucuz başa gələn 
yolla daşınmasının təmin olunduğu dəmir yolu, kapitalistləri 
istehsalı genişləndirməyə sövq edirdi. 1877-ci ildən 1882-ci 
ilədək olan dövrdə neft hasilatı 11,6 milyon puddan artıb 50 
milyon puda çatmışdı və ya dörd dəfə çoxalmışdı, neftin və neft 
məhsullarının daşınması isə 6 milyon puddan artıb 31 milyon 
puda çatmışdı, yəni 5 dəfə çoxalmışdı. 1883-cü ildən 1900-cü 
ilədək həm neft hasilatının, həm də daşınmasının səviyyəsi 
misli görünməmiş  dərəcədə yüksəlmişdi. Hasilat 60,4 milyon 
puddan artıb 603,8 milyon puda çatmışdı  və ya 10 dəfə 
çoxalmışdı; neftin və neft məhsullarının daşınması 34,2 milyon 
puddan artıb 443,1 milyon puda çatmış  və ya 13 dəfə ço-
xalmışdı. XIX əsrin axırlarına yaxın neftin və neft məhsu-
llarının ümumi daşınmasının 20 faizi dəmir yolunun payına 
düşürdü. Bu fakt onu da göstərir ki, neft məhsullarının dənizlə 
daşınması üstünlük təşkil edirdi. Bakıda neft sənayesinin 
coşğun inkişafı Bakı limanından daşımaların həcmini xeyli 
artırmışdı. Məsələn, 1893-cü ildən 1901-ci ilədək Xəzərdə yük 
dövriyyəsi iki dəfədən çox artmışdı. Gəmiçiliyin inkişafı ilə 
əlaqədar olaraq ticarət limanları-Petrovsk, Krasnovodsk
III mühazirə 
 
 
128
Həştərxan və Bakı da inkişaf edirdi. XX əsrin əvvəllərində Bakı 
ticarət limanı yük dövriyyəsinin həcminə görə Rusiyanın bütün 
ticarət limanları arasında birinci yeri tuturdu. Daşınan yüklər 
arasında neft emalı məhsulları daha çox idi. Nəticədə ən iri neft 
sənaye fırmaları-«Nobel qardaşları şirkəti», «Xəzər-Qara dəniz 
cəmiyyəti» və sahibkar H.Z.Tağıyev özlərinin neft daşıyan 
gəmi donanmalarını yaratdılar. 
Neft sənayesinin inkişafında nəqliyyatın rolu neft 
məhsullarının daşınmasını  və satışını sürətləndirməklə yanaşı, 
həm də 1883-cü ildən başlayaraq dəmir yolu özü neft yana-
cağının istehlakçısına çevrilmişdi.  Əvvəllər neftayırma za-
vodlarında istehsalat tullantısı kimi alınan mazutdan indi 
yanacaq kimi istifadə olunurdu. Bu illər  ərzində  Xəzər dənizi 
və Volqa çay donanmaları, habelə Rusiyanın Mərkəzi sənaye 
və Orta Volqa rayonlarının fabrik-zavod müəssisələrinin 
əksəriyyəti neft yanacağı istehlakçısı olmuşdu. Belə bir şəraitdə 
iri neft sahibkarları xam neftdən ancaq kerosin deyil, daha çox 
mazut alınmasının xeyrini aydın görürdülər. Həm də mazuta 
görə, çar hökumətinə vergi ödənilmirdi. «Nobel qardaşları 
şirkəti» uzun müddətli müqavilələr üzrə dəmir yollarına mazut 
satmaqda xüsusi fəallıq göstərirdi. 1892-ci ildə Rusiya 
imperiyasının daxilində  sərf edilən 110 milyon pud neft 
yanacağının 50 faizi dəniz və çay gəmiçiliyinin, 28 faizi fabrik-
zavod sənayesinin, 22 faizi dəmir yolu nəqliyyatının payına dü-
şürdü. Bu, neftayırma sənayesinin inkişafında mühüm amilə 
çevrilib, neftayırma zavodlarında emalın strukturunu xeyli 
dəyişdirdi. Əgər əvvəllər neftayırma zavodlarında xam neftdən 
kerosin istehsal edilərkən onun qalığı (təqribən 60-70 faiz) 
lazımsız tullantı kimi dənizə atılırdısa və ya xəndəklərdə 
yandırılırdısa, sonrakı illərdə mazut istehsalı neftayırma 
zavodlarının başlıca məqsədi oldu. Bakının neft sənayesi 
«kerosin sənayesi»ndən «mazut sənayesi»nə çevrildi. 
1859-cu ildən etibarən Bakının quberniya şəhəri və çox 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə