Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə29/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   137

Şimali Azərbaycan  
XIX əsrin 40-70-ci illərində  
 113
torpaqların məcburi satın alınması haqqında qanun verilənə 
qədər «satın alma» əməliyyatının keçirilmədiyi göstərilirdi. 
Məsələn, Azərbaycan tarixinin kapitalizm dövrünün ən böyük 
tarixçisi olan Ə.S.Sumbatzadə yazırdı ki, 1885-ci ilədək 
Azərbaycanda kəndlilərin nə tək, nə də icmalıqla pay torpağını 
satın alması faktına rast gəlmirik. Yalnız, 1885-ci ildə Bakı 
quberniyasında 11,5 min kəndli təsərrüfatından yalnız 10 
təsərrüfat ikitərəfli razılıq  əsasında öz pay torpağını satın ala 
bilmişdi. Yelizavetpol quberniyasında vəziyyət bundan da pis 
idi. Belə ki, yalnız 1902-ci ildə  Şuşa və Yelizavetpol 
qəzalarında iki malikanədə  və bir neçə başqa kəndli 
təsərrüfatında pay torpağını satın almağa təşəbbüs gös-
tərilmişdi. Lakin, satınalma qiymətlərinin yüksək olması 
səbəbindən onlar da pay torpaqları ala bilmədilər.  
XX  əsrin 80-ci illərində Y.Ələsgərovun apardığı 
tədqiqatlara görə, 1870-ci ildən 1912-ci ilədək Azərbaycanın 40 
sahibkar kəndində müxtəlif növdən olan 2000 desyatin torpaq 
sahəsi satın alınmış  və bunun müqabilində sahibkarlara 120 
min manat pul ödənilmişdi. 
Satınalma əməliyyatı müvəffəqiyyət qazanmasa da, sahibkar 
kəndliləri faktiki olaraq öz pay torpaqlarının sahiblərinə çevrildilər 
və mülkədar heç bir vəchlə onu bu torpaqdan çıxara bilməzdi. Bu 
nöqteyi-nəzərdən 1870-cı il islahatından sonra torpaqdan 
istifadədə sabitlik yarandı ki, bu da burjua xarakteri daşıyırdı. Belə 
ki, indi kəndli hər desyatin torpağa görə natural vergi olan 1/10 və 
ya 30 qəpik pul ödədikdən sonra, istifadəsində olan pay 
torpaqlarından götürdüyü məhsulun yerdə qalan hissəsindən azad 
şəkildə istifadə edə bilərdi. Bu, 1870-ci il islahatından sonra 
sahibkar kəndlərində aqrar münasibətlərin spesifik 
xüsusiyyətlərindən biridir. 
1870-ci il islahatının tərtibçiləri mülkədarları narazı 
salmamağa çalışırdılar. İslahatın mətnində (§2) bir tərəfdən qeyd 
olunurdu ki, sahibkar kəndlilərə  məskun olduqları torpaqlardan 
II mühazirə 
 
 
114
daimi istifadə etmək hüququ verilirdi. Digər tərəfdən isə, 
«sahibkar kəndlilərin istifadə etdikləri» torpaqların torpaq 
sahibinin ixtiyarında qaldığı qeyd olunurdu. Buna görə  də 
sahibkar kəndliləri 1912-ci il islahatına qədər öz pay torpaqlarının 
mülkiyyətçisinə çevrilmədilər. Onlar uzun müddət «müvəqqəti 
mükəlləfiyyətli» kəndli kateqoriyasına daxil edildilər. Beləliklə, 
1870-ci il kəndli islahatı sahibkar kəndlərində torpaq məsələsini 
həll etmədi. Yenə  də  bəy və mülkədarların ixtiyarında külli 
miqdarda torpaq qaldı. İslahatdan sonra, Bakı quberniyasında 11,4 
min kəndli təsərrüfatının ixtiyarında 110,3 min desyatin, 
mülkədarların ixtiyarında isə 246,9 min desyatin və ya 2 dəfə çox 
torpaq qalmışdı. Yelizavetpol quberniyasında isə 47,5 min kəndli 
təsərrüfatının istifadəsində 124,3 min desyatin, mülkədarların 
ixtiyarında isə 4 dəfə çox və ya 440,7 min desyatin torpaq sahəsi 
qalmışdı. Bu rəqəmlər Azərbaycanın sahibkar kəndində torpaq 
məsələsinin nə vəziyyətdə olduğunu əyani şəkildə göstərir. 
İslahatın toxunduğu digər mühüm məsələ vergi və mü-
kəlləfiyyətlər idi. 1870-ci il islahatına görə biyar hər desyatin 
pay torpağına görə 30 qəpik pulla əvəz edilirdi. Bu xüsusi əhə-
miyyətə malik idi. Mülkədarın təsərrüfatında işləmək üçün hər 
10 ailədən 1 nəfər kəndli, hər ailədən 18 gün mülkədarın 
təsərrüfatında işləmək üçün ildə 1 nəfər ayırması da ləğv edildi 
ki, bu da kənddə kapitalist münasibətlərinin inkişafına mühüm 
təsir göstərirdi. Bununla belə, məhsulun 1/10–nin bəyin 
hüzuruna aparılması saxlanılırdı. Bundan əlavə, islahatda 
meşələrdən istifadə  əvəzinə vergi ödənilməsi də  nəzərdə 
tutulurdu 
İslahatda geniş yer tutan məsələlərdən biri də  şəxsi 
asılılığın ləğv edilməsidir. Bu Əsasnamə ilə Azərbaycanın 
sahibkar kəndliləri  şəxsən azad elan edilirdilər.  İslahat hakim 
zümrəyə qeyri-iqtisadi asılılıq imkanı verən qayda və qanunları 
ləğv etdi. Kəndlilər öz pay torpaqlarını satın ala bilməyib, 
mülkədardan iqtisadi cəhətdən asılı qalsalar da, bu şəxsi asılılıq 


Şimali Azərbaycan  
XIX əsrin 40-70-ci illərində  
 115
deyildi və islahatın bu xüsusiyyətləri sahibkar kəndlərində 
feodal-asılı münasibətlərə  zərbə vurdu. Məhz bu nöqteyi-
nəzərdən də 1870-ci il kəndli  əsasnaməsi kənddə kapitalist 
münasibətlərinin inkişafında mühüm rol oynadı. Lakin, islahat 
bütövlükdə Azərbaycan kəndində  əsaslı  dəyişikliklər yarada 
bilmədi. Çünki sahibkar kəndliləri həmin dövrdə Azərbaycan 
kəndlilərinin 1/5 hissəsini təşkil edirdilər.  
 
 
3. Məhkəmə və şəhər islahatları. İnzibati dəyişikliklər 
 
1864-cü il məhkəmə islahatının 1868-ci ildə Azərbay-
canda tətbiqi. 
XIX  əsrin 60-cı illərində Rusiya imperiyasında həyata 
keçirilən burjua islahatlarından biri də məhkəmə islahatı idi. 
20 noyabr 1864-cü il məhkəmə islahatı burjua xarakteri 
daşıyırdı, çünki bu islahat köhnə silkli məhkəmənin bütün 
silklər üçün eyni olan ümumi məhkəmə ilə  əvəz edilməsini 
nəzərdə tuturdu. İndi məhkəmə iclasları açıq keçirilirdi, yəni 
məhkəmə iclaslarını, məhkəmə prosesini izləmək istəyənlər 
məhkəmə zalına buraxılırdılar. Məhkəmə prosesi haqda mət-
buat səhifələrində istənilən məlumat, hesabat çap edilə bilərdi. 
Vəkillər institutu təsis olunur, Andlılar institutu yaradılırdı. 
Lakin məhkəmə islahatı Azərbaycanda həm bir qədər gec, həm 
də məhdud şəkildə həyata keçirilirdi. 
20 noyabr 1864-cü il məhkəmə islahatının Azərbaycanda 
gec və  həm də  məhdud  şəkildə  həyata keçirilməsinin səbəbini 
Rusiya rəsmi dairələri yerli əhalinin, - azərbaycanlıların 
«kifayət qədər» inkişaf etməməsi, onlarda ictimai şüurun 
geriliyi ilə izah edirdilər. Bu, əlbəttə, tamamilə səhv fikir idi.  
Azərbayanda Rusiyadan fərqli olaraq məhkəmə islahatı 
22 noyabr 1866-cı il Nizamnaməsi  əsasında həyata keçirilirdi. 
Bu Nizamnaməyə uyğun olaraq Azərbaycanda məhkəmə 
iclasçıları institutu yaradılmırdı. Məhkəmə hakimləri seçki yolu 
II mühazirə 
 
 
116
ilə seçilmirdilər, onlar Qafqaz canişinin təqdimatı  əsasında 
təyin edilirdilər. Bir məsələni də qeyd etmək lazımdır ki, 
məhkəmə hakimi vəzifəsinə azərbaycanlılar təyin edilmirdi, 
azərbaycanlı yalnız «hakimin yoldaşı» - hakimin müavini 
vəzifəsini tuta bilərdi. Məhkəmə rus dilində aparılırdı  və odur 
ki, məhkəmə iclaslarında tərcüməçi iştirak edirdi. 
Məhkəmələrin rus dilində aparılması sözsüz ki, yerli 
azərbaycan  əhalisinə qarşı aparılan müstəmləkə siyasətinin  ən 
qabarıq formalarından biri idi. Beləliklə, yeni məhkəmə islahatı 
ruslaşdırma siyasətində atılan növbəti bir addım idi. 
«20 noyabr 1864-cü il məhkəmə Nizamnaməsinin 
Zaqafqaziya ölkəsində  tətbiqi haqqında» 9 dekabr 1867-ci il 
Qanununa uyğun olaraq 19 fevral 1868-ci ildə Azərbaycanda 
yerli məhkəmə müəssisələri açılır. 19 fevral 1868-ci ildə Bakı 
dairə Məhkəməsi və Bakı barışıq şöbəsi (məhkəməsi) fəaliyyətə 
başlayır. 
Bakı dairə  məhkəməsi quberniyada ən ali məhkəmə 
instansiyası idi və o Tiflis məhkəmə palatasına tabe idi. Dairə 
məhkəməsi Barışıq məhkəməsindən bir pillə yuxarı  məhkəmə 
orqanı idi. Azərbaycanda zemistvo orqanları yaradılmadığından 
barışıq hakimləri seçilmir və Qafqaz canişini tərəfindən təyin 
edilirdi. Barışıq məhkəmələri mülki işlərə, şəxsi ədavətə, xırda 
cinayət işlərinə baxırdılar. Barışıq hakimi bütün məsələləri 
təkbaşına həll edirdi. 
1878-ci ildə siyasi xarakterli işlərin bir qismi hərbi 
məhkəmələrin sərəncamına verilir. 
16 iyun 1870-ci il şəhər islahatının 1878-ci ildə  Şimali 
Azərbaycada tətbiqi. 
16 iyun 1870-ci ildə  şəhər idarə orqanlarının təşkili 
haqqında «Şəhər Əsasnaməsi» verildi «Şəhər Əsasnaməsi», ilk 
növbədə yalnız Rusiya imperiyasının Avropa hissəsindəki 
quberniyalarda, Sibirdə  və Bessarabiyada tətbiq edildi. 
İmperiyanın digər bölgələrində islahatın keçirilməsi Daxili İşlər 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə