Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə25/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   137

Şimali Azərbaycan  
XIX əsrin 40-70-ci illərində  
 97 
Məlum olduğu kimi Azərbaycanda  əsas renta məhsul 
rentası idi. «Kəndli Əsasnamələri»ndə bu prinsip gözlənilmişdi, 
yenə  də  əsas vergi məhsulla alınan malucəhat (malcəhət) 
müəyyən edilmişdi. Lakin məsələnin bir cəhətini mütləq qeyd 
etmək lazım gəlir ki, «Kəndli Əsasnamələrinə» qədər kəndlilər 
malucəhatdan əlavə məhsulla həcmcə çox da böyük olmayan br 
neçə vergi verirdilər, indi isə  məhsulla yalnız bir vergi-
malucəhat müəyyən edilirdi. Malucəhat taxıl məhsullarının 
onda biri, çəltik, meyvə  və  tərəvəz məhsulunun isə üçdə biri 
həcmində müəyyənləşdirilirdi. Bu qayda rəiyyət statusunda 
olan kəndlilərə şamil edilirdi.  
Azərbaycanda feodal asılı kəndlilər 3 qrupa bölünürdülər: 
rəiyyətlər, rəncbərlər və nökərlər. Rəiyyətlər pay torpağına və 
müstəqil təsərrüfata malik kəndlilər idilər, rəncbərlər isə bir 
qayda olaraq pay torpağı olmayan və bəyə məxsus əkin sahəsini 
əkib-becərən və bunun müqavilində  məhsulun yalnız çox az 
hissəsini alan kəndlilər idi. 6 dekabr 1846-cı il fərmanının 7-ci 
maddəsinə görə sahibkar kəndlilərinə  rəiyyət, rəncbər, xalisə, 
elat adları əvəzinə ümumi bir ad – mülkədar tabesi adı verilirdi. 
Bu fərmanla rəncbərlik institutu ləğv edilirdi. Odur ki, «Kəndli 
Əsasnamələrində» rəncbərlikdən rəiyyət statusuna keçirilən 
kəndlilərdən alınmalı olan malucəhatın miqdarı da göstərilirdi. 
Belə ki, əgər kəndli pay torpağını bəyin iş heyvanı, toxumu və 
alətlərindən istifadə etməklə  əkib-becərirsə, onda məhsulun 
beşdə birini malucəhat kimi bəyə verməli idi. 
8-ci maddəyə görə məhsul yığımı mütləq torpaq sahibinin 
ya özü və ya da onun şəxsi nümayəndəsinin iştirakı və nəzarəti 
altında olmalı idi. Bu kəndlilərə məhsulun bir hissəsini bəydən 
gizlətməyə imkan verməmək üçün tətbiq edilirdi. Yığılan 
məhsul üç gün müddətində bölünməli idi və  bəy öz payına 
düşən hissəni bundan sonra aparmalı idi.  
Malucəhatın daşınması xüsusi bir mukəlləfiyyət kimi 
kəndlilərin üzərinə qoyulmuşdu. 9-cu maddəyə görə,  əgər bəy 
məhsul yığılan əraziyə yaxın yerdə yaşayırdısa, kəndli malucəhatı 
3 günə daşımalı idi. Bəyin evi 50 verstə  qədər olardısa kəndli 
malucəhatı 15 gün ərzində mütləq çatdırmalı idi, 50 verstdən 
uzaqda yaşayan bəyin malucəhatını  kəndli kənd təsərrüfatı 
II mühazirə 
 
 
98
işlərindən azad olduğu halda çatdırmalı idi. Bu halda malucəhatın 
daşınması biyar günlərinin hesabına olurdu.  
«Kəndli  Əsasnamələri»ndə  nəzərdə tutulan əsas mükəl-
ləfiyyətlərdən biri işləyib ödəmə  və ya biyar idi. «Kəndli 
Əsasnamələri»nin 19-cu maddəsinə görə biyar günlərinin miq-
darı 18 gün müəyyən edilmişdi,özü də  hər ailə  bəyin 
təsərrüfatında işləmək üçün 1 nəfər kişi xeylağı verməli idi. 
Həmin adam öz iş heyvanı və istehsal alətləri ilə biyara getməli 
idi. «Kəndli  Əsasnaməsində» 18 günlük biyarın təxmini 
bölgüsü də verilmişdi. 1) 6 gün bəyə  məxsus  əkin, səpin və 
biçin işlərində iştirak; 2) 6 gün bəyə köç zamanı yardım etmək; 
3) 3 gün odun və ot daşımalı, 3 gün isə bəyin tikinti işlərində 
çalışmaq. 
«Kəndli  Əsasnamələri»ndə  işləyib ödəmə mülkəlləfiy-
yətinin tərkib hissələrinin qəti müəyyən edilməməsi kəndlilərin 
iqtisadi vəziyyətinə  mənfi təsir edirdi, çünki bəy kəndlini 
təsərrüfat işlərinin qızğın vaxtında öz təsərrüfatında işləməyə 
məcbur edə bilərdi ki, bu da kəndlini ağır vəziyyətə salırdı, 
çünki kəndli bəyin tarla işlərini öz qoşqu, iş heyvanları ilə əkib-
becərirdi. Cəmi 1 iş heyvani olan kəndlilər belə hallarda iş 
heyvanını icarəyə götürmək məcburiyyəti qarşısında qalırdılar. 
«Kəndli  Əsasnamələri»ndə biyar günlərinin sayı 2 dəfə 
artırılmışdı, belə ki, xanlıqlar dövründə biyar günlərinin sayı 6-
8 gün idi. 
91-ci maddəyə görə, kəndlilər biyarın  əvəzinə  bəyə 10 
qəpik gümüş pul ödəməklə biyara getməyə bilərdilər. Bu 
maddədə  əvarezat ildə 2 gün müəyyən edilmişdi. Bütün kənd 
ildə 2 gün birlikdə bəyin tikinti işlərini görməli, su kanallarını 
təmir etməli və s. Əvarezat günlərində  bəy kəndliləri öz 
hesabına yeməklə təmin etməli idi. 
25-26-cı maddələrə görə mal-qaranın bəyə  məxsus 
otlaqlarda otlamasına görə  kəndlilər bəyə çopbaşı adlı vergi 
ödəməli idilər, bu vergi mal-qaranın sayına görə müəyyən 
edilirdi. Çöpbaşı kiçik buynuzlu mal-qara 20 baş, iri buynuzlu 
mal-qara 10 və atlar 5 başdan artıq olduqda alınmalı idi. Lakin 
Əsasnamədə alınacaq çöpbaşının həcmi göstərilməmişdi, amma 
qeyd olunurdu ki, o mövcud qaydalar əsasında ödənilməlidir. 


Şimali Azərbaycan  
XIX əsrin 40-70-ci illərində  
 99 
XIX  əsrin I yarısında Azərbaycanda maldarlıqla məşğul 
olanlar elat adlanırdılar.  Əsasnaməyə görə  bəyin torpağında 
yaşayan elatlar adətə uyğun olaraq çöpbaşı və hər bir ailə üzrə 4 
gümüş manat miqdarında vergi verməli idilər. 
«Kəndli Əsasnamələri»ndə şəxsi xidmətçi ayrılması bəndi 
də vardı. Bəyin ev işlərini görmək üçün 10 ev bir kişi, 15 ev isə 
bir qadın xidmətçisi ayırmalı idi. Laikn Azərbaycanda bəyin 
evinə qadın qulluqçusu verilməsi mükəlləfiyyəti kəndlilər 
arasında çox ciddi narazılıq yaratdığında bu mükəlləfiyyət ləğv 
edilir. 
Əsasnamənin 40-cı maddəsi kəndlilərin hüquqi vəziy-
yətinə həsr edilmişdi. Rəsmi olaraq bəy kəndliləri müsəlman ali 
silkinin torpaqlarında məskunlaşmış «dövlət sakinləri» sa-
yılırdılar. Odur ki, Əsasnamənin 40-cı maddəsinə görə, 
kəndlilərə keçid hüququ aşağıdakı hallarda verilirdi. 1) kənd-
lilərin keçməsinə  həm onun tərk etdiyi icmanın, həm də onu 
qəbul edəcək icmanın razılığı olardısa, əgər kəndli bəy kəndinə 
keçməyi planlaşdırsaydı, onda həmin kəndin bəyinin də icazəsi 
lazım idi. 2) kəndli alqı  və ya digər qanuni yolla 15 yaşından 
yuxarı  hər bir ailə üzvü – kişi xeylağı üçün 5 desyatindən az 
olmayaraq torpaq almışdırsa, başqa bəyin kəndinə keçmək 
istəyən kəndli bütün vergi və mükəlləfiyyətləri  əvvəlcədən 
ödəməli idi. Borclu kəndlilər keçid hüququndan istifadə edə 
bilməzdilər. Keçid üçün qubernatopr qəza rəisinin təqdimatına 
əsasən icazə verə bilərdi.  
«Kəndli  Əsasnamələri»ndə  kəndlilər üzərində  bəylərə 
polis və qismən məhkəmə hüququ verilməsinə dair xüsusi 
maddələr vardır.  Əsasnamənin 32-ci maddəsinə görə, bəylərə 
onların torpağında yaşayan kəndlilərin rahatlığı, əxlaqı üzərində 
nəzarət hüququ verilirdi. Bu xalis polis vəzifəsi idi. Polis 
hüquqi ilə  bərabər bəylərə  məhkəmə  nəzarəti hüququ da 
verilirdi: kəndlilər arasında kiçik mübahisələri, qarşılıqlı 
şikayətləri, həmçinin cinayət xarakteri daşımayan işləri bəyin 
nəzarəti və  bəyin özünün təsdiq etdiyi şəxslər tərəfindən həll 
edilməli idi. Bəylərə nisbətən, ağalara daha geniş  məhkəmə 
səlahiyyəti verilirdi. Ağalar ilə  kəndlilərin qarşılıqlı mü-
nasibətlərini rəsmiləşdirən 28 dekabr 1847-ci il «Kəndli 
II mühazirə 
 
 
100
Əsasnamələri»nin 28-si maddəsinə görə  kənd məhkəməsində 
cinayət işlərinə baxılmasına ağanın razılığı olmalı idi. 
Beləliklə, 1847-ci ilin «Kəndli  Əsasnamələri» Azərba-
yanda mövcud olan feodal münasibətlərini, bəylər ilə kəndlilər 
arasındakı qarşılıqlı münasibətləri rəsmiləşdirdi və 
qanunlaşdırdı. «Kəndli  Əsasnamələri» Azərbaycan ali 
təbəqəsinin imtiyaz və üstünlüklərinin qorunub saxlanılmasına 
və möhkəmlənməsinə yönəldimişdi.  
 
Ədəbiyyat 
1.
 
Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı: 1989, sənəd 67, s.309-
313 
2.
 
Azərbayan tarixi, Uzaq keçmişdən 1870-ci illərə  qədər. Red. 
S.S.Əliyarlı. Bakı: 1996, s.661-668 
3.
 
Abdullayev M.Q. Xanlıqlar və rus müstəmləkəçiliyi dövründə 
Şimali Azərbaycanda aqrar münasibətlər (XIX əsrin 40-cı illərinə 
qədər). Bakı: 2005 
4.
 
İsmayılov X.X. Azərbaycanın dövlət və hüquq tarixi. Bakı: 2006, 
s.312-314 
5.
 
Ибрагимова  Н.  Система  управления  российского  царизма  в 
Северном  Азербайджане  в  начале XIX столетия  (до 1840-х 
годов). АКД, Баку: 2008  
 
 
2) Burjua islahatlarının hazırlanması və keçirilməsi 
 
1.
 
XIX  əsrin 50-60-cı illərində  Şimali Azərbaycanda iqtisadi 
irəliləyiş 
2.
 
Kəndli islahatının hazırlanması və keçirilməsi 
3.
 
Məhkəmə və şəhər islahatları. İnzibati dəyişikliklər 
 
 
1. XIX əsrin 50-60-cı illərində Şimali Azərbaycanda 
iqtisadi irəliləyiş 
 
 
XIX  əsrin 50-60-cı illəri  Şimali Azərbaycanda iqtisadi 
irəliləyiş, kapitalist münasibətlərinin təşəkkülü, fabrik və zavod 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə