Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə23/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   137

Şimali Azərbaycan  
XIX əsrin 40-70-ci illərində  
 89 
verilməsi tezisi ilə əsaslandırırdı. 
Yeni inzibati islahatda polis məntəqələrinin yaradılması 
ilə artıq onlara ehtiyac qalmırdı. Beləliklə, Baş İdarə Şurası 13 
fevral 1841-ci ildə: 1. Gürcü-İmeretiya quberniyasının Qazax, 
Şəmsəddil və Borçalı məntəqələrinin erməni kəndlərinin ağa və 
məliklərinin «idarəsindən» azad edilməsi; 2. Həmin 
məntəqələrin «tatar» kəndlərinin ağaların idarəsindən azad 
edilməsi haqda, - iki mühüm qərar qəbul etdi. Həmin qərarlar 
23 may 1841-ci ildə çar tərəfindən təsdiq edildi. Bu qanuna 
görə Gürcü-İmeretiya quberniyasının Qazax, Şəmsəddil və 
Borçalı məntəqələrində 59 ağadan 102 azərbaycan kəndi alındı 
ki, orada da 15245 təsərrüffat (ailə) var idi. Ağa və məliklərdən 
11 erməni kəndi də müsadirə olundu ki, bunun üçün onlara heç 
bir əvəz ödənilmirdi. 
Zəbt olunmuş erməni kəndləri üçün ağalara heç bir əvəz, 
təqaüd ödənilməsə də, Azərbaycan kəndlərinin ağalarına (idarə 
edicilərinə) dövlət xəzinəsindən ömürlük təqaüd verilməli idi.  
Ağaların ölümü və ya hər hansı  səbəbdən bu təqaüdün 
kəsilməsi ilə, onun nəslinin davamçıları bu hüquqdan məhrum 
olurdu. Zəbt edilmiş Azərbaycan kəndlərinin  əvəzinə  ağalar 
170 həmmülkiyyətçi ilə birlikdə  xəzinədən 26.889 gümüş 
manat 20 qəpik əvəz almalı idilər. 
Maraqlıdır ki, ağalara ödənilən bu təqaüd kəndlilərin 
hesabına verilməli idi. Yəni, onlar xəzinəyə verilən vergidən 
əlavə, ağaya ödənilən təqaüd həcmində xəzinəyə pul vergisi də 
ödəməli idilər.  
Baş  İdarə  Şurası  ağalar haqda olan fərmanı  Xəzər 
vilayətinin tiyuldar bəylərinə də şamil etdirməyə tələsdi. Guya 
ağalar kimi bəylər də öz malikanələrinin mülkiyyətçisi yox
«idarəediciləri»dirlər. 24 mart 1841-ci ildə Şuşa bəylərin «kənd 
idarəçiliyindən kənar edilməsi haqda» qərar qəbul etdi. Qərarda 
bəy torpaqlarının da müsadirə edilməsi «ədalətli» addım kimi 
qələmə verilirdi. Qərarda bəylərə  də «idarə etdikləri» 
kəndlərdən mənimsədikləri gəlirin miqdarında ömürlük təqaüd 
kəsilməsi nəzərdə tutulurdu. Yeni qərar 28 may 1841-ci ildə çar 
tərəfindən imzalandı. 
Yeni qərar kəndlilərin vəziyyətini daha da ağırlaşdırdı. 
II mühazirə 
 
 
90
Onlar həm dövlət vergilərini ödəyir, həm də  ağa və  bəylərin 
təqaüdlərini verməli idilər. Bu isə  kənddə mövcud olan 
narazılığı daha da artırırdı.  
Cənubi Qafqazda yeni idarəçiliyə keçid və ali müsəlman 
silkinin idarəçiliyin bütün pilləsindən uzaqlaşdırılması  və 
tiyuldar bəylərin və  ağaların torpaqlarının müsadirə edilməsi 
haqda fərmanların verilməsi hakim təbəqənin də ciddi 
narazılığına səbəb olmuşdu. Müstəmləkəçilərə qarşı 
mübarizədə bəy və ağaların kəndlilərlə bir cəbhədə çıxış etməsi 
təhlükəsi çarizmi ciddi narahat edirdi. Əslində, Xəzər vila-
yətində tiyul torpaq sahibliyinin ləğvi və  bəylərin kənd 
idarəçiliyindən uzaqlaşdırılması haqda qərar həyata keçirilmə-
miş qaldı. Yeni qanunlara qarşı  əhalinin ciddi müqaviməti 
nəticəsində 1841-ci ilin sonlarında çar hökuməti başa düşdü ki, 
bəy və  ağaların torpaqlarının müsadirə edilməsi yanlış 
tədbirdir. 1841-ci ilin sonunda Qafqazın baş hakimi Qolovin 
(1837-1842) çara vəziyyətin çox gərgin olması haqda məlumat 
verdi. Vəziyyətin ciddiliyinə çarı inandırmağa çalışan baş 
hakim, ondan təcili təftiş göndərməyi xahiş edirdi.  
1842-ci ilin yanvarında «Cənubi Qafqaz diyarının 
qurulması komitəsi» Baş İdarə Şurasının bəy torpaqlarının mü-
sadirəsi haqda 13 fevral 1841-ci il qərarını yenidən müzakirə 
etdi. Komitə  bəylərə polis məmuru kimi baxılması fikrinin 
yanlış olması qənaətinə gəldi. Belə ki, bəylərin torpaq sahibliyi 
hüququ əslində Rusiyadakından fərqli deyildi. 
Cənubi Qafqazdan həyacanlı  xəbərlər alan çar 3 fevral 
1842-ci ildə hərbi nazir qraf A.İ.Çernişevin adına fərman verdi. 
Fərmanda deyilirdi ki, bizim ümidlərimiz doğrulmayıb. Bu, 
əslində  Cənubi Qafqazda çarizmin siyasətinin tam iflasının 
etirafı idi. Həmin fərmanda hərbi nazir qraf Çernişev və stats-
katib M.İ.Pozen xüsusi yoxlama üçün Cənubi Qafqaza 
göndərildi. Onlar yerlərdə  vəziyyətlə tanış olub təcili tədbirlər 
görməli idilər. Baron Pozen 1842-ci ilin qışında bir qrup məmurla 
birlikdə  Cənubi Qafqaza gəldi. Az sonra hərbi nazir də Tiflisə 
gəldi. Baron Pozen demək olar ki, Xəzər vilayətinin bütün dairə 
və qəzalarında olub, yerli əhali ilə görüşlər keçirərək keçirilmiş 
islahatların uğursuz olması  qənaətinə  gəldi. Qazax, Şəmsəddil 


Şimali Azərbaycan  
XIX əsrin 40-70-ci illərində  
 91 
və Borçalı  ağaları, torpaqlarının müsadirəsi haqda qərarın 
tezliklə  ləğv edilməsini Pozendən xahiş etdilər. Yerli 
zədaganlığa belə münasibəti ədalətsiz və hökumət üçün ziyanlı 
sayan qraf Çernişev və Pozen ağalar haqda yeni əsasnamə 
hazırlamağı, bəylərin isə hüquqlarını  dəyişmədən saxlamağı 
təklif etdilər. Çar hökuməti 1842-ci ildən ali müsəlman silkinin 
narazılığı ilə hesablaşmağa məcbur oldu. Beləliklə, «təbii rus 
dvoryanlarının» simasında ictimai dayaq yaratmaq siyasəti baş 
tutmadı. Bu, bir tərəfdən bəylərin, ağaların və vergiləri 
artırılmış kəndlilərin narazalığı üzündən baş tutmamışdı, digər 
tərəfdən isə Azərbaycanda «təbii rus dvoryanları»nın simasında 
ictimai dayaq yaratmaq siyasətinin real əsasa malik olmaması 
ilə bağlı idi. Belə ki, Azərbaycanda «təbii rus dvoryanlığı» hələ 
yox idi, onu yaratmaq lazım idi. Hökumət yerli feodalların 
torpaqlarının zəbt olunması haqda qərar çıxarsa da, «təbii rus 
dvoryanlığının» yaradılması üçün heç bir tədbir görmədi. Belə 
bir şəraitdə yerli feodalları özündən uzaqlaşdıran çar hökuməti 
yerlərdə  əhalini istismar və idarə etmək üçün köməksiz 
qalmışdı. Baron Pozenin təklifi ilə Qafqaz hakiminin yanında 
ağaların və  bəylərin hüquqlarının (o cümlədən torpaq 
hüquqlarının) müəyyən olunması üçün komitələr yaradılması 
qərara alındı. 16 may 1842-ci ildə Çernişevin Qolovinin adına 
verdiyi əmrdə belə bir komitənin yaradılması tapşırılırdı. 30 may 
1842-ci ildə Tiflisdə ağaların hüquqları ilə məşğul olan komitə 
işə başladı. Həmin komitəyə  hər 4 mahaldan 1 ağanın cəlb 
edilməsi də nəzərdə tutulmuşdu. 
Müsəlman  əyalətlərində yeganə sosial arxa olan bəy və 
ağalardan istifadə etməyin zəruriliyi bu zümrənin torpaq hü-
quqlarına hökumətin münasibətini köklü şəkildə  dəyişdirdi. 2 
noyabr 1842-ci ildə I Nikolayın Qafqazın baş hakiminin adına 
verdiyi  əmrdə ali müsəlman silkinin hüquqları  məsələsində 
əsrlərdən bəri yaranmış tarixi vəziyyəti nəzərə almaq qəti 
tapşırılmışdı. 
Çar hökumətini buna vadar edən bəy və  ağaların 
hakimiyyətə olan nifrəti idi. Onlar torpaq və  kəndlilər 
üzərindəki hüquqlarının qaytarılmasını tələb edirdilər. Yerlərdə 
20-40 nəfərlik yaraqlı qaçaq dəstələri yaranmışdı ki, onlar da 
II mühazirə 
 
 
92
çar məmurlarına, azsaylı qoşun bölüklərinə, poçta, polis 
idarələrinə basqın edirdilər. Baş komandan general Neyqard 
(1842-1844) Azərbaycan qəzalarında «qarət və quldurluğun» 
artdığını,  Şamaxı  və  İravan poçt yollarının gediş-gəliş üçün 
«daim təhlükəli» olduğunu bildirdi. 1843-1844-cü illərdə 
Qafqazdan mərkəzə sakitləşdirici xəbərlər gəlmirdi. Belə ki, 
Şimali Qafqazda Rusiyanın işğalçılıq müharibəsinə qarşı 
dağlıların apardığı mübarizə müvəffəqiyyətlə davam edirdi.  
1843-cü il martın 6-da Tiflisdə yerli feodalların torpaq hü-
quqlarının müəyyənləşdirilməsi üçün iki komitə yaradılmışdı: 1) 
Ali müsəlman silkinin hüquqlarını araşdıran; 2) Ağaların 
hüquqlarını araşdıran komitələrin işində diyarın tarixində ilk 
dəfə olaraq feodalların seçilmiş nümayəndələri də  iştirak edirdi. 
1843-cü ilin iyununda 13 bəy nümayəndə kimi Azərbaycandan 
Tiflisə gəldi. Onların sırasında A.A.Bakıxanov da var idi. Onu 
Quba və Bakı  qəzalarının bəyləri vəkil seçmişdilər. 
A.A.Bakıxanov Azərbaycanın yüksək silkinin hüquq və 
imtiyazlarını müdafiə edərək, onu gürcü zadəganlığı ilə yanaşı 
tutmağı təklif edirdi.  
Bütövlükdə ali müsəlman silkinin hüquqlarının müəy-
yənləşdirilməsi üzrə komitənin və ağaların məsələsi üzrə daha 
iki komitənin işi çarizmin bu zümrəyə münasibətini 
aydınlaşdırmaq baxımından  əhəmiyyətli oldu. Komitələrin işi-
nin gedişində müzakirə olunan məsələlərlə bağlı rəsmi siyasətin 
başlıca prinsipi müəyyən edildi. Bu başlıca prinsip bəy və 
ağaların torpaq üzərində  nəsli mülkiyyətçilik hüququnun 
tanınması  və onlara kəndlilər üzərində polis, qismən də 
məhkəmə hüququnun verilməsini nəzərdə tuturdu. 
Cənubi Qafqazda beynəlxalq, daxili və  hərbi vəziyyətin 
mürəkkəbliyi idarəçilikdə  dəyişiklik edilməsini tələb edirdi. 
Vəziyyətin belə məcraya gəlməsində diyarın baş hakimi general 
Neyqardın da rolu var idi. Xəstə  və dövlət işlərində heç bir 
təcrübəsi olmayan baş hakim Qafqazın idarə edilməsinin onun 
gücünə münasib olmadığını başa düşürdü və buna görə də istefa 
verməyə  tələsirdi. Onun istefası paytaxtda razılıqla qarşılandı. 
Çar I Nikolay ilk dəfə 1844-cü ildə, Qafqazda bütün mülki və 
hərbi işləri öz əlində  cəmləşdirən canişinlik sistemini yaratdı. 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə