Baki döVLƏt universiteti


Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə20/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   137

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
79 
sonralar Rusiya hökumətinin adbaad göstərdiyi adamların 
Arazla Çara çayının, Urmiya gölünün, Cakatu çayının və Qızıl 
Üzən çayının Xəzər dənizinə töküldüyü yer arasında yaratdığı 
hüduddakı öz torpaqlarında olmasını qadağan edəcəkdir. Bütün 
Rusiya imperatoru həzrətləri öz tərəfindən  İran qaçqınlarının 
Qarabağ  və Naxçıvan xanlıqlarında və  İrəvan xanlığının Araz 
çayının sağ sahilində yerləşən hissəsində yurd salmasına və ya 
yaşamasına (hər hansı) bir qərarda icazə verməyəcəyini vəd 
edir. Lakin özlüyündə aydındır ki, ancaq rəsmi rütbə daşıyan və 
ya müəyyən ləyaqət sahibi olan adamlara: şəxsi nümunələri, 
nəslhət və gizli əlaqələri ilə keçmişdə onların idarəsində və ya 
hakimiyyəti altında olan əvvəlki həmvətənlərinə  zərərli təsir 
göstərə bilən xan, bəy və dini rəislər və ya mollalara qarşı bu 
şərtin gücü var və olacaqdır. Ümumiyyətlə, hər iki dövlətin 
sakinlərinə  gəldikdə isə razılığa gələn yüksək tərəflər qərara 
alır ki, hər iki tərəfin bir dövlətdən o birinə keçmiş  və ya 
bundan sonra keçəcək təbəələri onların keçdiyi hökumətin icazə 
verdiyi hər yerdə yurd sala və yaşaya bilər. 
 
XV maddə 
Şah həzrətləri öz dövlətinə sakitliyi qaytarmaq və öz təbəələrindən 
hazırki müqavilə ilə bu qədər xoşbəxtliklə başa çatmış savaşda 
törədilmiş bədbəxtlikləri daha da artıra bilən hər şeyi kənar etmək 
kimi xeyirli, xilasedici niyyətlə  hərəkət edərək, Azərbaycan 
adlanan vilayətin bütün əhalisi-nə  və  məmurlarına büsbütün və 
tam bağışlanma əta edir. Hansı dərəcəyə məxsus olmasından asılı 
olmayaraq onlardan heç kəs öz hərəkətinə və ya savaş ərzində və 
ya Rus ordusunun adı çəkilən vilayəti müvəqqəti tutduğu zaman 
davranışına görə  təqibə, dini əqidəsinə görə  təhqirə  məruz 
qalmamalıdır. Bundan başqa o məmur və sakinlərə bu gündən 
başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst 
keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan 
onların satlıq malına və ya əmlakına, əşyalarına hər hansı gömrük 
və vergi qoyulmadan daşınan mülkiyyətini aparmaq və satmaq 
üçün bir il vaxt verilir. Daşınmayan mülkə  gəldikdə isə onun 
I mühazirə
 
 
 
80
satılması və ya onun haqqında özxoşuna sərəncam üçün beş illik 
müddət müəyyən edilir. Lakin bu bağışlanma qeyd olunan bir illik 
müddət başa çatanadək məhkəmə  cəzası düşən günah və ya 
cinayət işləmiş adamlara şamil edilmir. 
 
XVI maddə 
Müvəkkillər bu sülh müqaviləsi imzalandıqdan sonra, qarşılıqlı 
surətdə  təxirə salınmadan təcili olaraq, hərbi  əməliyyatların 
kəsilməsi haqqında bütün yerlərə  xəbər və lazımi fərman 
göndərməlidir. Eyni məzmunda iki nüsxədə tərtib edilmiş, hər 
iki tərəfin müvəkkilləri tərəfindən imzalanmış, onların gerbli 
möhürləri ilə  təsdiq edilmiş  və qarşılıqlı olaraq bir-birinə 
verilmiş bu sülh müqaviləsi bütün Rusiya imperatoru həzrətləri 
və İran şahı həzrətləri tərəfindən təsdiq və ratifikasiya edilməli 
və onların imzaladığı ratifikaslya mətnləri təntənəli şəkildə hər 
iki tərəfin müvəkkilləri tərəfindən dörd ay ərzində  və ya 
mümkün olduqca daha tez dəyişdirilməlidir. Bu müqavilə 
fevral ayının 10-da, İsanın anadan olmasının 1828-ci ilində 
Türkmənçay kəndində bağlanmışdır. Əslinə qol çəkmişlər: İvan 
Paskeviç, A. Obrezkov. 
 
Ədəbiyyat 
1.
 
Abdullayev M.Q. Xanlıqlar və rus müstəmləkəçiliyi dövründə 
Şimali Azərbaycanda aqrar münasibətlər XIX əsrin 40-cı illərinə 
qədər. Bakı, 2005. 
2.
 
Babayev A.Q. Rusiyaya qoşulmaq ərəfəsində. Bakı, 1988 
3.
 
Sadıqov H. XIX əsrin  əvvəllərində Rusiyanın xarici siyasətində 
Qafqaz problemi // Azərbaycan EA-nın xəbərləri. Tarix, fəlsəfə 
və hüquq ser., 1990, №3, s.28-25 
4.
 
Qarabağnamələr. I. və II kitablar. Bakı, 1982-1992 
5.
 
Şükürov K. Azərbaycanın bölüşdürülməsi (Gülüstan və Türk-
mənçay müqavilələri haqqında) // Kitablar aləmində. 1990, №3, 
s.20-29 
6.
 
Yenə onun: Türkmənçay -1828, Bakı: 2006 
7.
 
Абдуллаев  Г.Б.  Азербайджан  в  ХVIII  веке  в  взаимоот-
ношения его с Россией. Баку, 1965 
8.
 
Абдуллаев Г.Б. Из истории северо-восточного Азербайджана 


Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
81 
в 60-70-х гг. ХVIII века. Баку, 1958 
9.
 
Абдуллаев М.К. Аграрная политика царизма в Азербайджане 
в первой трети ХIХ в. АКД., Баку, 1989 
10.
 
Алиев  С.М.  Междоусобные  войны  и  борьба  за  верховную 
власть в Иране после распада империи Надир шаха. // Иран. 
История и культура в средние века и в новое время. М.: 1980 
11.
 
Алияров С.С. Алиева Ф.М. Георгиевский трактат в контексте 
внешнеполитического  положения  Азербайджана // Роль  ра-
бочих  организаций  в  развитии  революционного  движения  в 
Азербайджана. Баку: 1984, с.75-83 
12.
 
Асадов Ф.С. История Талышского ханства и его связи с Рос-
сией / АКД., Баку, 1966 
13.
 
Джафаров  А.П.  Присоединение  Ширванского  ханства  Рос-
сии и восстановления города Шемахи. АКД., Баку: 1955 
14.
 
Ибрагимбейли  Х.П.  Россия  и  Азербайджан  в  первой  трети 
ХIХ в. М.: 1969, гл.1 
15.
 
Искендеров  М.С.  Бакинская  ханства  и  его  присоединение  к 
России. АКД., 1983 
16.
 
Магомедов Н.А. Экономическое развитие Дербентского хан-
ства в ХVIII АКД., Нальчик: 1985 
17.
 
Мильман  А.Ш.  Политической  строй  Азербайджана  завое-
ваний (первая треть ХIХ в.) АКД., Баку: 1992 
18.
 
Минасазов  Г.  Сто  лет  одной  революции.  Азерб.  Восстания. 
1826г. Баку: 1930 
19.
 
Muradəliyeva Elmira. Azərbaycan milli şüurunun qatlarında 
Rusiya işğalı // Məhəmməd  Əmin Rəsulzadə  və ictimai-siyasi 
ideallar. Bakı: 2005. 
20.
 
Мустафаев Дж.М. Северные ханства Азербайджана и России 
(конец ХVII нач. ХIХ в. Баку: 1989 
21.
 
Петрушевский  И.П.  Система  русского  колониального  уп-
равления в Азербайджане впервой половине ХIХ в. // Коло-
ниальная  политика  Российского  царизма  в  Азербайджан  в 
20-60-х годах ХIХ в. 1., М.-Л.: 1936 
22.
 
Семенов Л.С. Россия и международные отношения на Сред-
нем Востоке в 20-х годах ХIХ в. Л.: 1963 
23.
 
Трактат,  заключенный  в  Туркменчае 10 февраля 1828 г. // 
Юзефович  Т.П.  Договоры  России  с  Востоком. (Azərbaycan 
tarixi üzrə qaynaqlar) 
I mühazirə
 
 
 
82
24.
 
Указы Кубинских ханов. Тбилиси: 1937 
25.
 
Шеремет В.И. Турция и Андронопольский мир 1829 г. М.: 1975 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə