Baki döVLƏt universiteti


Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə16/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   137

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
63 
nizami piyada ordusu 25 sərbaz ("başlarından keçənlər" 
anlamına gəlir) və 10 canbaz ("canlarından keçənlər") ba-
talyonundan ibarət idi. Hamısı birlikdə 38,5 min süngü 
yaradırdı. Ancaq yalnız "Abbas Mirzənin türk piyada qoşunu" 
(Mirzə Yusif Nersesov) və top birliyinin 43 topa xidmət edən 
əsgərləri birbaşa onun əli altında idi. İran piyada qoşunu və 
sərbaz batalyonlarının xeyli hissəsi isə şahın ixtiyarında qalırdı. 
İran ordusunda nizami atlı qoşun saxlanmır, onun yerinə (savaş 
zamanı) Güney Azərbaycandan 6 minə yaxın və  tərəkəmə 
tayfalardan 15 minə yaxın nizami olmayan atlı qoşun 
toplanırdı. Bu sonuncu "atlı qoşun" Rusiya ordusundakı  nə 
nizami atlı alaylar (kavaleriya), nə  də  uşaqlıq illərindən yaxşı 
əsgəri hazırlıq keçən kazak atlı bölmələr ilə yanaşı qoyula 
bilərdi. Abbas Mirzənin 60 minlik ordusu barədə yazılar öz 
uğurlarını  şişirtməyə çalışan rus hərbi qulluqçularının adı ilə 
bağlıdır. 
Rusiya Xüsusi Qafqaz korpusunun qüvvəsi sayca böyük 
deyildi. Ancaq bu, on illərcə Avropa çöl və dağlarında 
Avstriya, Türkiyə  və xüsusilə Fransa qoşunları ilə saysız 
savaşların döyüş  ənənələrinə arxalanan müasir bir ordu idi. 
Transqafqazda sayı 10 minə yaxın olan 33 rus piyada batalyonu 
və 1 nizami atlı alayı, 9 Don kazak alayı, Bakı və Lənkərandakı 
3 batalyon, Gəncə, Şəki və Şirvandakı 2 batalyon silah altında 
idi. Bundan başqa  Şuşada 2 batalyon, Pəmbək və  Şurakeldə 
(İrəvan sərhədi) 3 batalyon qarnizon qulluğunda idi. Minlərlə 
yerli atlı döyüşçülərin də  səfərbər edilərək savaşa qatılması 
nəzərdən qaçmamalıdır. 
Savaşın başlanğıcı Rusiya üçün uğursuz oldu. Abbas 
Mirzə qoşunların başında Qaradağ-Gülənbər yaylaq yolu ilə 
Qarabağa getdi. İkinci qoşunu da (çoxu qeyri-nizami atlılar idi) 
Əmirxan və Mehdiqulu xanla birlikdə Naxçıvan-Sisian dağ 
yolu ilə arxadan Qarabağa göndərdi.  İbrahim xan Qacar və 
şirvanlı Mustafa xanı  Şlrvana, Mir Həsən xanı başqa bir 
I mühazirə
 
 
 
64
qoşunla Talışa, qardaşı Sarı Aslanı (Həsən xan) İrəvan sərdarı 
Hüseyn xan və İrakli oğlu "Aleksandr Mirzə" ilə birlikdə Tiflis 
üzərinə yolladı. Uğurlu xan Ziyadoğlu Gəncəyə, Hüseyn xan 
(Səlim xanın oğlu) qardaşı Hacı xanla Şəkiyə – öz dədə 
yurdlarına girdilər. 
İrəlidə gedən  İran qoşunu Xudafərin körpüsünü sürətlə 
keçərək rus sərhəd alayını  əzdi. Ruslardan 300-ə kimi əsgər 
öldürüldü, bir qismi əsir düşdü. Sonuncuların içində polkovnik 
Nazımov və mayor Kovalenski var idi. İran qoşunları  sərhəd 
boyu döyüşlərdə rusları geri oturtdular. Abbas Mirzənin ordusu 
Şuşa qalasını iyulun 26-da mühasirəyə aldı. Mühasirə 48 gün 
sürdü.  Şuşa qarnizonunun rəisi polkovnik Reut yaxşı hazırlıq 
görmüşdü. Qalanın ələ keçirilməsi uğrunda hücumlar istənilən 
nəticəni vermədi. 
Şuşanın uzun çəkən mühasirəsi savaşın bütün gedişinə 
təsir göstərdi. Abbas Mirzə hücumu sürətlə davam etdirərək 
dağınıq rus qoşunlarını  əzmək yerinə, böyük qüvvə ilə  Şuşa 
altında  əylənib qaldı. Bu, rus komandanlığına dağınıq qo-
şunlarını birləşdirmək, strateji təşəbbüsü  ələ keçirib əks-
hücuma keçmək üçün imkan yaratdı. 
Quzey Azərbaycanda "ümummüsəlman üsyanı". İkin-
ci savaşda Azərbaycan  əhalisinin, "bəylərin və başqa zümrə-
lərdən olan sakinlərin Rusıyaya qarşı olacağı barədə Yermo-
lovun fikri düz çıxdı. Xalq öz yurduna dönən keçmiş xanların 
səsinə  səs verib ayağa qalxdı. 1826-cı ilin avqustun 13-də 
Sankt-Peterburqa bu barədə raport yazan "Sərdar Yermulu" 
bildirirdi ki, əski qaçqın xanlar "qara camaatı, özəlliklə inamı 
yüngül olanları (?!! - Red.) üsyana qaldırdılar". O; 
Azərbaycanda "ümummüsəlman üsyanı" baş verdiyini yazırdı. 
Təbii, Rusiya baş komandanı bu kütləvi üsyanı ortaya gətirən 
səbəbləri ört-basdır etməyə çalışırdı; başında durduğu  əsgəri 
idarəçiliyin qanunsuz, zorakı davranışını, istismarın və milli 
zülmün ölçüyəgəlməz şəkildə yayıldığını pərdələmək istəyirdi. 


Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
65 
Guya bəzi ruhani çağırışları olmasaydı, üsyan da olmaya 
bilərdi: "Bizə qarşı ümummüsəlman üsyanı başqa yol ilə deyil, 
din vasitəsilə ortaya gətirilmişdir, bu üsyanı  qızışdıran Abbas 
Mirzənin yanındakı "bir müqəddəs kişidir" (Seyid Kərbəla 
Məhəmməd adlı birisi nəzərdə tutulur – Red.). 
Rus tarixçisi M.N.Pokrovskinin fikrincə ölçüyəgəlməz 
ağalıq, harınlıq durumu Yermolovun gözlərini qamaşdırmışdı. 
Yerli vassal xanlara bir oyuncaq kölə kimi baxan Baş 
komandan, onların təbəəliyində olanları insan yerinə belə 
qoymurdu. "Müqəddəs (ruhani) bir kişinin" çağırışı deyil, 
gerçək hərbi-siyasi durum Azərbaycanda "üsyançı  əhval" 
(M.N.Pokrovski) doğurmuş idi. Bütün bu köklü səbəblər onun 
sözləri ilə deyilərsə, "Yelizavetpolu (Gəncəni - Red.) gerçək bir 
inqilab meydanına çevirdi". 1826-cı ilin iyulun 27-də rus 
batalyonlarının  şəhəri tərk edəcəyini öyrənən gəncəlilər qılınc 
və  xəncərlərə qurşanıb, səhər Narın qalası üzərinə yürüdülər. 
Başqa rus tarixçisi N.Dubrovin bütün gəncəlilərin ("tatarı... 
voorujilis poqolovno") bu yürüşə qoşulduğunu yazır. Onlar ilk 
öncə qala həbsxanasını alıb, siyasi dustaqları azadlığa 
buraxdılar.  İyulun 28-ə keçən gecə bir çox rus döyüşçülərini 
qırıb, Gəncəni təmizlədilər. Uğurlu xan asanlıqla azad edilmiş 
şəhərə girib, Narın qalada oturdu. 
İkinci kütləvi üsyan Talış xanlığında baş verdi. 
Talış hakimi Mirhəsən xan, atası Mirmustafa xan kimi 
Rusiya təbəəliyinə keçmişdi. Ancaq çar hərbçilərinin 
özbaşınalığı və onunla bir nökər kimi davranması xanın dözü-
münə son qoydu. Talış xanlığında bu zaman Mirhəsən xan 
deyil,  əslində mayor İlyinski ağalıq edirdi. Xəzər dəniz ba-
talyonu (660 süngü) və 50 kazak atlısının komandiri olan bu 
mayor, xanı  sıxışdırıb  İrana qaçmağa məcbur etdi. Xan 
qaçmaqla yaxasını qurtardısa da, xalq İlyinskinin təhqir və 
söyüşlərindən, qanunsuz vergi yığımlarından cana doymuşdu. 
İlyinski Talışa Gürcüstanın Telavi bölgəsindən göndərilmişdi. 
I mühazirə
 
 
 
66
Əslində yerli camaatı soyub incitdiyi üçün oradan qovulmuşdu. 
Yeni qulluq yerində  də öz davranışını  dəyişməyən mayor, 
Talışda yapdığı cinayətlərə görə  hərbi məhkəməyə verilmiş, 
amma onun haqqında heç bir ölçü götürülməmişdi. 
Belə bir durum xalqı üsyana qaldırdı. Rus tarixçilərinin 
yazdığı kimi: "Talış xanlığında bütün yaşayanlar bir adam kimi 
üsyan etdilər, o vaxta kimi bizə (Rusiyaya – Red.) sadiq olan 
Talış xanı üsyanın başına keçdi". Mirhəsən xan üsyana qalxmış 
yerli döyüşçülər və bir neçə min İran sərbazı ilə 1826-cı il 
iyulun 25-də  Lənkəranda yerləşən rus qarnizonu ilə döyüşə 
girdi. Altı gün və altı gecə sürən döyüşdən sonra mayor İlyinski 
"qalanı deyil, onun xarabasını" üsyançılara buraxıb Sara 
adasına çəkildi. Talış xanlığında da Rusiya hərbi idarəçiliyi 
devrildi. 
İyulun 26-da Cavad keçidi yanında ruslar daha bir döyüşü 
uduzdular.  İrana qaçmış Bakı hakimi Hüseynqulu xan bu 
döyüsdən sonra üç minlik İran atlısı ilə Bakı üzərinə yollandı. 
Çoxsaylı avarlı  İran "donanması" da dənizdən onun köməyinə 
gəldi. Ancaq xanın "Bakı  əyalətində yaşayanları ayağa 
qaldırmaq" istəyi baş tutmadı. 
Yenə iyulun 26-da Ağsu (Yeni Şamaxı)  şəhərini azad 
etmilş Mustafa xan Şirvanda uğurla irəliləməkdə idi, "Qiyam-
çılardan  ətrafına böyük toplantılar yığan və yardımına güclü 
İran atlı qoşunu göndərilən" Mustafa xan avqust ayında Şamaxı 
və  Şirvandan rus qoşunlarını vurub çıxara bildi, Rus əsgərləri 
Qubaya sarı çəkildllər, ancaq artıq burada da yerli bəylər xalqı 
üsyana qaldırmışdılar. Üsyan dalğası rus əsgəri birləşmələrini 
Şəkidən də dışarı atmışdı." 
Quzey Azerbaycanı bürüyən kütləvi xalq çıxışları ikinci 
Rusiya-İran savaşının baslanğıcında tutarlı amillərdən biri idi. 
Ancaq Abbas Mirzə bu çıxışlar ilə uzlaşan sinxron bir savaş 
apara bilmədi. 
Şəmkir döyüşü.  Avqust ayında Ruslya komandanlığı 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə