Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə24/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   137

Şimali Azərbaycan  
XIX əsrin 40-70-ci illərində  
 93 
Beləliklə çar 1844-cü ildə Novorossiysk general qubernatoru 
knyaz M.S.Vorontsovu Qafqaza canişin təyin etdi. Köhnə 
dvoryan nəslindən olan, heç bir nazirlik qarşısında məsuliyyət 
daşımayan M.S.Voronstov mütləqiyyətin və feodal 
münasibətlərinin qorunması uğrunda ardıcıl mübarizə aparan bir 
şəxs kimi Azərbaycan feodallarının da müdafiəçisinə çevrildi. 
Bu da təsadüfi deyildi. Çar I Nikolay Vorontsovu canişin təyin 
edərkən ona Cənubi Qafqazda baş verən hadisələr haqqında 
məlumat və tapşırıqlar vermişdi. Bunu 1846-cü ilin martında 
Vorontsovun çara yazdığı raportundan da görmək olar: «Hələ 
Sankt Peterburqda olarkən sizin nəzərdə tutduğunuz tədbirlərin 
zəruriliyinə inanırdım. Siz tam düzgün olaraq qeyd edirdiniz ki, 
ağalardan torpaqları almaq səhv tədbirdir, torpağı onlara vermək 
və əvəzində onlardan sədaqətli qulluq tələb etmək lazımdır». 
Çar ali müsəlman silkinin torpaq hüquqlarının nizam-
lanmasını canişinə qəti olaraq tapşırmışdı. Tiflisə gələn canişin 
ağaların və  bəylərin torpaq hüquqlarını müəyyən etmək üçün 
gərgin işə başladı. Bu işdə onun ən yaxşı köməkçisi diyarın 
mülki idarə  rəisi general P.A.Ladinski idi. Qafqaza gəldikdən 
sonra M.S.Vorontsovun başı dağlılara qarşı mübarizəyə 
qarışdığından ağa və bəylərin torpaq hüquqları haqqında layihə 
hazırlamaq Ladinskinin üzərinə düşürdü. Çanişindən 
«müsəlmanlar içərisində ali silk yaratmaq» haqqında xüsusi 
tapşırıq alan Ladinski ciddi işə başladı. 
1842-1844-cü illərdə  fəaliyyət göstərən komitələr 
dövlətin göstərişi ilə bəy və ağaların hüquqlarını müdafiə etmək 
qərarına gəldi. Bununla da onlar hakim zümrəni özləri üçün 
ictimai dayağa çevirməli idi. Bəy və  ağaların hüquqları ilə 
məşğul olan komitələr aşağıdakı prinsipləri  əsas götürürdülər: 
1) bəy və ağaların torpaqları onların irsi mülkiyyəti kimi təsdiq 
edilməli; 2) həmin torpaqlarda yaşayan kəndlilər ağa və bəylərə 
vergi verməli və mükəlləfiyyətlər yerinə yetirməli; 3) bəy və 
ağalara polis və qismən də məhkəmə hakimiyyəti verilməlidir. 
Ladinskinin hazılayıb Vorontsova təqdim etdiyi layihənin 
müzakirəsində Qarabağın və Şəkinin bəyləri də iştirak edirdilər. 
1846-cı ilin sentyabrında Baş  İdarə  Şurasında təsdiq edilmiş 
Ladinski-Vorontsov Əsasnaməsinə 30 mart 1846-cı ildə Qafqaz 
II mühazirə 
 
 
94
Komitəsinin iclasında baxılmış  və ona bir sıra düzəlişlər 
edilmişdi. Lakin düzəlişlərin çoxuna mənfi yanaşan Vorontsov 
Əsasnamənin azacıq dəyişilmiş  mətnini yenidən komitəyə 
göndərmiş, burada bəyənildikdən sonra I Nikolaya təqdim 
etmişdi. Çar 6 dekabr 1846-cı ildə bu Əsasnaməni canişinin 
adına buyruq şəklində imzaladı.  
6 dekabr 1846-cı il qanunu 12 maddədən ibarətdir. Onun 
10-u bəylərin torpaq hüquqlarına, 2-si isə feodal-kəndli 
münasibətlərinə toxunurdu. Reskriptin 1-ci maddəsinə  əsasən 
«müsəlman  əyalətlərinin Rusiyaya qatılması zamanı onların 
(xan, bəy və məliklərin) nəsillərinin sahib olduqları və indi də 
onların  şəksiz ixtiyarlarında olan bütün torpaqlar onların irsi 
mülkiyyəti kimi təsdiq olunsun». Bununla da, uzun əsrlər boyu 
bir-birinə yaxınlaşan, lakin heç vaxt eyniləşməyən mülk və 
tiyul torpaqlarının bir mülkiyyət kimi eyniləşməsi hüquqi 
baxımdan qanuniləşdirildi. 
 Qanunla Rusiya işğalı çağında bəylərin nəsli sahibli-
yində olmuş  və indi də onların ixtiyarında qalan torpaqlar 
(mülk, tiyul) üzərində tam irsi mülkiyyətçilik hüququ ilk dəfə 
olaraq tanındı. 1841-ci ildə Qazax, Şəmsəddil və Borçalı 
məntəqələrində  ağalardan müsadirə edilmiş bütün torpaqlar 
(maddə 3) çarın «xüsusi iltifatı» kimi onlara qaytarıldı. 
Xan, bəy və digər torpaq sahibləri öz mülklərini nəsildən-
nəslə keçirə, sata, bağışlaya, hər hansı şəkildə alqı-satqıya qoya 
bilərdi, lakin bir şərtlə ki, bu şəxs ali müsəlman silkinin 
nümayəndəsi olsun. 
Qanunun birinci və altıncı maddələrinin qarşılaşdırılması 
belə bir cəhəti üzə çıxarır ki, işğala kimi nəsli və irsi, hətta şərti 
torpaqları olmuş  bəylər, Rusiya hökumətinə qulluğa görə 
torpaqlara yiyələnmiş yeni sahibkarlardan üstün tutulmalıdırlar. 
Çünki sonuncuların torpaq sahibliyi hüququnun tanınması üçün 
«qulluq göstərmək» şərti qoyulmuşdu. 
Fərmanın 7-ci və 8-ci maddələri sahibkar toraqlarında 
yaşayan kəndlilərə  həsr edilmişdi. Belə ki, bundan sonra rəiy-
yət, rəncbər, xalisə, nökər və i.a. müxtəlif adların yerinə kənd-
lilərə ümumi bir ad - «mülkədar tabesi» adı verilirdi. Kəndlilər 
torpaqdan istifadəyə görə onun sahiblərinə  əvəz olaraq 


Şimali Azərbaycan  
XIX əsrin 40-70-ci illərində  
 95 
mükəlləfiyyətlər yerinə yetirməyə borclu idilər. 
6 dekabr 1846-ci il qanunu ilə çar hökuməti yerli feodalların 
torpaq hüquqlarını təsdiqlədi və bununla da yerli feodallara doğru 
böyük bir addım atdı. Təsadüfi deyildi ki, bu çarizmin yerli 
feodallarla ittifaqının başlanğıcı hesab edilirdi. 
Nəhayət, çar hökuməti ali müsəlman silkinə münasibətini 
müəyyənləşdirdi və onların simasında ictimai dayaq yaratmaq 
məqsədilə ciddi bir addım atdı. Bununla da, ali müsəlman silki 
torpaq hüquqları baxımından Rusiya zadəganları ilə  bərabər 
hüquq qazandı. Lakin ali müsəlman silki imtiyaz və  şəxsi 
hüquqlar baxımından heç vaxt rus və gürcü zadəganları ilə 
bərabərləşdirilmədi. Belə bir bərabərlik Azərbaycanın bəy və 
ağalarına diyarın idarə edilməsində  vəzifələr tutmaq hüququ 
verərdi. Ali müsəlman silkinə qarşı milli və dini ayrı-seçkilik 
siyasəti yeridən çar hökuməti buna yol vermək istəmirdi. 
 
3. 1847-ci il Kəndli Əsasnamələri 
 
 
Xanlıqlar dövründə (XVIII əsrin ortaları – 1828-ci illər) 
Azərbaycanda bəylər ilə asılı  kəndlilər arasında qarşılıqlı 
münasibətlər bütün ölkə miqyasında qanunla 
rəsmiləşdirilməmiş  və nizamlanmamışdı.  İşğaldan sonra bu 
problem dərhal həll olunmadı, çünki Rusiya Azərbaycan ali 
təbəqəsinin – xan, sultan, məlik, bəy və  ağalarının torpaq 
üzərində mülkiyyət hüququnu uzun müddət tanımadı, hətta 10 
aprel 1840-cı il inzibati-məhkəmə islahatından sonra hökumət 
1841-ci il 23 may tarixli fərmanı ilə ağalardan malik olduqları 
kəndləri geri almışdı. Belə bir fərman Kaspi vilayətinin tiyuldar 
bəylərinə  də verilmişdi. Lakin diyarda yaranmış  gərgin 
vəziyyət bu fərmanın sonrakı taleyini qeyri-mümkün etdi. 
Rusiya imperatoru I Nikolayın əmri ilə 1844-cü ildə Qafqazda 
canişinlik yaradıldı və ilk canişin qraf M.S.Vorontsova verilən 
göstərişlərdən biri də Azərbaycan bəy və ağalarının silki hüquqi 
və imtiyazlarının nizamlanması idi. Çarın 6 dekabr 1846-cı il 
fərmanı ilə Azərbaycan ali silkinin torpaq üzərində mülkiyyət 
hüququ tanındı  və qanuniləşdirildi. Yalnız bundan az sonra 
bəylərlə feodal-asılı  kəndlilərin qarşılıqlı münasibətlərini 
II mühazirə 
 
 
96
qanuniləşdirən - «Kəndli Əsasnamələri» verildi. 
Məsələnin bir cəhətini xüsusilə qeyd etmək lazımdır ki, 
sahibkar kəndliləri rəsmi olaraq «dövlət sakinləri» adlanırdılar 
və onlar «sahibkar torpağında yerləşdirilən dövlət kəndliləri» 
sayılırdılar. 
XIX  əsrin I yarısında Azərbaycan ali təbəqəsi  əsasən 
bəylərdən ibarət idi. Amma Azərbaycanın şimal-qərb zonasında 
– Qazax, Şəmsəddil və Borçalı  məntəqələrində  bəy statusuna 
malik olanlar bir qayda olaraq ağa adlanırdılar. Odur ki, 1847-
ci ildə  məzmunu  əsasən eyni olan 2 «Kəndli  Əsasnamələri» 
verildi: 
1)
 
Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı və Quba qəzalarında; 
2)
 
Ağalar ilə onlara qaytarılmış  və onların mülkiyyətində  təsdiq 
edlmiş torpaqlarda yaşayan kəndlilər arasında qarşılıqlı 
münasibətlər haqqında 18 dekabr 1847-ci il fərmanı. 
«Kəndli  Əsasnamələri» 6 dekabr 1846-cı il fərmanının 
məntiqi davamı olaraq bəy və  ağalara kəndlilərin,  əsrlər boyu 
istifadələrində olan torpaqları üzərində mülkiyyət hüququ verildi. 
Hüquqi baxımdan kəndlilər «özgə» torpaqlarıda yaşadıqları üçün 
«mülkədar tabesi» sayılırdılar və buna görə  də  bəy və  ağanın 
xeyrinə vergi verməli, mükəlləfiyyətlər ödəməli idilər.  
Tamamilə aydın məsələdir ki, torpaq məsələsi torpaq 
sahibləri ilə  kəndlilər arasındakı qarşılıqlı münasibətlərdə bi-
rinci yeri tuturdu. Torpaq məsələsi kəndlilər üçün həyati məsələ 
idi. «Kəndli  Əsasnamələri»nin 1-ci maddəsinə görə 15 
yaşından yuxarı kişi xeylaqları  «əkinçilik, bağçılıq, 
heyvandarlıq və bostançılığa yararlı» 5 desyatinə qədər torpaq 
payı ilə təmin olunmalı idilər. Pay torpağının tərkib hissələrinin 
həcmi və əkinə yararlı olub-olmamasının 1-ci maddəsində qeyd 
edilməməsi kəndlilərin yararlı torpaqla təmin edilməsini 
çətinləşdirirdi. 
2-ci maddəyə görə kəndlilər əkin sahələrini mütləq əkib-
becərməli idilər, çünki vergi və mükəlləfiyyətlərin taleyi məhz 
bundan asılı idi. 
«Kəndli 
Əsasnamələrində» 
ətraflı 
şərh edilən 
məsələlərdən biri kəndlilərin vergi və mükəlləfiyyətləri yerinə 
yetirməsidir. 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə