Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə21/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   137

Şimali Azərbaycan  
XIX əsrin 40-70-ci illərində  
 81 
t.e.d. L.L.Həsənova 
dos. F.M.Əliyeva 
 
II. ŞİMALİ AZƏRBAYCAN XIX ƏSRİN  
40-70-ci İLLƏRİNDƏ  
 
1) 40-cı illərin islahatları və onların mahiyyəti  
 
1. 10 aprel 1840-cı il inzibati-məhkəmə islahatının hazırlanması 
və həyata keçirilməsi 
2. Çarizmin yerli feodallarla ittifaqa girməsi. 6 dekabr 1846-cı 
il fərmanı 
3. 1847-ci il Kəndli Əsasnamələri 
 
 
1. 10 aprel 1840-cı il inzibati-məhkəmə islahatının 
 hazırlanması və həyata keçirilməsi 
 
Rusiyanın Azərbaycan torpaqlarının işğalı prosesində 
həyata keçirdiyi siyasi xəttinin  əsas cəhəti xanlıqların ləğvi ilə 
bərabər xanlıq üsul-idarəsinin aradan götürülməsi idi. Xanlıq 
idarəçiliyi kommendant idarə sistemi ilə  əvəz edilmiş, 
xanlıqların yerində yeni inzibati bölgü – əyalətlər yaranmışdı. 
Ləğv edilən hər bir xanlıq  əvəzinə yalnız bir əyalət yaradılırdı. 
Azərbaycan  ərazisində yaradılan  əyalətlərin idarəsi üçün əyalət 
rəisi vəzifəsi təsis edilmişdi. Bir qayda olaraq bu vəzifə 
əyalətdəki rus qarnizonunun komandiri – komendanta həvalə 
edilirdi. Komentdant yalnız xristian məzhəbindən olan mayor, 
podpolkovnik və ya polkovnik rütbəli zabitlərdən təyin edilirdi. 
Belə inzibati idarə sistemi komendant idarə sistemi adlanırdı. 
Rus rəsmi sənədlərində bu inzibati sistem «hərbi-xalq rejimi» 
adlansa da, bu əslində hərbi işğal rejimi idi. 
Əyalət rəisləri – komendantlar çox geniş  səlahiyyətlərə 
malik idilər. Bu səlahiyyət aşağıdakılardır: onlar qəza rəisi 
idilər, keçmiş xan divanına məxsus torpaqların, müxtəlif 
əmlakların, o cümlədən neft və duz mədənlərinin, balıq 
vətəgələrinin və s., keçmiş xanların müsadirə edilmiş əmlaklarının 
– torpaqlar, kəndlər, rəncbərlər, təsərrüfatların; Rusiya əleyhinə 
II mühazirə 
 
 
82
çıxışlarda iştirakına görə sürgün edilmiş yerli ali təbəqənin 
əmlaklarının idarə edilməsi; vergilərin təqsim edilməsi və 
yığılması; yeni vergi və mükəlləfiyyətlərin təsisi və s. Komendant 
Əyalət məhkəməsində  sədrlik edirdi. Xanlıqlar ləğv edilsə  də, 
xanlıqların dövründə mövcud olan inzibati sistem – mahal 
bölgüsü saxlanılmışdı, odur ki, mahal naiblərinin təyinatı  və ya 
işdən çıxarılması da komendantın səlahiyyətində idi. Komendant, 
müxtəsər desək, keçmiş xanlara məxsus bütün hüquq və 
səlahiyyətlərə malik idi. Lakin onlar xandan fərqli olaraq dövlət 
başçısı deyildilər və  həm də hökumət qarşısında məsul idilər, 
onlar məsuliyyətə cəlb edilə bilərdilər. 
Komendant idarə sisteminə komendantdan əlavə böyük bir 
məmurlar ordusu da daxil idi: komendantın köməkçisi, 
polismeyster, əyalət təsərrüfatının başçısı mahal naibləri və s. 
Azərbaycanda xanlıqlar dövründə  məhkəmə  işləri ruhani 
zümrəsinin  əlində idi. Bundan əlavə ali ruhani zümrəsi 
ruhaniləri vəzifəyə təyin və azad edirdi, vəqf təsərrüfatına rəh-
bərlik edir, xüms və zəkatın toplanması və bölünməsinə nəzarət 
onların ixtiyarında idi. Qazılər sırf inzibati funksiyalar yerinə 
yetirirdilər.  
Komendant idarə sistemində  şəriət məhkəmələri 
saxlanılsa da, onların təsir dairəsi daraldılmışdı.  
Komendant idarə sistemi hərbi işğal rejimi idi. Odur ki, 
bu rejim ölkədə mövcud olan ictimai münasibətləri qeyri-
obyektiv mövqedən qiymətləndirirdi. Məlum olduğu kimi XIX 
əsrin  əvvəllərində Azərbaycan bəy və  ağaları torpaq sahibləri 
idilər və onlar cəmiyyətin sosial-silki strukturunda çox mühüm 
rol oynayırdılar. Rusiyanın Azərbaycandakı  hərbi orqanları 
işğalın ilk günlərindən yerli feodalların torpaq sahibliyi, siyasi 
və silki hüquqlarını  təhrif etməyə  və  məhdudlaşdırmağa 
çalışırdılar. Yerli feodallara qarşı siyasi və iqtisadi təzyiq 
vasitəsi kimi «idarəçilik» tezisindən geniş surətdə istfadə 
edilirdi. Bu tezisə görə yerli feodlların böyük bir hissəsi 
torpağın sahibi və mülkiyyətçisi deyil, yalnız xəzinə (dövlət) 
kəndlilərinin idarəçisi sayılırdılar. Odur ki, Azərbaycan bəyləri 
1826-cı ilin iyununda başlanan «ümumi müsəlman üsyanının» 
fəal iştirakçıları idilər. Azərbaycan bəylərinin böyük hissəsinin 


Şimali Azərbaycan  
XIX əsrin 40-70-ci illərində  
 83 
Rusiyaya düşmən münasibəti bəylərin torpaqlarının müsadirəsi 
və özlərinin isə  cəzalandırılması ilə  nəticələnmişdi. 13 iyul 
1830-cu il Ali Qanunu ilə II rus-İran müharibəsi dövründə 
antihökumət çıxışlarda iştirakına görə  cəzalandırılan bəylərin 
əhfi və müsadirə edilmiş torpaqların qismən qaytalırması bir 
növ feodallarla yaxınlaşma xətti olsa da, XIX əsrin 30-cu 
illərində Rusiya Azərbaycan bəylərinin silki hüquq və 
imtiyazlarını  rəsmi olaraq tanımadığı üçün onlar Rusiyanın 
müstəmləkə siyasətini həyata keçirməkdə sosial dayağı ola 
bilməzdildər. Odur ki, Azərbaycan bəyləri XIX əsrin 30-cü 
illərində Azərbaycanda baş verən azadlıq hərəkatında fəal 
iştirak edirdilər.  
XIX  əsrin  əvvəllərində Azərbaycanın Rusiya tərəfindən 
işğalından  ən çox əziyyət çəkən, sözsüz ki, ölkə  əhalisinin 
böyük  əksəriyyətini təşkil edən kəndlilər idi. Xanlıqlar 
dövründən qalma ənənəvi feodal istismarına müstəmləkə zül-
münün  əlavə edilməsi, yeni-yeni vergilər və mükəlləfiyyətlər 
qoyulması, vergilərin bölüşdürülməsi və  yığılmasında hər cür 
qanunsuzluq, yerli hakimiyyət orqanlarının özbaşınalığı 
Azərbaycan kəndində sosial ziddiyyətləri daha da 
kəskinləşdirmişdi. Təsadüfi deyil ki, 1829-1830-cu illərdə 
Zaqafqaziyada yoxlama aparan senatorlar qraf Kutaysov və 
Meçnikov müsəlman  əyalətlərində maliyyə-vergi sistemində 
çoxlu qanunsuzluq və özbaşınalıqların mövcudluğunu xüsusi 
ilə qeyd etmişlər. Senatorlar komendant idarə sistemini kəskin 
tənqid etmişdilər. Yerli idarədə himayə, məhkəmədə müdafiə 
olunmayan, hər  şeyi itirmiş xalqın hökumətə inamı itmişdi. 
Senatorlar Cənubi Qafqazda yeni idarəçilik sisteminə ke-
çilməsini hökumətə  məsləhət bilmişdilər. Lakin komendant 
idarə sisteminin ləğvi bu dövrdə həyata keçirilmədi. TəSAdüfi 
deyil ki, sosial şəraitin  ən gərgin olduğu  əyalətlərdə 
müstəmləkə zülmü əleyhinə güclü xalq üsyanları baş vermişdi. 
1830-cu ildə Car-Balakən, 1831-ci il Talış, 1837-ci il Quba, 
1838-ci il Şəki üsyanları.  
XIX əsrin 20-ci illərinin sonu – 30-cu illərin əvvələrində 
Cənubi Qafqazda idarəçiliyin yenidən qurulması  təklifi ilə 2 
layihə hazırlanır: 
II mühazirə 
 
 
84
1) I layihə gen. Paskeviç və senatorlardan P.S.Kutaysov 
və Y.S.Meçnikovun layihəsidir. 2) II layihə 1833-cü ilin 
mayında təqdim edilən – «Zaqafqaziya diyarı haqqında ümumi 
mülahizələr» adlı layihədir.  
Qafqazdakı rus qoşunlarının Baş komandanı general 
Paşkeviç buradakı idarəçilik sisteminin dəyişdirilməsi 
barəsində  hələ 1829-cu ildə  rəsmi orqanlar qarşısında məsələ 
qaldırmışdı. Paşkeviç komendant sisteminin dəyişdirilməsi ilə 
yanaşı, hüquq, məhkəmə  və idarəçilik sahəsində yerli xü-
susiyyətləri tamamilə ləğv etməyi və burada Rusiyanın mərkəzi 
quberniyalarındakına bənzər mərkəzləşdirilmiş idarəçilik 
sistemi yaratmağı  təklif edirdi. O, yerli xalqların adət və 
ənənələrini, dini və  mədəni xüsusiyyətlərini nəzərə almırdı. 
Onun fikrinə görə «müsəlmanlar imperiyanın eyni, ümumi 
qanunları  və  təsərrüfatının təsiri altında qaldıqca, Rusiya ilə 
daha çox yaxınlaşacaqlar». 
1829-1830-cü illərdə  Cənubi Qafqazında senator təftişi 
aparmış senatorlar Meçnikov və Kutaysov general Paskeviçin 
baxışlarını  bəyənmiş  və ona tərəfdar çıxmışdılar. Onların 
fikrincə, Cənubi Qafqazın idarəçiliyində  mərkəzləşdirmə  və 
ruslaşdırma prinsipi əsas tutulmalı idi, gərək Cənubi Qafqaz 
sakinləri rus kimi danışmağa, rus kimi düşünməyə və rus kimi 
hiss etməyə məcbur edilsinlər. 
I layihədə irəli sürülən məsələlərdən biri də diyarda 
çarizmin sosial bazasının yaradılması məsələsi idi.  
Azərbaycan bəylərinə etibar etməyən rus rəsmi dairələri 
Cənubi Qafqazda «təbii rus zadəganlarını yerləşdirmək» 
niyyətində idilər. 
II layihədə  də  Cənubi Qafqazda komendant rejiminin 
ləğvi və rus idarə sisteminin təsis edilməsi, sosial dayaq kimi 
«təbii rus zadəganlığının» yaradılması təklif olunurdu. Amma I 
layihədən fərqli olaraq II layihədə «müsəlman  əyalətlərində» 
«müsəlman zadəganlığının» yaradılması fikri irəli sürülürdü. 
Layihə müəlliflərinin fikrinə görə yerli azərbaycanlı torpaq 
sahiblərinin ancaq bir qisminin zadəgan imtiyazları tanınmalı, 
onlara yeni inzibati sistemdə ikinci dərəcəli vəzifələr tutmaq 
imtiyazı verilməlidir. 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə