Baki döVLƏt universiteti


Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə18/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   137

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
71 
İranın Rusiyaya iyirmi milyon gümüş rubl təzminat ödəyəcəyi 
bildirilirdi (II maddə). Abbas Mirzənin vəliəhd kimi 
tanınmasına ayrıca yer verilir (VII maddə), Xəzər dənizində 
yalnız Rusiyanın hərbi donanma saxlamaq hüququ təsdiq 
edilirdi (VIII maddə). X maddə ticarət konsulluqları 
açılmasından, XI maddə qarşılıqlı olaraq savaş ilə dayan-
dırılmış  işlərin bərpasından bəhs edirdi. XII, XIV, XV 
maddələr iki ölkə arasında  əhalinin hərəkəti və başqa məsə-
lələrə toxunurdu. XV maddə ermənilərin İrandan Transqafqaza 
köçürülməsi (müqavilədə konkret deyilməsə də, ümumi razılıq 
belə olmuşdu) ilə bağlı idi. Sonuncu maddə barış haqqında 
yerlərə bilgi verilməsi, onun ratifikasiyası  məsələlərinə 
toxunurdu. 
Müqavilə Rusiya tərəfindən 1828-ci ilin martında, Qa-
carlar tərəfindən iyul ayında ratifikasiya edildi. 
Türkmənçay müqaviləsi XIX yüzillikdə  İranın  İngiltərə, 
Fransa, Rusiya və Türkiyə ilə bağladığı müqavilələr içərisində 
ən ağırı idi. Bu müqavilə İranı Rusiyadan asılı duruma gətirirdi. 
1828-1829-cu illər Rusiya-Türkiyə savaşı. Çarlıq Rusiyası 
İranla savaşı qazandıqdan sonra işğalçılıq istəklərinin yeni 
nöqtəsinə keçdi. Qafqazın Qara dəniz sahillərini  ələ keçirməyə 
başladı. Rusiya taxılının demək olar üçdə ikisi Qara dənizdən 
ixrac olunurdu. Yaxın  Şərqə Rusiya mallarının göndərilməsi də 
genişlənmişdi. Satış üçün Asiyaya mal çıxarılması 1802-1827-ci 
illər arasında 3,3 faizdən 30,4 faizə qalxmışdı. Qafqazın Qara 
dəniz sahiilərinin, Cənub-qərbi Gürcüstan bölgələrinin  ələ 
keçirilməsi və bunun strateji əhəmiyyəti də nəzərə alınırdı. Rusiya 
Qafqazda öz ağalığını bərqərar etmək və möhkəmləndirmək üçün 
çox əlverişli imkan bulmuşdu. 
Buna görə  İran ilə savaşı başa vuran kimi Rusiya aprel 
ayında Türkiyəyə savaş elan etdi. Müharibə Balkanlarda və 
Qafqazda gedirdi. Qafqazda gedən döyüşlər çox önəmli yer 
tuturdu. 
I mühazirə
 
 
 
72
İlkin Qafqaz döyüşlərində türklərin hücum planları po-
zuldu. Ruslar Qafqazın Qara dəniz qalalarını, onun cənub-qərb 
bölgələrini tutdular. Anadolu ordusuna güclü zərbə vuruldu. 
1829-cu ilin qış və yazında Axalsıx və Bayazitdə, Liman, Diqur 
altında və Quzey Qafqazda Osmanlı ordusunun əks hücumu baş 
tutmadı. Rusiyanın güney müdafiə  xəttini yarmaq ümidləri 
doğrulmadı. Rus ordusu öz xeyrtnə dönüş yaratdı. Türklərin 
Anadolu birləşməsi dağıdıldı, bəzi şəhərlər tutuldu. 1829-cu ilin 
sentyabrında 
Ədirnə müqaviləsi imzalandı. Rusiya 
Transqafqazın işğalının hüquqi baxımdan tanınmasına nail oldu. 
Qara dəniz sahillərini, Axalsix vilayətini Axalsıx və Axalkalaki 
şəhərlərini də birgə ələ keçirdi. 


Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
73 
TÜRKMƏNÇAY MÜQAVİLƏSİNİN MƏTNİ 
 
I maddə 
Bütün Rusiya İmperatoru həzrətləri və  İran  şahı  həzrətləri 
arasında, onların vərəsələri və taxt-tacın varisləri, onların döv-
lətləri və qarşılıqlı surətdə  təbəələri arasında bundan sonra 
əbədi sülh, dostluq və tam razılıq olacaqdır. 
 
II maddə 
Bütün Rusiya imperatoru həzrətləri və  İran  şahı  həzrətləri 
hörmətlə qəbul edirlər ki, razılığa gələn yüksək tərəflər arasında 
baş vermiş və indi xoşbəxtlikdən qurtarmış savaş ilə Gülüstan 
traktatının qüvvəsi üzrə qarşılıqlı təəhhüdlər də başa çatmışdır; 
onlar göstərilən Gülüstan traktatını Rusiya və  İran arasında 
yaxın və uzaq gələcəyə sülh və dostluq münasibətləri qurmalı 
və  təsdiq etməli olan indiki şərtlər və  qərarlarla  əvəz etməyi 
zəruri hesab etdilər. 
 
III maddə 
İran  şahı  həzrətləri öz adından və öz vərəsələri və varisləri 
adından Arazın o tayı  və bu tayı üzrə  İrəvan xanlığını  və 
Naxçıvan xanlığını Rusiya imperiyasının tam mülkiyyətinə 
güzəşt edir. Şah həzrətləri bu güzəşt nəticəsində, hazırki mü-
qavilənin imzalanmasından sayılmaqla altı aydan gec olma-
yaraq, yuxarıda adları çəkilən hər iki xanlığın idarə edilməsinə 
aid olan bütün arxivləri və ictimai sənədləri Rusiya rəisliyinə 
verməyi vəd edir. 
 
IV maddə 
Müqaviləyə qoşulan yüksək tərəflərin razılığı ilə hər iki dövlət 
arasında sərhədlər aşağıdakı hüdudda qərara alınır: sərhəd xətti 
Türkiyə torpaqlarının ucundakı kiçik Araratın zirvəsindən 
aralıda düz istiqamətə ən yaxın nöqtədən başlayaraq o dağların 
zirvəsindən keçir; buradan maillik üzrə kiçik Araratın cənub 
I mühazirə
 
 
 
74
tərəfindən axan Aşağı Qarasu çayının yuxarılarına düşür, sonra 
sərhəd xətti o çayın axarı üzrə  Şərur qarşısında onun Araza 
töküldüyü yerədək davam edlr; bu məntəqədən Abbasabad 
qalasınadək Araz çayının yatağı üzrə gedir; burada qalanın 
Arazın sağ sahilində yerləşən xarici istehkamları yanında yarım 
ağac, yeni 3 1/2 Rusiya versti enində bütün istiqamətlərdə 
dövrə haşiyələnəcək və o ətrafda olan torpaq sahəsi büsbütün 
məhz Rusiyaya məxsus olacaqdır və bu gündən sayılmaqla iki 
ay  ərzində  ən yüksək dəqiqliklə ayrılacaqdır. Sərhəd xətti o 
yerdən, göstərilən dövrənin  şərq tərəfdən Arazın sahilinə 
birləşdiyi yerdən başlayaraq bir daha o cayın yatağı ilə 
Yeddibulaq bərəsinədək gedir; buradan İran torpaqları Araz 
çayının yatagı üzrə 3 ağac, yəni 21 Rusiya versti uzanacaqdır; 
sonra sərhəd Muğan düzü vasitəsi ilə Bolqarçayadək, iki kiçicik 
Adınabazar və Sarıqamış çaylarının birləşməsindən 3 ağac, 
yəni 21 verst aşagıda olan torpaqlara gedir; sərhəd buradan Bol-
qarçayın sol sahili ilə yuxarı, adları çəkilən kiçik Adınabazar və 
Sarıqamış çaylarının birləşməsinədək, sonra Şərqi Adınabazar 
çayının sağ sahili üzrə onun yuxarılarınadək davam edir, 
buradan isə Cikoir yüksəkliyinin zirvəsindək elə davam edir ki, 
o yüksəklikdən Xəzər dənizinə tökülən bütün sular Rusiyaya 
məxsus olacaqdır; İran tərəfə axan bütün sular isə İrana məxsus 
olacaqdır. Burada iki dövlət arasındakı  sərhəd dağ zirvələrilə 
müəyyən edilir; qərarlaşdırılmışdır ki, onların Xəzər dənizinə 
doğru enişi Rusiyaya məxsus olmalıdır, o biri yandakı enişi isə 
İrana məxsusdur. Sərhəd Cikoir yüksəkliyi zirvəsindən, Talış 
Ərş dairəsindən ayrılan dağlar üzrə  Qəmərkuhun zirvəsinədək 
keçir. Suların axarını iki yerə bölən dağların başı, yuxarıda 
Adınabazarın yuxarı axarı  və Cikoir zirvəsi arasındakı sahə 
haqqında deyilən kimi, burada da eləcə sərhəd hüdudunu təşkil 
edəcəkdir. Sonra sərhəd xətti suların axarına aid yuxarıda şərh 
olunan qaydalara aramsız  əməl etməklə  Qəmərkuhun zir-
vəsindən Zuvand və  Ərş dairələrini ayrılan dağ silsiləsi üzrə 
Velgic dairəsinin sərhədlərinədək uzanacaqdır. Beləliklə, adı 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə