Baki döVLƏt universiteti


Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə15/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   137

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
59 
Böyük Britaniya elçisinin nəzarəti altında xərclənməli idi. 
Rusiya-İran münasibətlərində İngiltərə hökumətinə "araçı" rolu 
oynamaq hüququ verildi. Şah sarayında  İngiltərənin nüfuzu 
gücləndi,  İran silahlı qüvvələrində ingilis zabitlərinin işi 
genişləndi. 
İngiltərə 1821-ci il "imtiyazlı" gömrük qanunundan is-
tifadə edərək Transqafqazda iqtisadi təsirini gücləndirməyə 
başladı.  
Rusiya isə  Cənubi Qafqazdan çəkilməyəcəyini Avropa 
dövlətlərinə bildirməklə yanaşı, bu bölgədə möhkəmlənmək 
üçün atılacaq addımlarını sürətləndirdi. Rusiyaya qarşı açıq 
düşmən mövqedən çıxış edən Gəncə Quba, Bakı xanlıqları 
dərhal yox edilərək əyalətə çevrilmişdi. Növbə digər xanlıqlara 
çatmışdı. Qafqazın Baş komandanı A.P.Yermolov (1816-1827) 
İranla yaxınlaşan çavaşda vassal xanların kimin tərəfində 
duracağını yaxşı bilirdi. Onun yeritdiyi siyasət bu xanlıqları 
tamamilə Rusiyaya qarşı çevirmişdi. 1819-cu ildə 
A.P.Yermalov milliyyətcə erməni olan rus generalı Madatovun 
əli ilə Şəki hakimi İsmayıl xanı zəhərləyərək aradan götürdü və 
xanlığı ləğv etdi. Xanlığın bütün xəzinəsi və mülkləri müsadirə 
edildi. 
Həmin ildə yerli hakimləri olan Qazax və  Şəmşəddil 
sultanlıqları, 1820-ci ildə isə Şirvan xanlığı ləğv edildi. 
General Madatovun Qarabağ xanlığı üzərində  əlləşməsi 
daha uzun sürdü. Rusiya hərbçiləri burada ən alçaq üsullara əl 
ataraq, Mehdiqulu xanın yaxın qohumunu yenə ona qarşı 
qoydular. Xanın qardaşı  oğlu Cəfərqulu ağaya Rus 
komandanlığına yalan donos yazdırtdılar. Guya Mehdiqulu xan 
gizlicə Madatovu öldürtmək istəyirmiş. Hətta Madatovun 
üstünə yalançı bir sui-qəsd yapıldı. Xana qarşı  iş açmaq üçün 
Baş komandanın göstərişi ilə "güzəştsiz" istintaq başlandı. İşin 
nə yerə aparıldığını anlayan Mehdiqulu xan dözməyib 1822-ci 
ildə  İrana getdi. Ruslardan xanlıq gözləyən Cəfərqulu ağa 
I mühazirə
 
 
 
60
sakitliklə Simbirskə sürgün edildi. 1822-ci ildə Qarabağ xanlığı 
ləğv edildi və xanlığın bütün var-dövləti Rusiya xəzinəsinə 
ötürüldü, dövlətin saysız torpaq mülkləri, ilxı  və sürüləri bu 
xəzinənin ixtiyarına keçdi. O zamanın rus tarixçisi 
N.F.Dubrovinin yazdığına görə, icraçılar, yəni "Sərdar 
Yermulu" və Madatov kimiləri özlərinə  zəngin "pay" götürüb 
ciblərini doldurdular. Sonrakı Baş komandan Paskeviç də bunu 
gizlətmirdi. O, Yermolovun "sağ  əli" olan Madatovun 
Qarabağda "ən birinci mülkədara" çevrildiyini yazırdı. Bunun 
üstündə Madatov hətta çar məhkəməsi qarşısında durmalı oldu. 
İkinci Rusiya-İran savaşı başlanmazdan öncə (1826) Talış 
xanlığının vassal varlığına da son qoyuldu. Beləliklə, ikitərəfli 
dövlətlərarası andlaşmalar (Kürəkçay bağlaşması  və b.) ilə 
xanların iç muxtariyyətinin toxunulmazlığına, onların 
"ölkəsinin bütövlüyünün saxlanılmasına imperator zəmanəti"ni 
çar hökuməti özü pozub atdı. 
Asılı xanlıqların ləğv edilməsinin iqtisadi səbəbləri. 
Asılı xanlıqların yox edilməsi Birinci Rusiya-İran savaşının 
verdiyi dərslərdən irəli gəlirdi. Mərkəzi Rusiyadan güneyə uza-
nıb gələn yollar çətin və  təhlükəli idi. Transqafkazda yer-
ləşdirilən "Xüsusi Qafqaz korpusu"nu yalnız yerli təchizat, 
başlıca olaraq Quzey Azərbaycanın varı və gəliri ilə saxlamaq 
olardı. Ancaq burada vergi və ödənişlərin toplanması qanuni 
baxımdan vassal xanların səlahiyyətində qalırdı. Bir sözlə, asılı 
xanlıqların iç muxtariyyəti Rusiya komandanlığının  əl-qolunu 
bağlayırdı. 
Asılı xanlıqların varlığına son qoymaqla çarlıq Rusiyası 
öz ordusunun arxa təminatını yoluna qoya bildi. Baş komandan 
İ.Paskeviç özü bunu etiraf edib yazırdı: "İstər İranla, istərsə də 
Türkiyə ilə indiki (yeni) savaşlar göstərdi ki, bizim ordunu 
saxlayıb yedizdirən Azərbaycan idi". 
Atlı qoşunlar demək olar bütünlüklə Azərbaycan kəndləri 
hesabına yaşayırdı. Bu qoşunlar Azərbaycanı bürümüşdü. 


Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
61 
Şirvanda Göyüzən mahalının altı kəndi (Basqal, Zərgəran və b.) 
ulan diviziyasının 3 eskadronunu, Hazaurt mahalının 4 kəndi 2 
eskadronu,  İsmayıllı  kəndi 1 eskadronu, Qarasu Bazar 
mahalının Zərdab və  Ləki kəndləri 1 eskadronu ərzaqla təmin 
edirdi. Bu diviziyanın qalan 5 eskadronu isə Sərdəri mahalının 
kəndləri (Bərguşat, Bığır, Qaracalı  və b.) hesabına yaşayırdı. 
Don kazaklarının 3 atlı alayı Kür boyunca Alakənddə, 
Tülənqoyun, Abduları, Gəncəli, Mustafalı, Meyneman və 
Kovrat kəndlərində yerləşmişdilər və bütün ikinci savaş boyu 
buradan təmin olunurdular. 
Şəki xanlığı kəndlərində topçu briqadası və rotası, 3 piyada 
batalyonu, Borisoqlebsk və Serpuxov ulan alayları,  Şəki 
şəhərinin özündə isə iki topu olan piyada batalyonu yerləşirdi. 
Bunlardan başqa Bakıda bir batalyon, Lənkəranda Xüsusi 
Xəzər dəniz və 8-ci sapyor batalyonları, Şuşada iki yeger (atıcı) 
batalyonu qulluq yapırdılar. 
Savaşın başlanğıcında Qazax, Şəmşəddil və Borçalı 
mahallarını da rus qoşunlarının  ərzaqla təmin edilməsi işinə 
qoşdular. Salahlı  kəndində Don kazak alaylarından biri 
yerləşdirildi. Bundan başqa Qazax və  Şəmşəddil mahalları 
Gəncədə olan rus atlı qoşunu üçün yem tədarük edirdilər. Araz 
boyunca sərhəddə yerləşən 20-ci piyada diviziyasını da ərzaqla 
yerli kəndlilər təmin edirdilər. 
Rus qoşunları üçün ərzaq, silah və texnika daşınmasında 
Azərbaycan aparıcı yer tuturdu. İkinci savaşın gedişində (1826-
1828) Azərbaycan kəndli və balıqçıları kircim adlanan 
gəmilərdə Kür çayı ilə (Zərdaba kimi) hərbi yük daşıyırdılar. 
15-17 günə gedilən bu yol ilə  Təbrizə  və Gümrüyə doğru 
yürüyən rus ordusu təchiz edilirdi. Ordu hissələri də bu yol ilə 
daşınırdı. 1827-ci ildə rus ordusuna ərzaq daşınması üçün yerli 
kəndlilərdən 2 min araba alınmışdı. Kür çayı ilə döyüşən 
qoşunlar üçün 12 min kisə qurudulmuş çörək, min kisə yarma, 
4 min kisə arpa, 4 min baş heyvan daşınmışdı. Qoşqu işləri 
I mühazirə
 
 
 
62
üçün Qarabağ, Şəki və Şirvan kəndlərindən, Qazax, Şəmşəddil 
və Borçalı mahallarından 11500 yük və qoşqu heyvanı (kəl) 
yığılmışdı. Bütün bu ağır mükəlləfiyyətlərin asanlıqla yerinə 
yetirilməsi üçün çar hökuməti ikinci savaşdan öncə xanlıqları 
aradan götürmüşdü. 
Xanlıqların ləğv edilməsi ilə Azərbaycan tarixinin bütöv 
bir dönümü sona yetmiş oldu. Çarlıq Rusiyası bununla Quzey 
Azərbaycanın siyasi fəthini başa çatdırmaq üçün özünə yol 
açdı. Bununla yanaşı, quzey xanlıqların bütün var və yatırını, 
bütün təsərrüfatını öz əlinə keçirərək, buranın iqtisadi fəthi 
qarşısında duran xanlıq idarəçiliyini aradan götürmüş oldu. 
Azərbaycanın dövlətçilik qurumlarının yox edilməsi ilə ölkənin 
büsbütün sümürgəclik meydanına çevrilməsi üçün yol açıldı. 
 
6. 1826-1828-ci illər Rusiya-İran savaşı.  
Türkmənçay müqaviləsi 
 
Savaşın başlanması.  Şuşanın mühasirəsi.  Rusiya pay-
taxtı Sankt-Peterburqda 1825-ci ildə baş vermiş Dekabristlər 
üsyanı haqqında xəbəri Tehrana ingilis diplomatı Şilan çatdırdı. 
Şah sarayı  əlverişli vaxt çatdığını düşünərək savaşa girməyi 
qərara aldı.  İyul ayında  İran qoşuniarı  sərhədi keçdi. İkinci 
Rusiya-İran savaşı başladı. Bu zaman knyaz Menşikovun 
başçılığı ilə yeni Rusiya elçiliyi Tehrana yaxınlaşmaqda idi. O, 
"yeni padşahı (çar I Nikolayı – Red.) tanıtdırmaq" üçün 
göndərilmiş, Fətəli  şaha büllur taxt gətirmişdi.  İran 
qoşunlarının artıq Şuşa və Gəncə qapıları ağzında olduğunu rus 
elçisi bilmirdi. "Tehranda göz dustağı edib ona aydın bir cavab 
vermirdilər" (Mirzə Yusif Nersesov). İranın başlıca məqsədi 
Tiflisi tutmaq, rus ordusunu Transqafqazdan çıxarıb, Terekin o 
tərəfinə qovmaq idi. 
Rus qoşunlarının başlıca zərbəsi isə  Təbrizə yönəlmişdi. 
Qoşunların sayına görə üstünlük İranın tərəfində idi. Şahın 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə