Baki döVLƏt universiteti


Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə11/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   137

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
43 
80 yaşlı  İbrahim xanın 52 il boyunca Qarabağ xanlığının 
bağımsızlığını qorumasını xatırladaraq yazırdı: "Farsların çox 
çalışmasına baxmayaraq, bütün Azərbaycanda onların hökmünə 
tabe olmayan yalnız təkcə Şuşalı İbrahim xan qalırdı. 
Mehdiqulu xanın "hökumətə" gətirilməsi.  Mehdiqulu 
xan, sair xanlar, dövlət adamları  işdən xəbərsiz qalada idilər. 
Lısanevıç bır  şey olmayıbmış kimi tezdən qala xalqını dövlət 
divanxanası qarşısına yığıb, Mehdiqulu ağanı xanlığa "mənsub 
eylədi". Bir para başqa göstərişlər də verdi. Kürəkçay 
andlaşmasının quru bir kağıza çevrilməsi göz önündə idi: Ru-
siya çarının təntənə ilə general-leytenant və general-mayor 
yapdığı yerli xanların bütün taleyi bir "dəli mayorun" əlində idi. 
M.Xəzaninin yazdığına görə, Mehdiqulu xan baş vermiş 
vəhşəti Qarabağ  əhlinə  təliqələr ilə bildirdi, "farağat olmağa 
hökm eylədi, hamılara təsəlli və xətircəmlik verdi". Həsən İxfa 
hamı üçün gözlənilməz olan bu hadisədən şuşalıların və bütün 
Qarabağ  əhlinin həyəcana gəldiyini yazır. Mehdiqulu xan 
hökumətin müqəssirlərə  cəza verəcəyini bildirərək, xalqı 
sakitləşdirdi. Ancaq xalqın şikayətləri cavabsız qaldı. 
Qətldən on beş gün keçməmiş general Nebolsin qoşun ilə 
gəlib  Əsgəran yanında düşərgə saldı. Mehdiqulu xan Qarabag 
atlıları ilə gəlib rus qoşununa qovuşdu. Şuşa Lisaneviçin əlində 
qaldı.  İyulun 15-də Honaşen yanında yeddi saat sürən böyük 
dava oldu. Mehdiqulu xanın köməyi vaxtında yetişdi. Qızılbaş 
qoşunu çoxlu itgi verib məğlub oldu. Abbas Mirzə qoşunla o 
taya qaçdı. Ruslar otuza kimi əsgər və zabit itirdilər. 
Davadan sonra "tərəflər" Şuşada Lisaneviçin "haqsız" işi 
üzərinə döndülər. Mehdiqulu xan, atasının "təmam evi və 
əcnasının qarət olunduğunu" da xatırladaraq, Lisaneviçin 
buradan uzaqlaşdırılmasını  tələb etdi. Nebolsin Honaşen 
vuruşmasında yaralanan P.Kotlyarevskini Şuşa batalyonuna 
başçı qoydu. 
Lisaneviç isə  Cəfərqulu ağa ilə Ordubad-Naxçıvan səm-
I mühazirə
 
 
 
44
tinə zorla aprılan Qarabağ ellərinin ardınca qoşdu. Rus əsgərləri 
piyada olmaqlarına görə geri qaldılar. Cəfərqulu ağa Qarabağ 
atlıları iiə  Zəngəzurda  Əbülfət xanla olan qızılbaş qoşununa 
çatdı. Onu əzib Qarabağdan köçürülənləri yurdlarına qaytardı. 
Lisaneviçin dəyişdirilməsi siyasi çəkişməni daha da 
alovlandırdı. Kotyarevski (Azərbaycanda iki ləqəb qazanmışdı: 
"Sarı mayor" və "Ağzıpara") onunla yaxın dost idi. Hər ikisi 
birləşib Cəfərqulu ağanı xana qarşı qoydular. Qafqaza yeni 
sərdar göndərilən qraf Qudoviç Tiflisə  hələ yetişməmiş 
Mehdiqulu xana kağız yazıb bildirdi ki, çar Aleksandr onu 
"Qarabağın əyalət və hökumətinə mənsub edibdir" (M.Xəzani). 
Lisaneviç-Kotlyarevski tandemi "imperaturi-əzəm"in yazılı 
buyruğunu dəyişdirməyə çalışdılar. Onların öyrətməsi ilə 
Cəfərqulu ağa tələsik Tiflisə varıb gəldi, amma Qudoviç onun 
xanlıq istəyini kəskinliklə  rədd etdi. Yalnız bir ay sonra 
Qarabağın bəy,  əyan və yüzbaşılarının böyük bir heyəti ilə 
Tiflisə  gələn Mehdiqulu xan "hökumətə" çıxarılmaq barədə 
qızıla bəzənmiş "fərmani-hümayun" aldı (13 sentyabr 1806-cı 
il). 
Cəfərqulu ağa mərhum atası Məhəmmədhəsən ağanın 36 
tiul kəndinin bütün rəiyyəti ilə tam ixtiyarına verilməsini, yəni 
mülkə çevrilməsini tələb etdi. Qudoviç bildirdi ki, "bir 
vilayətdə iki hökm ola bilməz", yüksək ixtyar hüququ (torpağın 
irsən keçməsi, təqsir-cəza və tövcü məsələləri) xanda 
qalmalıdır. Xan isə, Cəfərqulu ağa itaət və qulluqdan boyun 
qaçırdığı üçün Qudoviçin "dil cavabı" xahişini də  rədd etdi: 
"Şimdi ki, razı olmadı, mən də vermənəm". Mehdiqulu xanın 
təhriki ilə  Cəfərqulu ağanın Qarabagdan uzaqlaşdırılmasına 
qərar verildi, "dövlət başçıları onu Tiflisdən Rusiyaya 
çağırdılar". Ancaq Tərtər çayı körpüsündə Cəfərqulu ağa, onun 
atının tərkinə minmiş, mühafizə başçısı olan rus kapitanını yerə 
itələyib qurtuldu. Qardaşı Xancan bəylə Arazın o tayına keçdi. 
"Mehdiqulu xanın küdurəti səbəb oldu ki, onlar hər ikisi fərari 


Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
45 
olub Qızılbaşa getdilər" (M.Xəzani). Tezliklə  Cəbrayıl bəyləri 
(Cəfərqulu ağanın nənəsi bunlardan idi), bir çox yerlərin əhalisi 
də onun ardınca getdilər. Adı çəkilən tarixçiyə görə, "Arazdan 
Goran çayınadək Qarabağın torpağı xali qaldı". Ancaq 
qaçqınlıq uzun sürmədi. Bir ildən sonra tərəflər arasında barışıq 
oldu. Qaçqınlar qayıdıb Qarabağa gəldilər. 
Bakı  və Quba xanlıqlarının tutulması.  İlk idarəçilik 
tədbirləri.  Qarabağ  əyaləti ilə  İran ordusu daha iki yönümdə 
hərəkət edirdi. İkinci bir qoşun birləşməsi Mil duzundən ke-
çərək  Şırvan və  Şəki bölgələrini, üçüncüsü isə Bakı, Quba və 
Dərbəndi ələ keçirməli idi. 
Üçüncü istiqamət  İran üçün çox gərəkli sayılırdı. Sisia-
novun ölümündən sonra bu bölgələrdə durum İranın xeyrinə 
dəyişmişdi. Rus qoşunu hətta gəldiyi quru yol ilə geriyə 
dönmək imkanını itirmişdi. Buna görə, Sisianovun gətirdiyi 
qoşunu Zavalişin hərb gəmilərinə oturdub Həştərxana apar-
mışdı. 
Ancaq bu şaşqınlıq çox da uzun sürmədi. Çarın Qafqaz 
komandanlığı  İran qoşunlarının  əl-qol açmasına burada da 
imkan verməməyə çalışdı. Artıq iyunun ilk günlərində üç min 
əsgəri (bunun yarısı nizami atlı qoşun idi) birləşmə 9 topla 
Quzey Qafqazdan Dərbənd üzərinə yollandı. Tarku Şamxalının 
qoşunu da yolda bu birləşməyə qatıldı. Ruslar ciddi bir dirəniş 
ilə qarşılaşmadan Dərbəndi iyunun 22-də ələ keçirdilər. Amma 
burada çox ləngidilər. Bakının  İran qoşunları  tərəfindən 
tutulması qorxusu yarandı. Buna yol verməmək üçün rus 
birləşməsi Dərbənddən buraya yola düşdü. General Qlazenapı 
əvəz edən general Bulqakov Quba məsələsini sonraya saxladı. 
Hüseynqulu xanın  İrana qaçması 1806-cı ilin sentyabrında 
Bakının da müqavimətsiz  ələ keçməsi ilə qurtardı. Bulqakov 
buradan Qubaya döndü. Şeyxəli xanın dağlara qaçması 
üzündən buranı da savaşsız alıb Rusiyaya qatdı. 
Azərbaycanın Gürcüstana yaxın bölgələrində ruslar daha 
I mühazirə
 
 
 
46
kəskin dirənişlə üz-üzə gəldilər. Şuşada damadı İbrahim xan və 
bacısı Tubu xanımın başına gətirilən müsibətdən sonra Şəki 
hakimi Səlim xan xalqı üsyana qaldırıb, rus qoşununu buradan 
qovdu. Ancaq Dərbənd, Bakı və Qubanın tutulmasından sonra 
üstünlük bütünlüklə rus komandanlığında idi. Oktyabrın 22-də 
Şəkiyə göndərilən çar qoşunu Səlim xanın bölüklərini əzib uğur 
qazandı. Üsyan etmiş  şəkililər bundan sonra da qalanı 
vermədilər. Onlar bir neçə yerdə qala divarlarının altına alışqan 
və partlayıcı maddə qoydular. Ruslar qala üzərinə yürüdükdə 
onları od vurub yandırdılar.  Bu  da  kömək etmədi, qala alındı. 
Səlim xan da İrana qaçdı. Çar qoşunu buradan üsyan etmiş Car-
Balakən bölgəslnə yollandı. Üsyançıları müharslrəyə alıb 
çökdürdü. Carlılar bir daha tam təslim olduqlarını bildirərək, 
Rusiyaya ödənilməmiş qalan 6,2 mln çervon vergi borcunu 
ödəməyə məcbur edildilər. 
Şah hökuməti Qarabağdan fərqli olaraq, bu bölgələrdə çar 
qoşunları ilə gedən mübarizəyə azacıq da olsa qatışa bilmədi. 
İran qoşunları yalnız Ağsuya kimi irəliləyə bildi. Şirvan hakiml 
Mustafa xan onlara qatılıb yardım etməkdən boyun qaçırdı. 
1806-cı il döyüşləri Rusiya üçün asan olmasa da, qazancı 
böyük oldu. Quzey Azərbaycanın başlıca bölgələri rus 
qoşunlarının  əlinə keçdi. Bölgələrin çoxunda "Rusiya-İran 
savaşı getmirdi. Gəncədə olduğu kimi, çar qoşunları  Şəkidə, 
Car-Balakəndə, Bakıda, Qubada və Dərbənddə İran ordusu ilə 
deyil, Azərbaycan  əhalisi ilə, onun bu və ya başqa  şəkildə 
özünü göstərən dirənişi ilə qarşılaşırdı. 
Yerlərdə xalqın myqavimət hərəkatı ilə bağlı olaraq çarlıq 
Rusiyası ilkin idarəçilik tədbirləri həyata keçirməyə başladı. 
Sisianov "hikkəsi" Qudoviç "yumşaqlığı" ilə  əvəz edildi. 
Qarabağ xanlığı kimi Şəki xanlığı da ləğv edilmədi. Amma 
burda Səlim xanın hakimliyi ləğv edildi. Onun yerinə Rusiyaya 
sədaqət göstərən Xoylu Cəfərqulu xan qoyuldu. Bakı xanlığı 
ləğv edilərək birbaşa Rusiyaya tabe edildi. Xan idarəsi yerinə 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə