Baki döVLƏt universiteti


Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə10/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   137

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
39 
çayının ağzına yaxın yerdə rus komandanlığına qala tikmək 
hüququ verilirdi. Halbuki danışıqlar zamanı xan, Cavad 
bölgəsinin  Şirvanın tərkibində saxlanılmasını, heç bir zaman 
Qarabağ xanlığına veriiməməsini tələb edirdi. 
Bakı yürüsü. Sisiyanovun sonu. Bakının tutulması ilk 
zaman Xəzər dənizinə girmiş rus donanmasına tapşırılmış idi. 
Bu donanma 1805-ci ilin yayında Gilanın Ənzəli və Pəribazar 
məntəqələrini  ələ keçirdi. Ancaq Rəşti götürə bilmədi. Fətəli 
şahın Qarabağdan buraya yaxınlaşması  İran döyüşçülərinin 
dirəniş  əzmini artırdı. Rus donanmasının komandanı general-
mayor Zavalişin buradan Bakıya yollandı. Avqustun 15-də 
Bakı  şəhəri dənizdən çox kəskin top atəşinə tutuldu. 
Gəmilərdən quruya çıxarılan desant qoşunu qalanı çevrəyə alıb 
yaxın məntəqələri  ələ keçirsə  də, Bakı  təslim olmadı. Bakı 
müdafiəçilərinin igidliyi, Qubalı Şeyxəli xanın qoşunla köməyə 
gəlməsi Zavalişini donanma ilə Saray (Sara) adasına çəkilməyə 
məcbur etdi. 
Sisianovun Şirvan xanlığı ilə işi başa vurmağa tələsməsi 
bununla bağlı idi. 1806-cı ilin yanvarında o, Bakıya yetişdi. 
Xəzərdə indiyə kimi uğursuz vurnuxan Zavalişin donanması da 
yenidən buraya gəlib Sisianovun buyruğu altına keçdi. 
Yubanmadan Bakının verilməsi barədə özünün hazırladığı 
müqavilə şərtlərini Hüseyn-quluxana göndərdi. Bu layihədə çox 
ağır  şərtlər irəli sürülürdü: Bakının bütün gəliri Rusiya 
xəzinəsinə verilməli, xan yalnız Rusiyanın onun üçün ayırdığı 
aylıqla keçinməli, Bakı  şəhəri rusların yaratdığı ayrıca idarə 
altına keçməli, qalada 1000-ə yaxın rus əsgəri və topları 
yerləşdirilməli idi. Hüseynqulu xan şərtləri qəbul edəcəyini 
bildirdi. 
Görüş qoşa qala qapısı yaxınlığında fevralın 8-də oldu. 
Qala açarları Sisianova verilərkən o, xanın xalası oğlu İbrahim 
bəyin tapança atəşi ilə öldürüldü. "Rus qoşunları quru yol ilə 
qayıtmaqdan çəkindilər. Gəmilərə oturub Hacı  Tərxana 
I mühazirə
 
 
 
40
getdilər" (M.Adıgözəl bəy). Rus tarixçisi A.V.Fadeyev yazır: 
"On il irəli o (Sisianov – Red.), bu qalanın komendantı 
olmuşdu.  İndi buraya "sərdar" - çarın canişini kimi gəlmişdi, 
yenicə işğal edilmiş geniş bir ölkənin hakimliyi bütünlüklə ona 
verilmişdi. Şöhrətsevər, alçaq yaltaqlıq düşgünü olan Sisianov
özünü hər şeyə gücü çatan bir satrap kimi tutur, qarşısında qul 
kimi duran yerli feodallar ilə dikbaş  və saymazyana 
davranırdı". 
Fit dağında gizlənən Mustafa xan yazışmasının birində 
ona bildirmişdi: "Bu cür gəzməkdən (yəni yürüşlərdən – Red.) 
sizə və xoşbəxt vücudunuza ziyan toxunar". Sisianovun cavabı 
da tutarlı idi: "... əzəmətli və cəlallı olan dünya padşahının (çar 
Aleksandrın – Red.) mənim kimi milyonlarca soldatı vardır. 
Əgər mən yox olsam, onun (yalnız) bir soldatı əksik olar". 
Bu yazışmanın hər ikisi özünü doğrultmuş oldu. Sisianov 
öz amansızlığı ilə ölüm hökmü qazanmışdı. Ançaq onun 
öldürülməsi Bakının tutulmasını yalnız geriyə çəkdi. M.Camal 
Cavanşir haqlıdır: bir çoxları "Rusiya dövlətinin qayda-
qanunlarından xəbərdar deyildilər. Fikirləri  İrana gedirdi. 
Çünki orada belə bir böyük sərdar vəfat etsə idi, qoşunun və 
vilayətin işlərində böyük pozğunluq  əmələ  gələrdi". Ruslarda 
belə olmadı. Keçici bir şaşqınlıq zamanı "sərdarlıq" Tiflisdə 
general Nesvetayevə tapşırıldı. Artıq iyun ayında general-
feldmarşal İ.V.Qudoviç Qafqaza baş komandan göndərildi. Bu 
zaman Rusiya-İran savaşı yeni bir dönəmə keçməkdə idi. 
1806-cı il Qarabağ döyüşləri.  İbrahim xanın öldürül-
məsi.  1806-cı ilin yazında Abbas Mirzə 20 minlik qoşunla 
yenidən Qarabağ xanlığına soxuldu. Qızılbaş qoşunu  Şuşa 
qalasının iki ağaclığına çatmışdı. 
Bu zaman Qarabağ xanlığında siyasi durum çox gərgin 
idi. Bunun başlıca səbəbi  İran basqınlarına qarşı qoyulacaq 
əsgəri qüvvənin az olması idi. Rusiya isə burada yalnız bir 
batalyon və bir neçə yüz də yeger atlısı saxlayırdı. O biri 


Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
41 
yandan xanın böyük oğlu Məhəmmədhəsən ağanın ölümü ilə 
siyasi çəkişmələr guclənmişdi. Kürəkçay andlaşması üzrə 
İbrahim xanın varisi o olmalı idi. İbrahim xan imperator 
Aleksandrın adına yeni təqdimat verməli oldu; "varislik və 
vəliəhdlik kağızı yazıb və möhür eləyib və tamam Qarabağ 
bəylərinin və  əyan və  əşxasın möhürü üstündə" (Mirmehdi 
Xəzani) oğlu Mehdiqulu ağanı (Xurşud Banu Bəyimin atası) 
xanlığa irəli sürmüşdü. Bununla bağlı, Qarabağ  bəylərindən 
polkovnik Cəfərqulu ağanı (xanın nəvəsi, Məhəmmədhəsən 
ağanın oğlu) xanlığa çıxarmaq istəyənlər kəskin müxalifətə 
girmişdilər. Pozuculuq işi getdikcə genişlənirdi. Xanın bir oğlu 
(Əbülfət bəy) qızılbaş qoşununda Rusiyaya qarşı vuruşmaqda 
idi. Qızılbaşların yeni yürüşü başlanan kimi onun əmisi oğlu 
Mirzə Əli bəy gizli adam göndərib, "sərdari-əzəm" Sisianovun 
Gəncədə zaval (girov) saxladığı  oğlu Behbud bəy və qardaşı 
oğlu Feyzi bəylə qaçıb İrana keçdi. Bundan sonra bu axın güc-
ləndi. M. Xəzani yazır: "Qarabağın  şöylə ümdə  bəyləri dəxi 
Qızılbaşa getdilər". 
İbrahim xan belə bir durumda ən çox "dəli mayor" 
adlanan, Cavad xanın qatili Lisaneviçdən ehtiyat edirdi. Si-
sianovun ölümündən sonra o, sədrdarlıq yerini tutan general 
Nesvetayevə  məktublar yazıb yanına elçilər göndərdi. Bütün 
Qarabağ tarixçiləri xanın rus komandanlığında bununla xa-
tircəmlik yaratmaq istədiyini, onun "hər bir iş barəsində" ma-
yorla məsləhətləşdiyini bildirirlər. Amma hamısı boş yerə. 
Bu zaman İbrahim xan ailəsini Xanbağındakı evindən 
qalanın iki verstliyinə köçürdü. "Dələduzlar" (M.Camal), 
"şeytan və  bədxah adamlar» (M.Xəzani), "bir para fitnəkar 
adamlar" (Rzaqulu bəy) mayora xanın xəyanət etdiyini 
söylədilər. Bunların içində "Miraxur adlı bir gürcü böyüyünün" 
(M.Xəzani) olması sui-qəsd ipucunun uzaqlara getdiyini 
göstərməkdədir. Xanın təkcə taxtına deyil, varına da göz 
dikənlər çox idi. 
I mühazirə
 
 
 
42
Lisaneviç 200 rus əsgəri ilə qaladan çıxıb, xanın evi 
üstünə gəldi. 
Böyük faciə Mirmehdi Xəzani yazısında.  "Xəlvət xanın 
mənzilinə yavuq olub mühahizə edirlər ki, görərlər nə  qədər 
cəmıyyət var və nə işlədırlər. Baxıb görüblər ki, tamamən rahat və 
fərağət yatıblar. Bir əlavə qoşun və biganə adam da yoxdur. Orada 
mayor gəlməkdə dəxi peşiman olub, xan bidar olub rus qoşununun 
orada gəlməyindən xəbərdar olub, acıqlanıb, səslənib mayora ki, 
bu nə qismi gəlməkdir ki, bu gecə vaxtında övrət və  uşağı 
qorxudursan. Bu əhvalat xanın yanında olan adamların içinə 
inqilab və vahimə düşüb, sərasimə yerindən qalxan hər kəs bir 
tərəfə qaçmağa başiayıblar.  Əz qəza o ki, müqəddər olmuşdur, 
olacaqdır. Bu əsnada mayor əmr eyləyib, soldatlar atəş açıblar. 
Tökülüb  ələ düşəni qətlə yetiriblər. Qalan adamlar qaçıb xilas 
olub, xanın evini tarac etmişlər. Xana əvvəl bir güllə dəyib, yıxıb, 
bir övrəti ki, Səlim xan Şəkilinin bacısı idi və bir Nəcibə qızı ki, 
Bikə  ağadan olmuşdu və bir oğlu ki, Göhər ağanın anasından 
olmuşdu, bir nəcib oğlan idi. On üç yaşında orada qətlə yetişib, 
övrəti və  qızı yaralı qalaya gəlib, qalada mərhum oldular. 
Onlardan əlavə 17 nəfər bəy və bəyzadə və mirzə və nökər qətlə 
yetirmişlər ki, adları bu təfsil ilədir: 
İbrahim xan özü, Tubu bəyim – Şəkili Hüseyn xanın qızı, 
Hərəmi xan, Səltənət bəyim – Şəbiyeyi xan, Abbasqulu ağa – 
Fərzəndi xan, Hacı Hüseynəli bəy Kəbirli, Mirzə Haqverdi 
Kəbirli, (qərvəndli) Hümmət bəy Cavanşir, Həsənağa Gülməli 
bəy (oğlu) Sarıcalı (Cavanşir), Mirzətağı Afşar,  Əlipənah – 
pişxidmət, Hacı Həsən Əcəm oğlu Kəbirli, onun iki oğlu, başqa 
iki nəfər (Şellidən – Red.), birinin adı Teymur, iki nəfər də 
Şuşalı."
*
 
Bu soyuqqanlı  qırğın üçün heç bir səbəb yox idi. Hətta 
Rusiyada çıxan "Oteçestvennıe zapiski" toplusu (1828, N 93) 
                                                      
*
 
Sadalama bцtюv deyildir. Rzaqulu bəy Mirzя Camal oьlunun yazы-
sыnda 20 adamыn sayы veriлmiшdir – Rеd.
 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə