Baki döVLƏt universiteti


Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə6/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   137

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
23 
qabaqcadan müəyyən etmişəm və yalnız onda mənim lütfkar 
padşahımın sonsuz şəfqət və mərhəmətini görəcəksiniz. 
Yox, bunu istəmirsinizsə, bəxtinizdən küsün, bir zaman 
İzmayıl, Oçak (hər ikisi Osmanlıya aid – Red.), Varşava və bir 
çox başqa şəhərlərin aqibəti sizi gözləyir. Sabah günortaya kimi 
cavab almasam, döyüş tonqalı qalanacaq. Gəncəyə  qılınc və 
atəşlə gələcəyəm. Onda sözümün üstündə necə dura bilməyimi 
görəcəksiniz". 
Cavad xanın cavabı.  Gəncə, 29 noyabr 1803-cü il 
"Məktubunu aldım. Yazırsan ki, şahzadə Tamara zamanında 
Gəncə Gürcüstandan asılı olmuşdur. Bu nağıla bir kimsə 
inanmaz. Amma əcdadlarımız Abbasqulu xan və başqaları 
Gürcüstanı idarə edirdilər.  İnanmırsansa, yerli qocalardan 
soruş. Hələ indiyədək Gürcüstanda onun məscid və dükanları 
qalır, bir çox gürcüdə buyruqları saxlanılmaqdadır. İraklinin və 
atamızın dövründə  Gəncə ilə Gürcüstanın sərhədləri 
dəqiqləşdirilib. Bununla belə, mən desəm ki, babalarım 
Gürcüstanda vali olublar, bir kimsə bu sözə hörmətlə 
yanaşmaz, bir kimsə də Gürcüstanı mənə qaytarmaz. 
Sən bir də yazırsan ki, altı il öncə  mən Gəncə qalasını 
Rus Padşahına vermişdim. Bu doğrudur. Onda sənin Padşahın 
mənə  fərman göndərmişdi, mən isə onun təkilfini qəbul edib 
qalanı vermişdim.  Əgər indi də  sənin Padşahın fərman 
göndərmişsə, onu mənə göstər. Onun iradəsini bilsəm, götür-
qoy edərəm. 
Sən bir də yazırsan ki, guya bir zaman mən Gürcüstan 
asılılığında olmuşam. Qoy sənə  bəlli olsun, sənin padşahının 
fərmanı indi də  əlimdədir. Bax gör, orada mən Gəncə  bəyl-
ərbəyi, yoxsa Gürcüstan vassalı adlanıram? Buradan aydın olur 
ki, sözlərin tam yalandır. 
Bundan başqa, Gəncəni sənin padşahına verəndə  İran  şahı 
Xorasanda idi və  əlim ona çatmadığı üçün mən, bir böyük 
müstəbid kimi rus padşahına tabe olmağı lazım bildim. İndi isə 
I mühazirə
 
 
 
24
Allaha  şükür,  İran  şahı yaxınlıqdadır, onun göndərdiyi baş 
komandan artıq burdadır. Əsgərlər də gəlir-lər...  
Mənimlə savaş fikrinə düşmüsənsə, mən hazır.  Əgər öz 
toplarınla öyünürsənsə, mənimkilər onlardan geri qalmır, sizdə 
top lüləsinin uzunluğu bir arşındırsa, bizdə 3-4 arşındır, uğur 
isə Allahın əlindədir. Mənə savaşa hazır olmağı təklif edirsən? 
Sən  Şəmşəddilə girən gündən savaşa hazıram. Savaşmaq 
istəyirsənsə, savaşaq. Qorxu gəlirsən ki, təklifini qəbul 
etməsəm, başıma bəla gələcək.  Əslində  bədbəxtlik səni 
Peterburqdan qova-qova bura çəkib gətirib. Bunu zaman, bir də 
savaşın özü göstərəcək». 
Sisianovun Gəncə ermənilərinə  məktubu.  Belə bir ca-
vab Rusiya bas komandanı üçün çox gözlənilməz idi. Car-
Balakən doyuşlərındən sonra qarşıda yeni çarpışmalar durması 
aydın idi. Əsgəri qüvvəsinin çoxluğuna baxmayaraq, Sisianov 
"ayır-buyur!" siyasətinə  əl atdı. 1803-cü il noyabrın 30-da o, 
Gəncə ermənilərinə belə bir fitnəkar məktubla üz tutdu: "Qalib 
Bütünrusiya ordusu ilə  Gəncə torpağına girərkən, hamınızı 
lütfkar rus hökmdarlarının adından  əmin edirəm ki, 
Bütünrusiya taxt-tacının müdafiəsi üçün qalxan hər kəs özünün 
və 
əmlakının təhlükəsizliyinə tam təminat alacaq, 
müsəlmanların soyğunçuluğundan, hər cür təqib və 
sıxışdırmalardan canınız qurtaracaq, sizə Gürcüstanın hər hansı 
bir guşəsində asudə yaşamaq hüququ veriləcəkdir". 
Daha dörd ultimatum. Bundan sonra Sisianovdan Gən-
cə xanına daha dörd məktub gəldı. Dördü də  hədə-qorxu ilə 
dolu idi. 9, 11, 26 və 29 dekabrda yazılan bu məktublarda o, 
diplomatiya qoxusu gəlməyən belə deməclər işlədirdi: 
"Dünyada kim eşidib ki, rus qoşunu qala üzərinə  gəlsin, 
amma onu ələ keçirmədən çıxıb getsin"; "lovğalananları qanına 
qəltan edəcəyəm"; "mən öz etiqadıma görə Asiya məğrurluğuna 
nifrət edirəm"; "bu məktuba elə bu gün cavab verilməlidir" və 
s. 


Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
25 
Belə bir üzdəniraq yazışma qarşısında Cavad xan "Asiya 
məğrurluğu"ndan dönmədi. Görünür, şəhərin və aqibətinin nə 
olacağını xan yaxşı anlayırdı. Yalnız bütün bu təhqirləri udaraq 
şərəfsiz bir davranış ilə Sisianovla barışığa gelmək olardı. 
Cavad xan milli varlıq və  ləyaqətini bu ölçüdə endirib ayaq 
altına ata bilməzdi. Ölümü şərəfsizlikdən uca tutdu. Dekabrın 
28-də yazdığı cavab bunu aydın göstərir: "Nə  hədlə belə 
danışırsan, mən ki, sənə tabe deyiləm. "Elə bu gün cavab ver". 
Bu nə deməkdir? Heç nökərlə də belə rəftar etməzlər. Həddini 
bil. Məktubu haçan istəsəm, onda yollayaram. Bu bir. Qaldı 
şəhərin verilməsinə, xam xəyaldan  əl çək, Gəncəyə yalnız 
meyitimin üstündən keçə bilərsən. Bildin? Mən öləndən sonra, 
özgə yolla yox!". 
Sabahı gün Sisianovdan son məktub gəldi. Görəsən bir 
aya yaxın sürən hədə-qorxu qarşısında Cavad xanın ər dirənişi 
onu düşündürə bilmişmi idi? Sonuncu məktubun başında 
təəssüf bənzəyişli bir şey duyulmaqdadır: "Qalanı xoşluqla 
vermək meylinizin olmadığını görüb axırıncı  dəfə  təslim 
şərtlərini Sizə göndərməyi özümə borc bilirəm... Məktubla 
təcili cavab istəməyim isə heç də o demək deyildir ki, mən 
düşmənimi nökər, qul sanıram". Hər halda Rusiya baş 
komandanı taktikanı azacıq da olsa dəyişdirirdi. İlk öncə o, heç 
bir danışıq aparmadan, heç bir andlaşma, müqavilə bağ-
lanılmadan qalanın sözsüz verilməsini tələb edirdisə, indi 
"təslim şərtləri" irəli sürür, hətta Cavad xana Rusiya tabeliyində 
bir vassal kimi xanlığı idarə etmək hüququ vəd edirdi. Ancaq 
təklif olunan beş  təslim  şərti çox ağır, qılınc kimi kəskin idi. 
Budur onlar: 
"Gəncəli Cavad xan tabeliyindəki bütün əhali ilə birgə 
Bütünrusiya padşahının təbəəliyinə and içir. 
Qala tamamilə  təmizlənir və ora rus qoşununun topları, 
hərbi sursatı yerləşdirilir. 
Gəncəli Cavad xan Rusiya imperiyasının tabeliyində 
I mühazirə
 
 
 
26
olaraq əvvəlki ixtiyarla öz ərazisini idarə edir və Rusiyaya ildə 
20 min manat xərac verir. Bu maddələri imzalayan zaman 
1804-cü ilə düşən məbləği əlüstü ödəyir. 
Qaladakı  və  Şəmşəddil yolundakı ordunu ərzaqla təmin 
edir. 
Şəmşəddilin və onun əyalətinin  əhalisini sıxışdırmaq 
olmaz, çünki onlar artıq Gürcüstan hökumətinin idarəsinə 
keçirlər. 
Yuxarıdakılara sədaqətlə  əməl etmək üçün Cavad xan 
Gəncəli öz oğlu Hüseynqulu ağanı Gürcüstanın baş hakiminin 
yanında həmişəlik qalmaq üçün əmanət verir". 
Gəncə döyüşçülərinin igidliyi. Quruqobu döyüşündən 
sonra rus əsgərləri  şəhərə girib içəri qalanı  sıx mühasirəyə 
almışdılar. Sisianovun göstərişi ilə qala müdafiəçilərinə bir ay 
içərisində  dışarıdan su və odun verilmirdi. Ancaq Cavad xan 
qışa yaxşı hazırlıq görmüşdü. Mirzə Adıgözəl bəy yazır ki, 
Cavad xan hüçumları "igidlik və qoçaqlıqla dəf edirdi". 
Sisianov Gəncə üzərinə 11 topu olan 6 piyada batalyonu, 
3 eskadron, 200 kazak və 700 Qazax-Şəmşəddil-Borçalı-
Dəmirçi atlısı ilə  gəlmişdi.  Şəhərə hücum edən birinci rus 
kolonu (gen-m. Portnyaginin başçılığı altında) tərkibində 
sonunculardan 600 atlı var idi. Qalanlarına qaladan bir 
kimsənin çıxıb qaçmamasına göz olmaq tapşırılmışdı. 1804-cü 
il 2 yanvar axşamı Sisianov rus qoşunlarına qalanı almaq əmri 
verdi. Miladi bayramın ikinci gecəsi müsəlmanlar üçün də 
bayram idi. Orucluq bayramının qarlı gecəsi Gəncə 
döyüşçülərinin qanına boyandı. Onlar qala divarlarını  aşmaq 
istəyən rus piyadasının iki hücumunu dəf etdilər. Üçüncü 
basqında pozuldular. Çünki mayor Lisaneviçin gülləsilə Cavad 
xan öldürüldü. Oğlu Hüseynqulu ağa da şəhid düşdü. Döyüş 
qırğına çevrildi. Mirzə Adıgözəl bəydən fərqli olaraq Mirzə 
Camal Cavanşir hətta "ümumi qırğın" anlayışı işlədir. 
Sisianovun hökmü ilə  "şəhər  əhalisinin köç-külfətini 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə