Baki döVLƏt universiteti


Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə5/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   137

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
19 
bir lüzum olmadığını yazırlar. Ancaq Sisianovun yuxarıda 
göstərilən 31 mart tarixli əmri yerli əhaliyə qarşı amansız döyüş 
taktikasının bilərəkdən işləndiyini göstərməkdədir. 
Martın 29-da carlılar çökdürüldü. Onların təmsilçiləri 
Tiflisə çağırılıb, orada təslim olmaq kağızı imzaladılar. Təslim 
şərtləri üzrə onlar Rusiyaya 220 pud (3520 kq) ipək bac ödəməli, 
sadiq olacaqlarını bildirmək adına girovlar verməli, rus 
qoşununun burada yerləşməsinə razı olmalı idilər. Bununla 
yanaşı, yerli əhali çar oğlu Aleksandrı və dağlı silahlı dəstələri 
öz torpağına buraxmamağı öhdəsinə almalı olmuşdu. Amma bu 
kağız imzalandıqdan sonra da Sisianov əhaliyə qarşı amansız 
davranışına ara vermirdi. 23 iyun 1803-cü il tarixli 
müraciətində o, Car-Balakən əhalisi qarşısında öyünüb deyirdi: 
"Güc kimin əlindədirsə, gücsüz ilə alış-verişə girməz, ona 
yalnız buyruq verər". 
1804-cü ilin yanvarında general Qulyakov, rus gücü 
qarşısında dilsiz qul olmaq istəməyən carlılar üzərinə yenidən 
yürüşə qalxdı. Carı da ələ keçirərək yaxıb yandırdı. Oradan 
Zaqatala üzərinə yeridi. Ancaq dar dağ  dərəsində qoşunu ilə 
mühasirəyə düşüb öldürüldü. Car döyüşçülərinin bu savaşı 
qazanması ruhlandırıcı olsa da, uzun sürmədi. 1804-cü ilin 
yanvarında Car-Balakən camaatları yenidən Rusiya hökmünə 
tabe edildilər. 
Gəncə yürüş qarşısında.  Sisianovun hərbi strateji pla-
nında Gəncənin işğalı mühüm yer tuturdu. O, əvvəlcə Gəncəni 
dinc yolla ələ keçirməyə çalışırdı. Bunun üçün Cavad xana 
(xanlıq illəri 1785-1804) təsir göstərmək, onu təslim olmağa 
məcbur etmək istəyirdi.  İlk günlər Sisianov sanki xanın 
əsəblərini yoxlayır, azğın istəyini pərdələməyə çalışırdı. Lakin 
Cavad xan onun nəyə qadir olduğunu və istəyinin nə olduğunu, 
görünür, yaxşı bilirdi. Gəncə xanı qəti müqavimət göstərməyə 
hazır idi. 
Sisianovun Cavad xana ilk məktubu.  Tiflis 25 fevral 
I mühazirə
 
 
 
20
1803-cü il: "Hörmətli məmurunuz Gürgün bəylə göndərdiyiniz 
məktubu aldım. Orada Sizin dinc, müttəfiq və dostcasına 
qonşuluq ilişkisi saxlamaq meylinizi gördüm. Bu sözlərin sidq 
ürəklə yazıldığını  qəbul edərək Sizin şəxsi rifahınız üçün 
qəlbən sevinir və yenilməz qalacaq bu rifahınız münasibətilə 
Sizi təbrik edirəm.  Zira  Sizi  və sizin xalqı... lütfkar rus im-
peratoru öz himayəsinə götürür. Sizin etimadınızın qarşılıqlı 
keçəcəyinə  təbəəliyinizin Gürcüstanla bağlı bütün işlərində 
şahid olacaqsız. Gürcüstanla, eləcə də sərhəd qonşuları ilə bağlı 
hər hansı bir məsələ Sizin rəyinizlə, yalnız Sizin icazəniz... 
alınandan sonra qəti və qanuni qaydada yoluna qoyulacaqdır. 
Çünki  əlahəzrət hökmdarım məndən bunu tələb edir. Lakin 
Sizin  şərafətli etimadınızın...  ən gözəl zəmanəti o olardı ki, 
xahişimizi nəzərə alaraq yüksək mənsəbli böyük oğlunuz 
Uğurlu ağanı  əmanət kimi Tiflisə göndərəydiz. O, burada 
ləyaqətinə  və  mənsəbinə uyğun ehtiram və hörmət sahibi 
olacaqdır. Bu təmənnam yerinə yetirilsə, onu Gəncə ilə 
Gürcüstan arasında heç bir ayrı-seçkiliyin olmayacağı barədə 
xeyirxah vədənizin əməli timsalı kimi qəbul edəcəyəm. Bundan 
başqa, Sizin ucalığınıza bəslədiyim dostcasına münasibətimin 
klçik rəmzi klmi mehriban Gürgün bəylə  hər biri on arşınlıq 
məxmər və atlas hədiyyə göndərir və  həmişə qulluğunuzda 
hazır olduğumu bildirirəm". 
Rusiyanın Gəncəyə göz dikməsi nədən irəli gəlirdi? Bu 
məktub qılınc kimi iti dislərini gizlətməyə çalışan bir yırtıcı 
davranışına bənzəyır. Gəncə üzərınə sadəcə qara buludlar deyil, 
ölümcül bir təhlükə yaxınlaşmada idi. Yağı onun hökmünü 
vermişdi artıq. 
Başlıca məsələ Azərbaycanla bağlı idi. Gəncə böyük bir 
işə yalnız başlanğıc, bir körpü olacaqdı. Gəncə çökdürüldükdən 
sonra Sisianov bu şəhərin strateji dəyəri haqqında I Aleksandra 
yazmışdı: "Gəncə qalası yerləşməsinə görə bütün Azərbaycanı 
qorxu altında saxlamaq [imkanı verdiyindən] onun ələ 


Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
21 
keçirilməsini Rusiya üçün çox önəmli saymağa əsas verir". İşin 
başlıca açımı burdadır: Gəncəni tutmaqla bütün Azərbaycanı 
qorxu altında saxlamaq imkanı yaranırdı. 
Rus komandanlığının irəli sürdüyü başqa suçlamalar 
əslində bəhanə olsa da, onları bilmək gərəkdir. Dövlət müşaviri 
Kovalenkonun Sisianova 17 dekabr 1803-cü il tarixli raportu 
artıq Gəncəyə qarşı hazırlıq getdiyini göstərməkdədir. Bu 
raportda Gəncə hakimi Cavad xanın "çoxdan bəri Gürcüstana 
qarşı xeyirxah olmayan" davranışda bulunması bildirilir: 
Cavad xan Gürcüstanın "qədimdən təbəələri olan 2000 
Şəmşəddil erməni və türk ailəsini buradan köçüb öz torpağında 
yerləşməyə şirnikdirmişdir; 
Çaroğlu qaçqın Aleksandrı "onun bütün dələduzları" ilə 
qəbul etmiş, sonra Car və Balakən başçıları ilə sözbirliyinə 
girərək oraya ötürmüşdü; 
Rusiyaya "xeyirxah olmayan" millətlər və hakimlər ilə o 
sıradan gürcü çar evinin üzvləri ilə əlaqə saxlamaqdadır. 
"Gürcüstana qarşı" (Rusiya çarlığı öz siyasətini Gür-
cüstanın adı ilə  pərdələməyə çalışırdı) "xeyirxah olmayanlar" 
sırasında ilk öncə  İran dururdu. Sonrakı yazışmada bu ittiham 
başlıca yer tutur. Əslində isə bu da bir bəhanə idi. Gəncə 
yenildikdən sonra Sisianov çar I Aleksandra raportunda 
bununla bağlı yazırdı: "Gəncəli Cavad xanla yazışmada Baba 
xan (Fətəli  şah – Red.) sərdarı  tərəfindən  İran qoşunu və 
məmurunun [Gəncəyə] göndərilməsi bildirilsə  də, S. i. h. (Siz 
imperator həzrətlərinə – Red.) mən inamla cəsarət edib 
söyləyirəm ki, heç bir zaman [Cavad] xanın yanında  İran 
qoşunu olmamışdır, ancaq o, Asiya adəti ilə sadəcə  məni 
[bununla] qorxutmaq istəyirdi". 
Bütün bunlara görə, yazışmanın başlanğıcında Baş 
komandanın yumşaq, bir növ uyuducu sözlər işlətməsi Cavad 
xanın gözündən qaçmamışdı. O, işin nə yerdə olduğunu 
anlayırdı. Anladığı üçün də hazırlıq görürdü. 1803-cü ilin ap-
I mühazirə
 
 
 
22
relində Sisianovun kəşfiyyat qulluğu Cavad xanın Qarabağ 
hakimi İbrahim xanla barışığa gəldiyini, ondan iki top aldığını 
xəbər verdi. Burada bildirilirdi: "Cavad xan öz qalasını 
bərkitməkdədir, Gəncəyə yaxın  əhatədə yaşayan  əhalinin isə 
(mətndə: xalqların – Red.) qorunub saxlanmasını İbrahim xana 
tapşırır". Tezliklə Sisianov pərdəli sözləri atıb Cavad xana 
ultimatum verərək, sözsüz və qeyd-şərtsiz təslim olmağı  tələb 
etdi. 
Sisianovun Cavad xana ikıncı məktubu. Şəmkir, 29 no-
yabr 1803-cü il: Gəncə torpağına ayaq basıb bu gəlişimin 
səbəblərini Sizə bildirirəm. Birinci və başlıcası: Gəncə və onun 
ətrafı çariçə Tamaranın hakimiyyəti dövründə Gürcüstana 
mənsub idi, sonra Gürcüstan çarlarının zəifliyi üzündən ondan 
ayrılıb. Bütün Rusiya imperatorluğu isə indi Gürcüstanı özünün 
hər şeyə qabil himayəsi altına aldığından, onun parçalanmasına 
göz yuma bilməz. Rus imperiyasının güc və  ləyaqəti ilə 
Gürcüstanın qəniməti və bir parçası olan Gəncənin yabançıların 
əlində qalması bir yerə  sığışa bilməz.  İkinci, Gürcüstana 
gələrkən yazdığım məktubuma (həmin məktubda oğlunuzu 
əmanət kimi verməyi təklif etmişdim) yolladığınız cavabda Siz 
zati-aliniz bildirirsiniz ki, İran padşahından ehtiyat edirsiz. 
Lakin unudursunuz ki, altı il bundan öncə Siz Rusiyanın 
tabeliyində idiniz və  Gəncə qalasında  şöhrətli Rusiya ordusu 
dururdu. Üçüncü, adamlarınızın qarət etdikləri Tiflis tacirləri 
Sizin uca həşəmətiniz tərəfindən razı salınmamışdır. 
Həmin üç səbəbə görə  də, mən öz ordumla gəlmişəm ki, 
şəhərinizi Avropa adəti üzrə tutum. Basqına, insan qanı tökməyə 
başlamazdan öncə etiqadıma və  məzhəbimə görə  təklif 
etməliyəm ki, şəhəri davasız-savaşsız təhvil verəsiz. Sizdən ikicə 
söz tələb edirəm. Birini seçin: "hə", ya "yox". Yəni təslim 
olursuz, ya yox? Yəqin bəlli olsun ki, belə pis havada ordu 
götürüb buralara gəlmişiksə, deməli artıq heç bir müqavilə 
bağlana bilməz. Buna görə  də, Sizin təslim olmağınızı 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə