Baki döVLƏt universiteti


Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə7/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   137

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
27 
şəhərə, Cavad xanın ailəsini isə  məscidə apardılar. Məsciddən 
də bir evə  gətirib, üstündə qarovullar qoydular" (Mirzə 
Adıgözəl bəy). Başqa bir qaynaq üzrə xanın qadını Böyük-
xanım da başqala bürcü qapısının qorucuları  sırasında  əlində 
qılınc vuruşurdu. O, əri və oğlunun meyitlərini bürclərdən yerə 
endirtmiş, sonra isə xan sarayının kəllə otağına gətirtmişdi. 
Sisianov meyitlərin ardınca buraya gəlib çıxdıqda, Böyükxanım 
ərinin qılıncını qapıb, Rusiya sərdarını öldürmək istəmişdi. 
General Karnyagin öz gündəliyində bildirir ki, yanında yavəri 
olmasaydı, Sisianov qurtula bilməyəcəkdi. Yanvarın 5-də 
Cavad xan oğlu ilə Şah Abbas məscidi yanında dəfn edildi. 
Gəncə döyüşünə Sisianov özü yekun vurmuşdur. Onun 
verdiyi arayış doğru sayılarsa (burada kiçiltmə  də ola bilər), 
ruslar 3 zabit, 35 "aşağı rütbəli" (əsgər) itirmiş, 14 zabit və 192 
"aşağı rütbəli" yaralanmışdı. O, qalada 12 top, 55 pud (880 kq) 
barıt, "çoxlu taxıl ehtiyatı"  ələ keçirmişdi. Gəncəlilərin itgisi 
böyük idi: öldürülənlərin sayı 1500 (yara-lananların sayı  bəlli 
deyil), əsir düşənlərin sayı isə 17222 göstərilir. Müdafiəçilərin 
toplu sayı 18722 idi. 
Buradan aydın olur ki, Gəncə döyüşü  əslində xalq mü-
dafiəsi səciyyəsi daşımış, bu müdafiədə yalnız Gəncə əhli deyil 
(burada yaşayanların sayı 3 mindən bir az yuxarı idi), ətraf 
torpaqlarda yaşayan  əhali də geniş  iştirak etmişdir. Buna görə 
də, Azərbaycan tarixçilərinin Rusiya qoşunlarının gəlişini bir 
zaman "könüllü birləşmə" kimi qələmə verməyə çalışması 
tarixi gerçəkliyə uyuşmayan haqsız bir iş sayılmalıdır.
*
 
                                                      
*
 
Kюkцndяn yanlыш bu konsepsiya "Azяrbaycanыn Rusiyaya birlяшdiril-
mяsi vя onun iqtisadiyyat vя  mяdяniyyяt sahяиndя  mцtяrяqqi nяticяlяri" 
(Bakы, 1955) adlы kitabda irяli sцrцlmцшdцr. Mяrhum  Я.Sumbatzadя  vя 
Q.Mehdiyevin yazdыqlarы birinci bюlmяdя deyilir: "Rus qoшunlarыnыn bu 
zaman rast gяldiyi kiчicik mцqavimяt yerli яhali ilя deyil, Иran vя  Tцr-
kiyяnin birbaшa agentlяri ilя baьlы idi"... Sual olunur: yalnыz  чox da 
bюyцk olmayan Gяncяdя bu dюvlяtlяrin 20 minя yaxыn agentimi vardы
yoxsa bцtцn yerli яhali onlarыn agentlяri idi?
 
I mühazirə
 
 
 
28
Çar hökumətinin Gəncə qırğınına baxışı. Çar hökuməti 
zəfərini qeyd etməkdə idi. Döyüş bitən günü, 1804-cü il 
yanvarın 3-də imperatorluq zərbxanasında Gəncənin alın-
masında iştirakına görə döş medalı təsis edildi.
*
 
Gəncə qalası, xan sarayı qala divarları ilə birlikdə 
uçurulub yox edildi. Gəncə xanlığı ləğv edildi və dairəyə çev-
rildi. Minillik tarixi olan Gəncənin adı da tarixdən silindi, ona I 
Aleksandrın arvadı Yelizavetanın adı verildi. (Yelizavetpol). 
Gəncə şözünü dilinə gətirən hər bir kəs bir qızıl cərimə ödəməli 
idi. 
Gəncə  qırğını I Aleksandrın xoşuna gəldi. Sisianovun 
adına 5 fevral 1804-cü il buyruğunda çar "Gəncənin işğalı 
zamanı baş verən hadisələrdən" məmnun olduğunu bildirirdi. 
Burada deyilirdi: "... Asiya qüruru qarşısında güzəştə getmək 
pis olardı  və belə bir örnək o ölkənin (Azərbaycanın – Red.) 
başqa hakimlərini də dikbaşlığa gətirərək,... sizə tapşırılan 
planın yerinə yetirilməsində sonralar çətinlik doğura bilərdi". 
Çar hökuməti Car-Balakən torpağında da, Gəncədə  də 
bilərəkdən cəza  əməliyyatları  səciyyəsi daşıyan qorxuducu 
savaş yolu seçmişdi.  Əhalini qorxutmaq üçün Azərbaycan 
xanlıqlarına qarşı elan edilməmiş savaş açmışdı. I Aleksandrın 
buyruğunda öz baş Qafqaz komandanına çar bu fikri aşağıdakı 
sözlərlə anladırdı: "Gəncənin başına gələnlər və general-mayor 
Qulyakova Car əyalətinin xəyanətinə görə  cəzalandırma 
tapşırığının verilməsi o ölkə xalqına [dirəniş göstərərsə] 
aqibətinin nə olacağını aydınlığı ilə göstərəcəkdir". 
Gəncə qətliamı keçmış yazarların gozu ilə. "Vazeh (tə-
miz) türki" dilində Qarabağnamələrdən birini yazan Mir- mehdi 
Xəzani (1809-1894) Gəncə savaşının "kütləvi qırğına", 
"qətliama" çevrildiyini bildirən ilk Azərbaycan müəllifidir. O 
                                                      
*
 
Нагрудная медаль за участи

во взятии Гянджи 3 января 1804 г."
 
ад-
ланан бу медалын бир нцсхяси Бакыда, Азярбайъан тарихи музейиндя 
сахланылыр, инв. N 19840



Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
29 
yazır: "Axır ki, mayor Lisaneviçin bir gülləsi ilə (Cavad xan) 
barui-həyatından sərazir oldu... soldatlar haman saat dörd 
tərəfdən hücum edib, daxili Ərk oldular. O bayram gününü 
onlara qarə edib, müddəti – üç saat tamam o şəhərdə xalqı 
kütləvi  şəkildə  qırdılar... Üç saatdan sonra sərdar (Sisianov) 
qadağan qıldı ki, dəxi səfəki-dəmadan  əl götürüb, giriftar 
olanları hüzura gətirsinlər. Xalqı qaladan kənara çıxarıb, qalanı 
xalqdan təmizləsinlər... Həqiqətən bu cür qala almaq və bütöv 
qətl (i)am olunmaq Çingiz xan qoşunundan və Teymurləng 
zamanından sonra bu vilayətlərdə 
və 
məmalikdə 
görünməmişdi". 
Mirzə Camal Cavanşirin oğlu Rzaqulu bəy də  Gəncədə 
"ümumi qırğın" olduğunu yazır. 
Kökcə erməni olan Mirzə Yusif Qarabaği Nersesov 
(1798-1864) "Tarixi-Safi"nin ayrıca bir bölümündə bu möv-
zuya toxunur: "Cavad xan isə düşməninə ağır zərbələr vuraraq 
özünü qəhrəmancasına müdafiə edirdi... rus əsgərləri qalanı 
zəbt etdilər.  Əsgərlər hər tərəfdən qalaya daxil olub, onların 
orucluq bayramını qurban bayramına çevirdilər və  işıqlı 
günlərini qaranlıq gecəyə döndərdilər. Sərdar camaatı qırmağa 
əmr verdi. 
Üç saat qılınclar başlara endi və can alan nizələr ürəklərə 
sancıldı, rus əsgərləri arası kəsilməyən qırğından əl çəkmirdilər. 
Üç saatdan sonra sərdar qırğının dayandırılması  və  əsirlərin 
onun yanına gətirilməsi əmrini verdi". 
Rusiya tarixçisi A.Kaspari özünün "Pokorennıy Kavkaz" 
(SPb, 1904) kitabında gəncəlilərin ölüm-dirim savaşından 
yayınmadıqlarını bildirir: "Xanın ölümü duyulunca Gəncə 
qüvvətlərinin mənəviyyatı sarsıldı; beləliklə, savaş ruslar 
tərəfindən qazanılmış oldu. Savaş  şəhər içinə keçirildi. 
Gəncəlilər  şəhəri ev-ev müdafiə edirdilər. Buna görə çox ağır 
tələfat verdilər". 
 
I mühazirə
 
 
 
30
4. 1804-1813-cü illər Rusiya-İran savaşı. Quzey Azərbaycan 
xanlıqları uğrunda mübarizənin yeni dönümü 
 
Savaşın başlanması. Gürcüstanın birləşdirilməsi, Gəncənin 
tutulması və Rusiyanın getdikcə Azərbaycanın içərilərinə doğru 
irəliləməsi İranı qəti tədbir görməyə məcbur etdi. Transqafqaz 
ölkələrindən əl çəkmək istəməyən İran dövləti öz qonşuluğunda 
Rusiya imperiyasının hökmranlıq qazanması ilə barışa bilmirdi. 
Beynəlxalq durum İranın Rusiya işğalına qarşı  çıxması üçün 
şərait yaradırdı. 
Bu savaş  hər iki tərəf üçün ədalətsiz idi. Çünki özgə 
torpaqlarının  ələ keçirilməsi uğrunda gedirdi. Rusiya çarlığı 
İranla yanaşı Quzey Azərbaycan xanlıqlarına qarşı da savaş 
aparır, onları ələ keçirərək yerli xalqın mənafeyini tapdalayırdı. 
Burada ələ keçirdiyi torpaqları Rusiya, bütöv bir etnik toplum, 
etnik birliyi olan bir torpaq kimi özünə qatmır, Balkanlarda 
olduğu kimi dövlət qurumları yaratmırdı. Bu isə bu torpaqların 
hüquqsuz bir müstəmləkə kimi imperiyanın sümürgəc sisteminə 
qatıldığını göstərirdi. 
1804-cü ilin mayında  İran rus qoşunlarının Trans-
qafqazdan çıxarılmasını  tələb etdi. Ruslya bu tələbl rədd etdi, 
1804-cü il iyunun 10-da iki dövlət arasındakı diplomatik 
münasilbətlər kəsildi. Savaş başlandı. 
İran tərəfinin planına görə qoşunlar iki yönümdə: İrəvan-
Qazax və  Şuşa-Gəncə üzərinə hücum edərək Tiflisi tutmalı 
idilər, Qafqazda yerini bərkitməli, Quzey Qafqazı  Qızıyar 
xəttinə kimi "gavurlardan təmizləməli" idilər. Rusiya 
komandanlığı üçün ön planda Azərbaycan xanlıqlarının  ələ 
keçirilməsi dururdu. İrana qarşı ayrıca bir əməliyyat aparmaq 
nəzərdə tutulmurdu, çünki komandanlığın əmri altında olan rus 
qoşunları sayca az idi. Başlıca diqqət İran qoşunları hərəkətinin 
qarşılanmasına yönəlmişdi. Bir də I Aleksandr və onun Qafqaz 
komandanlığı, "hər zaman zəfər çalmağa öyrənmiş Rusiya 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə