Baki döVLƏt universiteti


Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə12/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   137

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
47 
burada Qəyyumlar şurası yaradıldı. Təbii, bu şuranın tərkibinə 
Rusiyaya meylli və qulluq tutmağa hazır olan bəylər qatılmışdı. 
Dərbənd və Quba xanlıqları da ləğv edilərək Rusiya 
əyalətlərinə çevrildilər. Onların idarəsi isə keçici olaraq, Rusiya 
qarşısında qulluq yapan Tarku Şamxalına verildi. 
İngiltərə-İran yaxınlaşması.  Əsgəran danışıqları. 
1808-ci ildə Harford Cons başda olmaqla İngiltərə elçiliyi 
Tehrana gəldi, öz hökuməti adından Fətəli  şaha böyük bir 
brilyant bağışladı. O, İranın Fransa iiə yaxınlığına son verdi. 
1809-cu ilin fevralında fransa elçisi "Qardan xan" Tehranı tərk 
etməli oldu. Bir ay sonra İngiltərə ilə  İran arasında yeni mü-
qavilə bağlandı.  İran,  İngiltərəyə yağı olan bütün dövlətlərlə 
(başda Fransa və Rusiya olmaqla) ilişgiləri kəsməyi,  İngiltərə 
isə  şaha ildə 120 min funt sterlinq (200 min tümən) yardım 
etməyi, Rusiya ilə savaş üçün silah və  hərbi köməkçilər 
verməyi öhdəsinə aldı. 
Ruşiya-İran savaşı davam edirdi. Rusiya üçün İrəvan 
xanlığının tutulması başlıca vəzifə olaraq qalırdı. 1808-ci ilin 
sentyabrında Qudoviç general Nebolsinə Naxçıvanı tutmağı 
tapşırdı. Oktyabrın sonunda Naxçıvan tutuldu. Lakin İrəvanın 
mühaslrəsi uğursuz oldu, rus qoşunu Naxçıvanı da tərk etməli 
oldu. 1808-ci ilin uğursuz döyüşlərindən sonra Qudoviç 
istefaya çıxdı, yerinə general Tormasov baş komandan gəldi. 
1809-cu illdə Rusiya və  İran arasında yeni toqquşmalar 
baş verdi. Avqustun ortalarında Abbas Mirzə Arazı keçərək 
Gəncə xanlığındakı  Ağbulağa yaxınlaşdı. O, Gəncəni ala 
bilməyib İrəvana çəkildi. 1809-cu ilin sentyabrında İran qoşunu 
Lənkərana soxulub onu dağıtdı. Amma Qars paşalığı vasitəsilə 
Gürcüstana hücum istənilən nəticəni vermədi. 1810-cu ilin 
aprelində yenidən sülh haqqında Əsgəranda danışıqlar başlandı. 
Burada Talış xanlığı üstündə çox kəskin diplomatiya dartışması 
getdi. Ruslar bir zaman Krım üçün işlətdikləri üsula əl ataraq, 
bu xanlığın Rusiyadan da, İrandan da asılı olmayan bir torpaq 
I mühazirə
 
 
 
48
olduğunu təklif etdilər. General Tormasov öz hökumətinə 
bildirdi ki, İnglitərə də, Türkiyə də barışıq olmasını istəmirlər. 
Əsgəran danışıqları da pozuldu. 
Beləliklə, 1810-cu ildə Türkiyə və İranın Rusiyaya qarşı 
döyüş  əzmi tükənməmişdi. Həmin ilin avqustunda İran və 
Türkiyə arasında hərbi ittifaq yarandı. Bu ittifaq İran 
qoşunlarına gözə çarpacaq bir üstünlük gətirməsə də, Rusiyanın 
İranı təkləməsinə imkan vermədi. 
Quzey Azərbaycanda çar ordusuna qarşı  çıxışlar.  İran 
ordusuna dayaq və yardımçı ola biləcək daha bir amil də var idi. 
Bu, Azərbaycanın tabe edilmiş vilayətlərində zaman-zaman qa-
baran və çəkilən xalq müqavimət hərəkatı idi. Bu hərəkat Türkiyə 
və  İran dövlətlərini özünə  təbii müttəfiq sayırdı. Başqa bir 
müttəfiq bulmaq o zaman üçün mümkün də deyildi. 
Hələ 1808-ci ildə dirəniş  hərəkatı ilə bağlı olan dövlət 
adamı  şəkili Səlim xan ona yaxın olan yerli bəylərə yazmışdı: 
"Allahın rəhmi ilə... müzəffər Fars ordusu bir yandan və 
ildırımsaçan Türkiyə qoşunu, o biri yandan oraya (Şəkiyə – 
Red.) varacaq və yağı  cəsədlərindən ehram qurulacaqdır..." Bu 
məktubu alan bəylər 500-ə  qədər döyüşçü toplayıb  Şəkiyə 
yaxınlaşdılar. Onlar Rusiya idarəçiliyini aradan götürmək 
istəyirdilər. Çar qoşunu bu çıxışın qarşısını vaxtında ala bildi. 
Yeni çıxış  və üsyankarla üz-üzə  gələn çar komandanlığı 
Azərbaycan  əhalisini həm bu çıxışlara qarşı qoymaq, həm də 
Rusiya-İran savaşına soxmaq istəyirdi. Bunun üçün Rusiya 
qulluğunu qəbul etmiş xanlardan öz əyalətlərində  əmin-
amanlığı yerli qüvvələr ilə qorumaqla yanaşı, rus qoşunları 
üçün atlı döyüşçülər verməyi tələb edirdi. Ən çox Qarabağ, 
Şəki, Şirvan və Qazaxdan atlı qoşun yığılırdı. 
1810-1811-ci illərdə keçmiş  Gəncə xanlığında (yeni Ye-
lizavetpol hərbi dairəsi) yaşayan ayrumlar Rusiya ağalığına 
qarşı  çıxış etdilər. Çar hərbi məmurlarının qaba, qanunsuz 
davranışından cana doyan 1400 ayrum ailəsi ağır vergi 


Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
49 
ödənclərindən boyun qaçırdı, Gəncəbasardan köç edib Dərələ-
yəz yaylağına getdi. Burada onlar Cavad xanın  İrana qaçmış 
oğlu Uğurlu xanla görüşüb, onun himayəsində  İrəvan 
xanlığında yerləşdilər. Ancaq İran tabeliyində olan bu xanlıqda 
da vergilərdən qurtuluş bulmadılar. General Nebolsin Borçalı 
Nəsib sultanın vasitəsilə üsyan etmiş ayrumların yanına 
adamlarını göndərdi. Onların başçısı Dodaq Məhəmmədin 
xahişi ilə 400 rus piyadasını,  Şəmşədil və  Şəki atlı qoşununu 
"yardım" üçün yola çıxardı. Ayrumlar Rusiya tabeliyinə 
dönərək Şəmşədil torpağında yerləşdilər. 
Bu zaman yalnız Səlim xan deyil, Qarabağ hakimi 
Mehdiqulu xan, Şirvan hakimi Mustafa xan və Quba hakimi 
Şeyxəli xan da Rusiyaya qarşı idilər. Rus ordusu generalı 
olmalarına baxmayaraq, onlar bu ordunun əbədi köləlik vasitəsi 
olduğunu artıq anlaya bilmişdilər.- 
1810-cu ilin avqustunda xalqın döyüş yardımına ar-
xalanan Şeyxəli xan rus qoşun komandiri Leviçkini Gilgil çay 
üzərində əzdi, ona köməyə gələn general Repini də geri oturtdu. 
Bu, general Şeyxəli xanı tutub gətirən və ya öldürən adama 
1500 çervon "mükafat" verəcəyini bildirsə  də, istəyinə nail 
olmadı. Çünki Quba əyalətinin əhalisi üsyana qalxmışdı. Yerli 
bəylərin çoxunun Rusiya tabeliyindən çıxıb  Şeyxəli xana 
qoşulduğunu baş komandanlıq özü də etiraf edirdi. Ancaq Quba 
üsyanının başlıca qüvvəsi silaha qurşanmış kəndlilər idi. Silahlı 
kəndli üsyanı  Şeyxəli xanın başçılıq etdiyi müqavimət 
həpəkatının dayağına çevrilmişdi.  Şirvanlı Mustafa xan 
Qubadakı çıxışa dəyərli yardım göstərirdi. 
Quba üsyanı çar komandanlığını güzəştli yol tutmağa 
məcbur etdi. Bu komandanlıq üsyanın daha da genişlən-
məsindən qorxur, buna görə  "Şeyxəli xanı Qubanın xanı kimi 
tanıyaraq, Qubanı ona mənsub olan ətraf kəndlər ilə (xanın) 
hakimliyinə verməyi və traktat ilə (Qarabağ, Şəki və Şirvanda 
olduğu kimi – Red.) onu Rusiya təbəəliyinə keçirməyi" təklif 
I mühazirə
 
 
 
50
edirdi. Çar hökuməti bu təklifə razılıq vermədi. Çar 
komandanlığı üsyanı yatırmaq üçün Gəncədən bir rota, 
Qarabağdan iki rota, Bakıdan bir rota rus piyadası,  Şəkidən 
1000 atlıdan və  Şirvandan isə 100 atlıdan ibarət qoşun gön-
dərdi. Baş komandan Quba üzərinə yürüşü polkovnik Lisa-
neviçə tapşırdı. O, belə  işlər üzrə artıq bir sınanmış "mü-
təxəssis" kimi ad çıxarmışdı. 
Oktyabrın 4-ü və 25-də olan iki döyüşdə  Şeyxəli xan 
basıldı. Növbəti kəndli üsyanı da yatırıldı. İşğalçı məram güdən 
İran qoşunu mənəvi baxımdan bu çıxışlara "müttəfiq" olacaq 
durumda deyildi. 
Son diplomatiya çalışmaları, son döyüşlər. Böyük Bri-
taniya hökuməti qüvvədən düşmüş  İran ilə Rusiya arasında 
barışıga yol verməməyə çalışırdı. 1810-cu ildə general Mal-
kolm yenidən İrana gəlib, çoxlu top və tüfəng gətirdi. 1811-ci 
ildə Ouzli, Harford Consun yerinə Tehrana böyük elçi 
göndərildi. O, 1809-cu il müqaviləsi üzrə  nəzərdə tutulan pul 
yardımının yeni üçillik məbləğini (360 min funt sterlinq və ya 
600 min tümən) Fətəli şaha yetirdi. Tezliklə İngiltərədən İrana 
12 top, 12 min mərmi, 12 min tüfəng, 12 min əsgərin geyimi 
üçün mahud göndərildi. 
1810-1811-ci illərdə Türkiyə ilə savaşda Rusiyanın bəzi 
uğurları sülh bağlanmasını tezləşdirdi. 1812-ci il mayın 16-da 
Buxarest barışığı imzalandı. Türkiyənin Qafqaz sərhədləri 
dəyişməz qaldı. Bununla Türkiyə Transqafqaz torpaqlarının 
çoxunun Rusiyaya qatılmasını tanımalı olurdu. 
1812-ci ilin başlanğıcında 20 minlik Abbas Mirzə ordusu 
yenidən Qarabağa girib Şahbulağı tutdu. General Kotlyarevski 
bu ordunu vurub buradan çıxardı. Həmin ilin yayında Fransanın 
böyük bir ordu ilə Rusiyaya soxulması İranda ruh yüksəkliyi və 
sevinclə qarşılandı. Artıq iyul ayında  İranın atlı qoşunları 
Gəncəyə, sonra isə Şəkiyə basqın etdi. 
Avqust ayında 10 minlik İran ordusu Talış xanlığına 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə