Baki döVLƏt universiteti


Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə17/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   137

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
67 
özünə gəlməyə başladı. Dağınıq ordu birləşmələri Gəncə-Tiflis 
xəttinə  yığıldı. Rus qoşunları yeni alaylar hesabına güc-
ləndirildi. I Nikolay Transqafqaz komandanlığını  İ.Paskeviçə 
tapşırdı. Baş komandan qalan Yermolov az sonra bu vəzifəni də 
ona verib istefaya getdi. Rus qoşunlarının hücuma keçməsi 
üçün şərait yarandi. 
Avqustun sonunda İran qoşunları gürcü şahzadəsi 
Aleksandrın başçılığı altında  Şəmkir yaxınlığında idi. Abbas 
Mirzənin oğlu Məmməd Mirzə yeni qoşunla gəlib  Şəmkiri 
tutdu. Amma buradan irəli gedə bilmədi. Sentyabrın üçündə 
Şəmkir altındakı düzənlikdə  Zəyəm dağı  ətəyində  İran və 
Rusiya qoşunları arasında döyüş oldu. Ruslar qalib gəldilər. 
İran qoşunu 1500 döyüşçü itirərək Gəncəyə çəkildi. Şuşa qalası 
altında ay yarımdan çox hərəkətsiz duran Abbas Mirzə səhvini 
anlayıb, başlıca ordu ilə  tələsik Gəncə  səmtinə yola düşdü. 
Ancaq artıq gec idi. Azərbaycanın quzey əyalətlərində kütləvi 
xalq çıxışlarının yaratdığı əlverişli durum əldən verilmişdi. 
Gəncə döyüşü.  Şəmkir altında uğurdan sonra rus qo-
şunları sentyabrın 4-də  Gəncənı tutdular. Sentyabrın 9-da 
Qafqaz korpusunun başlıca qüvvələri onlarla birləşdi.  Şuşanın 
mühasirəsini buraxıb, buraya gələn Abbas Mirzə yeni döyüşün 
qaçınılmaz olduğunu bilirdi. Sentyabrın 10-da Paskeviç də 
qoşunla Gəncəyə gəldi. 
Döyüş sentyabrın 13-də Nizami Gəncəvi məqbərəsinin 
yaxınlığındakı çöldə oldu. Rus ordusunda 8700, İran ordusunda 
isə 35 min döyüşçü var idi. İki ordu arasında dəhşətli döyüş 
başladı. Ruslar yenə  uğur qazandılar. 2 düşərgə, 4 bayraq, bir 
top və başqa hərbi qənimət  ələ keçirdilər.  İran ordusu 1000-ə 
kimi  əsgər itirdi. 1100 əsgər, 2 batalyon komandiri və 7 zabit 
əsir düşdü. Uğurlu xan da əsir alınanlar içərisində idi. İran 
qoşunları dağınıq halda Araza doğru çəklib o taya keçdi. 
Gəncə döyüşü ikinci Rusiya-İran savaşının  ən böyük 
döyüşü oldu. Qafqazın da, bütün savaşın da taleyi burada bitdi. 
I mühazirə
 
 
 
68
Bu döyüşdən sonra İran ordusu bir daha özünə gələ bllmədi. 
Döyüşdən sonra rus komandanlığı üçün 1826-cı il üs-
yanlarını yatırmaqdan ötəri  əlverişli imkan yarandı. Bu, 
Yermolovun baş komandan vəzlfəsində son fəal döyüşləri oldu. 
Rus komandanlığı savaşın gedişində ara-sıra yerli 
qüvvələrdən də istifadə etməyə çalışırdı. 1826-cı ilin noyabrın-
da Araz boyu sərhədi qorumaq üçün "Qarabağ türklərindən" 
(Mirzə Yusif Nersesov) qeyri-nizami atlı dəstə yaradıldı. 1827-
cl il döyüşlərində Borçalı türklərinin könüllü atlı  dəstələri də 
iştirak edirdi. 
İran qoşunları, Talış xanlığı sayılmazsa, artıq bütün 
Quzey Azərbaycan torpaqlarını tərk etmişdilər. 
Savaşın Güney Azərbaycana keçirilməsi.  1827-ci ilin 
yanvarında rus qoşunu Qaradagın mərkəzı  Əhəri tutdu. Qışın 
oglan çagında general Madatov, "mühasirə dövründə  çəkilən 
əziyyəti  əvəz etsin – deyə Qarabağ  və  Şirvan qoşunlarını 
götürüb Mişgini və Əhəri çapmağa, qarət etməyə getdi. Mişgin 
vilayətini o ki var soyub qarət etdilər" (Mirzə Yusif Nersesov). 
Aprel ayında rus qoşunlarının Qarabağ birləşməsi 
Xudafərin körpüsünü ələ keçirmək uğrunda döyüşürdü. Bir 
bölüyü isə Ağzıböyük keçidi ilə İrəvana gedirdi. . 
Bu zaman Yermolovun bütünlüklə  işdən götürülməsi 
general Madatovu da yerindən oynatdı. Qraf Paskeviç onu 
Xudafərin körpüsü üzərindən götürüb knyaz Abxazovla əvəz 
etdi. Bu dəyişmənin səbəbi Madatovun "Mişgin yürüşünə" heç 
də icazəsiz getməsi deyildi. Paskeviç özü də Qarabağ vilayətinə 
belə soyğunçuluğa getmişdi. Səbəb yerli əhalinin, xan və 
bəylərin Yermolov-Madatov "siyasətindən" kəskin narazılığı və 
üsyana qalxması idi. Bu dəyişmələrlə çar hökuməti öz ordusunun 
"Transqafqaz işini" yüngülləşdirmək istəyirdi. 
1827-ci il aprelin 20-də Xudafərin körpüsü tutuldu. 
Başlıca qüvvələr Eçmiədzinə  gələrək  İrəvana doğru irəlilədi. 
İrəvanın iki aylıq mühasirəsi yenə  uğursuz oldu. İyunun 26-da 


Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
69 
Naxçıvan qalası döyüşsüz tutuldu. Rus qoşunları strateji dəyəri 
olan Abbasabad qalasına yaxınlaşdı. Abbas Mirzə 16 minlik 
qoşunla qala qarnizonunun köməyinə  gəldisə  də, qala 
çökdürüldü. Avqust ayında Alagözün ətəklərində, Aştarak və 
Uşaqan kəndləri yaxınlığındakı döyüşlərdə ruslar üstün 
gəldilər. Sonra Sərdarabad çökdü. İrəvan qalasının mühasirəsi 
sentyabrın 26-da başlandı. Paskeviç yazırdı ki, İrəvan 
vilayətində 10000 müsəlman (Azərbaycan türkü – Red.) və yalnız 
3000 erməni ailəsi yaşayırdı. Oktybarın 1-də gün qaralana yaxın 
qanlı döyüşdən sonra İrəvan qalası tutuldu. I Nikolayın fərmanı 
ilə, onun qlinyanıy qorşok, yəni "gildən (torpaqdan) yapılan 
küp" adlandırdığı İrəvan qalasmın adı qraf Paskeviçin tituluna 
qatıldı. 
Paskeviçin Güney Azərbaycana girməyi qadağan et-
məsinə baxmayaraq rus birləşməsinin komandanı Eristov 
oktyabrın 2-də Mərəndi tutub Təbrizə doğru irəlilədi. 
Təbrizdə şah qarnizonunun rəisi Allahyar xan müdafiəyə 
hazırlaşdı. Ancaq Təbrizin ruhani başçısı  Ağa Mir Fəttah 
rusların tərəfinə keçərək  şəhərliləri ardınca apardı. Oktyabrın 
13-də rus bölükləri Təbrizə girdi. 
M.N.Pokrovski Güney Azərbaycan  əhalisinin də rus 
qoşunlarına "kəskin müqavimət" göstərdiyini yazmışdır. Ancaq 
Qacarların soyğunçu siyasətindən Güney Azərbaycan cana 
doymuşdu. Buranın şiə ruhaniləri isə Qacar şahlarını "uzurpator" 
sayır, qanunsuz olaraq Səfəvi taxtına yiyələndiklərini 
söyləyirdilər. Rusiya baş komandanı Paskeviç Quzey Azərbay-
canda Yermolovun yol verdiyi yanlış üsullardan qaçmağa çalışır, 
əhalini və yerli hakimləri qıcıqlandırmırdı.  İran "qərbçilərinin" 
(Avropasayağı yenilikçiliyin) başçısı Abbas Mirzənin 
mərkəzləşdirmə siyasəti də Güney Azərbaycan xanlarını Rusiya 
asılılığına doğru sürükləmədə idi. Bütün bunlar Rusiya 
qoşunlarının irəliləməsini asanlaşdırırdı. 
Təbriz tutulduqdan sonra Tehran üzərinə yol açıldı. 
I mühazirə
 
 
 
70
Təbrizi (əslində Güney Azərbaycanı) idarə etmək üçün rus 
hərbçilərinin və  şəhərlilərin nümayəndələrindən Müvəqqəti 
idarə yaradıldı. Onun rəisi general Osten-Saken oldu. Təbriz 
qalasının komendantı da rus zabitlərindən qoyuldu. Müctəhid 
Mir Fəttah Müvəqqəti idarənin tərkibində idi. 
Rusiya ilə İran arasında danısıqlar. Türkmənçay mü-
qaviləsi.  Gələcək sulh müqaviləsinin başlıca muddəaları artıq 
1826-cı il sentyabrın 16-da Rusiyanın ayrıca bir "Bəyan-
naməsı»ndə bildirılmişdi. 
Yermolovun və Menşikovun bir ay sonra Rusiya Xarici 
İşlər naziri qraf K.V.Nesselrodeyə  təqdim etdikləri yazılı 
təklifləri də  nəzərə alınmaqla barış  və ticarət müqaviləsinin 
lahiyəsi hazırlanmışdı. Gələcək müqavilənin  şərtləri haqqında 
çar fərmanı 1827-ci il mayın 24-də  Cəlaloğlu yanındakı rus 
düşərgəsinə gətirildi. Rus komandanlığı danışıq aparmaq üçün 
tam hazır idi. 
Qaraziədin danışıqlarında A.S.Qriboyedov İran məmur-
larının təxəyyülünə təsir göstərmək fikri ilə bildirdi ki, biz irəli 
gedib Azərbaycana sahib olaraq bu geniş vilayətin 
müstəqilliyini təmin edəcəyik. 
Noyabr ayının 6-da Dehkarqanda danışıqlar yenidən 
başladı. Təzminat məsələsi üzrə bəzi ciddi narazılıqlar yanvarın 
7-də danışıqların kəsilməsinə gətirib çıxardı. Rus qoşunları irəli 
atıldı. Yanvarın 28-də Urmiya, fevralın 8-də  Ərdəbil tutuldu. 
Müqavilənin bağlanması sürətləndi. Fevralın 9-dan 10-na keçən 
gecə  Təbriz yaxınlığında Türkmənçay kəndində müqavilə 
imzalandı. 
Türkmənçay müqaviləsi 16 maddədən ibarət idi. Gülüstan 
müqaviləsinin bəzi maddələrinin məzmunu burada saxlanmış, 
təzminat və s. haqqında yeni maddələr əlavə edilmişdi. 
Birinci maddə ilə  tərəflər arasında  əbədi barış elan 
olunurdu. Müqavilə İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya 
keçdiyini (III maddə) təsbit edir, sərhədləri ayırır (IV maddə), 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə