Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə22/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   137

Şimali Azərbaycan  
XIX əsrin 40-70-ci illərində  
 85 
Lakin yuxarıda söhbət açdığımız layihələr elə layihə 
olaraq qaldılar. Rusiya imperiyası Dövlət  Şurası bu layihələri 
yenidən işləmək üçün geri qaytardı. 
Nəhayət, 1837-ci ildə Dövlət  Şurası islahat işini senator 
baron Qana həvalə etdi. Senator Qan Cənubi Qafqazda yaşayan 
xalqlarda mövcud olan icitimai münasibətləri öyrənməyə  cəhd 
etmədi, Paşkeviç, Meçnikov və Kutaysovun layihələri  əsasında 
«Cənubi Qafqaz diyarının inzibati idarəçilyinin» layihəsini 
hazırlayıb 1838-ci ilin fevralında Dövlət  Şurasına təqdim etdi. 
Qanın təqdim etdiyi layihədə deyilirdi ki, guya xanlıqlar 
dövründə Azərbaycanda xanın iradəsindən başqa heç bir qayda-
qanun olmamışdır, guya azərbaycanlılar  şəriət məhkəmələrinə 
müraciət etmirlər, guya rus məmurları  və rus idarələri  əyalət 
məhkəmələrində mövcud olan süründürməçiliyi azaldacaq və 
əhalini «bəxtəvər edəcəkdir». 
Qan layihəsinin başlıca məğzi ondan ibarət idi ki, 
hökumət yerli bəylərə  və digər imtiyazlı zümrəyə arxalanmaq 
siyasətindən imtina edirdi. 
Çar I Nikolay 10 aprel 1840-cı ildə islahatın layihəsini 
təsdiq edir və layihə qanun qüvvəsini alır. 10 aprel qanunu 
«Qafqaz diyarının idarə olunması üçün təsisat» adlanır. 
10 aprel 1840-cı il inzibati-məhkəmə islahatına görə 
Cənubi Qafqaz inzibati cəhətdən 2 yerə bölündü: 1) Gürcüstan-
İmeretiya quberniyasına; 2) Xəzər vilayətinə. 
Azərbaycan torpaqları vahid inzibati bölgüdə birləşdiril-
mirdi. Yeni inzibati bölgü yerli sosial-hüquqi, etnik və mədəni 
xüsusiyyətləri çox az nəzərə almışdı. Belə ki, Azərbaycanın 
Şirvan, Qarabağ,  Şəki, Talış, Bakı, Quba və  Dərbənd qəzaları 
Dağıstan hərbi dairəsinin Xəzər vilayətinin tərkibinə daxil 
edilmişdi, amma Yelizavetpol, Naxçıvan,  İrəvan və Balakən 
qəzaları isə Gürcü-İmeretiya quberniyasına daxil edilmişdi. 
Burada bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, 
1828-ci il martın 21-də I Nikolayın  əmri ilə Azərbaycan 
torpaqları – İrəvan və Naxçıvan xanlıqları «erməni vilayəti» 
adlı bir inzibati bölgüdə birləşdirilmişdi. 10 aprel 1840-cı il 
inzibati-məhkəmə islahatına görə isə «erməni vilayəti» ləğv 
edilir, onun yerinə İrəvan və Naxçıvan qəzaları yaradılırdı. 
II mühazirə 
 
 
86
Baş  İdarə  Şurasına 10 aprel 1840-cı il islahatına uyğun 
olaraq yerli feodalların torpaq hüquqlarını nizamlamaq 
səlahiyyəti verilmişdi. 
Transqafqazda yeni inzibati islahata görə quberniya, vilayət 
və  qəza idarələri ciddi surətdə daxili Rusiya quberniyalarındakı 
idarəçiliyə müvafiq qurulurdu. Odur ki, yerli bəylərdən olan 
divanbəyləri, mahal naibləri və b. vəzifələrindən azad edilirlər və 
onlar rus məmurları ilə  əvəz olunurlar. Mahal naiblərinin yerinə 
sahə iclasçıları vəzifəsi təsis edilmişdi. 
Sahə iclasçıları ruslaşdırma siyasətinin  əsas icraçıları 
idilər. Dövlət onlara müəyyən torpaq sahəsi ayırırdı  və bu 
torpaq sahələrinin  əkilib-becərilməsi həmin torpaqlarda 
yaşayan rəiyyətlərin öhdəsinə düşürdü. 
Beləliklə, Azərbaycan bəyləri yeni islahata görə 
idarəçilikdən kənarlaşdırıldı, bu isə onu sübut edirdi ki, Rusiya 
yerli bəylərə arxalanmaq siyasətindən imtina etmişdi və sosial 
dayağı indi yerli deyil, burada yerləşdiriləcək gəlmə rus 
zadəganlığında görürdü. 
10 aprel 1840-cı il islahatında məhkəmə sistemində ciddi 
dəyişiklik edilməsi nəzərdə tutulmuşdu. Azərbaycanda 
əsrlərdən bəri mövcud olan məhkəmə sistemi rus məhkəmə 
sistemi ilə əvəz edilirdi. İndi məhkəmə işləri qəza, quberniya və 
dairə  məhkəmələrinə verilirdi. Məhkəmələr rus dilində 
aparılırdı, rus məhkəmə sistemi Azərbaycan  əhalisinə yad bir 
məhkəmə sistemi idi. İslahata görə müsəlman  şəriət qanunu 
qüvvədən düşürdü.  Şəriət məhkəmələrinin ixtiyarında yalnız 
kəbin-talaq və vərəsəlik məsələləri saxlanılırdı. 
10 aprel 1840-cı il inzibati-məhkəmə islahatı Azərbay-
canın Quba və  Dərbənd qəzalarında tətbiq olunmadı, bunun 
səbəbi bu 2 qəzanın Rusiyanın işğalçılıq siyasətinə qarşı ölüm-
dirim mübarizəsinə qalxmış Dağıstanla həmsərhəd olması, 
burada da müridizmin yayılması idi. 
10 aprel 1840-cı il islahatı Cənubi Qafqazda, o cümlədən 
Azərbaycanda 1841-ci ilin əvvəllərindən tətbiq olunmağa 
başlanıldı, hətta I Nikolaya xüsusi raport da göndərildi. 
Beləliklə, komendant idarə sistemi ləğv edildi. 
Qanun Baş  İdarə  Şurasına yerli feodalların torpaq hü-


Şimali Azərbaycan  
XIX əsrin 40-70-ci illərində  
 87 
quqlarını nizamlamaq səlahiyyətini vermişdi. Baş  İdarə  Şurası 
dərhal bu səlahiyyətdən istifadə etdi və artıq 1841-ci ilin 
əvvəllərində ağa və bəylərin torpaq hüquqlarına qarşı tədbirlərə 
əl atıldı. II Nikolayın imzaladığı 23 may 1841-ci il fərmanına 
uyğun olaraq Qazax, Şəmsəddil və Borçalı məntəqələrinin ağa 
və  məlikləri kəndlərin idarə edilməsindən azad edilirlər, yəni 
ağaların  əlindən onlara məxsus 102 kənd alınır. Müsadirə 
edilmiş  kəndlərin  əvəzinə  ağalara yalnız ömürlük təminat 
verilirdi. Bu təminat irsən keçmirdi. 
Baş  İdarə  Şurası  ağalar haqda fərmandan sonra 28 may 
1841-ci ildə Kaspi vilayəti bəylərinin kənd idarəçiliyindən 
kənar edilməsi haqda qərar çıxarır. Lakin Zaqafqaziyada yeni 
idarə sisteminə keçid hər yerdə  əhalinin yeni qayda-qanuna 
qarşı müqaviməti ilə qarşılandı. 1842-ci ilin yanvarında 
«Zaqafqaziya diyarının qurulması komitəsi» Kaspi vilayəti 
bəylərinin yalnız polis məmuru sayılması nöqteyi-nəzərinin 
tamamilə yalnış olduğu haqda öz qərarını bildirir. 
Zaqafqaziyada yeni inzibati islahat və onunla bağlı olaraq 
həyata keçirilən tədbirlər Azərbaycan cəmiyyətinin demək olar 
ki, bütün təbəqələrinin mənafeinə toxunurdu, onların maraqlarını 
nəzərə almırdı.  İslahatdan narazı olan qüvvələr içərisində  ən 
mühüm yeri ali təbəqə – bəylər və ağalar tuturdular. Əsrlər boyu 
dövlət sistemində mühüm yer tutan, torpaq və kənd sahibi olan 
bəy və ağaların indi bütün bunlardan məhrum edilməsi, onların 
statusunun aşağı düşməsi onların dövlətə qarşı  əks mövqe 
tutmasına gətirib çıxarırdı. 
İslahatdan  ən çox narazı olanlar çox təbii ki, əhalinin 
əksəriyyətini təşkil edən kəndlilər idi, çünki yeni islahata uyğun 
olaraq onların üzərinə  əlavə vergi və mükəlləfiyyətlər qo-
yulurdu: məsələn, sahə iclasçılarına ayrılan torpaq sahələrini 
kəndlilər  əkib-becərməli idilər. Məhkəmənin rus dilində 
aparılması  və rus məhkəmə sisteminin tətbiqi azərbayanlılara 
tam yad olduğu üçün ondan ölkənin bütün silk və  təbəqələri 
narazı idi. Məhkəmələrdə  həll edilməyib qalan işlərin sayı 
təxminən 2 dəfə artaraq 2400 işdən 4846 işə çatmışdı. Hökumət 
ştatlarının və məhkəmənin saxlanılmasına sərf edilən illik xərc 
1,5 mln manat artmışdı. Rus məhkəmə sisteminin ənənəvi 
II mühazirə 
 
 
88
formalizmi və süründürməçiliyi Azərbaycan üçün təzə bir şey 
idi. Çünki xan, eləcə  də komendantlıq dövründə  məhkəmə 
sistemi «sürətli məhkəmələr» idi. Odur ki, yerli əhali yeni 
məhkəmələri açıq-aşkar baykot edirdi.  
Artıq elə 1841-ci ilin əvvəllərində «yeni idarəçilik 
sisteminin» «yöndəmsizlikləri» imperiyanın çox yüksək 
dairələrinə məlum olmuşdu. 
10 aprel 1840-cı il inzibati-məhkəmə islahatının 
uğursuzluğunun 
əsas səbəblərindən biri Rusiyanın 
Azərbaycanda yeritdiyi sosial siyasətdə yol verdiyi səhv idi. 
Yanlış siyasətin mahiyyəti yerli ali zümrəyə – bəy və  ağalara 
etibar edilməməsində  və onlara ölkənin idarə edilməsində yer 
verilməməsində ifadə olunurdu.  
 
 
2. Çarizmin yerli feodallarla ittifaqa girməsi.  
6 dekabr 1846-cı il fərmanı 
 
10 aprel 1840-cı il islahatı inzibati - məhkəmə islahatı 
olsa da, çarizmin Cənubi Qafqazda ictimai dayağı  məsələsinə 
də toxunmuşdu. Belə ki, Qan komissiyası ali müsəlman silkinin 
çarizmin ictimai dayağı rolunu oynayacağına inanmırdı və belə 
hesab edirdi ki, hətta  ən «etibarlı  və  sədaqətli» bəylərə belə 
inanmaq olmaz. Ona görə  də çar hökuməti Cənubi Qafqazda 
özünə sosial dayaq yaratmaq məsələsini ön plana çəkmişdi. Çar 
hökuməti belə hesab edirdi ki, yalnız «təbii rus dvoryanları 
(zadəganları)» Cənubi Qafqazda çarizmin sosial dayağı rolunu 
oynaya bilər. Bu məqsədlə hökumət Rusiyadan müflisləşmiş 
rus dvoryanlarını  Cənubi Qafqaza köçürmək və onların bu 
regionda möhkəmlənməsinə şərait yaratmaq istəyirdi. Təbii rus 
dvoryanlarını bu regionda yerləşdirmək üçün torpaq əldə etmək 
lazım idi. Çar hökuməti çox da düşünmədən yerli feodalların 
tiyul torpaqlarını zəbt etmək qərarına gəldi. Bunun üçün Gürcü-
İmeretiya quberniyasının ağalarından və  Xəzər vilayətinin 
tiyuldar bəylərindən tiyul torpaqlarını zəbt etmək qərara alındı. 
Hökumət ağaların və tiyuldar bəylərin  əlində olan torpaqların 
zəbt olunmasını, onlara vaxtı ilə  həmin torpaqların «Votçina» 
hüququnda deyil, polis və  təsərrüfat nəzarətçisi hüququnda 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə