Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə27/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   137

Şimali Azərbaycan  
XIX əsrin 40-70-ci illərində  
 105
emalının texnologiyası, həm də kerosinin zavoddan limana və 
Rusiyaya daşınması üçün məsləhətlər verir: indi neft limana 
borular vasitəsilə  nəql edilməyə başlanır. 1864-cü ildə zavod 
ildə 60 min pud məhsul verir. 
1857-ci ildə rus alimi, akademik A.Z.Moris neftdən pa-
rafin alınması ideyasını irəli sürür. Tiflis əzcaçısı F.Vitte 
Pirallahı adasında bu məqsədlə xüsusi zavod inşa edir. Zavod 
1861-ci ilin avqustunda işə salınır. Bu zavodda 150 fəhlə 
işləyirdi, onların  əksəriyyəti Abşeronun Qala, Zirə  və s. 
kəndlərindən idilər. 
1863-cü ildə Cavad Məlikov 3 yoldaşı ilə birlikdə öz la-
yihəsi  əsasında kiçik bir neft emalı zavodu inşa edir. O kero-
sinin qırdan deyil, birbaşa neftdən alınması prinsipini əsas 
götürmüşdü. 
1865-ci ildə Bakı neft quyularının sonuncu iltizamçısı 
erməni L.Mirzoyev Suraxanıda neft emalı zavodunu inşa edir. 
Bu böyük bir zavod idi, belə ki, 1870-ci ildə bu zavodun illik 
məhsul istehsalı 93 min puda çatmışdı. 
Beləliklə, 1870-ci ilin əvvəli üçün Bakıda 3 iri neft emalı 
zavodundan  əlavə 44 orta və  xırda neft emalı zavodu vardı ki, 
onlarda ildə 500 min puda yaxın kerosin istehsal olunurdu. 
XIX  əsrin 50-60-cı illərində Azərbaycanda inkişaf edən 
sahələrdən biri də metal emalı  sənayesi idi. Bu sahənin 
yaranması  və inkişafı ilk növbədə «neft və neft emalı 
sənayesinin inkişafı ilə sıx bağlıdır, çünki bu sənaye sahələrinin 
çuqun tökməyə, borulara, qazanlara, rezervuara, qazma 
alətlərinə, dəzgahlara, avadanlığa və başqa texniki avadanlığa 
böyük ehtiyacı vardı.  Əvvəllər hər bir zavod və ya fabrik dəz-
gahları, maşınları  təmir etmək üçün öz mexaniki 
emalatxanalarını inşa edirdilər, lakin sonralar bu işləri görmək 
üçün iri müəssisələr yaradılır. Belə ilk müəssisə Azərbaycanda 
1858-ci ildə «Qavqaz və Merkuri» cəmiyyəti tərəfindən tikilən 
«təmir-mexaniki emalatxana» adlı zavod idi. Bir qayda olaraq 
II mühazirə 
 
 
106
tarixi  ədəbiyyatda mexaniki-emalatxana adlanan müəssisələr 
əslində zavod idilər. 
XIX əsrin 50-60-cı illərində Bakı sənaye rayonunda gəmi 
təmiri verfləri, dokları (ellinqlər) mexaniki müəssisələr ilə 
birlikdə inşa edilir. Bu doklardan birincisi «Qavqaz və 
Merkuri» cəmiyyəti tərəfindən 1858-ci ildə inşa edilmişdi. Bu 
doku «Qavqaz və Merkuri» cəmiyyəti öz gəmilərinin təmiri 
üçün inşa etdirmişdi. 1866-cı ildə bu dokun nəzdində gəmilərin 
təmiri üçün mexaniki zavod tikilmişdi. 
XIX  əsrin 50-ci illərində Azərbaycanın qərbində Gədəbəy-
Daşkəsən zonasında mis–mədən sənayesi inkişaf edirdi. 1855-ci 
ildə  Gədəbəydə türk təbəələri olan yunan X.Kıryakov və 
Q.Mexov əsasən əl əməyinə əsalanan kiçik bir zavodu işə saldılar. 
Burada ildə 1200 pud mis isthesal olunurdu. 1856-cı illərdə yerli 
sənayeçilərdən P.Miskaryans və Y.Karabişev Daşkəsəndə ikinci 
bir mis əridən zavod işə saldılar. Bu zavod da kiçik manufaktura 
tipli bir müəssisə idi, cəmisi 15 fəhləsi olan bu müəssisədə ildə 62-
64 pud mis istehsal edilirdi. 
1864-cü ildə Simens qardaşları (Verner, Karl, Valter) 
Gədəbəy zavodunu 77 min manata satın alırlar və onlar 1865-ci 
ildə köhnə, kiçik zavodun yerində yenisini tikirlər və bu işdə 
onlar 1 milyon 874 min manat xərc çəkirlər. Simens 
qardaşlarının Gədəbəy mis zavodu 1870-ci ildə 44,2 min pud 
mis istehsal etmişdi. Simenslərin zavodu o dövrün ən müasir 
texnikası əsasında tikilmişdi. Belə ki, 1868-ci ildə zavodda 864 
nəfər çalışırdı ki, onlardan 50 nəfəri – mədəndə, 314 nəfəri 
köməkçi işlərdə, 60 nəfəri isə mühəndis-texnik idilər. Gədəbəy 
zavodu Rusiyada istehsal olunan misin təxminən 1/7-ni verirdi. 
XIX  əsrin 50-ci illərində Azərbaycanda dağ-mədən 
sənayesinin inkişafına Rusiya dövlətinin yeritdiyi mürtəce 
iqtisadi siyasət mane olurdu: 1) dağ mədən vergisi; 2) ən əsas 
maneçilik – Azərbaycan iqtisadiyyatının əsas sahələri olan neft, 
balıqçılıqda azad sahibkarlığa qadağa siyasəti, bu sahələrin 


Şimali Azərbaycan  
XIX əsrin 40-70-ci illərində  
 107
iltizama verilməsi idi. XIX əsrin ortalarında Azərbaycanda azad 
sahibkarlığa münasibət sözsüz ki, Rusiyanın özünün də iqtisadi 
maraqlarına zidd idi. Odur ki, 1872-ci il 1 fevral və 1879-cu il 17 
fevral fərmanları ilə neft sənayesində iltizam sistemi ləğv edilir, 
azad sahbkarlığa keçilir; 3) Azərbaycanda sahibkarlara və 
tacirlərə kredit verən bank müəssisələrinin açılmaması. 
Şimali Azərbaycanda kapitalistcəsinə inkişaf edən xalq 
təsərrüfatı sahələrindən biri də ipəksarıma sənayesi idi. Moskva 
sənayeçilərindən Alekseyev və Voronin qardaşları «Yoldaşlıq» 
təşkil edərək 1860-1861-ci ildə Nuxada ipəksarıma fabriki 
tikdirdilər. Bu fabrik sahiblərinə 60 min manata başa gəlmişdi. 
Buxar mühərriki ilə  işləyən bu ipəksarıma fabrikində 432 
dəzgah, 64 hazırlıq hovuzu və buxar maşını vardı. 1863-1865-
ci illərdə fabrikdəki buxar dəzgahlarında 192 usta və 64 şagird, 
əl dəzgahlarında 910 usta və 105 şagird, ayaq dəzgahlarında 30 
usta və baramaların çeşidlənməsində 200-250 qadın çalışırdı. 
400-dən artıq dəzgahın işlədilməsi sahibkarlara nisbətən ucuz 
olan qadın və  uşaq  əməyindən istifadə etməyə imkan verirdi. 
Fabrikdə ildə 1,4 min pud ipək-xammal, 1000 puda yaxın struz 
və digər məhsullar istehsal edilirdi. Fabrikin illik pul dövriyyəsi 
1-2 milyon manata çatırdı. Lakin bu fabrik tam gücü ilə yalnız 
bir neçə il işləmişdir, çünki xarici ipəkçilik firmaları Nuxada 
sağlam barama toxumlarını kütləvi surətdə alıb aparırdılar. 
1866-cı ildə fabrik yalnız yarımgücünə işləyirdi, 1867-1870-ci 
illərdə fabrik fəaliyyətini tamamilə dayandırmalı olmuşdu. 
XIX  əsrin 50-60-cı illərində Azərbaycanda gəmiçilik də 
inkişaf edirdi. 1853-cü ildə Kür çayında «Knyaz V.Voronstov» 
adlı ilk paroxod işləməyə başlayır. «Qavqaz və Merkuri» 
cəmiyyəti 1858-ci ildə  təsis edilir, cəmiyyətin  əsas kapitalı 3 
mln gümüş manat idi. 1865-ci ildə Xəzər dənizində «Lebedev» 
kampaniyasına məxsus birinci paroxod üzməyə başlayır. 60-cı 
illərin sonlarında Xəzərdə yelkənli gəmilərin sayı çoxalmağa 
başlayır, onlar Həştərxana  İrandan və  əksinə çoxlu yük 
II mühazirə 
 
 
108
daşıyırdılar. 
XIX  əsrin 50-60-cı illərində Azərbaycan iqtisadiyyatının 
inkişafı ilk növbədə  əsas sənaye mərkəzinə çevrilən Bakı 
şəhərində  əhalinin artmasında özünü göstərirdi:  əgər 1856-cı 
ildə burada 8,4 min nəfər yaşayırdısa, 1868-ci ildə bu rəqəm 
12,4 min nəfərə çatmışdı. 
 
2. Kəndli islahatının hazırlanması və keçirilməsi 
 
Rusiyada kəndli islahatının keçirilməsindən xeyli 
keçməsinə baxmayaraq çarizm Cənubi Qafqazda islahat 
keçirməyə  tələsmirdi. Yerli feodallarla sıx ittifaqa girmiş çar 
hökuməti onları özündən narazı salmaq istəmirdi. Lakin 
Rusiyada kapitalizmin sürətli inkişafı ucqarlarda ciddi 
dəyişikliklərin edilməsini tələb edirdi. 
Əvvəlcədən onu da qeyd edək ki, Azərbaycanda kəndli 
islahatını keçirmək tələbini irəli sürən ictimai təbəqələr zəif idi. 
İslahat ərəfəsində Rusiyadan fərqli olaraq biz Azərbaycanda elə 
bir ciddi kəndli üsyanı  və ya narazılıqların  şahidi olmuruq. 
Halbuki, kəndli islahatı  ərəfəsində – 1859-1861-ci illərdə, 
Rusiyanı başdan-başa kəndli hərəkatı bürümuşdu və Rusiyada 
ilk inqilabi şərait yaranmışdı. 
Rusiyadan fərqli olaraq Azərbaycanda torpaq sahibləri ilə 
kəndlilər arasında mövcud olan sosial ziddiyyət o qədər də 
kəskin deyildi. Azərbaycanda kəndlilər nə torpağa, nə  də 
feodalın  şəxsiyyətinə  təhkim olunmamışdılar. Azərbaycanda 
sahibkar kəndlilər torpağa və mülkədarlara təhkim olmayıb, 
sahibkar torpaqlarında yaşayan dövlət kəndliləri hesab 
edilirdilər. Bundan əlavə hökumət Azərbaycanda kəndli 
islahatının həyata keçirilməsi üçün hələ  şəraitin olmadığını 
bahənə edir və bunun üçün hazırlıq tədbirlərinin görülməsinin 
vacibliyini qeyd edirdi. Bütün bunlar hökumətə islahatı  təxirə 
salmağa imkan verirdi. Lakin hökumət, gec də olsa ucqarlarda, 
o cümlədən Azərbaycanda kəndli islahatını keçirməyə  məcbur 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə