Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə28/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   137

Şimali Azərbaycan  
XIX əsrin 40-70-ci illərində  
 109
oldu. 
Bunun üçün bir sıra hazırlıq işləri görülməyə başladı. 
İslahatı keçirmək üçün ilk növbədə dövlət, sahibkar və  kənd-
lilərin pay torpaqlarının sərhədləri dəqiq müəyyən edilməli idi. 
Bu məqsədlə Zaqafqaziya Mərz palatası təsis edildi və 1861-ci 
ilin 29 iyununda mərkəzləşdirmə  işini həyata keçirmək üçün 
«Əsasnamə» təsdiq edildi. 1 yanvar 1862-ci ildən etibarən 
Zaqafqaziya mərz palatası  fəaliyyətə başladı. Elə  həmin ildə 
Cənubi Qafzaq Mərkəzi  İslahat Komitəsi də yaradıldı. Lakin 
mərkəzləşdirmə  işi çox ləng gedirdi. Təkcə onu qeyd etmək 
kifayətdir ki, mərzləşdirmə  işinə bilavasitə başlanandan 25 il 
keçənədək, mərkəzləşdirilməli olan torpaqların cəmisi 5%-i 
mübahisəsiz mərzləşdirilmişdi. Yerdə qalan torpaqlar 
mübahisəli torpaq fonduna daxil edilmişdi. 
İslahata hazırlıq sahəsində ikinci mühüm addım 1866-cı 
ildə  bəy komissiyalarının yaradılması idi. Bəy komissiyaları 
Cənubi Qafqaz quberniyalarında ali müsəlman silkinin tərkibini 
müəyyən etməli idi. Ali müsəlman silkinin tərkibinin müəyyən 
edilməsi də çox böyük çətinliklərlə bağlı idi. Belə ki, bir sıra 
«yalançı bəylər» pulla şahidlər tutur, məmurlara rüşvət verərək 
özlərini ali müsəlman silkinin sıralarına saldırırdılar. 
Ümumiyyətlə, bəy komissiyaları Bakıda 22 yanvar 1870-ci 
ildən 1880-ci ilədək,  Şuşada 15 mart 1870-ci ildən 1876-cı 
ilədək, Tiflis və  İrəvanda isə 1865-1867-ci illərdə  fəaliyyət 
göstərmişdir. Bütövlükdə Azərbaycanda bəy komissiyaları 
tərəfindən 1.188 nəsil  əsli-nəcabətli bəy nəsli kimi tanındı, 
təxminən bir o qədər, yəni 1.048 nəslə bəy titulu verilməkdən 
imtina edildi. Bundan əlavə Şirvan, Talış və Bakı 3 keçmiş xan 
nəsli təsdiq edildi. Lakin Azərbaycanın ali müsəlman silkinə 
daxil olan bəylər rus zadəganları ilə  bərabər hüquqda 
tutulmurdular, onlar yerli və ali hakimiyyət orqanlarında təmsil 
olunmurdular.  
Nəhayət, müəyyən hazırlıqlardan sonra 1870-cı ilin may 
II mühazirə 
 
 
110
ayının 14-də, Cənubi Qafqaz quberniyaları: Yelizavetpol, Bakı, 
İrəvan və qismən də Tiflis quberniyaları ali müsəlman silkindən 
olan  şəxslərin, habelə erməni məliklərinin torpaqlarında sakin 
olan dövlət kəndlilərinin torpaq quruluşu haqqında  əsasnamə» 
qəbul olundu. 
«Əsasnamə»nin adından göründüyü kimi islahat 
Azərbaycanın sahibkar kəndlilərinə  şamil edilirdi ki, onlar da 
ümumi kəndli kütləsinin 1/5 hissəsini təşkil edirdilər. Ona görə 
də, bu islahat bütövlükdə Azərbaycan kəndində köklü 
dəyişikliyə səbəb ola bilməzdi.  
İslahatda kəndliləri maraqlandıran üç məsələyə, - torpaq, 
şəxsi azadlıq, vergi və mükəlləfiyyət məsələsinə toxunulurdu.  
«Əsasnamə»yə görə qanun verilənə  qədər kəndlinin 
istifadəsində olan həyətyanı torpaq sahələri, meyvə, tut, üzüm 
bağları, onun daimi istifadəsində olan əkin və b. sahələr onun 
pay torpağı hesab edilirdi. Kəndli öz pay toraqlarını hissə-hissə 
və ya bütöv şəkildə, sahibkarlarla qarşılıqlı razılığa görə satın 
ala bilərdi. Ancaq bu zaman hər bir ev 15 desyatindən çox 
torpaq satın ala bilməzdi. Kəndli öz pay torpaqlarını hansı 
şəkildə olursa olsun, satın alarkən, dövlət tərəfindən ona heç bir 
yardım göstərilmirdi. Mövcud «Əsasnamə» elan ediləndən 2 ay 
sonra nizamlanma qaydalarının hazırlanmasına başlanılmalı idi. 
Nizamlanma qaydaları  hər bir malikanə üçün əsasnamə elan 
edildikdən 2 il keçənədək hazırlanır və  həyata keçirilirdi. 
Nizamlanma qaydalarını hazırlamağa başlamazdan  ən azı 15 
gün qabaq, həm sahibkara, həm də  kəndliyə çağırış  vərəqi 
göndərilməli idi. Onlar nizamlama qaydalarının 
hazırlanmasında iştirak etməli idilər. 
İslahata görə sahibkar kəndlilərinə 1870-ci il islahatına 
qədər istifadə etdikləri torpaq sahələrindən daimi istifadə etmək 
hüququ verilirdi ki, bu da sahibkar kəndlərində torpaqdan 
istifadədə sabitlik yaradırdı. Belə ki, hər bir şəxs özünün 
istifadə etdiyi torpaq payını  nəslinin davamçısına verirdi və 


Şimali Azərbaycan  
XIX əsrin 40-70-ci illərində  
 111
sahibkarın onu geri almaq hüququ yox idi. Sahibkar 
kəndlilərinə öz pay torpaqlarını satın almaq hüququ verilsə də, 
bu məcburi deyildi. 
Maraqlıdır ki, «Əsasnamə»də satın alınmalı torpağın 
dəqiq miqdarı göstərilmirdi. Halbuki, bu vaxta qədər, demək 
olar ki, bütün tarixi ədəbiyyatda bu sahədə yalnış fikir hökm 
sürür. Əsasnamədə qeyd edilirdi ki, 1870-cı il 14 may qanunu 
verilənədək kəndlinin istifadəsində olan torpaqlar onların daimi 
istifadəsinə verilir. Beş desyatinlik norma Rusiyanın mərkəzi 
quberniyalarında son hədd kimi götürülmüş  və ümumiyyətlə 
orada hər quberniya üçün yuxarı  və  aşağı norma müəyyən 
edilmişdi. 1870-ci il Əsasnaməsi ilə hökumət 5 desyatinlik 
normanı mübahisəli məsələlər üçün və  həm də sahibkarlara 
artıq torpaq sahələrini kəsmək hüququ vermək üçün ortaya 
atmışdı. Belə ki, kənd icmasında pay torpağı hər bir kişi üçün 5 
desyatindən çox olardısa və mülkədarlara  əkinə yararlı 
torpaqların 1/3 hissəsindən azı qalardısa, sahibkara əvvəlcədən 
malik olduğu torpağın artıq hissəsini kəsib götürmək hüququ 
verilirdi. 
Torpaqların satın alınması üçün onun qiymətinin müəy-
yənləşdirilməsi vacib idi. Əgər torpaq mülkədar və  kəndli 
arasında razılıq  əsasında satın alınardısa, onda torpağın 
qiymətini onlar özləri müəyyən edirdilər.  Əgər, kəndli torpağı 
öz tələbi ilə satın almaq istəyirdisə, onda dövlət orqanları 
torpağın satın alma qiymətini müəyyən etməli idi. Bu sahədə 
iki dəfə müəyyən təşəbbüs göstərilmişdi: 1) 1872-1876-cı 
illərdə torpağın 1 desyatinin məhsuldarlığından asılı olaraq 
Bakı quberniyasında 18 manat 19 qəpikdən 30 manat 15 
qəpiyədək, Yelizavetpol quberniyasında isə 25 manatdan 202 
manata qədər, Naxçıvan qəzasında isə 20 manat 66 qəpikdən 54 
manat 56 qəpiyədək. Hətta rəsmi hökumət dairələri də  həmin 
qiymətlərin mövcud vəziyyətə uyğun olmadığını etiraf 
edirdilər. Məhz bu səbəbdən də Qafqaz canişini həmin 
II mühazirə 
 
 
112
qiymətləri təsdiq etməkdən imtina etmişdi. 
İkinci dəfə torpağın 1 desyatininin qiymətinin müəy-
yənləşdirilməsi üçün 1876-1883-cü illərdə  cəhd göstərildi. Bu 
dəfə torpağın 1 desyatinin qiyməti onun keyfiyyətindən asılı 
olaraq Bakı  və Yelizavetpol quberniyalarında hər desyatin 
torpağa 12 manat 50 qəpikdən 45 manata, Naxçıvan qəzasında 
17 manat 50 qəpikdən 53 manata qədər müəyyən edilmişdi. 
Ancaq, həmin qiymətlər də mövcud vəziyyətə uyğun deyildi. 
Müqayisə üçün deyə bilərik ki, Bakı quberniyasında torpağın 1 
desyatinin qiyməti, akad. Ə.S.Sumbatzadənin hesablamalarına 
görə Minsk quberniyasından 25, Astraxandan 20, Orenburq
Moqilyov, Perm, Tavriyadan 10, bütövlükdə Rusiyadan 7,7 
dəfə baha idi. Yelizavetpol quberniyasında isə torpağın hər 
desyatinin qiyməti Astraxandan 60, Orenburq, Samara, 
Moqilyovdan 40, Perm, Minskdən 30, Kiyev, Riyazan, 
Moskvadan 10, bütövlükdə Rusiyadan 17 dəfə baha idi. Bu onu 
göstərir ki, hökumət Cənubi Qafqazda islahatın həyata 
keçirilməsində maraqdı deyildi. O, həm qiymətlərin müəyyən 
edilməsini yubadır, həm də «vıkup» - «ödənc»  əməliyyatının 
həyata keçirilməsi üçün heç bir yardım göstərmirdi. Halbuki, 
Rusiyada kəndli bankları vasitəsilə torpaqların satın alınmasına 
borc pul ayrılmışdı və kəndlilər islahatdan dərhal sonra öz pay 
torpaqlarının mülkiyyətçisinə çevrilirdilər. Məhz bu səbədən də 
Rusiyada torpaqların satın alınması  məcburi idi. 1870-cı il 
kəndli islahatı xırda kəndli torpaq sahibliyini yaratmaq əvəzinə, 
kəndlilərin torpaqdan istifadəsini qanuniləşdirdi. Azərbaycanın 
sahibkar kəndində çoxlu miqdarda xırda kəndli torpaq 
sahibliyinin yaradılması iri torpaq sahiblərinin mənafeyinə 
ziddi idi. Qafqaz və Mərkəzi Hökumət tərəfindən uzun müddət 
torpaqların satınalma qiymətlərinin dəqiq müəyyən edilməməsi 
və bu işə dövlət yardımının göstərilməməsinin səbəbi bununla 
aydın olur.  
Bu vaxta qədər tarixi ədəbiyyatda 1912-ci ilə qədər, yəni 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə