Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə72/73
tarix14.07.2018
ölçüsü1,91 Mb.
#55525
1   ...   65   66   67   68   69   70   71   72   73

Rübabə Bahadurqızı 
218 
AMEA-nin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda bu əsərin 
yeganə bir nüsxəsi B-7075 şifrəsi altında mühafizə olunur.  
Əlyazmalar  İnstitutunda qorunub saxlanan bu nüxsə «Mənzum fiqh» 
adlanır. Abidənin 3a vərəqində yazılır: 
 
 
 
 
Davlatoğlu Yusif ol üsyanı çod, 
 
  Bunca 
dürlü 
üzrlə nöqsanı çod. 
 
 
 
 
 
 
Balıkəsri olmuş anun mövlidi, 
 
 
 
Həm səkiz yüz dəxi yigirmi yedi. 
 
 
 
 
Hicrəti tarixi ana irmişkən, 
 
 
 
Həm yigirmi səkizə girmişkən. 
  
 
  Buni 
nəzm etdi o yıllarda həman, 
 
 
 
Kim həqiqət məqsud oldur bi guman. 
 
Anadolu sahəsində türkcə ilk mənzum fiqh kitabı olan və «Viqayə», 
«Viqayə  tərcüməsi», «Hidayə  və Viqayə  tərcüməsi», «Mənzum fiqh», 
«Kitabi mənzumə», «Kitabul-bəyan», «Tohfei Murad», «Muradnamə», 
«Həzə kitab Quduri türki nəzm» adları ilə tanınan bu əsər daha çox «Viqayə-
namə» adı ilə  məşhur olmuşdur. Yusif Dövlətoğlunun tədqiqatçilarından 
olan türk alimi Mustafa Özqan: Devletoğlu Yusif–Daha çok «Vikayename» 
adlı eseriyle tanınan divan şairi- adlandırmışdır. Mustafa Özqanın bu fikrini 
«Türk  ədəbiyyatı tarixi», «Türk dili və  ədəbiyyat ensiklopediyası», «Türk 
ədəbiyyatı incələmələri» kitablarında olan məlumatlar da təsdiqləyir. 
Yusif Dövlətoğlu «Mənzum fiqh» əsərini II Sultan Muradın (824-
855/1421-1451)  şərəfinə  həsr etmişdir. Abidənin 3ªb vərəqində bu haqda 
yazılır: 
 
 Xan Murad ibn Məhəmməd xan üçün
 Cümlə iqlimlərə ol Sultan üçün  
 Ol mütəhhər əsil Osman oğludur, 
 Kim o sultan ibn Sultan oğludur. 
 


«Viqayə» əsərinin türk dilinə tərcümələri 
219 
Dünya əlyazmaları xəzinəsində bu əsərin çoxlu sayda nüsxələri qorunub 
saxlanılır. Biz hələlik  Şərq  əlyazmaları kataloqlarından bu əsərin 13 
nüsxəsini üzə  çıxarmışıq, 11-i haqqında isə  qısa  şəkildə olsa da məlumat 
əldə etmişik. Müasir dövrdə bu nüsxələrin üzərində geniş  şəkildə  tədqiqat 
aparılmışdır.Aparılan bu tədqiqatların böyük qismi Türkiyə dövlətinin 
alimlərinin payına düşür. 
Azərbaycan Resbublikasında isə bu əsər haqqında ilk məlumatı 
Əlyazmalar  İnstitutunun keçmiş  əməkdaşı Teyyub Manafov vermişdir. O, 
tədqiqat zamanı bu abidənin türkcə orijinal bir əsər olması  nəticəsinə 
gəlmişdir. Həmçinin  Əlyazmalar  İnstitutunun sabiq elmi işçisi mərhum 
alimimiz tarix elmləri namizədi  Əbülfəz  Əliyev «Əlyazmalar xəzinəsi 
jurnalının VII cildində  nəşr etdirdiyi «Hənəfilik və onun əsas qaynaqları» 
adlı məqaləsində bu əsərə toxunmuş və «Mənzum fiqh»in tərcümə əsəri ol-
duğunu qeyd etmişdir. 
Əlyazmalar  İnstitutunda qorunub saxlanan «Viqayənamə»nin tərcüməsi 
katib Seyid Məhəmməd Müqəddəs tərəfindən h. 874/1469-cü ildə 
köçürülmüşdür. Yüsif Dövlətoğludan başqa bir çox alimlər «Viqayə» əsərini 
türk dilinə nəzm və nəsrlə tərcümə etmiş həmçinin haşiyə də yazmışlar. Bu 
alimlərdən Əhməd bin əl-Hac Məhəmməd əl-Qaramani Məhiyəddin Piri-rəis 
(v.972/1564) «Viqayə» əsərini nəzmlə, Məhəmməd bin Ömər Qurd Əfəndi 
(931-996/1524-1588) və  Hənif  İbrahim  Əfəndi (v.1189/1775) isə  nəsrlə 
tərcümə etmişlər. Əhməd bin Həmzə əl-Qazi Şəmsəddin əl-Rumi Ərəb Çə-
ləbi (v.950/1543) isə bu əsərə türkçə bir haşiyə yazmışdır.  İsmail Paşa 
Bağdadi «Hədiyətül-arifin» əsərində yazır ki, XVI əsrdə yaşamış Əhməd bin 
Məhəmməd bin Qızıl Əhməd Şəmsi Paşa Rumi əl -Hənəfi (v.988/1580) də 
ehtimal var ki, bu əsəri türkcə nəzm etmişdir. 
Əlyazmalar  İnstitutunda Qurd Əfəndinin yazdığı  tərcümənin hələlik bir 
nüsxəsini aşkar etmişik. Bu əsər və müəllif haqqında ilkin olaraq məlumat 
veririk.  
Osmanlı dövründə yetişən islam alimlərindən olan Məhəmməd bin 
Ömər-ər-Rumi, Qurd Əfəndi «Rizali-xəlvətiyyə» təriqətinin başçılarından 
biri olmuшdur. Qurd Əfəndi Filibbə ( indiki Plovdiv) şəhərinin yaxınlığında 
yerləşən Tatar Bazarlığı qəsəbəsində h.931/1524 ildə anadan olmuşdur. Alim 
h.996/1588-ci ildə  şəvval ayının 6-da vəfat etmiş  və atasının yanında dəfn 
olunmuşdur.  


Rübabə Bahadurqızı 
220 
Qurd  Əfəndi məşhur Sofyalı Balı  Əfəndinin dərslərindən bəhrələnmiş, 
zahiri və batini elmləri ondan öyrənmişdir. Balı Əfəndinin vəfatından sonra 
onun yerinə keçmiş  və Sofya təkkəsində  tələbələrə  dərs verməyə 
başlamışdır. H.981/1573-də isə  İstanbul Kadırqada, Sokullu Mehmed 
Paşanın yaratdığı kiçik təkkədə vəzifə almışdır. 
Qurd Əfəndi kamil, fəzilətlər sahibi olan bir şəxsiyyət idi. Tələbəsi Əmir 
Abdülkərim  Əfəndi ustadı haqqında belə söyləmişdir: «Misirdə, Yəməndə 
oldum, neçə-neçə  təsəvvüf alimlərinin dərslərində  iştirak edib, söhbətlərini 
dinlədim. Hər birindən ayrı faidə və feyzlərə qovuşdum. Ancaq Məhəmməd 
Qurd  Əfəndiyə vasil olmadıqca tam kamala yetmədim. Ancaq ona 
qovuşduqdan sonra anlaya bildim». 
Qurd  Əfəndi bir çox tələbələr yetirmişdi. Tələbələrinin hər birindən 
hörmət və ehtiram görən alim III Sultan Muradxan tərəfindən də iltifatla 
qarşılamışdı. 
Qurd Əfəndi bir çox qiymətli əsərlər yazmışdır: «Şəriətul-islam» əsərinə 
«Mürşidül-ənam» adlı  şərhi, «Tərcüməi-şərhül-Kafiye lil-cami», «Tabirur-
Rüya», «Təfsiru surətül-Mülk», «Reyhanül-Ərvah fi tərcümətül-mirah», 
«Tərcüməi-hidaye şərhi Bidaye», «Tərcüməi-Viqayə», «Şərhu heşrul-cəzəri» 
(Qiraətə dair əsərdir) və s.  
Əlyazmalar İnstitutunda B-48 şifrəsi altında qorunub saxlanan bu nüsxə 
«Tərcümə viqayə» adlanır. «Tərcümə Viqayə»  əsəri qara mürəkkəblə  nəsx 
xəttilə Avropa istehsalı olan ağ ahərlənmiş kağıza yazılmışdır. Mətndə 
kitablar, bablar, fəsillər qırmızı mürəkkəblə nisbətən iri xətlə verilmişdir. 
Abidədə  ərəbcə ifadələr, onun qarşısında isə türkcə  tərcüməsi verilmiş, 
həmçinin  ərəbcə olan ifadələrin altından qırmızı mürəkkəblə  xətt 
çəkilmişdir. Mətn qırmızı mürəkkəblə  çərçivəyə alınmışdır. Mətnin ölçüsü 
15,3x7,5 sm, vərəqin ölçüsü 19,2x11 sm, sətir sayı 25-dir. Əlyazma Şərq və 
müasir üsulla səhifələnib. 1b-2b vərəqlərində qara mürəkkəblə iri xətlə 
əsərin fehristi verilib. Əlyazma hicri 1088/1678-ci ildə köçürülmüşdür. Cildi 
qəhvəyi rəngli kartondur. Əsər 57 kitabdan ibarətdir: «Kitəbül-Taharat» (3b-
10a), «Kitəbus-Salavat» (10a-28b), «Kitəbuz-Zəkat » (28b-35a), « Kitəbus-
Saym» (35a-39), «Kitəbul-Həçç» (39a-48b), «Kitəbun-Nigah» (48b-57b). 
«Kitəbul–Rizai» (57b-58a), «Kitəbut-Talaq» (58a-77a), «Kitəbül-İtaq» (77a-
81b), «Kitəbül-İymən» (81b-88a), «Kitəbül-Hudüd» (88a-92b), «Kitəbus-
Sirqat» (92b-95a), «Kitəbül-Cihad» (95a-102a), «Kitəbül-Ləqiyyət» (102a-


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə