Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə70/73
tarix14.07.2018
ölçüsü1,91 Mb.
#55525
1   ...   65   66   67   68   69   70   71   72   73

Azərbaycan’da xət sənəti və onun çağdaş numayəndələri 
211 
ayələrini nəsx xətti ilə yazmışdır. Tədqiqat zamanı bizə  məlum oldu ki, 
Mirzə  Əsədullah ancaq dini mətnlər yazmamamışdır. Məsələn o, xətt 
elmindən bəhs edən “Risaleyi-xətti” və tarixə dair “Təliqə dər hacvə Sultan 
Mahmud” adlı müxtəlif mövzulu kitabların katibi olmuşdur.  
 Xəttatlıq sənətində müxtəlif növ xətt nümunələri vardır. Mirzə 
Əsədullahın bu günə qədər qorunub saxlanan tablo şəklində tərtib etdiyi on 
bir xətt nümunəsi onun mükəmməl xətt ustası olduğuna bariz bir dəlilidir. O, 
ömrünün son illərində yəni 1940-cı ildə yazdığı on bir xətt nümunəsini gözəl 
bir bədii tərtibatda, çərçivəyə salmışdır. Burada xəttat kufi, nəsx, nəstəliq, 
reyhani, divani, şikəstə, sülüs və sairə xətt nümunələrini göstərmişdir.  
 Bizim  tədqiq etdiyimiz bütün əlyazmaların sonunda isə  xəttat öz adını 
qeyd etmişdir: Əsədullah bin Abidin əl-Suraxani Bədkubi. Xəttat heç bir 
yazı nümunəsində özünü mirzə olaraq tanıtdırmamışdır. Xalq ona hörmət və 
sevgisini bildirmək üçün Mirzə olaraq müraciət etmişlər. Onun mirzə kimi 
rəsmi heç bir vəzifəsi də olmamışdır. Umumiyyətlə  həyatı boyunca demək 
olar ki, ancaq xəttatlıqla məşğul olmuş  və öz sənətinin  əməyi ilə ailəsini 
dolandırmışdır. Mirzə  Əsədullahın müəllim kimi tədris ocaqlarında az bir 
vaxt ərzində fəaliyyət göstərdiyi haqqında bəzi məlumatlar da vardır. Əvvəl 
ADR dövründə BDU-da, sovet dövrünün ilk illərində isə  Ağamalıoğlu 
texnikumda hüsnü-xətdən dərs vermişdir. Lakin o, dinimizi xatırladan 
geyiminə görə texnikumdan xaric edilmişdir. Bundan sonra xəttatın 
həyatında uzun sürən  ən agır mənəvi və maddi illəri başlanır. Artıq dinin 
yasaqlandığı  və dindarların cəzalandırıldığı bir dövrdə dini mətnlərin 
yazılması  və köçürülməsi ilə  məşğul olan xəttat işsiz qalır . İnsanlığı bir 
addım belə irəli aparmayan qanunlar görə Mirzə  Əsədullah bağışlanmaz 
insafsızlıqlara düçar olur. Ona maddi yardım etmək üçün kəndin ziyalı 
gəncləri xəttatın dərs verməsi üçün kurslar açmışlar. O, bu kurslarda xəttatlıq 
ilə yanaşı, sümükdən müxtəlif bəzək  əşyaları, çərçivələrin hazırlanmasını 
öyrədirdi. Xəttatın sovet dövründə  həyat  şəraitinin ağırlaşmasının digər bir 
səbəbi isə onun dininə bağlı qalması olmuşdur. Yeni dövlətin azadlığı 
təhlükəyə salan yeni qanunları Mirzə Əsədullahın da həyatına da təsir edir. 
O, sovet dövrünün qanunlarına görə  səsvermə hüququndan məhrum edilir. 
1931-ci ildə xəttat Suraxanı kəndini tərk edir və ömrünün sonuna qədər bir 
daha o kənddə geri dönmür. 1934-cü ilədək Mirzə  Əsədullah  Əmircan 
kəndində dostu molla Ağaqulunun evində yaşayır. Onun bu illərdə necə 


Nailə Süleymanova 
212 
yaşadığı haqqında heç bir məlumat yoxdur. Mirzə  Əsədullah sümükdən, 
taxtadan gözəl fiqurlar, büstlər düzəldirdi. Xattat özünə lazım olan bütün 
xəttatlıq alətlərini də özü hazırlayardı. Onun sümükdən hazırladığı  şəkil 
üçün çərçivələrədən biri xəttatın yeganə şəkli ilə bərabər qorunub saxlanılır. 
Bu çərçivə üstündə quşlar oturmuş bir budaq halında hazırlanmışdır. Mirzə 
Əsədullah sənətlə  bərabər  şeirədə bağlı bir insan idi. O, Füzulini, Hüseyn 
Cavidi çox sevərmiş, hətta taxtadan Füzulinin büstünu yonub hazırlamışdı. 
Mirzə  Əsədullah  ərəb dilini mükəmməl bildiyi üçün xəttatlıqla yanaşı 
Qur`anın tərcüməsi ilə  də  məşğul olmuşdur. Qohumları onun Şüvələndə 
bağda Qur`an tərcümə etdiyini görmüşlər. Lakin onun bu tərcümə  işi 
qalmamışdır.  
 1934-cü  ildə Firdosinin 1000 illik yübileyi ərəfəsində  xəttat  şairə  həsr 
olunmuş albomun hazırlanması işinə cəlb edilir. O, “Şahnamə” əsərindən hər 
kəsi heyrətdə qoyan şeir nümunələri yazmış  və onun bu işini yüksək 
qiymətlədirən sovet dövləti Mirzə  Əsədullaha səsvermə huququnu yenidən 
bərpa edir. Onun xətti yenidən böyük macəralardan sonra zəfər qazandı. 
Lakin artıq  əlli iki yaşına çatmış Mirzə  Əsədullah məhz həmin ildə ilk 
müəllimi və qaynatası olan axund Cəfərqulunun  Şüvələn kəndində öz bağı 
ilə yanaşı onun üçün abadlaşdırdığı evə köçür. Övladı olmayan xəttat ancaq 
xanımından ibarət olan ailəsi ilə ömrünün sonuna qədər bu bağda yaşayır. 
Daima yeni xəyallarla yaşayan xəttat bu bağda da cürbəcür bəzək  əşyaları, 
taxtadan büstlər hazırlamaqla məşğul olur və o dövrdə insanlara çox az lazım 
olan çərəkələr yazırdı. Xəttatın belə  həyat tərzi ömrünün sonuna qədər 
davam etmişdir. 1943-cü ilin may ayının 5-də Mirzə Əsədullah Abidin oğlu 
Şüvələn kəndində, bağ evində dünyasını dəyişir. O, Şüvələn kəndinin Curlar 
məzarlığında dəfn edilmişdir.  
 XX  əsrdə yaşamış digər bir xəttat isə  Əhməd Murad oğlu  Əlizadə 
olmuşdur. Bu xəttatın həyat və yaradıcılığı haqqında məlumat toplamaq 
üçün onun şəxsi arxivini tədqiq etdik. Xəttat “Hacı Pir-Verdi” məscidinin 
doğum qeydiyyatı kitabından yazılmış  şəhadətnaməyə görə 1900-cu ilin 
dekabr ayının iyirmi ikisində Bakı şəhərində, keçmiş Karqanov küçəsi ev № 
32 dindar bir ailədə anadan olmuşdur.  
 Onun  atası Hacı Murad Əli Qənbər oğlu  Əlizadə Bakı  şəhərində 
məscidlərin birinin axundu olmuşdur. Anası Zibeydə Hacı  Kərəm qızı 
Bakının Zirə  kəndindən idi. Həyatının iyirmi ili ərzində  yəni inkar dövrü 


Azərbaycan’da xət sənəti və onun çağdaş numayəndələri 
213 
sayılan sovet dövrünə  qədər xəttat həm dini və  həm də dünyəvi elmlərdən 
mükəmməl təhsil almışdır. 
 Ə.Əlizadənin yazdığı  tərcümeyi-haldan məlum olur ki, o ilk təhsilini 
Bakı  şəhərində yerləşən məktəblərdən birində almışdır. Tərcümeyi-hal rus 
dilində yazıldığı üçün xəttatın rus dilini də yaxşı bildiyi aydın olur. XX əsrin 
əvvəllərində Azərbaycanın bir çox şəhərlərində olduğu kimi Bakıda da 
rusdilli məktəblər fəaliyyət göstərirdi.  Ə.Əlizadə  məhz bu məktəblərin 
birində dörd il ibtidai təhsil almışdır. Lakin o, məktəbə getməmişdən əvvəl 
Bakı  şəhərində  məscidlərin birinin nəzdindəki məktəbdə Qur`an oxumağı 
öyrənmiş və dini bilgilər almışdı. Məhz bu illərdə Ə.Əlizadə hüsnü-xətt ilə 
məşğul olmağa başlamışdır. O, xəttatlıq sənətinin sirlərinə daha da dərindən 
yiyələnmək üçün bir neçə il Mirzə Əsədullah Abdin oğlundan dərs almışdır.  
 İbtidai təhsilini bitirdikdən sonra xəttat Bakı  şəhərində “Nur” 
məktəbində on beş yaşına qədər, yəni dörd il oxumuşdur. Onun bu təhsil 
ocağını bitirdiyi haqqında sənəddən məlum olur ki, Ə.Əlizadə bütün 
fənlərdən “beş” alaraq məktəbi qurtarmışdır. Bu illər ərzində Ə.Əlizadə yay 
tətili zamanı atasının təkidi ilə Zirə kəndinə getmiş və orada dini biliklərini 
artırmaq üçün məsciddə oxumuşdur. “Nur” məktəbində  təhsili sona 
çatdıqdan sonra xəttat 1914-1919-cü illərdə Bakı  şəhərində “Səadət” adlı 
mədrəsədə  təhsil almışdır.  Ə.Əlizadə bu illərdəki təhsilini sovet dövrünün 
dini təhsilə qarşı olan qəddar qanunlarından gizlətmək üçün tərcümeyi-
halında “on beş yaşından üç il fars dilini öyrənmişəm” sözləri ilə  əvəz 
etmişdir. Ə.Əlizadənin dini təhsili bununla sona çatmışdır. Xəttatın sonrakı 
həyatı alışdığı dəyər hökmlərinin yeni dəyər hökmləri ilə əvəz olunduğu bir 
dövrə təsadüf edir.  
 1920-ci ildə xəttat təhsilini Pedoqoji İnstitutda davam etmək istəmişdir. 
1921-ci ildə  Ə.Əlizadə  fəhlə fakultəsi adlı sistem üzrə Pedoqoji İnstitutda 
oxumağa başlamışdır. Lakin onun təhsili yarımçıq qalmışdır. Məlumatlara 
görə Ə.Əlizadə dindar ailədən olduğu üçün institutdan çıxartmışdılar. Lakin 
tərcümeyi-halında xəttat institutdan ailəsinə  işləyib kömək etmək məqsədi 
ilə  çıxdığını qeyd edir. Bu isə  əlbətdəki o dövrün məlum səbəblərindən 
yaranan etiraf idi. Ali dini təhsili olan Ə.Əlizadə institutundan çıxdıqdan 
sonra Bakının bir çox kitabxanalarında müxtəlif vəzifələrdə  işləməyə 
başlamışdır.  Ə.Əlizadə 1922-ci ildə Bakı  şəhərindəki M.Əzizbəyov adına 
kitabxana işləməyə başlamışdır. Onun arxivindəki sənədlərdən məlum olur 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə