Balıqçılıq haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 207,22 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix30.12.2017
ölçüsü207,22 Kb.
#18669
1   2   3   4   5   6   7   8

Balıqçılıq  əhəmiyyətli su  obyektlərinə zərərli  təsirin  yol  verilən  normaları  və 

onların təsdiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

 

M a d d ə   2 6 .  Balıqçılıq su obyektlərinin balıqçılıq təsərrüfatı monitorinqi 



Balıqçılıq  təsərrüfatı monitorinqi  balıqçılıq su  obyektlərində baş verən  neqativ 

proseslərin  vaxtında  aşkara çıxarılması və qiymətləndirilməsi,  bu  proseslərin 

inkişafının  proqnozlaşdırılması və zərərli  təsirinin  qarşısının  alınması,  həyata 

keçirilən balıqmühafizə tədbirlərinin səmərəliliyinin təmin edilməsi məqsədilə suların 

hidroloji,  ixtioloji  və hidrogeoloji  göstəricilərinə müntəzəm  müşahidə sistemindən 

ibarətdir.



[87]

 

Balıqçılıq  su  obyektlərinin balıqtəsərrüfatı monitorinqi ətraf  mühitin və  təbii 



ehtiyatların dövlət monitorinqi sisteminin tərkib hissəsidir.

[88]

 

Balıqçılıq 



su 

obyektlərinin balıqtəsərrüfatı monitorinqi 

Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada aparılır. 

  

M a d d ə   2 7 .  Balıqçılıq su obyektlərinin balıqçılıq təsərrüfatı kadastrı 

Balıqçılıq  su  obyektlərinin  balıqçılıq  təsərrüfatı  kadastrı  balıqçılıq  əhəmiyyətli 

su  obyektləri,  onların  su  rejimi,  balıq  və  digər  su  bioresursları,  bu  ehtiyatlardan 

istifadə və istifadəçilər barədə məlumatların məcmusudur.  

Balıqçılıq su obyektlərinin balıqçılıq təsərrüfatı kadastrı dövlət ekoloji kadastrın 

tərkib  hissəsidir  və Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə müəyyən 

edilmiş qaydada vahid sistem üzrə aparılır. 

 

M a d d ə   2 8 .  Layihə sənədlərinin balıqçılıq təsərrüfatı ekspertizası 



Balıqçılıq əhəmiyyətli su obyektlərinin vəziyyətinə təsir edə bilən müəssisələrin, 

qurğuların  və digər  obyektlərin  tikintisi  və yenidən  qurulması layihələrinin  müvafiq 




normativlərə, 

texniki şərtlərə və tələblərəuyğunluğunu 

müəyyən 

etmək 


məqsədilə layihə sənədlərinin balıqçılıq təsərrüfatı ekspertizası aparılır.  

Balıqçılıq əhəmiyyətli su obyektlərinin təsir dairəsində yerləşən aşağıdakı tikinti 

işləri layihələrinin balıqçılıq təsərrüfatı ekspertizası məcburidir: 

su  mühafizə zonalarında  və sahilboyu  zolaqlarda  suların  vəziyyətinə təsir  edən 

sənaye,  hidroenergetika,  neftayırma,  kimya  və neft-kimya,  ağac  və gön-dəri 

emalı obyektlərinin tikintisi və yenidən qurulması; 

balıqçılıq su  obyektlərində faydalı qazıntıların  hasil  edilməsi,  geoloji-kəşfiyyat, 

partlayış, qazma, dibdərinləşdirmə işlərinin aparılması, yeraltı qurğuların tikintisi; 

kabellərin çəkilməsi,  qaz,  neft  və kimya  məsullarının  nəqli üçün  sualtı boru 

kəmərlərinin və terminallarının quraşdırılması; 

dərman  preparatlarının,  pestisidlər,  herbisidlər,  mineral  gübrələr,  radioaktiv 

və zəhərli  kimyəvi  maddələrin  istehsalı,  saxlanılması,  istifadəsi,  zərərsizləşdirilməsi 

və məhv edilməsi; 

sənaye,  məişət,  kommunal  su  buraxıcılarının,  su  anbarlarının,  kanalizasiya 

qurğularının,  boru  kəmərlərinin,  meliorasiya  və irriqasiya şəbəkələrinin  tikintisi 

və quraşdırılması; 

akvakultura təsərrüfatlarının tikintisi və yenidən qurulması;  

müvafiq  icra  hakimiyyəti  orqanı tərəfindən  müəyyən  edilmiş digər  obyektlərin 

tikintisi və yenidən qurulması. 

Balıqçılıq  təsərrüfatı  ekspertizası  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən 

etdiyi qaydada aparılır.  

 

M a d d ə   2 9 .  Su təsərrüfatı obyektlərinin istismarına dair tələblər 



Balıqçılıq əhəmiyyətli su 

obyektləri üzərində inşa 

edilmiş su 

təsərrüfatı obyektləri aşağıdakı şərtlərə əməl edilməklə istismar oluna bilər:  




su  bəndlərinin  dövrəsində,  balıqların  kürütökmə yerlərinə keçidini  təmin  edən, 

balıqburaxıcı qurğular quraşdırıldıqda; 

balıq  və  digər  su  bioresurslarının çoxalma,  kürütökmə,  qışlama  dövründə su 

anbarlarında suların səviyyəsi tələb olunan həddə saxlanıldıqda; 

hidrotexniki, 

sugötürücü və suburaxıcı qurğular, 

irriqasiya 

sistemləri 

balıqqoruyucu qurğularla təchiz edildikdə; 

balıqların 

kürütökmə və qışlama 

yerlərində, 

habelə balıq 

körpələrinin 

toplandığı sahələrdə sugötürücü və suburaxıcı qurğular yerləşdirilmədikdə; 

kommunal-təsərrüfat,  neft-mədən,  neft-kimya,  neftayırma  və balıq  və  digər  su 

bioresurslarının məskunlaşdığı mühitə zərərli  təsir  edən  digər  sənaye  obyektlərinin 

istismarı ekoloji tələblərə cavab verdikdə; 

çayların  aşağı hissəsində balıq  və  digər  su  bioresurslarının artırılmasına 

münasib şərait  yaratmaq  məqsədilə su  anbarlarının  alt  hissəsinə kifayət  həcmdə su 

buraxıldıqda. 

Balıqçılıq  əhəmiyyətli  su  obyektləri  üzərində  inşa  edilmiş  su  təsərrüfatı 

obyektlərinin  istifadəyə  verilməsi  müvafiq  icra  hakimiyyəti  orqanları  ilə 

razılaşdırılmalıdır. 

  

M a d d ə   3 0 .  Su mühafizə zonaları 



Su  mühafizə zonası su  obyektinin  akvatoriyasına  bitişik, üzərində təbii 

ehtiyatların  istifadəsi,  mühafizəsi  və digər  təsərrüfat  fəaliyyətinin  həyata 

keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir. 

Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir. 

Qiymətli  balıq  növlərinin  kürütökmə yerləri  olan çayların,  onların  qollarının, 

göllərin  və digər  sututarların,  habelə balıqartırma  müəssisələrinin  fəaliyyət 

göstərdiyi su  mühafizə  zonalarında  və  sahil  mühafizə  zolaqlarında  müvafiq  icra 



hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada  balıq  və  digər  su  bioresurslarının 

xüsusi mühafizə rejimi tətbiq edilir.  

Xəzər 

dənizinin 



(gölünün) 

və digər balıqçılıq su 

obyektlərinin 

sahil 


mühafizə zolaqlarında  torpaqların şumlanması və əkilməsi,  meşələrin  kəsilməsi, 

qırılması və kökündən çıxarılması,  qəbiristanlıqların,  heyvandarlıq  fermalarının, 

düşərgələrinin,  zibilxanaların  yerləşdirilməsi,  habelə su  qanunvericiliyi  ilə müəyyən 

edilmiş digər fəaliyyət növləri qadağan edilir.  

Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçüləri, sərhədləri 

və istifadə qaydaları Azərbaycan  Respublikasının  su  qanunvericiliyi  ilə müəyyən 

edilir. 

   


V I   f ə s i l  

 

Balıqçılığın iqtisadi tənzimlənməsi 



  

M a d d ə   3 1 .  Balıqçılığın iqtisadi tənzimlənməsinin əsas prinsipləri 

Balıqçılığın iqtisadi tənzimlənməsi aşağıdakı prinsiplərə əsaslanır: 

balıq  və  digər  su  bioresurslarından  istifadəyə  ödəmələr,  balıq  və  digər  su 

bioresurslarının qeyri-qanuni ovuna cərimələr;  

balıq və  digər  su  bioresurslarının artırılmasının,  bərpasının,  mühafizəsinin 

və balıqçılığın elmi təminatının dövlət büdcəsi və büdcədənkənar ödəmələr hesabına 

maliyyələşdirilməsi;  

balıq və digər su bioresurslarına vurulan zərərin kompensasiyası;  

balıq və  digər  su  bioresurslarının səmərəli  istifadəsi,  bərpası və mühafizəsinin 

stimullaşdırılması; 

akvakulturanın iqtisadi stimullaşdırılması; 




akvakultura  məhsulunun  rəqabət  qabiliyyətini  təmin  etmək  məqsədilə  fiskal 

siyasətin həyata keçirilməsi.  

 

M a d d ə   3 2 .  Balıq  və  digər  su  bioresurslarından  istifadəyə  ödəmələr  və 



qeyri-qanuni ova cərimələr 

Azərbaycan  Respublikasının  qanunvericiliyində nəzərdə tutulmuş hallar  istisna 

olmaqla, dövlət mülkiyyətində olan təbii balıqçılıq su obyektlərində balıq və digər su 

bioresurslarından istifadə ödənişlidir.  

Dövlət  mülkiyyətində  olan  təbii  balıqçılıq  su  obyektlərində  balıq  və  digər  su 

bioresurslarından ödənişli 

istifadənin 

məqsədi balıq 

və 

digər 


su 

bioresurslarının öyrənilməsinə,  artırılmasına,  bərpasına  vəmühafizəsinə yönəldilən 

dövlət 

xərclərini ödəmək, balıq 



və 

digər 


su 

bioresurslarından səmərəli 

istifadə olunmasına  və mühafizəsinin  yaxşılaşdırılmasına  maddi  maraq  yatarmaq 

və balıqçılığın inkişafına investisiya qoyuluşunu stimullaşdırmaqdan ibarətdir.  

Dövlət  mülkiyyətində  olan  təbii  balıqçılıq  su  obyektlərində  balıq  və  digər  su 

bioresurslarından istifadəyə görə ödəmələr və balıq və digər su bioresurslarının qeyri-

qanuni  ovuna cərimələr balıq  və  digər  su  bioresurslarının növündən,  onların 

ovu üsullarından,  ov  alətlərinin  və texniki  vasitələrin  növündən,  habelə su 

obyektlərinin təyinatından asılı olaraq differensiallaşdırılır.  

Müqavilə  ilə  istifadəyə  və  ya  icarəyə  verilmiş  dövlət  mülkiyyətində,  bələdiyyə 

mülkiyyətində  və  ya  xüsusi  mülkiyyətdə  olan  balıqçılıq  su  obyektlərində  balıq  və 

digər  su  bioresurslarından  istifadəyə  ödəmələr  bu  maddənin  üçüncü  hissəsində 

göstərilənlər nəzərə alınmaqla həmin müqaviləyə uyğun həyata keçirilir.  

Dövlət  mülkiyyətində  olan  təbii  balıqçılıq  su  obyektlərində  balıq  və  digər  su 

bioresurslarından istifadəyə görə güzəştlərin  tətbiqi  Azərbaycan  Respublikasının 

müvafiq qanunvericiliyi ilə tənzimlənir. 




Dövlət  mülkiyyətində  olan  təbii  balıqçılıq  su  obyektlərində  balıq  və  digər  su 

bioresurslarından istifadəyə görə ödəmələrin 

növləri, 

dərəcələri, 

tətbiq 

edilmə qaydaları və balıq  və  digər  su  bioresurslarının  qeyri-qanuni  ovuna cərimələr 



müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 

Bu Qanunun 32-ci maddəsi akvakultura təsərrüfatlarına şamil edilmir.  

 

Maddə  33. Balıq  və  digər  su  bioresurslarının  artırılmasının,  bərpasının, 



mühafizəsinin və balıqçılığın elmi təminatının maliyyələşdirilməsi 

Balıq  və  digər  su  bioresurslarının  artırılmasının,  bərpasının,  mühafizəsinin, 

balıqçılığın  elmi  təminatının  və  balıqçılıq  sahəsində  digər  tədbirlərin,  habelə 

balıqçılığın  inkişafı proqramlarının  maliyyələşdirilməsini  təmin  etmək  məqsədilə  su 

bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu yaradılır. 

Fond  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  yaradılır  və  fəaliyyəti  həmin 

orqan tərəfindən təsdiq edilən Əsasnamə ilə tənzimlənir. 

Dövlət  mülkiyyətində  olan  balıqçılıq  su  obyektlərində  balıq  və  digər  su 

bioresurslarının  süni  artırılması,  bərpası,  mühafizəsi  və  balıqçılıq  təsərrüfatı 

meliorasiyası işləri Fondun vəsaitləri və dövlət vəsaiti hesabına maliyyələşdirilir. 

Nərə  cinsli  balıqların  və  digər  qiymətli  balıq  növlərinin  artırılması  və  bərpası 

dövlət tərəfindən stimullaşdırılır. 

Müqavilə  ilə  istifadəyə  və  ya  icarəyə  verilmiş  dövlət  mülkiyyətində,  bələdiyyə 

mülkiyyətində  və  ya  xüsusi  mülkiyyətdə  olan  balıqçılıq  su  obyektlərində 

balıqartırma, balıqyetişdirmə və balıqçılıq təsərrüfatı meliorasiyası işləri balıqçılıq su 

obyektlərinin  mülkiyyətçiləri,  istifadəçiləri  və  ya  icarəçiləri  tərəfindən 

maliyyələşdirilir.  Balıqçılığın  elmi  təminatı  məqsədli  proqramlar  əsasında  dövlət 

vəsaiti  və  Fondun  vəsaiti  hesabına  müvafiq  elmi-tədqiqat  müəssisələri  tərəfindən 

həyata keçirilir. 

  



M a d d ə   3 4 .  Balıq və digər su bioresurslarına vurulan zərərin ödənilməsi 

Təsərrüfat  obyektlərinin  tikintisindən,  istismarından,  habelə balıqçılıq su 

obyektlərində müxtəlif  fəaliyyət  növlərindən  balıq və  digər  su  bioresurslarına dəyən 

zərərli  təsirin  qarşısının  alınmasımümkün  olmadıqda  balıq və  digər  su 

bioresurslarına vurulan zərər təqsirkar şəxslər tərəfindən kompensasiya edilir.  

Kompensasiya  vəsaitləri  balıq  və  digər  su  bioresurslarının artırılmasına, 

bərpasına,  habelə  balıqmühafizə  və  balıqçılıq  təsərrüfatı  meliorasiyası  işlərinə 

yönəldilir.  

  

M a d d ə   3 5 .   Balıq  və  digər  su  bioresurslarının  mühafizəsi  və 



akvakulturanın stimullaşdırılması 

Azərbaycan 

Respublikasının 

qanunvericiliyində balıq 

və 

digər 


su 

bioresurslarının mühafizəsi və  akvakultura sahələrində məqsədli  investisiya,  qiymət, 

kredit və vergi siyasəti həyata keçirilir.  

Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin və balıq və digər 

su  bioresurslarının  qeyri-qanuni  ovuna  cərimələrin  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən  müəyyən  edilmiş  hissəsi  balıq  və  digər  su  bioresurslarının artırılması, 

bərpası və mühafizəsinin stimullaşdırılmasına yönəldilir.  

Akvakultura  ilə  məşğul  olan  fiziki  və  hüquqi  şəxslərə  Azərbaycan 

Respublikasının  Vergi  Məcəlləsi  ilə  müəyyən  edilən  hallarda  və  qaydada  vergi 

azadolmaları və güzəştləri tətbiq edilir.  

 

V I I   f ə s i l  



 

Beynəlxalq əməkdaşlıq 

 


M a d d ə   3 6 .  Xəzər dənizində (gölündə) balıq və digər su bioresurslarının 

artırılması, istifadəsi və mühafizəsi ilə bağlı beynəlxalq əməkdaşlıq 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları Xəzər dənizinin 

(gölünün) 

bioloji  ehtiyatlarının öyrənilməsində,  suların  ekoloji,  hidroloji, 

hidrogeoloji,  texnoloji  normalarının  hazırlanmasında  və  zərərli  təsirin  qarşısının 

alınmasında,  habelə  balıq  və  digər  su  bioresurslarının  artırılması,  istifadəsi 

və mühafizəsində iştirak edirlər və məlumatlar mübadiləsini həyata keçirirlər. 

Xəzər  dənizində  (gölündə)  balıq  və  digər  su  bioresurslarının artırılması, 

bərpası və istifadəsinin  kvotaları  Xəzəryanı  dövlətlər  arasında  bağlanmış 

beynəlxalq müqavilələr əsasında müəyyən edilir. 

  

M a d d ə   3 7 .  Azərbaycan  Respublikasının  hüquqi  və  fiziki  şəxslərinin 



xarici  dövlətlərin  su  hövzələrində  balıq və  digər  su  bioresurslarından istifadə 

hüququ 

Azərbaycan  Respublikasının  hüquqi  və fiziki şəxsləri  xarici  dövlətlərin  su 

hövzələrində və dünya 

okeanının 

açıq 

sahələrində balıq və 



digər 

su 


bioresurslarından istifadə edə bilərlər. 

Azərbaycan  Respublikasının  hüquqi  və fiziki şəxsləri  tərəfindən  xarici 

dövlətlərin  su  hövzələrində və dünya  okeanının  açıq  sahələrində ovlanmış və emal 

edilmiş balıq məhsulları idxal məhsulları hesab edilmir. 

Xarici dövlətlərin su hövzələrində və dünya okeanının açıq sahələrində balıq və 

digər  su  bioresurslarından istifadə qaydaları Azərbaycan  Respublikasının tərəfdar 

çıxdığı 

beynəlxalq 

müqavilələr, 

habelə digər 

beynəlxalq 

hüquq 


normaları ilə müəyyən edilir.  

 



M a d d ə   3 8 .  Xarici  dövlətlərin  hüquqi  və  fiziki  şəxslərinin  Azərbaycan 

Respublikasının  su  hövzələrində  balıq və  digər  su  bioresurslarından istifadə 

hüququ 

Xarici  dövlətlərin  hüquqi  və fiziki şəxsləri  Azərbaycan  Respublikasının  su 

hövzələrində balıq və digər su bioresurslarından istifadə edə bilərlər. 

Xarici dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasında balıq və 

digər  su  bioresurslarından  istifadə  hüququnu  Azərbaycan  Respublikasının 

qanunvericiliyində nəzərdə tutulmuş qaydada əldəedirlər. 

Xarici  dövlətlərin  hüquqi  və fiziki şəxslərinin  Azərbaycan  Respublikasında 

balıq və  digər 

su 

bioresurslarından istifadə haqqı və qaydaları müvafiq 



icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

 

M a d d ə   3 9 .  Beynəlxalq müqavilələr 



Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə balıq və 

digər  su  bioresurslarının  artırılması,  istifadəsi  və  mühafizəsi  üzrə  müəyyən  edilmiş 

qaydalar  bu  Qanunda  nəzərdə tutulmuşqaydalardan  fərqli  olduqda  beynəlxalq 

müqavilələrin qaydaları tətbiq edilir.  

   

V I I I   f ə s i l  



 

Balıqçılıq fəaliyyəti üzrə mübahisələrin həlli və qanunvericiliyin pozulmasına 

görə məsuliyyət 

 

 

M a d d ə   4 0 .  Balıqçılıq  haqqında  qanunvericiliyin  pozulması  ilə  bağlı 

əqdlərin etibarsızlığı 

Balıqçılıq  haqqında  qanunvericiliyin  tələblərini  pozmaqla  bağlanmış əqdlər 

etibarsızdır. 



 

M a d d ə   4 1 .  Balıqçılıq  haqqında  qanunvericiliyin  pozulmasına  görə 



məsuliyyət 

Balıqçılıq  haqqında  qanunvericiliyin  pozulmasında  təqsiri  olan şəxslər 

Azərbaycan  Respublikasının  qanunvericiliyində nəzərdə tutulmuş qaydada  mülki, 

intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. 

Xarici  dövlətlərin  su  hövzələrində balıqçılıq  haqqında  qanunvericiliyi 

pozmuş Azərbaycan 

Respublikasının 

hüquqi 


və fiziki şəxsləri 

Azərbaycan 

Respublikasının tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə ,  sazişlərinə,  habelə digər 

beynəlxalq hüquq normalarına uyğun olaraq məsuliyyət daşıyırlar.  

Azərbaycan  Respublikasının  balıqçılıq  su  obyektlərində  balıqçılıq  haqqında 

qanunvericiliyi  pozmuş  xarici  dövlətlərin  hüquqi  və  fiziki  şəxsləri  Azərbaycan 

Respublikasının  qanunvericiliyində  və  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə 

nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.  

 

M a d d ə   4 2 .  Balıqçılıq fəaliyyəti üzrə mübahisələrin həlli 



Balıqçılığın  təşkili,  balıq  və  digər  su  bioresurslarının artırılması,  istifadəsi 

və mühafizəsi ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 



  

Azərbaycan Respublikasının Prezidenti 

Heydər Əliyev 

Bakı şəhəri, 27 mart 1998-ci il 

№ 457-IQ 

Yüklə 207,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə