Balıqçılıq haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 207,22 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix30.12.2017
ölçüsü207,22 Kb.
#18669
1   2   3   4   5   6   7   8

ovu alətləri, texniki vasitələri saxlamaq, quraşdırmaq, müvəqqəti yaşayış və istehsalat 

təyinatlı binalar tikmək;  

mülkiyyətlərində  və  ya  istifadələrində  olan  torpaqlarda  yerləşən  nohurlardan, 

axmazlardan, gölməçələrdən akvakultura üçün istifadə etmək;  

balıqçılıq 

sahəsində keçirilən 

konfranslarda, 

simpoziumlarda, 

sərgilərdə və hərraclarda  iştirak  etmək  və müvafiq  orqanlardan  müəyyən 

olunmuş qaydada elmi, texnoloji, statistik və digər məlumatlar almaq;  

qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 

 

M a d d ə   1 6 .   Balıq  və  digər  su  bioresurslarından  istifadə  hüquqlarının 



dayandırılması 

Balıqçılıq fəaliyyəti subyektlərinin 

balıq və 

digər 


su 

bioresurslarından istifadə hüquqları aşağıdakı hallarda dayandırılır:  

balıq və digər su bioresurslarının istifadəsindən könüllü imtina edildikdə;  

balıqçılıq üzrə sahibkarlıq fəaliyyəti dayandırıldıqda; 

balıq və digər su bioresurslarından istifadə hüququ başa çatdıqda; 

balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələr verilmədikdə; 

balıqçılıq 

su 


obyektlərində 

ətraf 


mühitin 

mühafizəsi, sanitariya 

qaydaları pozulduqda və su obyektlərindən başqa məqsədlər üçün istifadə edildikdə;  

balıqçılıq su obyektlərində müqavilə şərtləri pozulduqda və ya bu sahələr qeyri-

qanuni olaraq başqa şəxslərin istifadəsinə verildikdə;  

balıqçılıq  haqqında  Azərbaycan  Respublikasının  qanunvericiliyi  mütəmadi 

olaraq pozulduqda. 

Balıq və digər su bioresurslarından istifadə hüquqlarının dayandırılması müvafiq 

hallarda  məhkəmənin  və müvafiq  icra  hakimiyyəti  orqanının  qərarı əsasında  həyata 

keçirilir. 

  



M a d d ə   1 7 .  Balıqçılıq fəaliyyəti subyektlərinin vəzifələri 

Balıqçılıq fəaliyyəti subyektlərinin vəzifələri aşağıdakılardır: 

balıqçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etmək; 

balıq  və  digər  su  bioresurslarından  balıqovlama  biletində,  bioloji  və  texnoloji 

əsaslandırmada göstərilən müddətlər, ölçülər və növlər hüququnda istifadə etmək;  

balıq və digər su bioresurslarının məskunlaşdığı təbii şəraitə mənfi təsir göstərə 

bilən  yeni  balıq  və  digər  su  bioresursları  növlərinin  ,  digər  su  heyvanları  və 

bitkilərinin mühitə uyğunlaşdırılmasına yol verməmək;  

balıqçılıq  su  obyektlərində  balıq  və  digər  su  bioresurslarının məhsuldarlığının 

yüksəldilməsinə yönəldilən balıqçılıq təsərrüfatı meliorasiyası işləri aparmaq;  

balıqçılıq  su  obyektlərində  suyun  keyfiyyətinin  müvafiq  standartlara  uyğun 

olmasını təmin etmək;  

satışa çıxarılan  balıq  və  digər  su  heyvanları məhsullarına,  onların  mənşəyini, 

keyfiyyətini, növünü və həcmini əks etdirən müşayiətedici sənədlər təqdim etmək;  

müvafiq icra hakimiyyəti orqanının yazılı göstərişlərinə əməl etmək; 

balıqçılıq fəaliyyəti üzrə sanitariya, baytarlıq, fitosanitar və karantin qaydalarına 

riayət etmək;  

bioloji  və  texnoloji  əsaslandırmada  nəzərdə  tutulmayan  balıq  və  digər  su 

bioresursları  növlərindən  və  balıq  yemləri  standartlarına  uyğun  olmayan  yemlərdən 

istifadə etməmək; 

müəyyən  edilmiş  qaydada  uçot-hesabat  işləri  aparmaq  və  müvafiq  orqanlara 

məlumat vermək; 

qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

   


I V   f ə s i l  

 

Balıq və digər su bioresurslarının artırılması, bərpası və mühafizəsi 




 

M a d d ə   1 8 .  Balıq və digər su bioresurslarının artırılması və bərpası 

Balıq  və  digər  su  bioresurslarının  artırılması  və  bərpası  balıqçılıq  su 

obyektlərində  onların  növlərinin  təbii  ehtiyatlarının  qorunub  saxlanması  və 

akvakulturanın inkişafının təmin edilməsi məqsədilə aparılır. 

Balıq və digər su bioresurslarının artırılması və bərpası ixtisaslaşdırılmış dövlət 

balıqartırma  müəssisələri  və  bu  işlərin  aparılması  üçün  müvafiq  texniki  imkanları 

olan  hüquqi  və  fiziki  şəxslər  tərəfindən,  bioloji  və  texnoloji  əsaslandırma  əsasında 

həyata keçirilir.  

Dövlət sifarişi ilə akvakultura təsərrüfatlarında balıq və digər su bioresurslarının 

artırılması və bərpası müvafiq icra hakimiyyəti orqanı ilə bağlanan müqavilə əsasında 

həyata keçirilir.  

Azərbaycan  Respublikasının  Qırmızı  Kitabına daxil  edilmiş,  habelə nərə  cinsli 

və digər qiymətli vətəgə əhəmiyyətli balıq növlərinin artırılması və bərpası  müvafiq 

elmi-tədqiqat  müəssisələrinin  alimlərinin  vəyüksək  ixtisaslı  mütəxəssislərin  nəzarəti 

altında, məqsədli dövlət proqramları əsasında həyata keçirilir. 

Süni  yolla  istehsal  edilmiş və balıqçılıq  su  obyektlərinə buraxılmış balıq 

körpələri müvafiq qaydada uçota alınır.  

Balıq və digər su bioresurslarının artırılması və bərpası  müvafiq qaydada təsdiq 

edilmiş təlimatlara uyğun olaraq həyata keçirilir. 

 

Maddə 19. Balıq və digər su bioresurslarının məhsuldarlığının artırılması 



Balıq  və  digər  su  bioresurslarının  məhsuldarlığının  artırılması  məqsədilə 

balıqçılıq  su  obyektlərində  balıqçılıq  təsərrüfatı  meliorasiyası,  balıq  və  digər  su 

bioresurslarının iqlimləşdirilməsi həyata keçirilir. 

Balıqçılıq  təsərrüfatı  meliorasiyası  işləri  ixtisaslaşdırılmış  dövlət  balıqartırma 

müəssisələri və bu işlərin aparılması üçün müvafiq texniki imkanları olan hüquqi və 



Yüklə 207,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə