Balıqçılıq haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 207,22 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix30.12.2017
ölçüsü207,22 Kb.
#18669
1   2   3   4   5   6   7   8

bioresurslarının ovlanması və artırılması ilə məşğul  olan  hüquqi  və fiziki şəxslərin 

obyektlərinə,  habelə balıqçılıq su  obyektləri ətrafında  yerləşən  sənaye,  energetika, 

kənd  təsərrüfatı və digər  obyektlərə qanunvericiliklə müəyyən  edilmiş qaydada  daxil 

olmaq və balıqçılıq haqqında qanunvericiliyə əməl edilməsini yoxlamaq;



[74]

 

balıq və digər su bioresurslarının ovu ilə məşğul olan fiziki və hüquqi şəxslərə 



qanunvericiliyin  tələblərinin  pozulması  hallarının  aradan  qaldırılması  barədə  icrası 

məcburi olan göstərişlər vermək;



[75]

 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə müəyyən  edilmiş digər 



hüquqları həyata keçirmək. 

Balıq  və  digər  su  bioresurslarının  qeyri-qanuni  ovu  ilə  məşğul  olan  hüquqi  və 

fiziki  şəxslərin  əldə  etdikləri  balıq  məhsulları  və  ov  alətləri  Azərbaycan 

Respublikasının  İnzibati  Xətalar  Məcəlləsi  ilə  müəyyən  edilmiş  qaydada  müsadirə 

edilə bilər.

[76]

 

Dövlət 



balıqmühafizə xidmətinin 

vəzifəli şəxslərinin 

xüsusi 

geyim 


forması daşıması, xidməti silah saxlaması və gəzdirməsi Azərbaycan Respublikasının 

normativ hüquqi aktları ilə müəyyən edilir. 

Dövlət 

balıqmühafizə xidmətinin 



vəzifəli şəxsləri 

yalnız 


Azərbaycan 

Respublikasının  qanunvericiliyi  ilə nəzərdə tutulmuş hallarda  və qaydada  fiziki  güc, 

xüsusi vasitə və odlu silah tətbiq edə bilərlər. 

Dövlət balıqmühafizə xidmətinin vəzifələri aşağıdakılardır:



[77]

 

balıq və digər su bioresurslarının və onların məskunlaşdığı mühitin mühafizəsini 



təmin etmək; 

balıq  və  digər  su  bioresurslarının  artırılması,  bərpası,  istifadəsi,  mühafizəsi  və 

qorunması sahəsində hüquqpozmaların qarşısını almaq və onları aradan qaldırmaq; 

müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  hallarda  inzibati  xətalar 

haqqında işlərə baxmaq və ya onları baxılması üçün məhkəməyə göndərmək



balıqçılıq  haqqında  qanunvericiliyin  pozulmasına  yol  verən  şəxslərin 

məsuliyyətə cəlb edilməsi barədə materialları müvafiq orqanlara göndərmək; 

müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  hallarda  və  qaydada  balıq 

və  digər  su  bioresurslarının  ovunun  məhdudlaşdırılması,  dayandırılması  və  ya  ona 

xitam verilməsi üçün tədbirlər görmək. 

   

Maddə 22. Dövlət akvakultura xidmətinin hüquq və vəzifələri

[78]

 

 Dövlət akvakultura xidmətinin hüquqları aşağıdakılardır: 

akvakultura  təsərrüfatlarına  xidməti  vəsiqəni  təqdim  etməklə  daxil  olmaq  və 

balıqçılıq haqqında qanunvericiliyə əməl edilməsini yoxlamaq; 

akvakultura  subyektlərindən  akvakultura  üçün  bioloji  və  texnoloji 

əsaslandırmanı tələb etmək; 

fəaliyyətin  bioloji  və  texnoloji  əsaslandırmanın  tələblərinə  uyğunluğunu 

araşdırmaq; 

akvakultura  subyektlərinə  qanunvericiliyin  tələblərinin  pozulması  hallarının 

aradan qaldırılması barədə icrası məcburi olan göstərişlər vermək; 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  digər 

hüquqları həyata keçirmək. 

Dövlət akvakultura xidmətinin vəzifələri aşağıdakılardır: 

akvakulturanın  inkişafını  təmin  edən  dövlət,  regional  və  yerli  proqramların 

hazırlanmasında iştirak etmək; 

akvakultura subyektlərinə bioloji və texnoloji əsaslandırmanın hazırlanması ilə 

bağlı məsləhətlər vermək; 

akvakultura  subyektlərinin  bu  Qanunun  tələblərinə  uyğun  fəaliyyət 

göstərməsinə müvafiq köməklik göstərmək



müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  hallarda  və  qaydada 

akvakultura  subyektinin  fəaliyyətinin  məhdudlaşdırılması,  dayandırılması  və  ya  ona 

xitam verilməsi üçün tədbirlər görmək. 

   


V   f ə s i l  

 

Balıq və digər su bioresurslarının məskunlaşdığı mühitin mühafizəsi 



  

M a d d ə   2 3 .  Balıq və  digər  su  bioresurslarının məskunlaşdığı  mühitin 



mühafizəsinə tələblər 

  

Balıq və  digər  su  bioresurslarının  məskunlaşdığı  mühitə,  balıqçılıq  su 



obyektlərinə  və  sahilboyu  zolaqlara  (zonalara)  zərərli  təsir  göstərə bilən 

müəssisələrin,  qurğuların,  digər  obyektlərin  layihələşdirilməsi,  yerləşdirilməsi, 

tikintisi,  yenidən  qurulması  və  istifadəsini  həyata  keçirən  hüquqi  və  fiziki  şəxslər 

balıq  və  digər  su  bioresurslarının  mühafizəsi,  artırılması,  yerdəyişməsi  və qışlaması 

üçün  əlverişli  şərait  yaratmalı,  onların  məskunlaşma  və nəsilartırma  mühitinin 

toxunulmazlığını təmin etməlidirlər.  

Qiymətli növ balıq və digər su bioresurslarının artırılması, bərpası və qorunması 

üçün  mühüm  balıqçılıq  su  obyektlərində  və  ya  onların  ayrı-ayrı  hissələrində  sudan 

istifadə  edənlərin  hüquqları  balıqçılığın  mənafeyi  hesabına  məhdudlaşdırıla  bilər. 

Belə  su  obyektlərinin  siyahısı  və  sudan  istifadənin  məhdudlaşdırılması  qaydaları 

müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.  

 



M a d d ə  

2 4 .  Balıqçılıq əhəmiyyətli su  obyektlərinin  çirklənmədən, 



zibillənmədən və dayazlaşmadan qorunması 

Balıqçılıq əhəmiyyətli su 

obyektlərinin çirklənmədən, 

zibillənmədən 

və dayazlaşmadan  qorunması məqsədilə aşağıdakı tədbirlərin  həyata  keçirilməsi 

qadağan edilir: 

müvafiq 

icra 


hakimiyyəti 

orqanının 

razılığı olmadan 

balıqların 

kürütökmə yerlərində bənd çəkmək və dağılmış bəndləri bərpa etmək; 

müvafiq  icra  hakimiyyəti  orqanlarının  razılığı ilə sanitariya,  hidrotexniki 

və meliorasiya  tədbirlərinin  görülməsi  halları istisna  olmaqla, çaylarda, çay 

qollarında  və kanallarda  qalaqlar  yaratmaq  və ya  su  axınının  qarşısını kəsmək, 

göllərdən və limanlardan suyu buraxmaq; 

balıqçılıq su obyektlərinin üzərindəki qar və buz örtüyünü radioaktiv və zəhərli-

kimyəvi  maddələrlə,  gön-dəri,  ağac  və  neft  emalı məhsulları ilə çirkləndirmək 

və zibilləndirmək, onların tullantılarını balıqçılıq su obyektlərinə axıtmaq;  

dibdərinlətmə  və  dibtəmizləmə  işləri  zamanı  qazılmış  torpağı  balıqların 

kürütökmə yerlərinə və qışladığı çuxurlara yığmaq. 

Balıqçılıq  əhəmiyyətli  su  obyektlərinə  sənaye,  kommunal,  məişət,  drenaj  və 

digər tullantı sularının axıdılması Azərbaycan Respublikasının su qanunvericiliyində 

nəzərdə tutulmuş qaydada həyata keçirilir. 

  

M a d d ə   2 5 .   Balıqçılıq  əhəmiyyətli  su  obyektlərinə  zərərli  təsirin  yol 



verilən normaları 

Balıqçılıq  əhəmiyyətli  su  obyektlərinə  zərərli  təsirin  yol  verilən  normaları 

uzunmüddətli  təsiri  ilə  su  obyektlərinin  ekosistemində  dəyişikliklərə  gətirib 

çıxarmayan  antropogen  təsirin  yol  verilən  həddinin  həcmi  və  bu  obyektə  və  ya 

onların  sutoplayıcı  sahəsinə  axıdılan,  yaxud  daxil  ola  bilən  zərərli  maddələrin  yol 

verilən həddinin miqdarı əsasında müəyyən edilir. 




Yüklə 207,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə