Bank ifrs 06-e



Yüklə 1,61 Mb.
səhifə6/24
tarix14.09.2018
ölçüsü1,61 Mb.
#68456
1   2   3   4   5   6   7   8   9   ...   24

Qeyri-maddi aktivlər




Ayrı-ayrılıqda alınmış qeyri-maddi aktivlər

Müəyyən istismar ömrü olan ayrı-ayrılıqda alınmış qeyri-maddi aktivlər yığılmış amortizasiya və yığılmış ehtimal olunan zərər çıxılmaqla ilkin dəyəri ilə uçotda qeyd edilir. Köhnəlmə aktivin təxmin edilən faydalı istismar ömrü ərzində düz xətt metodundan istifadə etməklə uçotda tanınır. Təxmin edilən faydalı istismar ömrü və amortizasiya metodu perspektiv əsaslarla uçota alınan təxminlərdəki hər hansı dəyişikliklərin təsiri nəzərə alınmaqla hər hesabat dövrünün sonunda təhlil edilir. Qeyri-müəyyən istismar ömrü olan ayrı-ayrılıqda alınmış qeyri-maddi aktivlər yığılmış ehtimal olunan zərər çıxılmaqla qeyd edilir. Qeyri-maddi aktivlər 10 il faydalı istismar dövrü üzrə amortizasiya edilir.


Qeyri-maddi aktivlərin tanınmasının dayandırılması

Qeyri-maddi aktivlər satılaraq hesabdan silindikdə yaxud onların sonrakı istismarı və ya satılması gələcəkdə iqtisadi mənfəət gətirmədikdə, belə aktivlərin tanınması dayandırılır. Qeyri-maddi aktivlərin tanınmasının dayandırılmasından yaranan gəlir və ya zərər, belə aktivlərin balans dəyəri ilə satışdan əldə olunan xalis gəlir məbləği arasındakı fərq kimi ölçülür və aktivin tanınması dayandırıldığı zaman mənfəət və zərər hesabatında tanınır.



Maddi və qeyri-maddi aktivlərin dəyərsizləşməsi

Qrup maddi və istismar ömrü müəyyən olunmuş qeyri-maddi aktivlərin dəyərsizləşməyə uğrayaraq qiymətlərinin düşüb – düşmədiyini müəyyənləşdirmək üçün hər hesabat dövrünün sonunda belə aktivlərin balans dəyərini təhlil edir. Dəyərsizləşmənin baş verdiyinə sübut edən hər hansı hallar mövcud olarsa, dəyərsizləşmə üzrə zərərin (əgər varsa) həcmini müəyyən etmək üçün aktivin bərpa dəyəri hesablanır. Aktivin fərdi hallarda bərpa dəyərini hesablamaq mümkün olmazsa, Bank belə aktivin aid olduğu gəlir gətirən aktivlər qrupunun bərpa dəyərini müəyyən edir. Aktivin yerləşdirilməsinə müvafiq və ardıcıllığı gözlənilən əsaslar müəyyən edildiyi hallarda, korporativ aktivlər, həmçinin, fərdi gəlir gətirən aktivlər qrupunda yerləşdirilə bilər yaxud, başqa cür, müvafiq qaydada və ardıcıllığı gözlənilməklə yerləşdirilmə əsasları müəyyən edilmiş ən kiçik gəlir gətirən aktivlər qrupunda yer alır.


Bərpa dəyəri satış ilə bağlı xərclər və istismar dəyəri çıxılmaqla ədalətli dəyərin daha yüksək olanıdır. İstismar dəyərini qiymətləndirərkən təxmin edilən gələcək dövrlərin pul hərəkəti pulun vaxt üzrə dəyərinin və gələcək pul hərəkəti ilə bağlı təxminlərə düzəliş edilməmiş aktiv üçün səciyyəvi olan risklərin hazırkı bazar qiymətləndirilməsini özündə əks etdirən vergiyə qədərki diskont dərəcəsindən istifadə etməklə cari dəyərinə diskontlaşdırılılır.
Aktivin (yaxud gəlir gətirən aktivlər qrupunun) bərpa dəyərinin onun balans dəyərindən az olduğu hesablanarsa, belə aktivin (yaxud gəlir gətirən aktivlər qrupunun) balans dəyəri bərpa dəyərinə kimi azaldılır. Ehtimal olunan zərəri yenidən qiymətləndirmədən irəli gələn azalma kimi hesab edildiyi hal olaraq müvafiq aktiv uçotda yenidən qiymətləndirilmiş dəyərdə əks olunmayana qədər, belə zərər dərhal mənfəət və zərər hesabatında tanınır.

Dəyərsizləşmə üzrə zərər sonradan əvəzləşdirilərsə, aktivin (yaxud gəlir gətirən aktivlər qrupunun) balans dəyəri hesablanmasına düzəliş verilmiş bərpa dəyərinə qədər artırılır, bu şərtlə ki, artırılmış belə balans dəyəri aktivin (yaxud gəlir gətirən aktivlər qrupunun) dəyərsizləşmənin tanınmadığı keçmiş illərdə müəyyən edilmiş balans dəyərindən artıq olmasın. Dəyərsizləşmə üzrə zərərin yenidənqiymətləndirmədən irəli gələn artım kimi hesab edilyi hal olaraq müvafiq aktiv yenidənqiymətləndirilmiş dəyərlə uçotda əks edilməyənə qədər, belə zərərin əvəzləşdirilməsi dərhal mənfəət və zərər hesabatında tanınır.


Vergitutma

Mənfəət vergisi xərcləri ödənilməli olan cari vergi və təxirə salınmış vergidən ibarətdir.



Cari vergi

Ödənilməli olan cari vergi il üzrə vergiyə cəlb olunan mənfəət əsasında tutulur. Vergiyə cəlb olunan mənfəət digər illərdə vergiyə cəlb olunmuş yaxud gəlirdən çıxarılan və heç vaxt vergiyə cəlb olunmayan yaxud gəlirdən çıxarılmayan gəlir və xərclər müddəaları ilə əlaqədar konsolidə edilmiş mənfəət və zərər haqqında hesabatda əksini tapmış mənfəətdən fərqlənir. Qrupun cari vergi ilə bağlı öhdəliyi hesabat dövrünün sonuna qanuni qüvvəsinə minmiş və ya tam həcmdə minmiş vergi dərəcələrindən istifadə etməklə hesablanır.



Təxirə salınmış vergi
Təxirə salınmış vergi konsolidə edilmiş maliyyə hesabatlarında əks olunan aktiv və öhdəliklərin balans dəyəri ilə vergiyə cəlb olunan mənfəətin hesablanmasında istifadə edilən müvafiq vergi bazası arasındakı müvəqqəti fərq əsasında tanınır. Təxirə salınmış vergi öhdəlikləri, ümumi hal olaraq, vergiyə cəlb olunan bütün müvəqqəti fərqlər üçün tanınır. Təxirə salınmış vergi aktivləri, ümumi hal olaraq, gəlirdən çıxarılan bütün müvəqqəti fərqlər üçün tanınır bu şərtlə ki, belə müvəqqəti fərqlərin hesaba alınması üçün gələcəkdə vergiyə cəlb olunacaq mənfəətin əldə olunması ehtimal edilsin. Müvəqqəti fərqlər qudvildən yaxud da nə vergiyə cəlb olunan mənfəətə, nə də ki, uçotda əks olunmuş mənfəətə təsir göstərən əməliyyatlar üzrə digər aktiv və öhdəliklərin ilkin tanınmasından (müəssisə birləşmələri istisna edilməklə) irəli gələrsə, təxirə salınmış vergi aktivləri və öhdəlikləri uçotda tanınmır.
Təxirə salınmış vergi aktivlərinin balans dəyəri hər hesabat dövrünün sonunda təhlili edilir və aktivin bütün və ya müəyyən hissəsinin bərpa olunması üçün yetərli mənfəətin yaranacağı ehtimal edilməyən həddə qədər azaldılır.
Təxirə salınmış vergi aktivləri və öhdəlikləri hesabat dövrünün sonuna qanuni qüvvəsinə minmiş və ya qismən minmiş vergi dərəcələrinə (və vergi qanunlarına) əsaslanmaqla aktivin satıldığı və ya öhdəliyin yerinə yetirildiyi dövrdə tətbiq olunacağı gözlənilən vergi dərəcəsi ilə ölçülür. Təxirə salınmış vergi aktivləri və öhdəliklərinin ölçülməsi Qrup hesabat dövrünün sonunda aktiv və öhdəliklərin balans dəyərini bərpa edəcəyi və ya ödəcəyini gözlədiyi halda yarana biləcək vergi nəticələrini özündə əks etdirir.

İl üzrə cari və təxirə salınmış vergi

Cari və təxirə salınmış vergi digər məcmu gəlirlər haqqında hesabatda yaxud birbaşa olaraq kapitalda göstərilən müddəalarla bağlı olduğu və, nəticə etibarı ilə, müvafiq olaraq digər məcmu gəlirlər və ya birbaşa kapital bəndi kimi tanındığı hallar isitsna edilməklə, mənfəət və zərər hesabatında tanınır.


Əməliyyat vergiləri
Azərbaycan Respublikasında Qrupun fəaliyyəti ilə əlaqədar olaraq hesablanan bir sıra digər vergilər tətbiq edilir. Belə vergilər əməliyyat xərcləri müddəası olaraq məcmu gəlirlər haqqında konsolidə edilmiş hesabata daxil edilir.

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə