Bank ifrs 06-e


yenİ və düzəlİş edİlmİş malİyyə hesabatları üzrə beynəlxalq standartların tətbİqİ (MHBS)



Yüklə 1,61 Mb.
səhifə8/24
tarix14.09.2018
ölçüsü1,61 Mb.
#68456
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

3.yenİ və düzəlİş edİlmİş malİyyə hesabatları üzrə beynəlxalq standartların tətbİqİ (MHBS)

Qrup Mühasibat Uçotu üzrə Beynəlxalq Standartları Şurası (“MUBSŞ”) və Beynəlxalq Maliyyə Hesabatlarının Şərhi Komitəsi (“BMHŞK”) tərəfindən buraxılmış yeni və ya düzəliş edilmiş aşağıdakı standart və şərhləri qəbul etmişdir ki, bunlar da 31 dekabr 2011-ci il tarixinə bitən il üzrə Bankın illik maliyyə hesabatı üzrə qüvvəyə minmişdir:




  • 3 saylı MHBS (2008) “Müəssisə Birləşmələri” / 27 saylı MUBS “Konsolidə edilmiş və ayrıca maliyyə hesabatları” — MHBS-ə 2010-cu il may tarixli İllik Təkmilləşmələr nəticəsində düzəlişlər: 1) düzəliş edilmiş MHBS-in qüvvəyə minmə tarixindən əvvəl baş vermiş müəssisə birləşməsinin şərti nəzərə alınması üzrə keçid tələblər; 2) qeyri-nəzarət maraqlarının ölçülməsinin aydınlaşdırılması;

  • 7 saylı MHBS “Maliyyə Alətləri: Açıqlamalar” — MHBS-ə 2010-cu il may tarixli İllik Təkmilləşmələrdən nəticələnən düzəlişlər: açıqlamaların aydınlaşdırılması və təkrar müəyyənləşdirilmiş kreditlərə dair açıqlama tələbinin buraxılması;

  • 24 saylı MUBS “Əlaqəli Tərəf Açıqlamaları” — (2010-cu ildə düzəliş edildiyi kimi) əlaqəli tərəf anlayışını dəyişdirir və hökumət qurumları üçün açıqlamaları sadələşdirir.

Yeni və ya düzəliş edilmiş standartların qəbul edilməsi Qrupun maliyyə vəziyyəti və ya fəaliyyətinə heç bir təsir göstərmədi və hamısı aşağıda başqa cür göstərilməyibsə 8 saylı MUBS “Mühasibat Uçotu Siyasəti, Mühasibat Uçotu Təxminləri və Səhvlərində Dəyişikliklər”ə uyğun olaraq retrospektiv şəkildə tətbiq olunmuşdur.


24 saylı MUBS-a Düzəlişlər – 24 saylı MUBS-da (2010-cu ildə düzəliş edildiyi kimi) təklif edilən açıqlama azadolmaları Qrupa təsir göstərmir, belə ki, Qrup hökumət qurumu deyildir.

3.1 Buraxılmış, lakin hələ qüvvəyə minməmiş yeni və düzəliş edilmiş MHBS-lər

Hazırkı maliyyə məlumatlarının təsdiq edilməsi zamanı növbəti yeni standart və şərhlər buraxılmış, lakin qüvvəyə minməmiş və Qrup tərəfindən ilkin qəbul edilməmişdir:




  • 7 saylı MHBS “Maliyyə Alətləri: Açıqlamalar” — maliyyə aktivlərinin köçürülməsinə dair açıqlamaların genişləndirilməsinə dair düzəlişlər 1;

  • 9 saylı MHBS “Maliyyə Alətləri” 2;

  • 10 saylı MHBS “Konsolidə edilmiş Maliyyə Hesabatları” 3;

  • 11 saylı MHBS “Birgə Razılaşmalar3;

  • 12 saylı MHBS “Digər təşkilatlarda olan iştirak payının açıqlanması” 3;

  • 13 saylı MHBS “Ədalətli Dəyərin Ölçülməsi” 2;

  • 1 saylı MUBS “Maliyyə Hesabatlarının Təqdimatı” — digər məcmu gəlirin təqdim edilməsi yolunu dəyişdirmək üzrə düzəlişlər 4;

  • 12 saylı MUBS “Mənfəət Vergiləri” — Məhdud tətbiq dairəsinə düzəlişlər (baza aktivlərinin qaytarılması)5;

  • 27 saylı MUBS – 27 saylı MUBS kimi yenidən buraxılmışdır “Ayrıca Maliyyə Hesabatları” (2011-ci il may tarixində düzəliş edildiyi kimi) 3;

  • 28 saylı MUBS – 28 saylı MUBS kimi yenidən buraxılmışdır “Assosiasiya olunmuş müəssisə və Birgə Müəssisələrdə İnvestisiyalar” (2011-ci ilin mayında düzəliş edildiyi kimi) 3.

  • 32 saylı MUBS – əvəzləşdirmə qaydaları və açıqlama tələblərinin tətbiqinə aydınlıq gətirən düzəlişlər7

    1 1 iyul 2011-ci il tarixində və ya ondan sonra başlayan illik dövrlər üçün qüvvəyə minmiş, erkən tətbiqlə icazə verilən.

    2 1 yanvar 2013-cü il və ya ondan sonra başlayan illik dövrlər üçün qüvvəyə minmiş, və erkən tətbiqinə icazə verilən.

    3 Beş standartın hər biri 1 yanvar 2013-cü il tarixində və ya ondan sonra illik dövrlər üzrə qüvvəyə minmişdir, və əgər “beş paket”də bütün digər standartlar da həmçinin erkən tətbiq edilərsə erkən tətbiqə icazə verilir (erkən özü tətbiq edilə bilən 12 saylı MHBS istisna olmaqla).

    4 1 iyul 2012-ci il tarixində və ya ondan sonra illik dövrlər üzrə qüvvəyə minmiş və ilkin təsdiqinə icazə verilmişdir.

    5 1 yanvar 2012-ci il tarixində və ya ondan sonra illik dövrlər üzrə qüvvəyə minmiş və erkən tətbiqinə icazə verilmişdir.

    6 1 yanvar 2015-ci il tarixində və ya ondan sonrakı illik dövrlər üzrə qüvvəyə minmiş və ilkin tətbiqinə icazə verilmişdir.

    7 1 yanvar 2014-cü il tarixində və ya ondan sonrakı illik dövrlər üzrə qüvvəyə minmişdir. Yeni əvəzləşdirmə açıqlaması tələbləri 1 yanvar 2013-cü il tarixində və ya ondan sonrakı dövrlər üzrə etibarlıdır.


7 saylı MHBS-a Düzəlişlər – Düzəlişlər aktivləri köçürən qurumun üzləşə biləcəyi hər hansı riskin mümkün təsirlərinin daha yaxşı başa düşülməsi daxil olmaqla, istifadəçilərin maliyyə aktivləri (məsələn, qiymətli kağızlar (securitisations) ilə əməliyyatları barədə təsəvvürünü təkmilləşdirmək üçün nəzərdə tutulmuş əlavə açıqlamaları özündə ehtiva edir. Düzəlişlər həmçinin qeyri-proporsional həcmdə köçürmə əməliyyatlarının hesabat müddətinin sonunda aparılması halında da əlavə açıqlamalar tələb edir.
1 iyul 2011-ci il tarixindən əvvəl müddət üzrə düzəlişlərlə tələb olunan açıqlamalar üçün qurumun müqayisəli məlumatlar təmin etməsinə birinci müraciət ilində ehtiyac olmaması istisna olmaqla 8 saylı MUBS-a uyğun olaraq retrospektiv müraciət tələb olunur. Qrup hazırda düzəliş edilmiş standartın öz maliyyə hesabatlarına təsirini qiymətləndirir.
9 saylı MHBS – 2009-cu ilin noyabrında buraxılıb və 2010-cu ilin oktyabrında edilən düzəliş maliyyə aktivləri və maliyyə öhdəliklərinin təsnifatı və ölçülməsi və tanınmanın dayandırılması üzrə yeni tələbləri təsbit edir.


  • 9 saylı MHBS 39 saylı MUBS Maliyyə Alətləri: Tanınma və Ölçülmənin tətbiq dairəsinə daxil olan bütün tanınmış maliyyə aktivlərinin son nəticədə amortizasiya edilmiş ədalətli dəyər qiymətində ölçülməsini tələb edir. Daha konkret desək, əsas məqsədi müqavilədən irəli gələn pul vəsaitlərinin toplaması olan biznes modeli çərçivəsində saxlanılan və əsas məbləğin qalığı üzrə yalnız əsas məbləğ və faiz ödənişləri olan müqavilədən irəli gələn pul vəsaitlərinə malik borc investisiyaları adətən növbəti mühasibat uçotu müddətinin sonunda amortizasiya edilmiş qiymətlə ölçülür. Bütün digər borc investisiyaları və kapital investisiyalar növbəti mühasibat uçotu müddətinin sonunda ədalətli dəyər əsasında ölçülür.

  • 9 saylı MHBS-nın maliyyə öhdəliklərinin təsnifatı və ölçülməsinə dair ən əhəmiyyətli təsiri həmin öhdəliyin kredit riskində olan dəyişikliklərə aid olan maliyyə öhdəliyinin (mənfəət və ya zərər vasitəsilə ədalətli dəyər kimi müəyyən edilir) ədalətli dəyərində dəyişikliklər üzrə mühasibat uçotuna aiddir. 9 saylı MHBS-a əsasən mənfəət və zərər uçotunda ədalətli dəyərlə nəzərdə tutulmuş maliyyə öhdəlikləri halında belə maliyyə öhdəliyi üzrə kredit riskindəki dəyişikliyə aid edilən onun ədalətli dəyərində baş vermiş dəyişiklik digər məcmu gəlirlər hesabatında tanınır, əgər öhdəlik üzrə kredit riskində baş vermiş dəyişikliyin təsir nəticələrinin digər məcmu gəlirlər hesabatında tanınması mənfəət və zərər üzrə mühasibat uçotu qeydlərində uyğunsuzluqların baş verməsi yaxud artmasına gətirib çıxarmazsa. Maliyyə öhdəliyi üzrə kredit riskinə aid edilən ədalətli dəyərdə baş vermiş dəyişiklik sonradan mənfəət və zərər hesabında təkrar təsnif edilmir. Əvvəllər, 39 saylı MHBS-a əsasən mənfəət və zərər hesabatında ədalətli dəyərlə nəzərdə tutulmuş maliyyə öhdəliyinin ədalətli dəyərindəki dəyişikliklərin məbləği bütövlüklə mənfəət və zərər uçotunda tanınırdı.



Qrup rəhbərliyi güman edir ki, 9 saylı MHBS 1 yanvar 2015-cü il tarixindən başlayan illik dövrlər üzrə maliyyə hesabatlarında qəbul ediləcək və yeni standartın tətbiqi Qrupun maliyyə aktivləri və öhdəlikləri üzrə açıqlanmış məbləğlərə əhəmiyyətli dərəcədə təsir göstərəcək. Lakin, müfəssəl icmal başa çatmayana qədər belə nəticələr ilə bağlı əsaslı təxminlərin verilməsi praktiki hesab edilmir.


    10 saylı MHBS Konsolidə Edilmiş Maliyyə hesabatları – sərmayə alanın təbiətindən asılı olmayaraq (yəni, quruma səsvermə hüquqları və ya xüsusi məqsədli qurumlarda digər müqavilə razılaşmaları vasitəsilə nəzarətə əsaslanan bütün qurumlar üçün tək konsolidasiya modelini tətbiq etməklə 27 saylı MUBS və 12 saylı SŞK-də nəzarət və konsolidasiya üzrə bütün istiqamətləri əvəz edir. 10 saylı MHBS çərçivəsində geniş tətbiq istiqaməti ilə nəzarətin tək anlayışı sərmayədarın aşağıdakılara malik olub olmamasına əsaslanır:



  • Sərmayə alan üzərində səlahiyyət;

  • Sərmayə alanla iş birliyindən müxtəlif gəlirlər əldə etmə və ya əldə etmə hüququ; və

  • Gəlirlərin həcminə təsir etmək üçün sərmayə alan üzərində səlahiyyətlərindən istifadə etmək bacarığı.

    11 saylı MHBS Birgə Razılaşmalar – 31 saylı MUBS müştərək fəaliyyət və ya müştərək müəssisə kimi təsnifləndirməklə birgə razılaşmalar üzrə yeni mühasibat uçotu tələbləri ilə əvəz edir (“birgə nəzarət edilən aktivlər” təsnifatı artıq mövcud deyildir).



  • Razılaşmadan irəli gələn hüquq və öhdəlikləri tanıyaraq, tərəflər birgə razılaşmanın hüquqi strukturuna deyil, hüquq və öhdəliklərin onlarla necə bölüşməsinə diqqət yetirməlidirlər.

  • Birgə fəaliyyət tərəflərə öhdəliklər üzrə aktiv və passivlərə birbaşa hüquq razılaşması təmin edir. Beləliklə, birgə operator birgə fəaliyyətdə olan iştirak faizinə deyil, bu fəaliyyətdə olan iştirakına əsaslanan marağını tanıyır (yəni birbaşa hüquq və öhdəliklərə əsaslanaraq). “Birgə fəaliyyət”in tərəfi razılaşmadan irəli gələn aktivləri, passivləri, gəlir və xərcləri tanıyır (qəbul edir).

  • Müştərək müəssisə tərəflərə razılaşmanın xalis aktiv və ya nəticəsini (mənfəət və ya zərər) əldə etmək hüquqlarını verir. Müştərək müəssisələr 28 saylı MUBS “İnvestisiya Tərəfdaşları”na uyğun olaraq kapital metodundan istifadə etməklə hesablanır. Qurumlar artıq proporsional konsolidasiya metodundan istifadə etməklə müştərək müəssisədə faizə arxalana bilərlər. “Birgə müəssisə” tərəfi investisiyanı qəbul edir/tanıyır.

    12 saylı MHBS Digər Qurumlarda Maraqların Açıqlanması – Törəmə müəssisələr, tərəfdaşlar, birgə razılaşmalar və konsolidə edilməmiş strukturlu qurumlarda qurumun maraqları ilə əlaqədar məzmun, risk və maliyyə təsirlərini qiymətləndirməkdə maliyyə hesabatı olan istifadəçilərə imkanın yaradılması üçün qurumun iştirakı olduğu hər konsolidə edilmiş və edilməmiş qurumlarda açıqlamaların təkmilləşməsini tələb edir. Beləliklə, 12 saylı MHBS iki yeni standart olan 10 saylı MHBS və 11 saylı MHBS çərçivəsində hesabat verən qurumlar üçün tələb olunan açıqlamaları təsbit edir və 28 saylı MUBS-da hazırda müəyən olunan açıqlama tələblərini əvəz edir.

    27 saylı MUBS (2011) Ayrıca Maliyyə Hesabatları – 27 saylı MUBS-nun nəzarət müddəaları yeni 10 saylı MHBS-la əvəz edildikdən sonra demək olar dəyişilməz qalan ayrıca maliyyə hesabatları daxildir.

    28 saylı MUBS (2011) Tərəfdaşlar və Müştərək Müəssisələrdə investisiyalara 11 saylı MHBS verildikdən sonra müştərək müəssisə, eləcə də, tərəfdaş, kapital tələbləri daxildir.

    Qrup 1 yanvar 2013-cü il tarixindən bu standartlar paketini qəbul etməyi planlaşdırır və hazırda qəbul etmənin təsirini qiymətləndirir.



    13 saylı MHBS Ədalətli Dəyər Ölçülməsi – ədalətli dəyərin dəqiq anlayışı, ədalətli dəyərin ölçülməsinin tək mənbəyi və MHBS-lər üzrə istifadə etmək üçün açıqlama tələblərini təmin etməklə ardıcıllığı təkmilləşdirmək və mürəkkəbliyin azaldılmasına yönəlmişdir. Standart:



  • ədalətli dəyəri müəyyən edir;

  • ədalətli dəyərin ölçülməsinin təkm MHBS çərçivəsini təsbit edir;

  • ədalətli dəyər ölçülmələri üzrə açıqlamaları tələb edir.

    13 saylı MHBS “Səhm əsaslı Ödəniş” çərçivəsində səhm əsaslı ödəniş əməliyyatları, 17 saylı MUBS “Kirayə” çərçivəsində Lizinq əməliyyatları, 2 saylı MUBS “İnventar”da xalis reallaşa bilən dəyər və ya 36 saylı MUBS-da “Aktivlərin Dəyərsizləşdirilməsi”-ndə istifadə olunan dəyər kimi ədalətli dəyərə bənzəyən, lakin ədalətli dəyər olmayan ölçülmələr istisna olmaqla, ədalətli dəyər ölçülmələri barədə açıqlamalar və ya ədalətli dəyər ölçülmələrinin digər MHBS tərəfindən tələb olunduğu və ya icazə verildiyi zaman (həmin ölçülmələr barədə açıqlamalar və ya ədalərli dəyərə əsaslanan satış üçün əlavə dəyərli daha az xərclər kimi ölçmələr) tətbiq olunur.

    Qrup hazırda düzəliş edilmiş standartın konsolidə edilmiş maliyyə hesabatlarına təsirini qiymətləndirir.

    1 saylı MUBS Maliyyə Hesabatlarının Təqdimatına düzəlişlər – digər məcmu gəlirin təqdim edilməsi formasına düzəliş verir.

1 saylı MUBS-a düzəlişlər:




  • Sənədin ilkin variantında tək davamlı hesabatın təklif edilməsini tələb etmək əvəzinə, mənfəət və ya zərərin və DMG-nin (Digər Məcmu Gəlir) birlikdə təqdim edilməsini tələb etmək üçün 2007-ci ildə MUBS-a edilən düzəlişləri saxlamaq, yəni ya tək “mənfəət və ya zərər və məcmu gəlir hesabatı” şəklində, ya da ayrıca “mənfəət və ya zərər hesabatı” və “məcmu gəlir hesabatı”.

  • Qurumlardan potensial olaraq mənfəət və ya zərər üzrə yenidən təsnifləndirilə bilinib bilinməməsindən asılı olaraq DMG-da təqdim olunan qrup maddələrini tələb etmək, yəni, yenidən təsnifləndirilə bilən və yenidən təsnifləndirilə bilməyən;

  • DMG maddələrinin iki qrupunun hər biri üzrə vergi ilə bağlı maddələrin ayrıca göstərilməsini və vergidən əvvəl təqdim olunmasını tələb etmək (vergidən əvvəl və ya xalis vergi ilə DMG maddələrinin təqdim olunması variantını dəyişdirmədən).

    Qrup bu düzəlişin öz maliyyə vəziyyəti və ya əməliyyatlarının nəticələrinə maddi təsir göstərəcəyini güman etmir.




12 saylı MUBS Mənfəət Vergilərinə düzəlişlər – 40 saylı MUBS-da ədalətli dəyər modelindən istifadə etməklə aktivin balans dəyərinin bərpasının adəti üzrə satış vasitəsilə olacağı fərziyyəsini təsbit edir.
8 saylı MUBS-a uyğun olaraq retrospektiv tətbiq tələb olunur.
32 saylı MUBS Maliyyə Alətlərin Düzəlişlər: Təqdimat - əvəzləşdirmə qaydalarının tətbiqinə aydınlıq gətirir və dörd əsas sahəyə yönəlmişdir:


  • “Hazırda hüquqi cəhətdən əvəzləşdirmə üzrə qüvvəyə minmə hüququ”nun mənası

  • Eyni vaxtda realizə etmə və hesablaşmanın tətbiqi

  • Girov məbləğlərinin əvəzləşdirilməsi

  • Əvəzləşdirmə tələblərinin tətbiqi üzrə hesab vahidi.

    7 saylı MBHS Maliyyə Alətləri: Açıqlama hissəsində açıqlama tələblərinə edilən müvafiq düzəlişlər 32 saylı MUBS-nın 42 saylı bəndinə uyğun olaraq bütün tanınan maliyyə alətləri barədə məlumatın verilməsini tələb edir. Düzəlişlər həmçinin hətta 32 saylı MUBS çərçivəsində əvəzləşdirilməsə də, qüvvə minə bilən qarşılıqlı kompensasiya (netting) razılaşmaları və oxşar müqavilələrin predmeti olan uçota alınan maliyyə alətləri barədə məlumatların açıqlanmasını tələb edir. Bu açıqlamalar qurumun tanınan maliyyə aktivləri və öhdəlikləri ilə bağlı əvəzləşdirmə hüquqları daxil olmaqla istifadəçilərə nettinq razılaşmalarının potensial təsirinin Qrupun maliyyə vəziyyətinə təsirini qiymətləndirmək imkanını verir.




    Qrup hazırda bu düzəlişlərin konsolidə edilmiş maliyyə hesabatlarına təsirini və tətbiqetmə müddətini qiymətləndirir.



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə