Banklar haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 473,72 Kb.
Pdf görüntüsü
səhifə15/25
tarix31.08.2018
ölçüsü473,72 Kb.
#65763
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

34.2.2.

 məcmu kapitalın minimum miqdarmı (xarici bankların yerli filialları üçün məcmu 

kapitala bərabər tutulmuş vəsaitin minimum miqdarını); 

34.2.3.


 əsas  və  məcmu  kapitalın  risk  dərəcəsi  üzrə  ölçülmüş  aktivlərə  (xarici  bankların 

yerli filialları üçün əsas və məcmu kapitala bərabər tutulmuş əmsallarını); 

34.2.4.

 likvidlik göstəricilərini; 



34.2.5.

 bir  borcalan  və  ya  bir-biri  ilə  əlaqədar  borcalanlar  qrupu  üçün  kredit  risklərinin 

maksimum miqdarını; 

34.2.6.


 məcmu iri kredit risklərinin maksimum miqdarım; 

34.2.7.


 aidiyyəti  şəxslərə  və  aidiyyəti  şəxs  adından  hərəkət  edən  şəxslərə  verilmiş 

kreditlərin maksimum miqdarmı; 

34.2.8.

 aidiyyəti şəxslərə və aidiyyəti şəxs adından hərəkət edən şəxslərə verilmiş məcmu 



kreditlərin maksimum miqdarmı; 

34.2.9.


 digər hüquqi şəxslərin kapitalında bankların iştirakının maksimum miqdarını; 

34.2.10.  digər  hüquqi  şəxslərin  kapitalında  bankların  məcmu  iştirakının  maksimum 

miqdarını;

 

34.2.11.



 açıq valyuta mövqeyinin limitlərini; 

34.2.12.


 aktivlərin, balansarxası öhdəliklərin təsnifatından və qiymətləndirilməsindən asılı 

olaraq, mümkün zərərin ödənilməsi üçün xərclər hesabına yaradılan xüsusi ehtiyatlara aid 

tələbləri; 

34.2.13.


 faizlərin hesablanması dayandırılmış aktivlərə aid tələbləri; 

34.2.14.


 aidiyyəti  şəxslər  və  aidiyyəti  şəxs  adından  hərəkət  edən  şəxslər  ilə  aparılan 

əməliyyatlara aid tələbləri; 

34.2.15.

 aktivlərin və passivlərin ödəniş müddətlərinin və faiz dərəcələrinin uyğunluğuna 

dair tələbləri. 

34.3.


 

Mərkəzi  Bank

  bankların  və  xarici  bankların  yerli  filiallarının  fəaliyyətinin 

tənzimlənməsini  həyata  keçirdikdə,  zərurət  yarandıqca,  bu  Qanunun  34.2-ci  maddəsində 

göstərilən prudensial normativlərin və tələblərin hamısını və ya bir hissəsini tətbiq edə bilər. 

34.4.


 Banklar 

Mərkəzi  Bank

ın  müəyyən  etdiyi  korporativ  idarəetmə  standartlarına  riayət 

etməlidirlər. 

34.5.

 

Mərkəzi  Bank



  bankların  fəaliyyət  riskini  azaltmaq,  əmanətçilərin  və  kreditorların 

mənafelərini  qorumaq  məqsədilə  bu  Qanunun  34.2-ci  maddəsində  nəzərdə  tutulan 

normativ və tələblərdən başqa beynəlxalq bank nəzarəti praktikasında qəbul olunmuş əlavə 

normativlər və tələblər müəyyən etmək hüququna malikdir. 

34.6.

 

Mərkəzi  Bank



  xarici  kapitallı  banklar  və  xarici  bankların  yerli  filialları  üçün  öz 

aktivlərini Azərbaycan Respublikasında yerləşdirmək barəsində tələblər müəyyən edə bilər. 

M a d d ə   3 5. Banklar arasında münasibətlər

 

35.1.



 Bu  Qanunla, 

Mərkəzi  Bank

ın  normativ  xarakterli  aktları  və  göstərişləri  ilə,  habelə 

lisenziyalar və icazələrlə məhdudlaşdırılan hallar istisna olmaqla, banklar qarşılıqlı surətdə 

qanunvericiliklə müəyyən edilmiş qaydada hər növ əməliyyatlar apara, bir-birində depozit, 

o cümlədən müxbir və digər hesablar aça bilərlər. 

35.2.

 Banklar  öz  aralarında  bank  fəaliyyətinin  həyata  keçirilməsi  ilə  bağlı  əməkdaşlığı 



həyata  keçirə  bilərlər.  Banklar  bu  məqsədlə  öz  aralarında  pul  vəsaitinin  və  qiymətli 

kağızların köçürülməsi, klirinq və hesablaşma mexanizmlərindən istifadə edilməsi, qiymətli 

kağızların  depozitə  qəbul  olunması  və  digər  ümumi  bank  xidmətlərinin  göstərilməsi, 

üzvlərinin  mənafelərinə  kömək  üçün  qeyri-kommersiya  birliklərinin  yaradılması,  habelə 




bank  işinin  inkişafını  və  sabitliyini  dəstəkləyən  fəaliyyətin  həyata  keçirilməsi  haqqında 

sazişlər bağladıqda, həmin sazişlərin iştirakçısı olan banklar bu sazişlər bağlandıqdan sonra 

7 təqvim günü müddətində onların surətlərini 

Mərkəzi Bank

a təqdim etməlidirlər. 

35.3.


 Bankların  bank  xidmətləri  bazarının  inhisara  alınmasına  və  bank  işində  rəqabətin 

məhdudlaşdırılmasına  yönəldilmiş  sazişlər  bağlaması  və  razılaşdırılmış  əməliyyatlar 

aparması  qadağandır.  Bank  fəaliyyətinin  inhisara  alınmasına  qarşı  yönəldilmiş  qaydaların 

yerinə yetirilməsinə nəzarəti 

Mərkəzi Bank

 və müvafiq dövlət orqanları həyata keçirirlər. 

35.4.

 Banklar  bank  sisteminin  etibarlığını  təmin  etmək  məqsədilə    borcalanların  ödəniş 



qabiliyyəti  və  etibarlığı  haqqında  məlumatı 

Mərkəzi  Bank

da  yaradılan  mərkəzləşdirilmiş 

kredit  reyestrinə  verməyə  borcludurlar.  Mərkəzləşdirilmiş  kredit  reyestrinin  iş  rejimi,  o 

cümlədən  məlumatın  xarakteri,  məlumatların  verilməsi  və  alınması  qaydaları  və  şərtləri 

Mərkəzi Bank

ın normativ xarakterli aktları ilə müəyyən edilir. 

Mərkəzi  Bank

ın  icazəsi  və  müəyyən  etdiyi  şərtlər  daxilində  banklar  öz  aralarında  da 

xüsusi kredit reyestri yarada bilərlər.

 

Kredit reyestrlərində olan məlumatlar yalnız banklara ,”Bank olmayan kredit təşkilatları 



haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş bank olmayan kredit 

təşkilatlarına  və borcalanların  özlərinə  (banklar arasında  yaradılan reyestrdəki  məlumatlar 

həmçinin 

Mərkəzi  Bank

a)

 

onların  müraciəti  ilə  müəyyən  olunmuş  qaydada  verilə  bilər. 



Kredit  reyestrlərində  toplanan  və  oradan  alınan  məlumatlara  bank  sirrinin  bu  Qanunla 

müəyyən olunmuş qorunması qaydaları şamil olunur.

xii[12]

 

Kredit reyestrinin xərclərinin ödənilməsi məqsədilə məlumatlar ödənişli əsaslarla verilir.



 

35.5. Yerli banklar arasında, yerli bankla xarici bankların yerli filial və nümayəndəlikləri, 

habelə  xarici  bankların  yerli  filialları  (nümayəndəlikləri)  arasında  mübahisələr 

qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  Azərbaycan  Respublikasının  məhkəmələri 

tərəfindən həll edilir.

 

M a d d ə   3 6. Banklarla onların müştəriləri arasında münasibətlər



 

36.1.


 Banklarla  onların  müştəriləri  arasında  münasibətlər  Azərbaycan  Respublikasının 

Mülki  Məcəlləsi,  həmin  Məcəlləyə  müvafiq  olaraq 

Mərkəzi  Bank

  tərəfindən  qəbul  edilmiş 

normativ aktlar və müqavilə əsasında həyata keçirilir. 

36.2.


 Müştərilər  bank  fəaliyyətinin  bütün  növlərinin  həyata  keçirilməsi  üçün  bankları 

müstəqil  seçirlər  və  bu  məqsədlə  bir  və  ya  bir  neçə  bankın  xidmətlərindən  istifadə  edə 

bilərlər.  Hesabların  açılması,  aparılması  və  bağlanması  qaydaları  Azərbaycan 

Respublikasının  Mülki  Məcəlləsinə  və  həmin  Məcəlləyə  müvafiq  olaraq 

Mərkəzi  Bank

 

tərəfindən qəbul edilmiş normativ aktlara, habelə bu Qanuna əsasən həyata keçirilir. 



Xüsusi seçki hesablarının açılması, əməliyyatların aparılması və dayandırılması qaydası 

Mərkəzi  Bank

la  razılaşdırılmaqla  Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsinə  uyğun 

olaraq müəyyən edilir.

 

36.3.


 Bank müştərisinin, yaxud onun müştərisi olmaq istəyən hüquqi və ya fiziki şəxsin 

tələbi ilə öz bank lisenziyasını, maliyyə vəziyyəti haqqında məlumatı (sonuncu ay, rüb və il 

üçün mühasibat balansını, mənfəət və zərər haqqında hesabatı) və sonuncu hesabat ili üçün 

auditor rəyini təqdim etməlidir. 

36.4.

 Banklar  yerləşdikləri  binada  yazılı  formada  depozitlərin  (əmanətlərin)  qəbul 



edilməsinin,  kreditlərin  verilməsinin,  hesablaşma-kassa  xidmətinin  və  pul  köçürmələrinin 

aparılması şərtləri və qaydaları haqqında müştərilərinə məlumat verməlidirlər. 

36.5.

 Bank  müştərinin  öz  pul  vəsaitindən  istifadə  istiqamətlərini  müəyyənləşdirə  və 




Yüklə 473,72 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə