Banklar haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 473,72 Kb.
Pdf görüntüsü
səhifə16/25
tarix31.08.2018
ölçüsü473,72 Kb.
#65763
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

nəzarətdə  saxlaya  bilməz,  müştərinin  öz  pul  vəsaiti  barəsində  özü  istədiyi  kimi  sərəncam 

vermək hüququ üzərində qanunla və ya müqavilə ilə nəzərdə tutulmayan məhdudiyyətlər 

qoya bilməz. 

36.6. Hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz 

dərəcələrini, komisyon haqlarmı və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə 

bank  tərəfindən  verilmiş  kreditlərin  ödənişi  şərtlərini  və  qaydalarım  müəyyən  etməkdə 

sərbəstdir.  Azərbaycan  Respublikasında  pul  nişanlarının  nominal  dəyərinin  və  qiymətlər 

miqyasının  dəyişdirilməsi  (denominasiyası)  zamanı  köhnə  nümunəli  pul  nişanlarının  yeni 

nümunəli pul nişanlarına dəyişdirilməsinə görə banklar tərəfindən komisyon haqqı və digər 

ödənişlər tutulmur. 

xiii[13]

 

Kredit  üzrə  faizlər  bankla  müştəri  arasında  bağlanmış  müqavilə  şərtlərinə  uyğun 



hesablanır  və  ödənilir.  Faiz  dərəcələri  və  bank  qarşısında  borca  görə  verilməli  olan  digər 

ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır.

 

36.7. Yerli  banklarla  onun  yerli  müştəriləri  arasında  bütün  mübahisələr,  habelə  xarici 



bankların  yerli  filialları  ilə  onların  yerli  müştəriləri  arasında  bütün

 

mübahisələr 



qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  Azərbaycan  Respublikasının  məhkəmələri 

tərəfindən həll edilir.

 

M a d d ə    3 7. Bankın müxbir hesabları və banka həvalə edilmiş aktivlər barəsində 



səlahiyyətlər

 

37.1. Hüquqi və fiziki şəxslərin bankda olan pul vəsaitinə və digər sərvətlərinə qanunda 



nəzərdə tutulan hallarda və qaydada məhkəmənin və ya məhkəmə icraçısının qərarı ilə həbs 

qoyula  bilər.  Bank,  hesabın  üzərinə  həbs  qoyulması  barədə  müvafiq  qərarı  aldığı  andan 

depozitlər (əmanətlər) və digər hesablar üzrə məxaric əməliyyatlarmı həbs qoyulmuş vəsait 

həcmində dayandırmalıdır.

 

Bankların müxbir hesablarına həbs yalnız məhkəmənin qərarı ilə bankın özünə qarşı olan 



tələblər üzrə öhdəlik məbləğində qoyula bilər. 

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və 

terrorçuluğun  maliyyələşdirilməsinə  şübhə  yaradan  bank  əməliyyatının  icrası  maliyyə 

monitorinqi orqanı tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada dayandırıla 

bilər. 

xiv[14]


 

37.2.


 Müştərinin  bankda  olan  pul  vəsaiti  və  digər  sərvətləri  yalnız  məhkəmənin qanuni 

qüvvəyə minmiş qərarı əsasında müsadirə edilə bilər. 

37.3.

 Bank  müştərilərin  pul  vəsaitinə  və  digər  sərvətlərinə  həbs  qoyulması,  müsadirə 



edilməsi,  yaxud  tələb  yönəldilməsi  nəticəsində  müştərilərinə  və  ya  kreditorlarına  dəymiş 

zərər üçün məsuliyyət daşımır. 

M a d d ə   3 8. Hesablaşmalar və pul köçürmələri

 

38.1.



 Banklar  hesablaşmaları  və  pul  köçürmələrini  Azərbaycan  Respublikasının  Mülki 

Məcəlləsinə  və 

Mərkəzi  Bank

ın  həmin  Məcəlləyə  müvafiq  olaraq  qəbul  etdiyi  normativ 

aktlara,  bank  praktikasında  tətbiq  olunan  işgüzar  dövriyyə  adətlərinə  və  müvafiq 

müqavilələrə uyğun olaraq həyata keçirirlər. 

38.2.

 Banklar  beynəlxalq  ödənişləri  və  pul  köçürmələrini  Azərbaycan  Respublikasının 



qanunvericiliyinə,  o  cümlədən 

Mərkəzi  Bank

ın  normativ  xarakterli  aktlarına,  Azərbaycan 

Respublikasının  tərəfdaş  çıxdığı  beynəlxalq  müqavilələrə,  habelə  beynəlxalq  bank 

praktikasında  tətbiq  edilən  işgüzar  dövriyyə  adətlərinə  və  müvafiq  müqavilələrə  uyğun 



olaraq həyata keçirirlər. 

38.3.


 

Mərkəzi  Bank

  bankların  istifadə  etdikləri  avtomatlaşdırılmış  hesablaşma  və  pul 

köçürmələri  sistemlərinin  etibarlığının  və  təhlükəsizliyinin,  bank  informasiyasının 

mühafizəsinin onlar tərəfindən təmin edilməsinə aid minimum tələbləri müəyyən edə bilər. 

M a d d ə   3 9. Sənədlərin saxlanılması

 

39.1.


 Banklar  bank  əməliyyatları  haqqında  bağlanmış  müqavilələr  və  icra  edilmiş 

müqavilələr  (əqdlər)  üzrə  müvafiq  sənədləri,  o  cümlədən  elektron  daşıyıcılarda  olan 

informasiyanı,  habelə  fəaliyyətləri  nəticəsində  yaranan  digər  sənədləri  qanunvericiliklə 

müəyyən edilmiş qaydada və müddət ərzində saxlamalıdırlar. 

39.2.

 Müştərini  eyniləşdirməyə,  habelə  müştərilərin  hesablaşma  və  köçürmə 



əməliyyatlarmı  təsdiq  etməyə  imkan  verən  sənədlər  müştəri  ilə  qarşılıqlı  münasibətlərə 

xitam  verildikdən  və  ödənişlər  (köçürmələr)  başa  çatdıqdan  sonra  azı  beş  il  müddətində 

bankda saxlanılmalıdır. 

M  a  d  d  ə      4  0.  Banklara  aidiyyəti  şəxslərlə  və    aidiyyəti  şəxs  adından  hərəkət  edən 

şəxslərlə əməliyyatların aparılması

 

40.1. Aşağıdakı hallarda banklar aidiyyəti şəxslərə və aidiyyəti şəxs adından hərəkət edən 



şəxslərə kreditlər verə bilməzlər:

 

40.1.1.



 kreditin  verilməsinə  və  onun  şərtlərinə  dair  bankın  Müşahidə  Şurasının  razılığı 

olmadıqda və bankın İdarə Heyətinin bu barədə yekdilliklə qəbul edilmiş qərarı olmadıqda; 

40.1.2.

 kreditin  verilməsi  nəticəsində  bank  tərəfindən  həmin  hüquqi  şəxs  üçün  verilmiş 



kreditlərin məcmu miqdarı bankın məcmu kapitalının 10 faizinə bərabər məbləği, fiziki şəxs 

üçün isə 3 faizinə bərabər məbləği keçdikdə; 

40.1.3.

 kreditin verilməsi nəticəsində bank tərəfindən bütün aidiyyəti şəxslərə və aidiyyəti 



şəxs  adından  hərəkət  edən  şəxslərə  verilmiş  kreditlərin  məcmu  miqdarı  bankın  məcmu 

kapitalının 20 faizinə bərabər məbləği keçdikdə. 

 

40.2.


 Aidiyyəti  şəxslərə  və  aidiyyəti  şəxs  adından  hərəkət  edən  şəxslərə  kredit  bu 

Qanunun  40.1-ci  maddəsinin  tələbləri  pozulmaqla  verildikdə,  həmin  kredit  dərhal 

ödənilməlidir.  Bankın  Müşahidə  Şurasının  və  İdarə  Heyətinin  üzvləri  bu  Qanunun  40.1-ci 

maddəsinin  tələbləri  pozulmaqla  verildiyi  kreditlər  üzrə  əsas  məbləğin,  faizlərin  və  digər 

ödənişlərin ödənilməsi üçün məsuliyyət daşıyırlar. 

40.3.


 Bankların  aidiyyəti  şəxslərə  və  aidiyyəti  şəxs  adından  hərəkət  edən  şəxslərə  digər 

müştərilərdən  fərqli  olaraq  güzəştli  kreditlərin  verilməsi  və  ya  güzəştli  şərtlərlə  digər 

əməliyyatların aparılması qadağandır. 

M a d d ə   4 1. Bank sirri

 

41.1.


 Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə  müvafiq  olaraq  bank  hesabının, 

hesab  üzrə  əməliyyatlar  və  qalıqların,  habelə  müştəri haqqında  məlumatların,  o  cümlədən 

müştərinin  adı,  ünvanı,  rəhbərləri  haqqında  məlumatların  sirrinə  bank  təminat  verir. 

Müştərilərin  bank  saxlancında  əmlakının  mövcudluğu,  bu  cür  əmlakın  sahibləri,  xarakteri 

və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir. 

41.2.


 Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə  müvafiq  olaraq  bank  sirrini  təşkil 

edən  məlumatlar  yalnız  müştərilərin  özlərinə  və  onların nümayəndələrinə,  həmçinin  bank 

nəzarəti  üzrə  səlahiyyətlərin  həyata  keçirməsi  prosesində 

Mərkəzi  Bank

ın  inspektorlarına, 



Yüklə 473,72 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə