Banklar haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 473,72 Kb.
Pdf görüntüsü
səhifə24/25
tarix31.08.2018
ölçüsü473,72 Kb.
#65763
1   ...   17   18   19   20   21   22   23   24   25

olunmasına  dair  məhkəmənin  qərarından  qanunvericilikdə  müəyyən  edilmiş  qaydada 

şikayət verə bilərlər. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı bütün müdafiə 

vasitələrindən istifadə edilənədək qüvvədə qalır. 

70.2.


 Bank tərəfindən məhkəmənin qərarından şikayət verilməsi ləğvedicinin bankın iflası 

prosedurunun həyata  keçirilməsi çərçivəsində  öz  səlahiyyətlərinin icrası üzrə hərəkətlərini 

dayandırmır. 

70.3.


 

Mərkəzi  Bank

ın  məhkəmə  qərarından  şikayət  verməsi  bankın  aktivlərinin  satışı  və 

köçürülməsi  üzrə  ləğvedicinin  hərəkətlərini  məhkəmədə  mübahisəyə  baxılanadək 

dayandırır. 

M a d d ə   7 1. Ləğvedici

 

71.1. Məhkəmə  bankın  müflis  elan  olunmasına  dair  qərarı  ilə 



Mərkəzi  Bank

ın  təqdim 

etdiyi namizədi banka ləğvedici (ləğvedicilər) təyin edir.

 

Banklara aidiyyəti şəxslər və aidiyyəti şəxs adından hərəkət edən şəxslər, habelə bankın 



kreditorları  və  borcluları  (

Mərkəzi  Bank

  istisna  olmaqla)  banka  ləğvedici  vəzifəsinə  təyin 

oluna bilməzlər.

 

Məhkəmənin  qərarında  ləğvedicinin  əmək  haqqının  miqdarı  göstərilməlidir. 



Ləğvedicinin əmək haqqı 

Mərkəzi Bank

ın təklifi əsasında təyin edilir.

 

71.2.



 Bankın ləğvi prosesi ilə əlaqədar ləğvedicinin əmək haqqı və çəkdiyi xərclər bankın 

aktivləri hesabına, çatışmayan hissədə isə 

Mərkəzi Bank

 tərəfindən ödənilir. 

71.3.

 Banka  təyin  edilmiş  ləğvedici  bankın  yeganə  qanuni  nümayəndəsi  olur  və  bank 



səhmdarlarının  ümumi  yığıncağının,  habelə  bankın  digər  idarəetmə  orqanlarının 

səlahiyyətləri  ləğvediciyə  keçir.  Banka  qarşı  bütün  tələblər  bankın  ləğvedicisinə  təqdim 

edilir. 

71.4.


 Ləğv edilən bankın sənədlərinin və əmlakının bankın inzibatçılarından ləğvediciyə 

təhvil verilməsi aktmı məhkəmə təsdiq edir. 

Ləğvedici bu Qanunun müddəaları ilə tələb edilən hallarda göstəriş almaq üçün istənilən 

vaxt məhkəməyə müraciət edə bilər. 

Ləğvedici  məhkəmənin  nəzarəti  altında  və 

Mərkəzi  Bank

la  sıx  qarşılıqlı  əlaqə  şəraitində 

fəaliyyət göstərir.

 

71.5.


 Ləğvedici  zəruri  hallarda  müflis  elan  olmuş  banka  müstəqil  hüquqşünasları, 

mühasibləri və başqa mütəxəssisləri məhkəmənin təsdiq etdiyi şərtlər əsasında muzdla işə 

cəlb edə bilər. 

71.6.


 Ləğvedici  istefa  verdikdə,  öldükdə  və  ya  öz  fəaliyyətini  həyata  keçirməyə  qadir 

olmadıqda 

Mərkəzi  Bank

  məhkəmə  tərəfindən  yeni  ləğvedici  təyin  edilənədək  ləğvedicini 

müvəqqəti olaraq başqa şəxslə əvəz edir. 

71.7.


 Ləğvedici öz funksiyalarını lazımınca icra etmirsə və ya o, artıq bu Qanunun 71.1-ci 

maddəsinin  tələblərinə  uyğun  vəzifələrini  daha  icra  edə  bilməzsə,  məhkəmə  başqa 

ləğvedicini təyin edir. 

Ləğvedicinin namizədliyi məhkəməyə 

Mərkəzi Bank

 tərəfindən təqdim edilir.

 

71.8. Ləğvedicinin  başqası  ilə  əvəz  edildiyi  bütün  hallarda  ləğvedicini  əvəz  edən  şəxs 



ləğvedicinin  səlahiyyətlərini  əldə  edir,  mühasibat  uçotu  və  hesabatı  sənədlərini  və 

ləğvedicinin  sərəncamında  olan  bankın  aktivlərini,  habelə  bankın  ləğvi  prosesində 

ləğvedicinin  bank  barəsində  hazırladığı  mühasibat  uçotu  və  hesabat  sənədlərini  təhvil-

təslim aktı ilə qəbul edir. Təhvil-təslim aktmı məhkəmə təsdiq edir.

 

M a d d ə   7 2. Bankın müflis elan olunmasının nəticələri



 


72.1. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından:

 

72.1.1.



 bankın  adından  yalnız  ləğvedici  və  ya  onun  vəkil  etdiyi  şəxs  tərəfindən  edilən 

hərəkətlər hüquqi qüvvəyə malik olur; 

72.1.2.

 banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; 



72.1.3.

 bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər 

yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür; 

72.1.4.


 qanunvericiliyə  müvafiq  hallarda  aktivlərin  üzərinə  qoyulmuş  bütün  həbslər 

hüquqi qüvvəsini itirir; 

72.1.5.

 girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81 -cı 



maddəsinə  uyğun  icraat  istisna  olmaqla,  bankın  aktivlərinə  yönəldilmiş  icra  sənədlərinin 

icrası dayandırılır; 

72.1.6.

 bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu 



zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir. 

72.2. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindikdən sonra müflis bankın 

səhmlərinin  ləğvedici  tərəfindən  digər  şəxsə  köçürülməsi  bu  Qanunun  74-cü  maddəsinə 

müvafiq olaraq yalnız məhkəmənin qərarı ilə həyata keçirilə bilər.

 

M a d d ə   7 3. Ödəniş sistemlərində hesablaşmaların qətiliyi



 

73.1.  Bu  Qanunun  72.1-ci  maddəsinin  müddəalarından  asılı  olmayaraq:  73.1.1.  ödəniş 

sistemlərinə  daxil  edilən  və  həmin  sistemlərin  qaydaları  ilə  gerigötürülməz  hesab  edilən 

hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən

 

qiymətli kağızlar üzrə ödənişlər bankın 



müflis  elan  olunmasına  dair  qərar  qəbul  edildiyi  halda  hüquqi  qüvvədə  qalır  və  üçüncü 

tərəf  üçün  məcburi  olur,  bu  şərtlə  ki,  ödəniş  tapşırıqları  həmin  qərar  qüvvəyə  minənədək 

gerigötürülməz olsun;

 

73.1.2.  bu  Qanunun  73.1.1-ci  maddəsində  göstərilən  köçürmələr  bu  şərtlə  hüquqi 



qüvvəyə  malik  olmur  və  üçüncü  tərəf  üçün  məcburi  olmur  ki,  ləğvedici  sistemin 

operatorunun bankın müflis elan olunmasına dair qərar çıxarıldığından ödəniş tapşırıqları 

köçürmələri  həyata  keçirən  sistemin  qaydalarına  görə  gerigötürülməz  olanadək  xəbər 

tutduğunu sübut edə bilsin.

 

73.2. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə minənədək bağlanmış müqavilə 



və  əqdləri  ləğv  edən  və  ya  təxirə  salan  hər  hansı  normativ  hüquqi  akt  və  ya  sərəncam 

ödəniş sistemləri vasitəsi ilə həyata keçirilmiş klirinqin nəticələrini ləğv edə bilməz.

 

M  a  d  d  ə      7  4.  Bankın  səhmlərinin,  aktivlərinin,  öhdəliklərinin  köçürülməsi  və 



satılması

 

74.1. Bank  sisteminin  mənafeyi  və  bankın  dəyərinin  onun  kreditorları  üçün  artırılması 



məqsədilə 

Mərkəzi  Bank

ın  müraciətinə  əsasən  məhkəmə  qərar  qəbul  edə  bilər  ki,  bankın 

ləğvedicisi  aşağıdakıları  təmin  etmək  üçün 

Mərkəzi  Bank

ın  təklif  etdiyi  və  məhkəmənin 

təsdiq etdiyi şərtlər əsasında bir və ya bir neçə əməliyyat aparsın:

 

74.1.1.



 bankın nizamnamə kapitalının hamısının və ya bir hissəsinin köçürülməsi və /və 

ya; 


74.1.2.

 bankın  aktivlərinin  və  öhdəliklərinin  hamısının  və  ya  bir  hissəsinin  birlikdə 

köçürülməsi və ya satılması. 

 

74.2.



 Bu  Qanunun  74.1-ci  maddəsinə  uyğun  əməliyyatın  aparılması  üçün,  bank  müflis 

elan edildikdən sonra onun ləğv edildiyi anadək istənilən vaxt müraciət edilə və ona icazə 

verilə  bilər.  Bu  barədə  məhkəməyə  təqdim  olunmuş  ərizəyə  bir  həftə  ərzində  baxılır  və 



Yüklə 473,72 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə