Banklar haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 473,72 Kb.
Pdf görüntüsü
səhifə20/25
tarix31.08.2018
ölçüsü473,72 Kb.
#65763
1   ...   17   18   19   20   21   22   23   24   25

51.1.4.

 bank lisenziyası bu Qanunla müəyyən edilmiş digər əsaslar üzrə ləğv edilməlidir. 

51.2. Bank  bu  Qanunun  47-ci,  48-ci  və  49.1.2-ci  maddələrinə  uyğun  olaraq  müəyyən 

edilmiş  tələbləri  yerinə  yetirmədikdə 

Mərkəzi  Bank

  həmin  banka  müvəqqəti  inzibatçı  təyin 

etmək hüququna malikdir.

 

M a d d ə   5 2. Müvəqqəti inzibatçının təyin edilməsi



 

52.1.


 Müvəqqəti inzibatçı 

Mərkəzi Bank

ın işçiləri sırasından və ya kənar şəxslərdən (fiziki 

və/və ya hüquqi) 12 aydan çox olmayan müddətə təyin edilir. Təyinat müddəti 

Mərkəzi Bank

 

tərəfindən 6 aydan çox olmayan müddətə uzadıla bilər. 



52.2.

 Müvəqqəti  inzibatçının  əmək  haqqı  və  çəkdiyi  xərclər  bankın  aktivləri  hesabına, 

çatışmayan hissədə isə 

Mərkəzi Bank

 tərəfindən ödənilir. 

 

52.3.



 Banklara  aidiyyəti  şəxslər  və  aidiyyəti  şəxs  adından  hərəkət  edən  şəxslər,  habelə 

bankın kreditorları və borcluları (

Mərkəzi Bank

 istisna olmaqla) bankın müvəqqəti inzibatçısı 

vəzifəsinə təyin oluna bilməzlər. 

52.4.


 Müvəqqəti  inzibatçının  təyin  edilməsi  və  ya  təyinat  müddətinin  uzadılması 

haqqında  qərarda  müvafiq  əsaslar,  müvəqqəti  inzibatçı  haqqında  məlumat  və  onun 

səlahiyyət müddəti göstərilir. 

Mərkəzi Bank

 qərar qəbul edildikdən sonra onun dərhal bankın 

Müşahidə Şurasının və İdarə Heyətinin sədrlərinə təqdim olunmasını təmin edir. 

52.5.

 Müvəqqəti  inzibatçı  öz  fəaliyyətində  bu  Qanunu,  qüvvədə  olan  normativ  hüquqi 



aktları,  o  cümlədən 

Mərkəzi  Bank

ın  normativ  xarakterli  aktlarmı,  habelə  göstəriş  və 

tövsiyələrini rəhbər tutur. 

52.6.

 

Mərkəzi  Bank



ın  müvəqqəti  inzibatçının  təyin  edilməsi  haqqında  qərarının  təsdiq 

edilmiş  surəti  banka  təqdim  edildiyi  gündən  etibarən  5  təqvim  günü  müddətində  bankın 

Müşahidə  Şurası  banka  təyin  edilmiş  müvəqqəti  inzibatçının  dəyişdirilməsi  və  ya  ona 

razılıq verilməsi barədə qərar qəbul etməli və qərarın təsdiq edilmiş surətini 

Mərkəzi Bank

təqdim  etməlidir.  Bank 



Mərkəzi  Bank

ın  müraciətinə  münasibətini  bildirmədikdə,  bank 

müvəqqəti inzibatçının təyin edilməsi qərarı ilə razı olmuş hesab olunur. 

52.7.


 

Mərkəzi  Bank

  təyin  etdiyi  müvəqqəti  inzibatçıya  dair  etiraz  aldıqda  5  təqvim  günü 

müddətində  öz  qərarına  yenidən  baxmalı,  təyinatın  ləğv  edilməsi  və  ya  seçimini 

əsaslandıraraq  qərarının  qüvvədə  saxlanılması  barədə  qərar  qəbul  etməlidir. 

Mərkəzi 


Bank

ın  digər  müvəqqəti  inzibatçının  təyin  edilməsi  və  ya  əvvəlki  təyinatının  qüvvədə 

saxlanılması barədə qərarı dərhal müvafiq banka təqdim olunmalıdır. 

52.8.


 Bu  Qanunun  52.6-cı  və  52.7-ci  maddələrində  nəzərdə  tutulmuş  hallardan  asılı 

olmayaraq 

Mərkəzi  Bank

  tərəfindən  təyin  edilmiş  müvəqqəti  inzibatçı 

Mərkəzi  Bank

ın  onun 

təyin  olunması  barədə  qərarı  çıxarıldıqdan  sonra  dərhal  öz  vəzifələrinin  icrasına 

başlamalıdır.  Müvəqqəti  inzibatçının  təyinatı  dəyişdirildikdə,  müvəqqəti  inzibatçı  dərhal 

bankın aktivlərinin idarə olunmasını, mühasibat kitablarını və yazılarını yeni təyin olunmuş 

müvəqqəti inzibatçıya təhvil verməlidir. 

52.9.

 Bank müvəqqəti inzibatçının təyin edilməsi haqqında 



Mərkəzi  Bank

ın qərarı, habelə 

Mərkəzi  Bank

ın  müvəqqəti  inzibatçının  təyinatını  təsdiq  edən  qərarı  ilə  razı  olmadıqda 

həmin  qərarlardan  sonuncu  qərar  təqdim  edildikdən  sonra  qanunvericiliklə  müəyyən 

edilmiş qaydada məhkəməyə şikayət edə bilər. 

M a d d ə   5 3. Müvəqqəti inzibatçının səlahiyyətləri

 

53.1. Müvəqqəti inzibatçı təyin olunduğu gündən:



 

53.1.1.


 bankın idarə edilməsi ilə bağlı idarəetmə orqanlarının səlahiyyətləri dayandırılır; 


53.1.2.

 bankın  idarə  edilməsi  ilə  bağlı  idarəetmə  orqanlarının  səlahiyyətləri  müvəqqəti 

inzibatçıya  keçir.  Bankın  müvəqqəti  inzibatçısı  bankın  satılması,  yenidən  təşkili  və  ləğvi 

haqqında qərarlar qəbul edə bilməz. Bankın satılması və yenidən təşkili yalnız məhkəmənin 

qərarı əsasında həyata keçirilə bilər; 

53.1.3.


 bankın mövcud maliyyə vəziyyəti haqqında ən geci 60 təqvim günü müddətində 

hesabat  hazırlayıb 

Mərkəzi  Bank

a  təqdim  edir.  Hesabata  bankın  ləğvi  zamanı  satıla  bilən 

aktivlərin dəyərləndirilmiş qiyməti daxil edilir. Hesabatın tərtib edilməsinə müstəqil auditor 

da cəlb oluna bilər. Auditorun xidmətləri bankın hesabına ödənilir. 

Mərkəzi Bank

 ona təqdim 

olunan hesabata dair müvafiq qərar qəbul edir; 

53.1.4.


 bankın adından və bankın hesabına əqdlər müvəqqəti inzibatçının yazılı razılığı ilə 

həyata keçirilir, əks halda həmin əqdlər etibarsız sayılır. 

53.2. Müvəqqəti  inzibatçı  bankın  idarəetmə  orqanlarının  səlahiyyətlərindən  başqa 

aşağıdakıları həyata keçirir:

 

53.2.1.


 bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür; 

53.2.2.


 bankın  kreditorlarını  və  onların  qarşısında  bankın  pul  öhdəliklərinin  miqdarını 

müəyyən edir; 

53.2.3.

 bank  qarşısında  olan  borcların  qaytarılması  üçün  qanunvericiliklə  müəyyən 



edilmiş qaydada tədbirlər görür; 

53.2.4.


 bankın adından müqavilələr və sənədlər imzalayır; 

53.2.5.


 zərurət  olduqda  qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  bankın  investisiya 

qoyuluşunu  nəzərdə  tutan  bağlanmış  müqavilələri  ləğv  edir  və  ya  onlara  dəyişikliklər  və 

əlavələr edir, habelə bankın bağladığı müqavilələrdə komisyon haqlarını, faizləri və onların 

müddətlərini dəyişdirir; 

53.2.6.

 bankın adından və onun maraqları naminə məhkəmələrə iddia ərizələri verir; 



53.2.6.

 işdən azad edilmə, aşağı vəzifəyə keçirilmə, müvəqqəti vəzifədən kənarlaşdırma, 

bankın işçiləri arasında vəzifələrin bölgüsü də daxil olmaqla, əmrlər verir; 

53.2.7.


 bu 

Qanunun 


57-ci 

maddəsinə 

müvafiq 

olaraq 


bankın 

maliyyə 


sağlamlaşdırılmasına dair tədbirləri həyata keçirir. 

 

53.3.



 

Mərkəzi  Bank

ın  razılığı  ilə  müvəqqəti  inzibatçı  bankın  idarə  edilməsinə  başqa 

şəxsləri, o cümlədən bankın inzibatçılarını və əməkdaşlarını cəlb edə bilər. 

53.4.

 Fəaliyyətə  başladığı  gündən  etibarən  bankın  inzibatçıları  və  əməkdaşları  bankın 



möhürünü  və  ştamplarım,  mühasibat  kitablarını  və  digər  sənədlərini,  əmlakı  və  digər 

qiymətliləri  müvəqqəti  inzibatçıya  təhvil  verməli  və  fəaliyyəti  ilə  bağlı  zəruri  olan 

məlumatları ona təqdim etməlidirlər. 

53.5.


 Müvəqqəti  inzibatçının  müraciəti  ilə  hüquq  mühafizə  orqanları  müvəqqəti 

inzibatçının  bankın  binasına  daxil  olmasını,  bankın  aktivlərini,  mühasibat  kitablarını  və 

yazılarmı idarəetməyə qəbul etməsini və onların qorunmasını təmin etməlidirlər. 

M  a  d  d  ə      5  4.  Mərkəzi  Bank  tərəfindən  müvəqqəti  inzibatçının  fəaliyyəti  üzərində 

nəzarət

 

54.1. 



Mərkəzi Bank

 müvəqqəti inzibatçının üzərində fəaliyyətinin bütün müddəti ərzində 

nəzarəti həyata keçirir.  

54.2. 


Mərkəzi Bank

:

 



54.2.1.

 bankın  idarə  edilməsi  və  bu  Qanunun  57-ci  maddəsinə  müvafiq  olaraq  maliyyə 

sağlamlaşdırılması  ilə  əlaqədar  müvəqqəti  inzibatçıya  müvafiq  tədbirlərin  həyata 

keçirilməsinin əsas istiqamətləri üzrə tövsiyələr verməyə; 




Yüklə 473,72 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə