Banklar haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 473,72 Kb.
Pdf görüntüsü
səhifə19/25
tarix31.08.2018
ölçüsü473,72 Kb.
#65763
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

tərəfindən görüləcək tədbirlər və onların həyata keçirilməsi müddətləri göstərilir. 

47.3.


 

Mərkəzi Bank

la bank arasında bağlanmış razılaşmada aşkar edilmiş çatışmazlıqların 

təxirəsalınmadan  aradan  qaldırılması  və  bununla  bağlı  ilk  növbədə  həyata  keçirilməli 

tədbirlər müəyyən olunur. 

47.4. 


Mərkəzi  Bank

ın  banka  icrası  məcburi  olan  sərəncamında  bu  Qanunun  48-ci 

maddəsində  göstərilmiş  təshih  tədbirlərinin  həyata  keçirilməsi  və  çatışmazlıqların  aradan 

qaldırılması müddətləri barədə banka yazılı göstəriş verilir.

 

Bankın  maliyyə  vəziyyətinin  sağlamlaşdırılmasına  yönəldilən  təshih  tədbirləri  tətbiq 



edildikdə,  bank  verilən  sərəncama  müvafiq  olaraq  tədbirin  həyata  keçirilməsi  planını  iki 

həftə müddətində 

Mərkəzi Bank

a təqdim edir.

 

Mərkəzi  Bank



ın  icrası  məcburi  olan  sərəncamından  məhkəmə  qaydasında  şikayət 

verilməsi həmin sərəncamın icrasını dayandırmır.

 

47.5. Bank  bu  Qanunun  47.2-ci,  47.3-cü  və  47.4-cü  maddələrində  göstərilmiş  müvafiq 



öhdəlik  məktubunun,  razılaşmanın  və  sərəncamın  icrası  barədə  həmin  sənədlərdə 

göstərilmiş müddətdə 

Mərkəzi Bank

a məlumat verməlidir.

 

M a d d ə   4 8. Banklara təshih tədbirləri



 

48.1. 


Mərkəzi Bank

 bu Qanunun 47-ci maddəsinə müvafiq olaraq banka aşağıdakı təshih 

tədbirlərini tətbiq edə bilər:

 

48.1.1.



 bank  fəaliyyətinin  ayrı-ayrı  növlərinin  həyata  keçirilməsinin  məhdudlaşdırılması 

və ya dayandırılması; 

48.1.2.

 inzibatçıların vəzifələrindən müvəqqəti kənarlaşdırılması; 



48.1.3.

 banka  aidiyyəti  şəxslər  və  aidiyyəti  şəxslər  adından  hərəkət  edən  şəxslərlə  bank 

əməliyyatlarının və əqdlərin həyata keçirilməsinin dayandırılması; 

48.1.4.


 depozitlərin qəbul edilməsinin məhdudlaşdırılması; 

48.1.5.


 xarici bankların törəmə banklarının və ya yerli filiallarının təsisçi banklardan cəlb 

etdikləri 

vəsaitlərdən 

başqa, 


digər 

mənbələrdən 

vəsaitlərin 

cəlb 


edilməsinin 

məhdudlaşdırılması və ya dayandırılması; 

48.1.6.

 digər  hüquqi  şəxslərin  kapitalında  payların  alınmasının  məhdudlaşdırılması, 



dayandırılması və ya ləğv edilməsi; 

48.1.7.


 yeni  filialların  və  şöbələrin  açılmasının  dayandırılması  və  ya  fəaliyyət  göstərən 

filial və şöbələrin işinin dayandırılması və ya fəaliyyətlərinə xitam verilməsi; 

48.1.8.

 maliyyə güzəştlərinin verilməsinin dayandırılması; 



48.1.9.

 kredit verilməsi və depozit cəlb edilməsi qaydasının və şərtlərinin dəyişdirilməsi; 

 

48.1.10.


 kapitalın artırılmasının tələb edilməsi; 

48.1.11.


 mənfəət hesabına kapital ehtiyatlarının yaradılmasının tələb edilməsi; 

48.1.12.


 aktivlərin keyfiyyətindən asılı olaraq xüsusi ehtiyatların yaradılmasının və/və ya 

nizamnamə kapitalının bankın zərəri məbləğində azaldılmasının tələb edilməsi; 

48.1.13.

 başqa  şəxslərin  öhdəlikləri  üzrə  təminatların  (qarantiyaların)  verilməsinin 

dayandırılması; 

48.1.14.


 dividendlərin ödənilməsinin məhdudlaşdırılması və ya dayandırılması; 

48.1.15.


 bankın  fəaliyyətinin  və  daxili  nəzarətinin  həyata  keçirilməsi  qaydasında 

dəyişikliklər edilməsi; 

48.1.16.  bank  səhmdarlarının  növbədənkənar  ümumi  yığıncağının  keçirilməsinin  tələb 

edilməsi.

 

48.2.  Bu  Qanunun  48.1-ci  maddəsində  göstərilən  təshih  tədbirləri  ayrılıqda  və  ya  bir 




neçəsi eyni zamanda tətbiq edilə bilər.

 

M a d d ə   4 9. Sanksiyalar



 

49.1. 


Mərkəzi Bank

 bu Qanunun 47.1-ci maddəsində nəzərdə tutulan hallarda bu Qanunun 

48.1-ci  maddəsində  nəzərdə  tutulmuş  təshih  tədbirləri  ilə  yanaşı  banka  qarşı  aşağıdakı 

sanksiyaları tətbiq edə bilər:

 

49.1.1.


 bank,  habelə  bank  inzibatçıları  barəsində  Azərbaycan  Respublikasının  İnzibati 

Xətalar Məcəlləsində nəzərdə tutulmuş cərimələrin tətbiq edilməsi; 

49.1.2.

 inzibatçıların tutduğu vəzifələrindən azad edilməsi. 



 

49.2.


 

Mərkəzi  Bank

  banka  qarşı  bu  Qanunun  49.1.2-ci  maddəsində  nəzərdə  tutulmuş 

sanksiyanı tətbiq etdikdə, bank inzibatçılarının vəzifədən azad edilməsi bankın səlahiyyətli 

idarəetmə orqanının qərarı ilə təxirəsalınmadan həyata keçirilir. 

49.3.


 Bu  Qanunun  16-cı  maddəsində  nəzərdə  tutulmuş  əsaslara  görə 

Mərkəzi  Bank

  bank 

lisenziyasının ləğv edilməsi barədə qərar qəbul edə bilər. 



49.4.

 Sanksiyaların  tətbiqi  bankı  kreditorlar,  o  cümlədən  bankın  müştəriləri  qarşısında 

öhdəliklərini, bankın inzibatçılarını isə (tutduğu vəzifədən azad edilmiş inzibatçılar istisna 

olmaqla) öz xidməti vəzifələrini yerinə yetirməkdən azad etmir. 

Maddə   5 0. Sanksiyaların tətbiq edilməsi qaydası

 

50.1.



 Banklara  və  bank  inzibatçılarına  cərimə  sanksiyaları  Azərbaycan  Respublikasının 

İnzibati  Xətalar  Məcəlləsində  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  tətbiq  edilir.  Bu 

Qanunun  49.1.2-ci  və  49.3-cü  maddələrində  nəzərdə  tutulmuş  sanksiyaların  tətbiqinə  dair 

materiallara  baxılması  və  onun  nəticələrinin  rəsmiləşdirilməsi  qaydası 

Mərkəzi  Bank

 

tərəfindən müəyyən edilir. 



50.2.

 Bu  Qanunun  49.1.2-ci  və  49.3-cü  maddələrində  nəzərdə  tutulmuş  sanksiyalar 

Mərkəzi Bank

ın İdarə Heyətinin qərarı ilə tətbiq edilir. 

50.3.

 

Mərkəzi Bank



 bu Qanunun 49-cu maddəsində nəzərdə tutulmuş sanksiyaların tətbiqi 

haqqında qərar qəbul etdikdə  bu qərar  barəsində  müvafiq banka  təxirəsalınmadan  bildiriş 

göndərməlidir. 

50.4.


 

Barəsində sanksiya tətbiq edilmiş şəxslər bu qərardan Azərbaycan Respublikasının 

qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  məhkəməyə  şikayət  verə  bilərlər.  Şikayətin 

verilməsi  bu  Qanunun  49.1.2-ci  və  49.3-cü  maddələrində  nəzərdə  tutulmuş  sanksiyaların 

icrasını dayandırmır.  

 

 



VII   fəsil

 

MÜVƏQQƏTİ İNZİBATÇI 



 

M a d d ə   5 1. Müvəqqəti inzibatçının təyin edilməsinin əsasları

 

51.1. Aşağıdakıların müəyyənləşdirildiyi hallarda 



Mərkəzi Bank

 banka müvəqqəti inzibatçı 

təyin edir:

 

51.1.1.



 bankın  məcmu  kapitalının  miqdarı 

Mərkəzi  Bank

ın  banklar  üçün  müəyyən  etdiyi 

məcmu  kapitalının  minimum  miqdarının  25  faizinə  və  ya  onun  adekvatlıq  əmsalı  3  faizə 

çatmışdır; 

51.1.2.


 bank öhdəlikləri üzrə ödənişlərin icrasını təmin edə bilmir; 

51.1.3.


 bank barəsində iflas proseduruna başlanılması haqqında ərizə verilmişdir; 


Yüklə 473,72 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə