Banklar haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 473,72 Kb.
Pdf görüntüsü
səhifə22/25
tarix31.08.2018
ölçüsü473,72 Kb.
#65763
1   ...   17   18   19   20   21   22   23   24   25

58.2.

 Bankın  könüllü  ləğvi  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsində  müəyyən 

edilmiş  qaydada  həyata  keçirilir.  Bank  bu  təqdirdə 

Mərkəzi  Bank

a  onun  tələb  etdiyi  zəruri 

sənədləri və məlumatları təqdim etməlidir və ortaya çıxan məsələləri araşdırmaq məqsədilə 

Mərkəzi  Bank

ın  yazılı  müraciəti  əsasında  onun  səlahiyyətli  əməkdaşlarının  bankın  binasına 

daxil  olmasına  və  ləğvetmə  ilə  bağlı  bankın  istənilən  mühasibat  kitabları  və  yazıları  ilə 

işləməsinə imkan yaratmalıdır. 

58.3. 

Mərkəzi  Bank



  bankın  ləğvetmə  komissiyasının  qanunvericiliklə  müəyyən  edilmiş 

qaydada  bankın  ləğvini  təmin  etmədiyini  və  bank  tərəfindən  bu  Qanunun  58.2-ci 

maddəsinə  riayət  olunmadığını  müəyyən  etdikdə  bu  Qanuna  müvafiq  surətdə  bankın 

məcburi ləğvi üçün müvafiq tədbirlər həyata keçirə bilər.

 

M a d d ə   5 9. Məcburi ləğv



 

59.1. 


Mərkəzi Bank

, könüllü ləğv olunan və ya müflis elan olunmuş bank istisna olmaqla, 

bu Qanunun 16-ci maddəsində nəzərdə tutulmuş digər əsaslar üzrə lisenziyası ləğv edilmiş 

bankın  məcburi  ləğvi  və  ləğvedicinin  (ləğvedicilərin)  təyin  edilməsi  barədə  ərizə  ilə 

məhkəməyə müraciət edir.

 

Ləğvedicinin  (ləğvedicilərin)  namizədliyi  məhkəməyə 



Mərkəzi  Bank

  tərəfindən  təklif 

edilir. Banka aidiyyəti şəxslər və aidiyyəti şəxs adından hərəkət edən şəxslər, habelə bankın 

kreditorları və borcluları (

Mərkəzi Bank

 istisna olmaqla) ləğvedici təyin oluna bilməzlər.

 

59.2.


 Məhkəmə  bankın  məcburi  ləğvi  və  ləğvedicinin  təyin  edilməsi  haqqında 

Mərkəzi 


Bank

ın ərizəsinə onun məhkəməyə daxil olduğu gündən ən geci 7 təqvim günü müddətində 

baxır və müvafiq qərar qəbul edir. Məhkəmədə bankın iştirak etməməsi ərizəyə baxılmasını 

dayandırmır. 

59.3.

 Ləğv  edilən  bankın  məcburi  ləğvi  və  ləğvedicinin  təyin  olunması  haqqında 



məhkəmə  qərarı  qəbul  edildiyi  gündən  dərhal  icraya  yönəldilir.  Ləğvedici  bankın  ləğvi 

prosesinin  başlanması  və  ləğvedicinin  təyin  olunması  haqqında  məlumatı  dərhal  kütləvi 

informasiya vasitələrində dərc etdirir, bankın Müşahidə Şurasına və İdarə Heyətinə müvafiq 

bildiriş göndərir. 

59.4.

 Bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi haqqında məhkəmə qərarından 



bankın  səhmdarları  və  ya  bankın  Müşahidə  Şurası  qanunvericiliyə  müvafiq  qaydada 

məhkəməyə şikayət verə bilərlər. Şikayət ərizəsinin surəti 

Mərkəzi Bank

a göndərilir. 

Bankın məcburi ləğvinə dair məhkəmənin qərarı bütün müdafiə vasitələrin-dən istifadə 

edilənədək  qüvvədə  qalır  və  ləğvedicinin  ləğvetmə  tədbirlərini  hə-yata  keçirmək 

səlahiyyətlərini dayandırmır.

 

59.5. Bankın  məcburi  ləğvi  və  ləğvedicinin  təyin  edilməsi  haqqında  məhkəmə  qərarının 



qəbul edildiyi andan:

 

59.5.1.



 bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının 

ümumi yığıncağının səlahiyyətləri ləğvediciyə keçir; 

59.5.2.

 bank  inzibatçılarının  və  ya  səhmdarlarının  bank  adından  etdikləri  hərəkətlər 



hüquqi qüvvəyə malik olmur; 

58.5.1.


 bank aktivlərinin mühafizəsi və məhkəmə qərarlarının icrası məqsədilə aktivlərin 

üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir; 

59.5.1.

 bankın girov məbləği (ipoteka) həddində təmin etdiyi öhdəlikləri istisna olmaqla, 



qalan aktivlər həbsdən və ya icraatdan müdafiə edilir. 

59.6.  Ləğv  edilən  bankın  sənədlərinin  və  əmlakının  bankın  inzibatçıların-dan  təyin 

edilmiş ləğvediciyə təhvil verilməsi aktını məhkəmə təsdiq edir.

 



59.7.

 Bankın ləğvi ilə bağlı bütün xərclər bankın aktivləri hesabına ödənilir. Ləğvedicinin 

(ləğvedicilərin)  əmək  haqqı 

Mərkəzi  Bank

ın  təklifi  ilə  məhkəmə  tərəfindən  təyin  edilir.  Bu 

xərclər növbədənkənar qaydada ödənilir. 

59.8.

 Bankın  məcburi  ləğvi  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsində  müəyyən 



edilmiş  qaydada  həyata  keçirilir.  Məcburi  ləğv  olunan  bankın  aralıq  ləğvetmə  balansı, 

ləğvetmə  tədbirlərinin  və  öhdəliklərin  yerinə  yetirilməsi  barədə  hesabat,  habelə  ləğvetmə 

balansı  məhkəmə  tərəfindən  təsdiq  olunur.  Müvafiq  hesabatların  təqdim  edilməsi 

müddətləri məhkəmə tərəfindən müəyyən olunur. 

59.9.

 Məhkəmənin qərarı ilə ləğvedici bu Qanunun 74-cü maddəsində nəzərdə tutulmuş 



bir və ya bir neçə əməliyyatı həyata keçirə bilər. 

59.10. 


Bankın  məcburi  ləğvi  dövründə  ləğvedici  öz  fəaliyyəti  haqqında 

Mərkəzi 


Bank

a  onun  müəyyənləşdirdiyi  formada  və  müddətlərdə  hesabat  verir,  habelə 

Mərkəzi 

Bank


ın tələb etdiyi sənədləri və informasiyanı təqdim edir.

 

Ləğvedicinin öz funksiyalarmı lazımınca yerinə yetirməməsi faktı aşkar edilərsə, 



Mərkəzi 

Bank


ın müraciəti ilə məhkəmə ləğvedicinin başqa şəxslə əvəz edil-məsi barədə qərar çıxara 

bilər.


 

59.11. Ləğvedici  məcburi  ləğv  tədbirlərini  həyata  keçirərkən  bu  Qanunun  61-ci 

maddəsində  göstərilmiş  əsaslardan  hər  hansı  birinin  mövcudluğunu  aşkar  etdikdə  bank 

barəsində  iflas  proseduruna  başlanmasına  dair  əsaslandırılmış  vəsatətlə 

Mərkəzi  Bank

müraciət edir.



 

 

X  fəsil 



BANKLARIN İFLASI

 

M a d d ə   6 0. Bankların müflisləşmə və iflas prosedurlarının tənzimlənməsi



 

60.1.


 "Müflisləşmə  və  iflas  haqqında"  Azərbaycan  Respublikasının  Qanunu  və  həmin 

Qanunu tamamilə və ya qismən dəyişdirən və əvəz edən hər hansı digər qanunlar banklara 

tətbiq olunmur. 

60.2.


 Banklar  yalnız  bu  Qanunla  müəyyənləşdirilmiş  qaydada,  məhkəmənin  qərarı  ilə 

müflis elan edilə bilər. Bankın müflis elan edilməsinin məhkəmədənkənar proseduruna yol 

verilmir. 

M a d d ə   6 1. İflas proseduruna başlanılması üçün əsaslar

 

61.1.  Bank  barəsində  iflas  proseduruna  aşağıdakı  əsaslardan  biri  və  ya  bir  neçəsi  üzrə 



başlanıla bilər:

 

61.1.1.



 bankın  məcmu  kapitalının  miqdarı  banklar  üçün  müəyyən  edilmiş  məcmu 

kapitalının minimum miqdarının 25 faizindən və ya məcmu kapitalın adekvatlıq əmsalının 

3 faizdən az olduğu 

Mərkəzi Bank

 tərəfindən müəyyən edilmişdir; 

61.1.2.


 bank öz maliyyə öhdəliklərini onların icra vaxtı çatdıqda yerinə yetirməyə qadir 

deyildir; 

61.1.3.

 bank  vaxtı  çatmış  maliyyə  öhdəliklərini  kreditorlar  tərəfindən  tələblər  irəli 



sürüldükdə ödəməyə qadir deyildir. 

M a d d ə   6 2. İflas proseduruna başlanılmasına dair ərizə

 

62.1. Bank  barəsində  iflas  proseduruna  başlanılmasına  dair  ərizəyə  məhkəmə  aşağıdakı 



hallarda baxır:

 



Yüklə 473,72 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə