Banklar haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 473,72 Kb.
Pdf görüntüsü
səhifə18/25
tarix31.08.2018
ölçüsü473,72 Kb.
#65763
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

auditinin konsolidasiya əsasında həyata keçirilməsini təmin etməlidir. 

44.5.


 

Mərkəzi  Bank

  bankların  və  xarici  bankların  yerli  filiallarının  auditinin  aparılmasına 

dair  beynəlxalq  bank  nəzarəti  praktikasına  uyğun  minimum  tələblər  müəyyən  edə  bilər. 

Kənar auditor yoxlaması 

Mərkəzi Bank

ın tələblərinə uyğun gəlməsə, 

Mərkəzi Bank

 auditorun 

dəyişdirilməsini,  habelə  bankın  özünün  vəsaiti  hesabına  təkrar  auditin  aparılmasını  tələb 

edə bilər. 

M a d d ə   4 5. Balans hesabatının və kənar auditor rəyinin dərc edilməsi

 

45.1.


 Bank  və  xarici  bankın  yerli  filialı  maliyyə  ilinin  qurtarmasından  ən  geci  beş  ay 

müddətində  bankın  və  xarici  bankın  yerli  filialının  kənar  auditor  tərəfindən  təsdiqlənmiş 

konsolidasiya  əsasında  hazırlanmış  maliyyə  hesabatını  auditor  rəyi  ilə  birlikdə  bankın 

səhmdarlarına, habelə müştərilərin tələbi ilə onlara təqdim etməlidir. 

45.2.

 Bank  maliyyə  ilinin  qurtarmasından  ən  geci  beş  ay  müddətində  konsolidasiya 



əsasında  fəaliyyətlərini və  maliyyə  vəziyyətini  əks  etdirən  auditor  tərəfindən  təsdiqlənmiş 

maliyyə hesabatını auditor rəyi ilə birlikdə 

Mərkəzi Bank

a təqdim etməlidir. 

Bir və ya bir necə yerli filialı olan xarici bank ayrıca olaraq hər bir yerli filialı üçün kənar 

auditor  tərəfindən  təsdiqlənmiş  maliyyə  hesabatını,  habelə  auditor  rəyi  ilə  birlikdə  beş  ay 

müddətində,  konsolodasiya  əsasında  təsdiqlənmiş  maliyyə  hesabatını  auditor  rəyi  ilə 

birlikdə səkkiz ay müddətində 

Mərkəzi Bank

a təqdim etməlidir.

 

45.3.  Bu  Qanunun  45.1-ci  maddəsində  göstərilmiş  maliyyə  hesabatı  kütləvi  informasiya 



vasitələrində  bank  və  xarici  bankın  yerli  filialları  tərəfindən  dərc  edilməlidir.  Dərc  olunan 

hesabatın forması, məzmunu və müddətləri 

Mərkəzi Bank

 tərəfindən müəyyən edilir.

 

M a d d ə   4 6. Bankların hesabatı və onların fəaliyyətinə nəzarət



 

46.1.


 Bankın maliyyə vəziyyətinin qiymətləndirilməsi məqsədilə bank özünün və törəmə 

təsərrüfat  cəmiyyətlərinin  ayrıca  olaraq  və  konsolidasiya  əsasında  prudensial  və  bank 

statistikası  hesabatlarmı 

Mərkəzi  Bank

a  təqdim  etməlidir.  Xarici  bankın  yerli  filialları  da 

müvafiq  hesabatları 

Mərkəzi  Bank

a  təqdim  etməlidir.  Prudensial  və  bank  statistikası 

hesabatlarının  forması,  məzmunu  və  təqdim  edilməsi  qaydaları 

Mərkəzi  Bank

  tərəfindən 

müəyyən edilir. 

46.2.

 Banklar və xarici bankların yerli filialları yerlərdə yalnız 



Mərkəzi Bank

ın inspektorları 

və  ya 

Mərkəzi  Bank



  tərəfindən  təyin  edilən  kənar  auditorlar  tərəfindən  ildə  bir  dəfə 

yoxlanılır.  Bank  aktivlərinin  itirilməsi  təhlükəsi  yarandıqda,  habelə  qanunvericiliyin 

pozulması  faktlarının  araşdırılması  məqsədilə 

Mərkəzi  Bank

  banklarda  və  xarici  bankların 

yerli  filiallarında  əlavə  yoxlamalar  keçirə  bilər.  Yoxlayıcıların  tərkibinə  qarşılıqlıq  prinsipi 

əsasında 

Mərkəzi  Bank

ın  yoxlamalar  sahəsində  əməkdaşlıq  haqqında  saziş  bağladığı  digər 

ölkənin  bank  tənzimləməsi  və  nəzarəti  orqanının  əməkdaşları  da  daxil  edilə  bilərlər. 

Yoxlamaların həyata keçirilməsinin prosedur qaydaları 

Mərkəzi Bank

ın qərarları ilə müəyyən 

edilir. 


46.3.

 Bu  Qanunun  46.1.-ci  və  46.2-ci  maddələrinə  uyğun  olaraq 

Mərkəzi  Bank

a  və  onun 

təyin etdiyi kənar auditorlara aşağıdakı səlahiyyətlər verilir: 

 

46.3.1.



 istənilən  banka,  onun  filiallarına,  şöbələrinə,  törəmə  təsərrüfat  cəmiyyətlərinə, 

habelə  xarici  bankın  yerli  filialına  daxil  olmaq  və  onların  hesabatlarını,  mühasibat 

kitablarmı, sənədlərini və digər uçot yazılarını yoxlamaq, onlara dair izahat tələb etmək; 

46.3.2.


 bankın,  onun  törəmə  təsərrüfat  cəmiyyətlərinin,  bankda  mühüm  iştirak  payına 

malik olan şəxslərin, banka aidiyyəti olan şəxslərin və aidiyyəti şəxs adından hərəkət edən 




şəxslərin,  bankın  filialının,  şöbəsinin  və  xarici  bankın  yerli  filialının  inzibatçılarından, 

əməkdaşlarından və  agentlərindən həmin qurumların idarə edilməsinə və cari fəaliyyətinə, 

o  cümlədən  müştərilərin  əməliyyatlarına  aid  istənilən  məsələ  barəsində  bütün  lazımi 

informasiyanı verməyi tələb etmək. 

46.4. Xarici  bankın  yerli  nümayəndəliyi  özünün  fəaliyyətinin  qanunvericilikdən  və 

əsasnaməsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmadığını göstərmək üçün özünün 

idarə  edilməsi  qaydası  və  cari  fəaliyyəti  haqqında  hesabatları 

Mərkəzi  Bank

a  təqdim 

etməlidir. Hesabatın forması, məzmunu və təqdim edilməsi qaydası 

Mərkəzi Bank

 tərəfindən 

müəyyən edilir.

 

Hesabat  məlumatlarmı  dəqiqləşdirmək  məqsədilə 



Mərkəzi  Bank

ın  inspektorları  xarici 

bankın nümayəndəliyini yerində yoxlaya bilər.

 

46.5.



 Bank, onun törəmə təsərrüfat cəmiyyəti, filialı və şöbəsi, xarici bankın yerli filialı və 

nümayəndəliyi bu maddəyə uyğun vəzifələrin icrası zamanı 

Mərkəzi Bank

ın inspektorlarına 

və ya onun tərəfindən təyin edilmiş auditorlara zəruri təşkilatı və texniki imkanları yaradır. 

46.6.


 Qarşılıqlılıq  prinsipinə  əsasən  xarici  bank  tənzimləməsi  və  nəzarəti  orqanlarının 

sorğuları,  habelə  məhkəmənin  qüvvəyə  minmiş  qərarı  ilə  nəzərdə  tutulan  hallar  istisna 

olmaqla, 

Mərkəzi  Bank

  başqa  şəxslərin  tələbi  ilə  banklarda  və  xarici  bankların  yerli 

filiallarında yoxlamalar keçirməyə, onlardan hesabat və ya informasiya almağa səlahiyyətli 

deyildir. 

46.7.


 Azərbaycan  Respublikasında  vergi  nəzarətini  həyata  keçirən  müvafiq  icra 

hakimiyyəti  orqanı  bankların  və  xarici  bankların  yerli  filiallarının  fəaliyyətini  yalnız  vergi 

ödəyiciləri  qismində  yoxlaya  bilər.  Yoxlamaların  keçirilməsi  zamanı  bank  müştərilərinin 

hesabları  və  əməliyyatları  ilə  bağlı  məlumatlar  və  sənədlər  yalnız  bank  sirrini  təşkil  edən 

məlumatların  açıqlanması  üçün  Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsi  ilə  müəyyən 

olunmuş qaydalara uyğun əldə edilə bilər. 

 

VI   fəsil



 

BANKLARA TƏSİR TƏDBİRLƏRİ VƏ SANKSİYALAR 

 

M a d d ə   4 7.   Banklara təsir tədbirləri



 

47.1. Bank  tərəfindən  prudensial  normativlərin  və  tələblərin  pozulmasına,  onun 

fəaliyyətinin  bu  Qanunun,  “Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər 

əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə 

haqqında”  Azərbaycan  Respublikası  Qanununun  və 

Mərkəzi  Bank

ın  normativ  xarakterli 

aktlarının  tələbləri  pozulmaqla  həyata  keçirilməsinə, 

Mərkəzi  Bank

ın  verdiyi  lisenziyaya  və 

icazəyə daxil edilmiş məhdudiyyətlərin pozulmasına yol verdiyini müəyyən etdikdə, yaxud 

bu cür pozuntulara səbəb ola biləcək əsaslar aşkar etdikdə pozuntunun xarakterindən asılı 

olaraq 

Mərkəzi Bank



ın banka aşağıda göstərilən təsir tədbirlərini tətbiq etmək hüququ vardır: 

xvii[17]


 

47.1.1.  pozuntuların  aradan  qaldırılması  haqqında  bankdan  öhdəlik  məktubu  tələb 

etmək;

 

47.1.2. bankla razılaşma bağlamaq; 



 47.1.3. banka sərəncam vermək;

 

47.2.



 Pozuntuların  və  ya  pozuntulara  səbəb  ola  biləcək  faktların  aradan  qaldırılması 

haqqında 

Mərkəzi Bank

 tərəfindən bankdan öhdəlik məktubu tələb edildikdə, bankın 

Mərkəzi 

Bank


a  təqdim  etdiyi  məktubda  yol  verilmiş  çatışmazlıqların  radan  qaldırılması  üçün  bank 


Yüklə 473,72 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə