Banklar haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 473,72 Kb.
Pdf görüntüsü
səhifə21/25
tarix31.08.2018
ölçüsü473,72 Kb.
#65763
1   ...   17   18   19   20   21   22   23   24   25

54.2.2.

 müvəqqəti inzibatçıya yazılı şəkildə icrası məcburi olan göstərişlər verməyə; 

54.2.3.

 müvəqqəti inzibatçının fəaliyyəti barəsində məlumatların təqdim edilməsini tələb 



etməyə; 

54.2.4.


 müvəqqəti inzibatçıdan hesabat almağa; 

54.2.5.


 müvəqqəti  inzibatçının  təyinat  müddətinin  bu  Qanunun  52.1-ci  maddəsinə 

müvafiq olaraq uzadılmasına səlahiyyətlidir. 

54.3. Müvəqqəti inzibatçı öz səlahiyyətlərinin həyata keçirilməsi haqqında yalnız 

Mərkəzi 


Bank

 qarşısında hesabat verir.

 

M a d d ə   5 5. Moratorium



 

Banka  müvəqqəti  inzibatçı  təyin  olunduğu  dövrdə  bankın  aktivlərinin  və  maliyyə 

vəziyyətinin  qiymətləndirilməsi,  habelə  aktivlərin  dəyərinin  aşağı  düş-məsinin  qarşısını 

almaq  məqsədilə 

Mərkəzi  Bank

ın  ərizəsi  ilə  məhkəmə  hüquqi  və  fiziki  şəxslərin  bankdakı 

depozitləri  və  bankın  digər  öhdəlikləri  üzrə  ödənişləri  tamamilə  və  ya  qismən  dayandıra 

bilər.  Bu  ərizə  üzrə  məhkəmə  48  saat  ərzində  qərar  çıxarır  və  həmin  qərar  dərhal  icraya 

yönəldilir.

 

M a d d ə   5 6. Müvəqqəti inzibatçının fəaliyyətinə xitam verilməsi



 

56.1. Müvəqqəti  inzibatçının  fəaliyyətinə 

Mərkəzi  Bank

ın  qərarı  ilə  aşağıdakı  hallarda 

xitam verilir:

 

56.1.1.



 

Mərkəzi Bank

 tərəfindən müəyyən edilən müddət bitdikdə; 

56.1.2.


 

Mərkəzi Bank

 tərəfindən müvəqqəti inzibatçının fəaliyyətinə vaxtından əvvəl xitam 

verildikdə; 

56.1.3.

 iflasa uğrayan banka məhkəmə ləğvedici təyin etdikdə. 



 

56.2.


 Bankın  maliyyə  sağlamlaşdırılması  və  fəaliyyətinin  yaxşılaşdırılması  ilə  əlaqədar 

müvəqqəti inzibatçının fəaliyyətinə xitam verildikdə (o cümlədən, vaxtından əvvəl), həmin 

banka münasibətdə 

Mərkəzi  Bank

 və müvəqqəti inzibatçı tərəfindən müəyyən edilən bütün 

məhdudiyyətlər ləğv edilir. 

56.3.

 Müvəqqəti inzibatçının həyata keçirdiyi tədbirlər bankın maliyyə sağlamlaşdırılması 



və  fəaliyyətinin  yaxşılaşdırılması  ilə  nəticələnmədikdə  və  ya  bankın  fəaliyyətində  olan 

çatışmazlıqlar aradan qaldırılmadıqda, 

Mərkəzi Bank

 müvəqqəti inzibatçının səlahiyyətlərinə 

vaxtından  əvvəl  xitam  verilməsi  haqqında  qərar  qəbul  edə  bilər  və  banka  bank 

əməliyyatlarının  həyata  keçirilməsi  üçün  verilmiş  lisenziyanı  və  icazəni  bu  Qanunda 

nəzərdə tutulmuş əsaslara görə ləğv edə bilər. 

56.4.


 Müvəqqəti  inzibatçının  səlahiyyətlərinə  xitam  verildikdən  sonra  o,  yekun  hesabatı 

30 gün müddətində hazırlayıb 

Mərkəzi Bank

a təqdim etməlidir. 

 

VIII  fəsil



 

BANKLARIN   MALİYYƏ    SAĞLAMLAŞDIRILMASI 

 

M a d d ə   5 7. Maliyyə sağlamlaşdırılması tədbirləri



 

57.1.


 Bank  aktivlərində  əhəmiyyətli  xüsusi  çəkiyə  malik  olması,  böyük  sayda  əmanət 

hesablarına xidmət göstərməsi və banklararası hesablaşmalarda mühüm paya malik olması 

ilə  əlaqədar  maliyyə  sabitliyinin  pozulması  banklararası  ödəmələrdə  sistem  xarakterli 

böhrana,  əmanətçilərin  pul  vəsaitlərinin  kütləvi  surətdə  itirilməsinə  və  bank  sisteminə 




etimada  ciddi  təhlükə  yaradılmasına  səbəb  ola  biləcək  ödəmə  qabiliyyətini  itirmiş  və  ya 

itirmək  təhlükəsi  olan  bank  barəsində  dövlət  vəsaitləri  cəlb  etməklə  maliyyə 

sağlamlaşdırılması tədbirləri həyata keçirilə bilər. 

57.2.


 Bankın  maliyyə  sağlamlaşdırılması  sahəsində  tədbirlər  planını 

Mərkəzi  Bank

 

hazırlayır. Planda bankın idarə olunmasında və ya cari fəaliyyətində mövcud çatışmazlıqlar 



göstərilməklə,  onların  aradan  qaldırılması  üçün  tələb  olunan  təshih  tədbirləri,  habelə  bu 

tədbirlərin  həyata  keçirilməsinin  qrafiki  müəyyən  olunur.  Planda,  həmçinin  bu  Qanunun 

74-cü  maddəsində  nəzərdə  tutulmuş  bir  və  ya  bir  neçə  əməliyyat  nəticəsində  bankın 

aktivlərinin və öhdəliklərinin başqa banka keçirilməsi imkanlarının mövcudluğu və bankın 

səhmdarlarının  dəyəri  itirilmiş  səhmlərinin  dövlət  vəsaiti  hesabına  bərpasına  yol 

verilməməsi üçün tədbirlər göstərilir. Planda Azərbaycan Respublikasında büdcə siyasətini 

həyata keçirən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış qaydada bankın maliyyə 

sağlamlaşdırılması üçün zəruri olan dövlət vəsaitinin məbləği müəyyən olunur. 

57.3.

 Bankın  maliyyə  sağlamlaşdırılması  haqqında 



Mərkəzi  Bank

ın  Azərbaycan 

Respublikasının  büdcə  siyasətini  həyata  keçirən  müvafiq  icra  hakimiyyəti  orqanı  ilə 

razılaşdırılmış birgə təklifi müvafiq qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının 

müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Azərbaycan Respublikasının müvafiq icra 

hakimiyyəti  orqanı  təklifə  müsbət  baxdıqda  bankın  maliyyə  sağlamlaşdırılması  haqqında 

qərar qəbul edir və müvafiq tədbirlər planını təsdiq edir. 

57.4.


 Bankın maliyyə sağlamlaşdırılması tədbirləri 

Mərkəzi Bank

ın təyin etdiyi müvəqqəti 

inzibatçı tərəfindən təsdiq edilmiş plan əsasında həyata keçirilir. 

57.5.

 Maliyyə  sağlamlaşdırılması  prosesində  olan  bankın  aktivlərinin  qorunması  və 



öhdəliklərinin  icrası  məqsədilə 

Mərkəzi  Bank

ın  müraciəti  əsasında  bankın  maliyyə 

sağlamlaşdırılması üzrə tədbirlər planına uyğun olaraq məhkəmə: 

 

57.5.1.


 bankın  aktivlərinin  və  öhdəliklərinin  tam  və  ya  bir  hissəsinin  dövlət  tərəfindən 

yaradılan və/və ya kapitallaşdırılan banka köçürülməsi; 

57.5.2.

 bankın  məcmu  kapitalının  itirildiyi  halda  səhmdarların  səhmlər  üzərində 



mülkiyyət hüquqlarının tam və ya qismən itirilməsi; 

57.5.3.


 bankın  nizamnamə  kapitalının  artırılması  və 

Mərkəzi  Bank

ın  təklif  etdiyi  şərtlərlə 

səhmlərin buraxılması haqqında qərar qəbul edə bilər. 

 

57.6.


 Bankın aktivlərinin və öhdəliklərinin başqa banka köçürülməsi bankın və ya onun 

hər  hansı  bir  idarəetmə  orqanının  razılığını  tələb  etmir.  Öhdəliklərin  köçürülməsi  barədə 

bildiriş kütləvi informasiya vasitələrində dərc olunduğu günün ertəsi günü qüvvəyə minir. 

57.7.


 Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  planın  həyata 

keçirilməsi  dövründə  bankın  maliyyə  sağlamlaşdırılması  üzrə  tədbirlərin  gəzlənilən  nəticə 

vermədiyi  barədə 

Mərkəzi  Bank

ın  Azərbaycan  Respublikasının  büdcə  siyasətini  həyata 

keçirən  müvafiq  icra  hakimiyyəti  orqanlarının  birgə  vəsatətini  aldıqda  bankın  maliyyə 

sağlamlaşdırılması tədbirlərinə xitam verilməsi haqqında qərar qəbul edə bilər. 

 

IX  fəsil



 

BANKLARIN LƏĞVİ 

  

M a d d ə   5 8. Könüllü ləğv



 

58.1.


 Bankın  səhmdarlarının  ümumi  yığıncağının  qərarına  əsasən  bu  Qanunun  17-ci 

maddəsinə  uyğun  olaraq 

Mərkəzi  Bank

  tərəfindən  bank  lisenziyası  ləğv  edildikdə  bank 

səhmdarları bankın könüllü ləğvini həyata keçirməlidirlər. 



Yüklə 473,72 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə