Banklar haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 473,72 Kb.
Pdf görüntüsü
səhifə17/25
tarix31.08.2018
ölçüsü473,72 Kb.
#65763
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

kənar  auditorlara,  sığortaçıların  fəaliyyətinə  dövlət  nəzarətinin  həyata  keçirilməsi  ilə 

əlaqədar  sığorta  nəzarəti  orqanına,  Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya 

digər  əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə 

haqqında”  Azərbaycan  Respublikasının  Qanununda  nəzərdə  tutulmuş  hallarda  maliyyə 

monitorinqi  orqanına,  habelə  bu  Qanuna  müvafiq  surətdə  kredit  reyestrinə  verilir.  Dövlət 

orqanlarına  və  onların  vəzifəli  şəxslərinə  bu  cür  məlumatlar  yalnız  cinayət  işinin  istintaqı, 

müştərinin  pul  vəsaitinə  və  bankın  saxlancında  olan  əmlakına  həbs  qoyulması,  tələb 

yönəldilməsi  və  bunların  müsadirə  edilməsi  ilə  əlaqədar  məhkəmənin  qanuni  qüvvəyə 

minmiş  qərarı  əsasında  verilir.  İcra  sənədlərinin  məcburi  icraya  yönəldilməsi  ilə  əlaqədar 

müştərilərin  hesab  qalıqları  barədə  məlumatlar  qanunvericiliklə  müəyyən  olunmuş 

mənbələrdən  əldə  edilmiş  məlumat  əsasında  məhkəmə  icraçılarına  verilir.  Əmanətlərin 

sığortalanması  haqqında"  Azərbaycan  Respublikasının  Qanununda  nəzərdə  tutulmuş 

sığorta  hadisəsi  baş  verdikdə,  əmanətçilər  barədə  məlumatlar  qanunvericiliklə  müəyyən 

edilmiş qaydada Əmanətlərin Sığortalanması Fonduna verilir. 

xv[15]

 

Bankın xidmət etdiyi vergi ödəyicisi olan hər hansı hüquqi şəxsin və ya fərdi sahibkarın 



bank  hesabı  və  əməliyyatları  barədə  məlumat  vergi  orqanlarına

 

yalnız  Azərbaycan 



Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada verilir.

 

Xüsusi  seçki  hesabına  daxil  olan  və  xərclənən  vəsaitlər  barədə  məlumat  banklar 



tərəfindən  Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsi  ilə  müəyyən  olunmuş  qaydada 

Mərkəzi Seçki Komissiyasına verilir.

 

41.3.


 Hesabların  və  əmanətlərin  sahibləri  vəfat  etdikdə  onların  hesabları  və  əmanətləri 

barəsində arayışlar notariuslara onların icraatında olan vərəsəlik işləri üzrə, habelə müvafiq 

notariat hərəkətlərini icra edən konsulluq idarələrinə verilir. 

41.4.


 

Mərkəzi  Bank

la  xarici  dövlətlərin  bank  tənzimləməsi  və  nəzarəti  orqanları  arasında 

qarşılıqlı  əməkdaşlığa  dair  sazişə  uyğun  olaraq  informasiya  mübadiləsinin  predmeti 

müvafiq  dövlətin  ərazisində  fəaliyyət  göstərən  və  ya  fəaliyyət  göstərməyə  hazırlaşan 

subyektlər  haqqında  informasiyadırsa,  belə  informasiya  bank  sirrinin  açılması  hesab 

edilmir, bir şərtlə ki, bu informasiya üçüncü şəxslərə verilə bilməz və yalnız bank nəzarəti 

məqsədləri üçün istifadə edilir. 

41.5.

 Bankların  mövcud  və  keçmiş  inzibatçıları  və  digər  əməkdaşları,  habelə  bankın 



səhmdarları  bankın  idarə  edilməsi  və  ya  xidməti  səlahiyyətlərinin  həyata  keçirilməsi  ilə 

əlaqədar onlara məlum olan bank sirrini təşkil edən məlumatların qeyri-qanuni açılmasına 

görə  Azərbaycan  Respublikasının  müvafiq  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada 

mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. 

41.6.

 Bank  sirrini  təşkil  edən  məlumatlar  bank  tərəfindən  qanunsuz  olaraq  açıqlandığı 



halda hüquqları pozulmuş müştəri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq 

olaraq bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər. 

 

Maddə  42.  Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 



leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması 

xvi[16]


 

 

42.1.  Kredit  təşkilatları  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər 



əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  monitorinq 

olunmalı  pul  vəsaitləri  və  digər  əməliyyatlar  barədə  məlumatları  maliyyə  monitorinqi 

orqanına təqdim edir, özünün daxili nəzarət sistemini hazırlayır və tətbiq edir, Azərbaycan 

Respublikasının  qanunları  və  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrlə müəyyən edilmiş digər tədbirləri həyata keçirirlər.  



Kredit  təşkilatları  qanunla  müəyyən  olunmuş  hallarda  və  qaydada  müştərinin, 

benefisiarın  və  səlahiyyətli  nümayəndənin  eyniləşdirilməsi,  habelə  onlar  barədə  əldə 

olunmuş  eyniləşdirilmə  məlumatlarının  verifikasiyası  üçün  tədbirlər  görməli,  məlumatın 

sənədləşdirilməsi və saxlanılması tələblərinə əməl etməlidirlər.  

Anonim  hesabların,  o  cümlədən  anonim  əmanət  hesablarının  açılmasına  və  anonim 

depozit sertifikatlarının buraxılmasına yol verilmir.  

42.2.  Bu  Qanunun  42.1-ci  maddəsində  göstərilən  tələblərdən  başqa  digər  tələblər 

“Cinayət  yolu  ilə  əldə edilmiş  pul  vəsaitlərinin və  ya  digər  əmlakın  leqallaşdırılmasına  və 

terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 

Qanunu və digər normativ hüquqi aktları ilə müəyyən edilir. 

 

V   fəsil



 

BANKLARDA MÜHASİBAT UÇOTU VƏ HESABAT. BANKLARIN 

FƏALİYYƏTİNƏ NƏZARƏT

 

M a d d ə   4 3. Banklarda mühasibat uçotu və maliyyə hesabatı



 

43.1.  Bank  və  xarici  bankın  yerli  filialı  qanunvericiliyə  və  Beynəlxalq  Mühasibat 

Standartlarına  uyğun  olaraq  mühasibat  uçotunu  aparmalı,  fəaliyyətlərini  və  maliyyə 

vəziyyətini əks etdirən hesabatları, o cümlədən illik maliyyə hesabatları tərtib etməlidirlər. 

Banklarda mühasibat uçotu qaydaları və hesabatların

 

forma, məzmunu və dövriliyi müvafiq 



icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla 

Mərkəzi Bank

 tərəfindən müəyyən edilir.

 

43.2.



 Bankın  maliyyə  hesabatı  ayrıca  olaraq  bankın  və  konsolidasiya  əsasında 

(birləşdirilmiş  əsasda)  onun  törəmə  təsərrüfat  cəmiyyətlərinin,  filiallarının,  şöbələrinin  və 

nümayəndəliklərinin fəaliyyətini və maliyyə vəziyyətini əks etdirir. 

43.3.


 Bir  və  ya  bir  neçə  yerli  filialı  olan  xarici  bank  bu  Qanunun  43.1-ci  və  43.2-ci 

maddələrində müəyyən edilmiş tələblərə müvafiq hər bir yerli filialı üçün ayrıca olaraq və 

konsolidasiya  əsasında  fəaliyyətlərini  və  maliyyə  vəziyyətini  əks  etdirən  maliyyə 

hesabatının tərtib edilməsini təmin etməlidir. 

M a d d ə   4 4. Kənar audit

 

44.1.



 Bankın və xarici bankın yerli filialının maliyyə fəaliyyəti hər il auditor fəaliyyətini 

həyata  keçirmək  üçün  xüsusi  razılığa  (lisenziyaya)  malik  olan  kənar  auditor  tərəfindən 

yoxlanılmalıdır. 

44.2.


 Auditor  yoxlaması  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq 

həyata keçirilir. 

44.3.

 Bankın və xarici bankın yerli filialının yoxlamasını aparan kənar auditor Azərbaycan 



Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulan  hüquq  və  vəzifələrlə  yanaşı 

aşağıdakıları da həyata keçirir: 

 

44.3.1.


 bankın  maliyyə  hesabatının  onun  maliyyə  vəziyyəti  haqqında  tam  və  obyektiv 

təsəvvür yaradıb-yaratmadığı barəsində hesabat və rəy hazırlayır; 

44.3.2.

 mühasibat  uçotunu,  maliyyə  nəzarəti  sistemlərini  və  prosedurlarını  lazımi 



səviyyədə saxlamaqda banka kömək göstərir; 

44.3.3.


 inzibatçının və ya hər hansı əməkdaşın banka mühüm zərər vuran və ona məlum 

olan  qanunsuz  hərəkətləri  barədə,  habelə  idarəetmədə  və  ya  cari  fəaliyyətində 

çatışmazlıqlar haqqında 

Mərkəzi Bank

a məlumat verir. 

 

44.4.



 Yerli filialı və ya nümayəndəliyi olan xarici bank yerli filial və nümayəndəliklərinin 


Yüklə 473,72 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə