Banklar haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 473,72 Kb.
Pdf görüntüsü
səhifə13/25
tarix31.08.2018
ölçüsü473,72 Kb.
#65763
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

əsasnamədə müəyyən edilir. 

27.6.


 Audit Komitəsinin qərarları yığıncaqda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə 

qəbul  edilir.  Hər  bir  üzv  bir  səs  hüququna  malikdir,  üzvlərin  səsvermə  zamanı  bitərəf 

qalmasına  icazə  verilmir.  Səslər  bərabər  olduqda  Audit  Komitəsi  sədrinin  səsi  həlledici 

sayılır. 

27.7.

 Daxili  audit  bölməsi  (departament,  şöbə  və  s.)  Audit  Komitəsinin  nəzarəti  altında 



fəaliyyət  göstərir  və  bankın  icra  orqanı  ilə  qarşılıqlı  surətdə  bankda  daxili  nəzarət  və 

risklərin  idarə  edilməsi  sisternlərinin  fəaliyyətinin  səmərəliliyinə  fasiləsiz  nəzarəti  həyata 

keçirir; 

27.8.


 Daxili  audit  bölməsinin  rəhbəri  və  əməkdaşları  Audit  Komitəsinin  təqdimatı  ilə 

bankın Müşahidə Şurası tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur. 

27.9.

 Bankda  Audit  Komitəsinin  və  daxili  audit  bölməsinin  fəaliyyətinin  standart  və 



qaydalarını 

Mərkəzi Bank

 müəyyən edir. 

M a d d ə   2 8. Kommersiya maraqlarının açıqlanması

 

28.1.


 Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin hər bir üzvü özünün və 

ailə üzvlərinin birbaşa və ya dolayısı ilə malik ola bildiyi mühüm kommersiya maraqlarını 

bankın İdarə Heyəti və Müşahidə Şurası qarşısında açıqlayır. Belə məlumatlar həmin şəxslər 

bankın  idarəetmə  orqanlarının  üzvü  seçildikdə  və  sonrakı  dövrlərdə  bankın  daxili 

qaydalarına müvafiq olaraq açıqlanır. 

28.2.


 Müşahidə Şurasının, Audit Komitəsinin, İdarə Heyətinin və bankın hər hansı digər 

komitəsinin  və  ya  işçi  qrupunun  üzvlərindən  birinin,  habelə  daxili  audit  bölməsinin 

əməkdaşlarının  marağı  ilə  bağlı  məsələ  müzakirəyə  çıxarıldıqda  həmin  üzv  öz  marağı 

barəsində  müzakirə  başlanmazdan  əvvəl  məlumat  verməli,  müzakirədə  və  qərarın 

qəbulunda  iştirak  etməməli,  onun  iştirakı  isə  yetərsayın  müəyyən  edilməsi  zamanı  nəzərə 

alınmamalıdır. 

28.3.

 Bankın  Müşahidə  Şurasının,  Audit  Komitəsinin  və  İdarə Heyətinin  üzvləri  bankın 



səhmləri  ilə  əqd  bağlayarkən  məlumatı  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə 

müvafiq qaydada açıqlamalıdır. 

M a d d ə   2 9. Bankların yenidən təşkili

 

Bankın, o cümlədən bank lisenziyası ləğv edilmiş bankın yenidən təşkilinə (birləşməsinə, 



qoşulmasına, bölünməsinə, ayrılmasına və ya çevrilməsinə) 

Mərkəzi Bank

ın müəyyən etdiyi 

qaydada və onun qabaqcadan yazılı razılığı ilə yol verilir.

 

M a d d ə   3 0. Hüquqi şəxslərin  kapitalında bankların iştirakının məhdudlaşdırılması



 

30.1. Bankın  başqa  hüquqi  şəxsdə  iştirak  payı  əldə  etməsi  aşağıdakı  hallardan  birinə 

səbəb olarsa, bank həmin payı əldə etmək hüququna malik deyildir:

 

30.1.1.



 iştirak  payının  balans  məbləği  bankın  məcmu  kapitalının  10  faizindən  çox 

olduqda; 

30.1.2.

 bankın  bütün  bu  cür  iştirak  paylarının  məcmu  balans  məbləği  bankın  məcmu 



kapitalının 40 faizindən çox olduqda. 

30.2. Bank  hüquqi  şəxslərin  kapitalında  mühüm  iştirak  paymı  təşkil  edəcək  və  ya 

artıracaq,  habelə  hüquqi  şəxsi  bankın  törəmə  strukturuna  çevirə  biləcək  iştirak  paymı 

Mərkəzi Bank

ın qabaqcadan yazılı icazəsi ilə əldə edə bilər.

 



30.3.

 Banka borcu olan şəxsin maliyyə sağlamlaşdırılması tədbirlərinin həyata keçirilməsi 

dövründə  və  ya  borcun  əvəzinə  bankın  mülkiyyətinə  keçirilmiş  səhmlər  (paylar)  iki  ildən 

çox  olmayan  müddətə  bu  Qanunun  30.1-ci  maddəsinə  müvafiq  olaraq  mühüm  iştirak 

payının hesablanmasında nəzərə alınmır. 

30.4.


 Bu  Qanunun  30.2-ci  maddəsinə  əsasən  icazə  almaq  üçün  banklar 

Mərkəzi  Bank

aşağıdakı sənədləri qoşmaqla yazılı ərizə təqdim edirlər: 



 

30.4.1.


 bankın  başqa  hüquqi  şəxslərin  kapitalında  nəzərdə  tutulan  iştirak  payının  əldə 

edilməsi haqqında səlahiyyətli idarəetmə orqanının qərarının təsdiqlənmiş surəti; 

30.4.2.

 bankın  başqa  hüquqi  şəxslərin  kapitalında  mühüm  iştirak  payları  və  nəzərdə 



tutulan  iştirak  payının  artırılması  nəticəsində  yaranacaq  mühüm  iştirak  payının  miqdarı 

haqqında məlumat; 

30.4.3.

 kapitalında  mühüm  iştirak  payı  əldə  edilməsi  nəzərdə  tutulan  hüquqi  şəxslərin 



fəaliyyətlərinin əsas istiqamətləri və ünvanları haqqında məlumat, azı son üç maliyyə ilini 

(hüquqi  şəxs  üç  ildən  az  müddətdə  yaradıldıqda  isə  son  maliyyə  illərini)  əhatə  edən  və 

auditor  yoxlamasından  keçmiş  maliyyə  hesabatları  və  auditor  rəyləri  (maliyyə  vəziyyətini 

əks etdirən hesabatlara dair tələb yeni yaradılan hüquqi şəxslərə şamil edilmir); 

30.4.4.

 nəzərdə  tutulan  iştirak  payının  əldə  edilməsi  nəticəsində  hüquqi  şəxs  bankın 



törəmə  strukturuna  çevrilərsə, bu  hüquqi  şəxsin icra  orqanlarının rəhbərlərinin  siyahısı  və 

hər bir rəhbər tərəfindən imzalanmış və imzaları notariat qaydasında təsdiqlənmiş vətəndaş 

qüsursuzluğuna dair ərizə; 

Rəhbər  əcnəbi  olduqda,  rezidenti  olduğu  ölkənin  müvafiq  hakimiyyət  orqan-ları 

tərəfindən  onun  cinayət  məsuliyyətinə  cəlb  olunub-olunmadığı  barədə  verilmiş  və 

qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;

 

30.4.5. bankın mühüm iştirak payını əldə edəcəyi hüquqi şəxs xarici bank olduqda əlavə 



olaraq  xarici  bankın  baş  ofisinin  yerləşdiyi  ölkənin  bank  tənzimləməsi  və  nəzarəti  orqanı 

tərəfindən  verilmiş  və  bankın  bu  ölkədə  fiziki  və  hüquqi  şəxslərdən  depozitlər  və  digər 

qaytarılan vəsait cəlb etməklə bağlı fəaliyyəti həyata keçirmək üçün icazəsinin olduğunu və 

həmin  təşkilatın  nəzərdə  tutulan  iştirak  payının  əldə  edilməsinə  etiraz  etmədiyini 

təsdiqləyən arayış.

 

30.5. Bu Qanunun 30.4-cü maddəsinin tələblərinə uyğun təqdim edilən sənədlərə 



Mərkəzi 

Bank


da  ən  geci  90  təqvim  günü  müddətində  baxılır.  Həmin  müddət  ərzində 

Mərkəzi  Bank

 

ərizəyə dair münasibətini banka yazılı surətdə bildirməzsə, ərizəyə müsbət baxılmış hesab 



edilir.  Aşağıdakı  halları  aşkar  etdikdə 

Mərkəzi  Bank

  başqa  hüquqi  şəxslərin  kapitalında 

iştirak etməyə banka icazə vermir:

 

30.5.1.


 bu  Qanunun  30.4-cü  maddəsində  nəzərdə  tutulmuş  sənədlər  tam  təqdim 

edilməmişdir; 

30.5.2.

 nəzərdə  tutulan  iştirak  payının  əldə  edilməsi  nəticəsində  bankın  törəmə 



strukturuna  çevrilən  hüquqi  şəxsin  icra  orqanlarının  rəhbərləri  məqbul  və  lazımi 

keyfiyyətlərə malik deyildir; 

30.5.3.

 iştirak  payının  əldə  edilməsi  nəzərdə  tutulan  hüquqi  şəxsin  maliyyə  vəziyyəti 



qeyri-qənaətbəxşdir  və  ya  belə  payın  əldə  edilməsi  bankın  maliyyə  vəziyyətinin 

pisləşməsinə səbəb olacaqdır; 

30.5.4.  nəzərdə  tutulan  iştirak  payı  əldə  edilən  xarici  banka  yerləşdiyi  ölkənin  bank 

tənzimləməsi və nəzarəti orqanı tərəfindən lazımi nəzarət həyata keçirilmədiyinə və ya bu 

orqanın əməkdaşlıqdan imtina etdiyinə görə 

Mərkəzi Bank

ın öz nəzarət funksiyalarını həyata 

keçirməsi qeyri-mümkündür.

 



Yüklə 473,72 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə