Banklar haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 473,72 Kb.
Pdf görüntüsü
səhifə10/25
tarix31.08.2018
ölçüsü473,72 Kb.
#65763
1   ...   6   7   8   9   10   11   12   13   ...   25

azı  son  üç  maliyyə  ilini  (hüquqi  şəxs  üç  ildən  az  müddətdə  yaradıldıqda  isə  son  maliyyə 

illərini) əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatları və auditor rəyləri, 

habelə həmin şəxsin nəzərdə tutulan iştirak payının əldə edilməsinə icazə verən səlahiyyətli 

idarəetmə orqanının qərarının təsdiqlənmiş surəti; 

22.4.1.2.

 həmin  hüquqi  şəxsin  icra  orqanlarının  rəhbərlərinin  siyahısı  və  hər  bir  rəhbər 

tərəfindən 

imzalanmış 

və 

imzası 


notariat 

qaydasında 

təsdiqlənmiş 

vətəndaş 

qüsursuzluğuna dair ərizə; 

22.4.1.3.

 xarici  hüquqi  şəxslər  yuxanda  göstərilən  sənədlərdən  başqa  qanunvericilikdə 

müəyyən edilmiş qaydada leqallaşdırılmış aşağıdakı sənədləri təqdim edirlər: 

Onun  yerləşdiyi  ölkədə  qeydiyyatdan  keçdiyini  təsdiqləyən  sənəd,  nizamnamə 

(əsasnamə),  ən  azı  sonuncu  üç  maliyyə  ili  üçün  auditor  yoxlamasından  keçmiş  maliyyə 

hesabatı və auditor rəyi;

 

Rəhbər  əcnəbi  olduqda,  rezidenti  olduğu  ölkənin  müvafiq  hakimiyyət  orqan-ları 



tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş arayış;

 

22.4.1.4. şəxs  xarici  bank  olduqda  əlavə  olaraq  bankın  yerləşdiyi  ölkənin  bank 



tənzimləməsi  və  nəzarəti  orqanı  tərəfindən  verilmiş  və  bankın  bu  ölkədə  fiziki  və  hüquqi 

şəxslərdən  depozitlər  və  digər  qaytarılan  vəsait  cəlb  etməklə  bağlı  fəaliyyəti  həyata 

keçirmək üçün lisenziyasının olduğunu və həmin təşkilatın nəzərdə tutulan iştirak payının 

əldə edilməsinə etiraz etmədiyini təsdiqləyən arayış;

 

22.4.2. həmin sahib fiziki şəxslər olduqda:



 

22.4.2.1.

 Soyadını,  adım,  atasının  admı  və  vətəndaşlığını,  şəxsiyyət  vəsiqəsinin  və 

şəxsiyyətini  təsdiq  edən  digər  sənədin  məlumatlarını,  məşğuliyyət  növünü  göstərən 

məlumat  və  sənədlər,  onun  sahibliyində  və  ya  nəzarətində  olan  hüquqi  şəxslər  və  onların 

məşğuliyyət  növü,  tərəfindən  imzalanmış  və  imzası  notariat  qaydasında  təsdiqlənmiş 

vətəndaş qüsursuzluğuna dair ərizə; 

22.4.2.2.

 fiziki  şəxs  əcnəbi  olduqda,  yuxarıda  göstərilən  məlumat  və  sənədlərdən  başqa 

rezidenti  olduğu  ölkənin  müvafiq  hakimiyyət  orqanları  tərəfindən  onun  cinayət 

məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş arayış və bir və ya bir neçə maliyyə 

təşkilatının müsbət tövsiyələri və/və ya bank hesablarından çıxarışlar; 

22.4.3. həmin  şəxsin  bankların  və  ya  başqa  hüquqi  şəxslərin  kapitalında  mühüm  iştirak 

paylarının miqdarı haqqında məlumat;

 

22.4.4.


 bankların  və  başqa  hüquqi  şəxslərin  həmin  şəxsin  kapitalında  mühüm  iştirak 

paylarının miqdarı haqqında məlumat; 

22.4.5.

 bu  Qanunun  22.4.3-cü  və  22.4.4-cü  maddələrində  göstərilmiş  hüquqi  şəxslərin 



fəaliyyətinin əsas istiqamətləri və onların baş ofislərinin ünvanı. 

22.5. 


Mərkəzi  Bank

  bu  Qanunun  22.4-cü  maddəsinə  uyğun  verilmiş  ərizəyə  ən  geci  90 

təqvim  günü  müddətində  baxır.  Həmin  müddət  ərzində 

Mərkəzi  Bank

  ərizəyə  dair 

münasibətini banka yazılı surətdə bildirməzsə, ərizəyə müsbət baxılmış hesab edilir. 

Mərkəzi 

Bank


 icazənin verilməsindən aşağıdakı hallarda imtina edir:

 

22.5.1.



 bu  Qanunun  22.4-cü  maddəsində  nəzərdə  tutulan  sənədlər  tam  təqdim 

olunmadıqda; 

22.5.2.

 hüquqi  şəxsin  icra  orqanlarının  rəhbərləri  məqbul  və  lazımi  keyfiyyətlərə  malik 



olmadıqda; 

22.5.3.


 fiziki şəxs məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda; 

22.5.4.


 mühüm  iştirak  payını  əldə  edəcək  hüquqi  şəxsin  maliyyə  vəziyyəti  qeyri-

qənaətbəxş olduqda; 




22.5.5.

 iştirak  payının  əldə  edilməsi  nəticəsində  bank,  bank  və  ya  bank  holdinq  şirkəti 

olmayan xarici hüquqi şəxsin törəmə strukturuna çevrildikdə; 

22.5.6.


 xarici ölkənin bank tənzimləməsi və nəzarəti orqanı xarici banka və ya xarici bank 

holdinq şirkətinə bankın onların törəmə strukturuna çevrilməsinə razılıq vermədikdə; 

22.5.7.

 iştirak  payının  əldə  edilməsi  nəticəsində  bankla  bağlı  olacaq  xarici  banka  və  ya 



xarici bank holdinq şirkətinə onların yerləşdiyi ölkədə lazımınca nəzarət edilmədiyinə və ya 

həmin  ölkənin  nəzarət  orqanları  qarşılıqlı  əməkdaşlıqdan  imtina  etdiyinə  görə 

Mərkəzi 

Bank


ın öz nəzarət funksiyalarını həyata keçirməsi mümkün olmadıqda. 

 

22.6.



 

Mərkəzi Bank

ın verdiyi icazədə iştirak payının əldə edilməsinin başa çatmalı olduğu 

maksimum müddət göstərilir. 

22.7.

 Qabaqcadan icazəsi olmadan hər hansı bir şəxs belə iştirak payı əldə edərsə, 



Mərkəzi 

Bank


 həmin şəxsə onun bankdakı payının icazəsiz aldığı hissəsini müəyyən etdiyi tarixədək 

ləğv etməsi barədə yazılı göstəriş verir. 

Mühüm  iştirak  payının  əldə  edilməsi  üçün  müəyyən  edilmiş  maksimum  müddətlərə 

riayət  edilməzsə, 

Mərkəzi  Bank

  həmin  şəxsə  müddət  bitdikdən  sonra  aldığı  hissəsini 

müəyyən etdiyi tarixədək ləğv etməsi barədə yazılı göstəriş verir.

 

Həmin  şəxslərin  ləğv  olunmalı  hissədə  səsvermə  hüququ  səhmdarların  ümumi 



yığıncağının iclaslarında nəzərə alınmır.

 

22.8.



 Bankın kapitalında mühüm iştirak payına malik olan hər hansı bir şəxs ona məxsus 

səs  hüquqlarını  və  ya  nizamnamə  kapitalındakı  payını  20  faizdən,  33  faizdən  və  ya  50 

faizdən  aşağı  səviyyəyə  endirməzdən  əvvəl  bu  barədə 

Mərkəzi  Bank

a  yazılı  məlumat 

verməlidir. 

22.9.

 Banklar onların kapitalında payların bu Qanunun 22.1-ci və ya 22.8-ci maddələrində 



göstərilmiş  kəmiyyətlərdən  az  və  ya  çox  olmasına  səbəb  olan  hər  hansı  pay  əldə 

edilməsindən və ya ləğv edilməsindən xəbər tutan kimi bu barədə 

Mərkəzi Bank

a məlumat 

verməlidirlər.  Banklar  həmçinin  mühüm  iştirak  paylarına  malik  olan  səhmdarlar,  onların 

ünvanları,  həmin  payların  miqdarı  haqqında  məlumatları  ildə  iki  dəfədən  az  olmayaraq 

Mərkəzi Bank

a yazılı şəkildə bildirməlidirlər. 

22.10. 

Mərkəzi Bank



 aşağıdakı halları aşkar etdikdə bankın kapitalında mühüm iştirak payı 

olan  şəxsin  payının  özgəninkiləşdirilməsi  və  ya  bank  tərəfindən  geri  alınması  barədə 

məhkəməyə ərizə ilə müraciət edir:

 

22.  10.1.  hüquqi  şəxsin  icra  orqanlarının  rəhbərlərindən  hər  hansı  biri  və  ya  fiziki  şəxs 



məqbul və lazımi keyfiyyətlərə malik olan şəxs olmadıqda;

 

22.  10.2.  bankın  maliyyə  sağlamlığına  və  ya  onun  etibarlı  idarə  olunmasına  təhlükə 



törədə bilən dərəcədə banka təsir göstərildikdə;

 

22. 10.3. bank və ya xarici bank holdinq şirkətinin bank lisenziyası ləğv edildikdə;



 

22. 10.4. xarici bank və ya xarici bank holdinq şirkətinin yerləşdiyi ölkədə həmin ölkənin 

bank  tənzimləməsi  və  nəzarəti  orqanı  tərəfindən  onlara  lazımınca  nəzarət  həyata 

keçirilmədikdə  və  ya  onlar  bu  sahədə 

Mərkəzi  Bank

  ilə  qarşılıqlı  əməkdaşlıqdan  imtina 

etdikdə.

 

22.11. Bu Qanunun 22.10-cu maddəsinə müvafiq 



Mərkəzi Bank

ın verdiyi ərizəyə məhkəmə 

ən geci 30 təqvim günü müddətində baxır.

 

M a d d ə   2 3. Bankların idarəetmə strukturu



 

Hər  bir  bank  ali  idarəetmə  orqanı  olan  səhmdarların  ümumi  yığıncağı,  onun  idarə 

olunmasına və işinə nəzarəti həyata keçirən orqan olan Müşahidə Şurası, bankda audit işini 



Yüklə 473,72 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə